Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Mötərizə
Dairəvi mötərizələr 1556-cı ildə Tartaliyada meydana gəlmişdir. Ifadənin kvadrat kökünü tapmaq üçün istifadə olunurdu. Eyni zamanda Bombelli də mötərizələrdən istifadə etməyə başladı ki, onun işarələri ilk mötərizə "L" və bağlayıcı mötərizə "L"in tərsinəsi idi (1550). Bu mötərizələr əcdad mötərizələr sayılırdı. Fiqurlu mötərizələr isə Viet tərəfindən 1593-cü ildə yaradıldı. Buna baxmayaraq bir çox riyazıyyatçılar mötərizə yerinə yazılmış ədədi işarələməyi (altından xətt çəkərək) üstün tuturdular.
Mötəzilə
Mötəzilik – dini məsələlərə yanaşmada əqli dəlillərə, zəkanınroluna xüsusi əhəmiyyət verən Kəlam məktəbinin mənsubları olmuşdurlar. Bu məktəb Əməvilər hakimiyyəti dövrünün sonunda yaranmış, Abbasilər dövründə isə inkişaf etmişdir. İslam tarixçilərinə görə mütəzililiyin yaradıcısı Vasil ibn Əta olmuşdur. O, Həsən əl-Bəsrinin tələbəsi olmuş, onun yığıncaqlarında fəal iştirak edib ən mübahisəli məsələlərə toxunmuşdur. Bir dəfə böyük günahlar törətmiş müsəlmanın durumu haqqında mübahisə düşmüşdür. Bu məsələdə Vasil ibn Əta Həsən Bəsriyə qarşı çıxış edib böyük günahlar etmiş müsəlmanları mömin saymamış, onların inancla inancsızlığın arasında olmasını iddia etmişdir. Bundan sonra o, Həsən Bəsridən ayrılmış, öz məktəbini yaratmışdır. Buna görə də, onun məktəbi “mütəzili” (ayrılmışlar) adlandırılmışdır. İslamın dünya dininə çevrilməsi ilə bağlı olmuşdur. Müsəlmanlar dünyaya açıldıqda başqa mədəniyyətlər, dinlər və fəlsəfi düşüncələrlə qarşılaşmışdılar.