Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Mühərrikli vasitə
Mühərrikli vasitə, aldığı hər hansı bir enerjini mexaniki enerjiyə çevirən vasitələrin köməyi ilə itələmədən və çəkmədən hərəkət edə bilən özüyeriyən bir nəqliyyat vasitəsidir.
Addım mühərriki
Addım mühərriki impulsla işləyən sinxron elektrik mühərrikidir. Rotor dolaqlarını həyacanlandırmaq üçün verilən cərəyan impulsu bu mühərrikdə diskret (addım) yerdəyişmələrə çevrilir. Addım mühərrikləri konstruksiyasına görə məlum qütblü, naməlum qütblü, yumşaq maqnit materialından hazırlanmış dolaqsız rotorlu (reaktiv rotor) və sərt maqnit materialdan hazırlanmış rotorlu (aktiv rotorlu) olaraq fərqlənirlər. Komutatordan keçən cərəyan impulsu ardıcıl olaraq dolağa ötürülür və bunun sayəsində stator qütbləri arasında maqnit cərəyanın istiqaməti diskret dəyişilir (şəkil 1). Nəticədə, rotor addım adlanan müəyyən bucağı qədər dönür. Mühərriki işlətmək üçün verilən siqnallar binar şəklində olur. Bu siqnallardan biri addım, digəri isə fırlanma istiqaməti üçün cavabdehdir. İmpulsların sayı rotorun ümumi dönmə bucağını və bununla əlaqədə olduğu ötürmənin gediş yolunu müəyyən edir. Addım mühərrikləri 1kVt-a qədər güc və aşağı dövrlər sayında (500 1/dövr) əlverişli tətbiq oluna bilirlər. Bu mühərriklərin addımı dolağın və rotordakı çıxışların sayından asılıdır.
Avtomobil mühərriki
Avtomobil mühərriki – hər hansı bir enerjini avtomobili hərəkətə gətirmək üçün lazım olan mexaniki enerjiyə çevirən mühərrik. Avtomobil mühərriki kimi daxili yanma mühərriki, xariciyanma mühərriki (buxar mühərriki və Stirlinq mühərriki), elektrik, əvvəlcədən burulub açılmış nazim çarxın enerjisindən və ya təzyiq altındakı qaz enerjisindən istifadə edən mühərriklər tətbiq oluna bilər. == Ümumi məlumat == Müasir avtomobillərdə, əsasən, daxiliyanma mühərriki işlədilir. Daxiliyanma mühərriki konstruksiyasına görə rotorlu və porşenli olur. Geniş yayılmış porşenli Avtomobil mühərriki silindrlərinin sayına və yerləşməsinə, işçi həcminə (litraj), təyinatına və s. görə növlərə ayrılır. Porşenli daxiliyanma mühərrikinin silindrlərinin sayı 1-dən 16-ya qədərdir. Birsilindrli mühərrikin işi müntəzəm olmadığından avtomobillərdə nadir hallarda quraşdırılır. Silindrlərin sayı artdıqca mühərrikin işinin müntəzəmliyi və avtomobilin hərəkət səlisliyi yüksəlir. Bununla yanaşı sürtünmə itkiləri artdığına görə avtomobillərdə 12-dən artıq silindr nadir hallarda tətbiq edilir.
Bokser mühərriki
Yastı mühərrik olaraq da bilinən bokser mühərriki (boxer), yerə paralel olan porşenli daxili yanma mühərrikidir. Boksör mühərrikində silindrlər tək bir krank milinin hər iki tərəfinə 2 sıra qoyulur və beləliklə bütün porşenlərin hərəkətinin tək bir müstəvidə olmasını təmin edir. Üfüqi formada porşenləri qarşılıqlı olan bu daxili yanma mühərrikinin patent hüququ 1896-cı ildə Karl Benz tərəfindən alınmışdır. Boxer mühərriklərinin pistonları üfüqi və qarşılıqlı düzülmüşdür və krank mili ortada və müştərəkdir. Bununla birlikdə, əksər vaxt bu mühərrikləri başqa bir mühərrik tipində olan və yenə də porşenləri qarşılıqlı, ancaq bu dəfə əks olan əks pistonlu mühərriklərlə qarışdırırlar. Bununla birlikdə, bu iki mühərrik növünün ən açıq fərqi, boxer mühərrikində müştərək və ortada olan krank milinin digər növdə ayrı (əsasən) və kənarda olmasıdır. Alfa Romeo, Porsche, Subaru və Volkswagen kimi markaların bir müddət istifadə etdikləri və hələ də Porsche və Subaruda istifadə edilməyə davam edən bu mühərrik növü, dar yerdə minimum müqavimətlə maksimum güc əldə etmək üçün qısa piston çubuğunun istifadəsinə imkan verir. Lakin bu gün yüksək yanacaq sərfiyyatına görə bu mühərriklərə üstünlük verilmir. Bu yaxınlarda Subaru bir dizel boxer mühərriki inkişaf etdirməyi bacarmış və ilk olaraq Legacy modelində istifadə etmişdir.
Brauzer mühərriki
Brauzer mühərriki (ing. layout engine) — hər bir veb-brauzerin əsas proqram təminatı komponenti. Brauzer mühərrikinin əsas işi HTML sənədlərini və veb-səhifənin digər resurslarını istifadəçinin cihazında interaktiv vizual təsvirə çevirməkdir. == Adı və məqsədi == Brauzer mühərriki müstəqil kompüter proqramı deyil, daha böyük proqramın, məsələn, veb-brauzerin kritik bir hissəsidir və bu termin ondan yaranır. "Mühərrik" sözü avtomobilin mühərrikinə bənzətmədir. "Brauzer mühərriki" ilə yanaşı, əlaqəli anlayışlarla bağlı gündəlik istifadədə olan daha iki termin var: "dizayn mühərriki" və "render mühərriki". Teorik olaraq, dizayn və render (və ya "rəsm") müxtəlif mühərriklər tərəfindən idarə oluna bilər. Bununla belə, praktikada verilmiş brauzer mühərrikinin render və dizayn komponentləri bir-biri ilə sıx bağlıdır və brauzerlərin skript mühərriklərindən fərqli olaraq, brauzer mühərrikindən kənarda nadir hallarda rast gəlinir. Dizayn və renderə əlavə olaraq, brauzer mühərriki sənədlər arasında təhlükəsizlik siyasətini tətbiq edir, hiperlinklər və formalar vasitəsilə təqdim olunan məlumatlar vasitəsilə naviqasiyanı idarə edir və sənədlə əlaqəli skriptlərə məruz qalan Document Object Model-i tətbiq edir. Hər bir məşhur veb-brauzer, müəyyən edilmiş geniş diapazonlu interaktiv davranışı təmin etmək üçün JavaScript-i (JS) dəstəkləyir.
Dizel mühərriki
Dizel mühərriki — Dizel sıxılmadan alovlanan porşenli daxili yanma mühərriyi olub dizel yanacağı ilə işləyir, iqtisadi cəhətdən sərfəlidir. Əsasən, gəmilərdə, teplovozlarda, sərnişin və yük avtomobillərində istifadə olunur. Mühərrik onu ixtira edən Rudolf Dizelin adı ilə adlandırılmışdır. İlk dizel mühərriyi 1897-ci ildə Rudolf Diesel tərəfindən inşa edilmişdir. Dizel mühərrikləri üçün yanacaq çeşidi genişdir. Bura kerosindən başlayaraq mazuta qədər neftin bütün qovulma fraksiyaları və təbii mənşəli bir sıra məhsullar – raps yağı, palma yağı və s.aiddir. Dizel mühərriyi müəyyən uğurla xam neftlə də işləyə bilər. == Tarix == 1824-cü ildə Sadi Karno Karno tsikli ideyasını formulə edir. Bu ideyaya görə maksimal qənaətcil istilik maşınında işçi mühit "həcm dəyişikliyi", yəni sürətli sıxılma vasitəsilə yanacağın yanma temperaturuna qədər qızdırılmalıdır. 1890-cı ildə Rudolf Dizel bu prinsipi praktiki olaraq həyata keçirməyi təklif etdi.
Elektrik mühərriki
Elektrik mühərriki — elektromexaniki çevrici olub elektrik enerjisini mexaniki enerjiyə çevirir. Elektrik mühərriklərində (EM) valda oturdulmuş dolaqlarda maqnit sahəsinin yaratdığı qüvvə nəticəsində hərəkət yaranır və beləliklə val fırlanır. Buna görə də, elektrik mühərriklər həm də generatorun əksi tərəfi kimi qəbul edilir. EM-lərdə çox vaxt fırlanma, bəzi hallarda isə xətti hərəkət almaq mümkündür. Bu mühərriklər müxtəlif iş maşınlarını hərəkət etdirmək üçün tətbiq olunur. == Təsnifatı == Sabit elektrik cərəyanla işləyən EM, Dəyişən elektrik cərəyanla işləyən EM, -Sinxron EM-lərin rotoru firlanma tezliyi ilə maqnit sahəsinin firlanma tezliyi ilə üst-üstə düşür. -Asinxron EM-lərdə rotoru firlanma tezliyi ilə maqnit sahəsinin firlanma tezliyi ilə üst-üstə düşmür. Addım mühərrikləri – bunlarda rotorun vəziyyəti addımlarla təyin olunur. Rotoru istənilən vəziyyətə döndərmək üçün lazımi dolağa cərəyan impulsu vermək lazımdır. Vəziyyəti dəyişmək üçün başqa dolağa impuls ötürülür.
Otto mühərriki
Otto mühərriki — benzinlə işləyən dörd taktlı daxili yanma mühərriki. Nikolaus Otto 1876-cı ildə özünün yeni benzinlə işləyən dörd taktlı daxili yanma mühərrikini yaratmışdır. Bir ildən sonra buna patent almışdır. Bu böyük nailiyyət idi, belə ki, həmin vaxtdan etibarən dörd taktlı tsikl, əksər qaz və benzin mühərriklərinin iş rejimlərinin əsasını təşkil etmişdir. Məhz bu ixtira Nikolaus Ottonun ən böyük texniki nailiyyəti olmuşdur. Lakin qısa müddət sonar aşkar olunmuşdur ki, Ottodan bir neçə il əvvəl belə bir prinsiplə işləyən mühərrik fransız mühəndisi Alfons-Ejen Bo de Roşe (1815–1893) tərəfindən təsvir edilmişdir. Nəticədə, fransız sənayeçilər qrupu məhkəmədə Nikolaus Ottonun patentinə etiraz etmiş və məhkəmə fransızların dəlillərini əsaslı saymışdır. Əslində Bo de Roşe öz kəşfini 1862-ci ildə patentləşdirmiş, lakin işlək dörd taktlı mühərriki quraşdıra bilməmişdir. Beləliklə o, yalnız ideya təklif etmişdir, Nikolaus Otto nəinki belə bir mühərrik yaratmış, hətta ondan mövcud buxar maşınlarının faydalı iş əmsalının daha yüksək nəticələrinə nail olmuşdur. Təxminən elə həmin dövrdə Otto, Daymler və Maybaxdan asılı olmayaraq Manqeymdə işləyən Karl Benz iki taktlı daxiliyanma mühərriki yaratmış və ona patent almışdır.
Oyun mühərriki
Oyun mühərriki — əsasən video oyunların tərtibatı üçün nəzərdə tutulan proqram təminatı freymvorku. Müvafiq kitabxanaları və səviyyə redaktoru kimi dəstəkləyici proqramları ehtiva edir. "Mühərrik" terminologiyası proqram təminatı sənayesində istifadə olunan "proqram təminatı mühərriki" termininə bənzəyir. Oyun mühərriki bu freymvorkdan istifadə edən, adətən oyunların tərtibatı üçün alətlər və xüsusiyyətlər dəsti təklif edən tərtibat proqramına da aid edilə bilər. Tərtibatçılar video oyun konsolları və digər kompüter növləri üçün oyunlar yaratmaq üçün oyun mühərriklərindən istifadə edə bilərlər. Adətən oyun mühərriki tərəfindən təmin edilən əsas funksionallığa 2D və ya 3D qrafika üçün göstərmə mühərriki (renderer), fizika mühərriki və ya toqquşmanın aşkarlanması (və toqquşma reaksiyası), səs, skript, animasiya, süni intellekt, şəbəkə, striminq, yaddaşın idarə edilməsi, tredləmə, lokalizasiya dəstəyi, səhnə qrafiki və kinematika üçün video dəstəyi daxildir. Oyun mühərriki tətbiq edənlər çox vaxt fərqli oyunlar yaratmaq və ya oyunları birdən çox platformaya uyğunlaşdırmağa kömək etmək üçün eyni oyun mühərrikindən yenidən istifadə etməklə/uyğunlaşdırmaqla oyunun tərtibatı prosesinə qənaət edirlər. Bir çox hallarda, oyun mühərrikləri təkrar istifadə edilə bilən proqram komponentləri ilə yanaşı, vizual tərtibat alətləri dəsti təqdim edir. Bu alətlər, ümumiyyətlə, verilənlərə əsaslanan şəkildə oyunların sadələşdirilmiş, sürətli tərtibatını təmin etmək üçün inteqrasiya olunmuş inkişaf mühitində təmin edilir. Oyun mühərriki tərtibatçıları tez-tez oyun tərtibatçısının oyun qurmaq üçün ehtiyac duya biləcəyi bir çox elementləri özündə birləşdirən etibarlı proqram paketləri hazırlayaraq interpretator ehtiyaclarını qarşılamağa çalışırlar.
Qazturbin mühərriki
Qazturbin mühərriki - istilik mühərrikidir. Onun daxilində qaz sıxılır və qızır, sonra sıxılmış və qızmış qazın enerjisi turbinin valının mexaniki işinə çevrilir. Qazturbinin işçi prosesi yanacağın sabit təzyiqdə fasiləsiz yanması və ya sabit həcmdə fasiləli yanması ilə müşayiət olunur. Sənayedə ən geniş yayılmış birinci növ mühərriklərdir. Bu mühərrikırdə sıxılmış hava yanma kamerasına daxil olur, buraya eyni zamanda yanacaq da verilir. Qaz yandıqda hava qızır və genişlənir, mexaniki enerjiyə çevrilir. enerji|Mexaniki enerjinin böyük hissəsi kompressorda havanın sıxılmasına sərf olunur. Qalan hissə isə aparıcı qurğuya ötürülür və faydalı işi təşkil edir. Daxili yanma mühərrikləri arasında qazturbin mühərriki ən böyük güc sıxlığına malikdir: 6 kVt/kq. İlk qaz turbinləri XİX əsrin sonunda qaz mühərrikləri şəklində yaradılmışdır.
Stirlinq mühərriki
Stirlinq mühərriki (alm: der Stirlingmotor, ing: Stirling engine) xarici yanma mühərriki olub, porşenli mühərriklər qrupuna aiddir. Bu mühərrik, XIX əsrdə onu ixtira etmiş Stirlinqin adını daşıyır. Stirlinqin ixtira etdiyi mühərrik qızdırılmış hava ilə qapalı olmayan dövrə üzrə işləyirdi. Mühərrik, böyük və ağır olaraq, natamam istilik mübadiləsinə malik idi. Ona görə də o, geniş tətbiq tapa bilməmişdir. Stirlinq mühərriki isti hava mühərriki kimi də tanınır. Xarici yanma mühərriki olan bir istilik mühərriki növüdür. İstilik mübadiləsi prosesi istiliyin mexaniki hərəkətə çevrilməsinin ideal məhsula yaxın olmasına imkan verir. (Carnot dövrünün praktik tətbiqi ilə) Müasir Stirlinq mühərriki bir-birini əvəzləyən iki izotermik və iki izoxorik prosesdən ibarət qapalı dövrə üzrə işləyir. Stirlinq mühərrikinin işləmə prosesi zamanı enerji çevrilməsində iki porşen iştirak edir: sıxışdırıcı və işçi.
Varp mühərriki
Varp mühərriki — bir çox əsərlərdə təsvir olunmuş hipotetik işıqdan sürətli hərəki sistemdir. Varp mühərriki ilə təchiz olunmuş gəmi işıq sürətindən böyük bir sürətlə səyahət edə bilər.
Axtarış mühərriki
Axtarış sistemi (ing. Search engine) – Veb-də informasiyanı açar sözlərə, mövzulara və s. görə axtarmağa imkan verən proqram (məsələn, AltaVista, Excite, Google, HotBot, Infoseek, Lycos, Magellan, Rambler, Yahoo!). Axtarış sistemləri avtomatlaşdırılmış indekslərdir və hər axtarış sisteminin öz verilənlər bazası var. Buna görə də eyni açar sözlərə görə müxtəlif axtarış sistemlərində axtarış etdikdə fərqli nəticələr alınır. Bəzən axtarış nəticələrində mətləbə dəxli olmayan informasiyalar çıxır, çünki elə bir veb-alət yoxdur ki, bütün Veb’i indeksləsin (nizamlasın). Axtarış sistemləri üç əsas hissədən ibarət olur: Axtarış sistemi proqramının özü əsas komponentdir. Bu proqram öz verilənlər bazasında saxlanılan milyonlarla yazının içərisində axtarış aparır. İkinci hissə hörümçək (SPİDER), yaxud soxulcandır (CRAWLER). Axtarış sistemi robotu olan hörümçək İnternetdə açar sözlərə görə axtarış aparır.
JavaScript mühərriki
JavaScript mühərriki — JavaScript kodunu icra edən proqram komponenti. İlk JavaScript mühərrikləri sadəcə interpretator idi, lakin bütün müvafiq müasir mühərriklər təkmilləşdirilmiş performans üçün JIT kompilyasiyasından istifadə edir. JavaScript mühərrikləri adətən veb-brauzer tərtibatçıları tərəfindən hazırlanır və hər bir brauzerdə mövcud olur. Brauzerdə JavaScript mühərriki Document Object Model vasitəsilə render mühərriki ilə birgə işləyir. JavaScript mühərriklərinin istifadəsi brauzerlərlə məhdudlaşmır. Məsələn, V8 mühərriki Node.js və Deno iş mühiti sistemlərinin əsas komponentidir. ECMAScript JavaScript-in standartlaşdırılmış spesifikasiyası olduğundan, ECMAScript mühərriki bu mühərriklər üçün başqa bir addır. WebAssembly-in gəlişi ilə bəzi mühərriklər bu kodu adi JavaScript kodu ilə eyni sandbox-da icra edə bilər. == Tarixi == İlk JavaScript mühərriki Brendan Eyx tərəfindən 1995-ci ildə Netscape Navigator veb-brauzeri üçün yaradılmışdır. Bu, Eyxin icad etdiyi yeni yaranan dil üçün ilkin interpretator idi.
Videooyun mühərriki
Oyun mühərriki — əsasən video oyunların tərtibatı üçün nəzərdə tutulan proqram təminatı freymvorku. Müvafiq kitabxanaları və səviyyə redaktoru kimi dəstəkləyici proqramları ehtiva edir. "Mühərrik" terminologiyası proqram təminatı sənayesində istifadə olunan "proqram təminatı mühərriki" termininə bənzəyir. Oyun mühərriki bu freymvorkdan istifadə edən, adətən oyunların tərtibatı üçün alətlər və xüsusiyyətlər dəsti təklif edən tərtibat proqramına da aid edilə bilər. Tərtibatçılar video oyun konsolları və digər kompüter növləri üçün oyunlar yaratmaq üçün oyun mühərriklərindən istifadə edə bilərlər. Adətən oyun mühərriki tərəfindən təmin edilən əsas funksionallığa 2D və ya 3D qrafika üçün göstərmə mühərriki (renderer), fizika mühərriki və ya toqquşmanın aşkarlanması (və toqquşma reaksiyası), səs, skript, animasiya, süni intellekt, şəbəkə, striminq, yaddaşın idarə edilməsi, tredləmə, lokalizasiya dəstəyi, səhnə qrafiki və kinematika üçün video dəstəyi daxildir. Oyun mühərriki tətbiq edənlər çox vaxt fərqli oyunlar yaratmaq və ya oyunları birdən çox platformaya uyğunlaşdırmağa kömək etmək üçün eyni oyun mühərrikindən yenidən istifadə etməklə/uyğunlaşdırmaqla oyunun tərtibatı prosesinə qənaət edirlər. Bir çox hallarda, oyun mühərrikləri təkrar istifadə edilə bilən proqram komponentləri ilə yanaşı, vizual tərtibat alətləri dəsti təqdim edir. Bu alətlər, ümumiyyətlə, verilənlərə əsaslanan şəkildə oyunların sadələşdirilmiş, sürətli tərtibatını təmin etmək üçün inteqrasiya olunmuş inkişaf mühitində təmin edilir. Oyun mühərriki tərtibatçıları tez-tez oyun tərtibatçısının oyun qurmaq üçün ehtiyac duya biləcəyi bir çox elementləri özündə birləşdirən etibarlı proqram paketləri hazırlayaraq interpretator ehtiyaclarını qarşılamağa çalışırlar.
İstilik mühərriki
İstilik mühərriki — xarici mənbələrdəki (xarici yanma mühərriki) istilikdən istifadə edən və ya onu mexaniki enerjiyə çevirmək üçün mühərrikin daxilində (yanma kamerasında və ya daxili yanma mühərrikinin silindrlərində) yanacağın yanmasından əldə edilən istilik mühərriki. Termodinamikanın qanunlarına uyğun olaraq, belə mühərriklərin səmərəlilik əmsalı birdən azdır, bu da istiliyin mexaniki enerjiyə tam çevrilməməsi deməkdir. Mühərrikin dizaynından asılı olaraq 40%-dən daxil olan (və ya buraxılan) enerjinin 80%-ə qədəri avtomobili aşağı temperaturlu istilik şəklində tərk edir ki, bu da bəzi hallarda salonun (yerüstü nəqliyyatın), yaşayış binalarının və tikililərinin (stasionar mühərriklər üçün) qızdırılması üçün istifadə olunur və ya sadəcə atmosferə buraxılır (təyyarə mühərrikləri, əl alətlərinin aşağı güclü mühərrikləri, qayıq mühərrikləri və s.). Belə hallarda yanacaq istiliyindən istifadə əmsalı haqqında danışırlar ki, bu da mühərrikin özünün səmərəliliyindən daha yüksəkdir . Hər hansı bir istilik mühərrikinin əsas cəhəti onun istehlak etdiyi yanacağın növü və miqdarı və bunun nəticəsində ətraf mühitin çirklənməsidir. Buxar elektrik stansiyaları ( Renkine tsikli ilə işləyən istilik mühərrikləri), nüvə reaktorunun istiliyini çevirən (və ya geotermal enerjidən istifadə etməklə), termodinamik radioizotop generatorları ( Stirlinq mühərriki və ya həmçinin Rankine tsiklindən istifadə etməklə və radioaktiv mənbədən çox istiliyi qəbul edən) yüksək aktivlik) və günəş elektrik stansiyaları termodinamik yanacaq növü yandırılmır, qalan hissəsi isə bir çox hallarda uzaqdan daşınan mövcud enerji resurslarından asılıdır. Dövlətdə mövcud olan istilik mühərriklərinin (ikinci dərəcəli mühərriklər üçün enerjiyə çevrilən, adətən elektrik), yanacaq istehsalı yerlərinin və onun daşınması üçün nəqliyyat infrastrukturunun məcmusuna yanacaq-energetika kompleksi deyilir. İstilik mühərrikləri ikinci dərəcəli mühərriklərdən (elektrik, hidravlik mühərriklər və əsaslardan enerji alan başqalarından) fərqli olaraq birinci dərəcəlidir .
Anvil (oyun mühərriki)
Anvil engine (azərb. Zindan mühərriki‎, 2009-cu ilə qədər Scimitar engine) — "Ubisoft Montreal" tərəfindən hazırlanan oyun mühərriki.
Daxili yanma mühərriki
Daxili yanma mühərriki — ardıcıl olaraq yanacağın yanmasından alınan enerjini mexaniki enerjiyə çevirən qurğudur. Yanacaq xaricində baş verən mühərriklər (məsələn buxar maşını, stiril mühərrik və b.) buraya aid deyildirlər. Qaz turbinləri isə daxili yanma mühərriki sayılır. Daxili yanma mühərrikləri (DYM) avtomobillərdə, qatarlarda, hava nəqliyyatında və maşınlarda tətbiq edilirlər. == İşləmə prinsipi == DYM-də ümumi olaraq hava-yanacaq qarışı kamerada alovlandırılır və yandırlır. Yanacaq zamanı ayrılan istiliyin nəticəsində kamerada olan qazın genişlənməsi silindrdə olan porşeni və ya turbinin pərini itələyir. Vankel mühərrikində porşenlər ardıcıl olaraq işləyirlər. Çünki DYM çoxunda bunlardan Dizel prinsiplərindən istifadə edilir. Bütün 4 gedişli (taktlı) mühərriklər daimi olaraq iş prosesini təkrar edirlər. Bu proses aşağıdakı addımlardan ibarətdir: 1-ci gediş:Sorma (Qaz və ya yanacaqla hava qarışığı) və ya yanacaq kamerasının sərbəst doldurulması.
Jedi (oyun mühərriki)
Jedi — əsasən Rey Qresko tərəfindən "LucasArts" üçün hazırlanmış oyun mühərriki. "Duke Nukem 3D"də istifadə edilən "Build" mühərrikinə çox bənzəyir. Əsl üçölçülü mühərrik olmasa da, üçüncü ölçüdə (Z) heç bir məhdudiyyət olmadan üçölçülü mühiti dəstəkləyirdi. "Doom"da mühitlər və ya səviyyələr yalnız X–Y müstəvisində mövcud olanlarla məhdudlaşırdı və səviyyələr ikiölçülü şəkildə tərtib edilmişdir. Burada döşəmə və tavan hündürlükləri fərqli görünsə də, sahələr şaquli olaraq üst-üstə düşə bilməzdi. "Jedi" mühərrikinin bir-birinin üstündə olan sahələr və ya otaqları ("sektorlar" adlanır) dəstəkləyirdi. Bu, mühərrikin "Build" mühərriki ilə paylaşdığı bir xüsusiyyət idi. Mühərrikin "Dark Forces" versiyasında renderer eyni vaxtda bir-birinin üstündə yerləşən iki otağı nümayiş etdirə bilmirdi. Bu xüsusiyyət mühərrikin "Outlaws" oyunu üçün olan versiyasına əlavə edilmişdir.
Nüvə raket mühərriki
Nüvə raket mühərriki (NRM) — enerji mənbəyi zəncirvarı nüvə reaksiyası olan raket mühərriki. Kimyəvi raket mühərrikinə nisbətən yüksək xüsusi impulsa malikdir. Bu isə işlək cisim kimi kiçik modekulyar maddələrdən (birinci növbədə maye hidrogendən) istifadə edilməsi və onların nüvə reaktorunda çox yüksək tempuraturadək qızdırılmasının prinsipial baxımdan mümkünlüyü izah olunur. Nüvə raketi kosmik uçuşlarda istifadə üçün nüvə raket mühərrikli raket növü. Паневин И. Г., Прищепа В. И. Космические ядерные ракетные двигатели. — М.: Знание, 1978. — 64 с. Коротеев А. С., Конюхов Г. В., Демянко Ю.Г. Ядерные ракетные двигатели. — М.: Норма-Информ, 2001. — 415 с.
V8 (JavaScript mühərriki)
V8 — Chromium və Google Chrome veb-brauzerləri üçün Chromium Project tərəfindən hazırlanmış pulsuz və açıq mənbəli JavaScript və WebAssembly mühərriki. Layihənin yaradıcısı Lars Bakdır. V8 mühərrikinin ilk versiyası Chrome-un ilk versiyası ilə eyni vaxtda, 2 sentyabr 2008-ci ildə buraxıldı. O, həmçinin server tərəfdə, məsələn, Couchbase, Deno və Node.js-də istifadə edilmişdir. V8 assembleri Strongtalk Assembler-ə əsaslanır. 7 dekabr 2010-cu ildə, sürətində təkmilləşdirmələr edilmiş "Crankshaft" adlı yeni kompilyasiya infrastrukturu buraxıldı. 2015-ci ildə Chrome-un 41-ci versiyasında asm.js kimi əvvəllər tələb olunan iş yüklərində daha çox performans təkmilləşdirmələri təmin etmək üçün TurboFan layihəsi əlavə edildi. V8-in tərtibatının çox hissəsi Sun Microsystems tərəfindən hazırlanmış Java HotSpot Virtual Machine-dən təsirlənib, yeni icra konveyerləri HotSpot-la çox oxşardır. 2016-cı ildə TurboFan və Crankshaft ilə müqayisədə kiçik yaddaşlı Android telefonlarında yaddaş istifadəsini azaltmaq məqsədi ilə V8-ə Ignition interpretatoru əlavə edildi. Ignition registr əsaslı maşındır və HotSpot tərəfindən istifadə edilən şablon interpretatoruna oxşar (tam eyni olmasa da) dizaynı paylaşır.
Qatı yanacaqlı raket mühərriki
Qatı yanacaqlı raket mühərriki — yanacaq və oksidləşdiricisi qatı fazda olan bir raket mühərriki növü. Hərbi raket sistemlərində, peyk buraxma sistemlərində və təhlükəsizlik yastıqlarında istifadə olunur. Çinlilər tərəfindən hazırlanmışdır.
MTU-881 KA 500 Dizel Mühərriki
MTU-881 KA 501, Almaniyanın MTU şirkətinin PzH 2000 özüyeriyən haubitsası üçün istehsal etdiyi dizel mühərrikidir. T-155 Fırtına üçün Türkiyədə lisenziya altında istehsal olunur.
Shell Mysella stasionar qaz mühərriki yağları
Shell Mysella LA 15W-40 — təbii qaz üçün mükəmməl bir mühərrik yağıdır. O, böyük kompressorların katerlərində qarşılıqlı yağ hərəkəti ilə əla yağlamanı təmin edir. Mysella-40 yağı qığılcımla yandırılan iki və dörd taktlı, yüksək dövriyyəli mühərriklər üçün yüksək keyfiyyətli Shell firmasının aşağı küllü yağıdır. Uzun müddətli istismar zamanı oksidləşmə və neytrallaşmaya qarşı müqavimətli porşen və mühərriklərin mükəmməl təmizliyini təmin edir. Tərkibində siyrilmə zamanı həlqələrin parçalanmasının qarşısını alan külsüz element vardır. Shell firmasının dörd növ Mysella yağı mövcuddur. Bu yağlar kinematik özlülük, sıxlıq və təxmini eyni alışma və donma temperaturuna malik olmaqla bir qədər qələvi ədədi, sulfat külü və aktiv elementləri ilə fərqlənir. Mysella yağlarında istifadə olunan yanacaqlar təbii yaxud yüksək kükürdlü yanacaqla işlədikdə qələvi ədədi yüksək – 8.5 mqKOH/q olan variantından istifadə edilir. Mysella LA, Mysella sırasının ən universal növüdür və ənənəvi "Low Ash" texnologiyasına görə əhəmiyyətli inkişafı təmin edən texnologiyaya əsaslanır. O, 4 taktlı mühərriklərdə əla, 2 taktlı mühərriklərdə isə məqbul məhsuldarlığı təmin edir.