Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Müntəsir (xəlifə)
Əbu Cəfər Məhəmməd (ərəb. أبو جعفر محمد‎) və ya Əl-Müntəsir (ərəb. المنتصر بالله‎) (23 mart 838, Səmərra, Səlahəddin mühafəzəsi – 7 iyun 862, Səmərra, Səlahəddin mühafəzəsi) — 11-ci Abbasi xəlifəsi. Kraemer, Joel L., ed. (1989). The History of al-Ṭabarī, Volume XXXIV: Incipient Decline: The Caliphates of al-Wāthiq, al-Mutawakkil and al-Muntaṣir, A. D. 841–863/A. H. 227–248. SUNY Series in Near Eastern Studies. Albany, New York: State University of New York Press. ISBN 978-0-88706-874-4 Kennedy, Hugh (2006). When Baghdad Ruled the Muslim World: The Rise and Fall of Islam's Greatest Dynasty.
Müstəcib Ülküsal
Müstəcib Ülküsal (1899, Dobruca[d] – 10 yanvar 1996, İstanbul) — Krım tatar ictimai xadimi, "Emel" jurnalının yaradıcısı və naşiri. XIX əsrin ortalarında əcdadlarının Krımdan köçdüyü Rumıniyanın Dobruca əyalətində anadan olmuşdur. 1917-ci ildə Krımda Krım Tatar hökumətinin qurulduğunu öyrənəndə, dostları ilə Krıma gəlmiş və Foti Sala (indiki Qolubinka) kəndində müəllim işləməyə başlamışdır. Döyüşlər Krıma yaxınlaşdıqda, Avropaya qayıtmalı olur və Rumıniya və Bolqarıstanda yaşayır. Buxarest Universitetinin hüquq fakültəsini bitirmişdir, hüquqşünas kimi işləyirdi. "Tonquç" ("İlkin") mədəniyyət mərkəzini yaradır, 1930-cu ildə dostları ilə birlikdə "Emel" ("Həmlə") jurnalını nəşr etməyə başladı. 1941-ci ildə ailəsi ilə birlikdə Türkiyəyə köçdü. 1941-ci ilin aprel ayında Türkiyə vətəndaşlığını alır və ömrünün sonuna qədər burada yaşayır. 1942-ci ildə o, Cəfər Seyidəhməd ilə Berlinə gələrək, Krımda Milli Krım Tatar hökumətinin yaradılmasını israr edir, lakin onun bu təklifi anlayışla qarşılanmadığından Türkiyəyə qayıdır. Daha sonra türk mətbuatında Krım tatarlarının deportasiyası və kommunist rejimli ölkələrdə (Rumıniya, Bolqarıstan) onlara qarşı edilən repressiyalar barədə məqalələr dərc edir.
Ülküsal Müstəcib

Muktəfi
Əbu Məhəmməd əl-Muktəfi Billah Əli ibn əl-Mutəzid Əhməd ibn əl-Müvəffəq 878-ci ildə anadan olmuşdur. Anası Çiçək türk əsilli cariyə idi. Bəstəboy və yaraşıqlı Muktəfi "Əbu Məhəmməd" ləqəbini daşımışdır. 894-cü ildə Rey vilayətinin hakimi təyin edilmişdir. Beş il vali olduğu vaxt Cibəl və İsfahanda hökmranlıq edən Düləfiləri məğlubiyyətə uğratmış, bölgədə Abbasilərin nüfuzunu gücləndirmişdir. 899-cu ildə Cəzirə valisi təyin olunmuş, 902-ci ildə atasının ölümündən sonra isə Raqqa bölgəsində olan Muktəfi Billah üçün vəzir Qasım ibn Ubeydullah xilafətin mərkəzi Bağdadda beyət almışdır. Xilafət kürsüsünə çıxan Muktəfinin ilk addımı atasının hakimiyyəti dövründə inşa edilən yeraltı zindanları dağıtmaq olmuşdur. O, taxta çıxanda xilafətin mərkəzi hakimiyyəti zəifləmişdi. Bölgələrdə yarımmüstəqil, bəzən də tamamilə sərbəst siyasət yürüdən feodallar xəlifə üçün başağrısına çevrilmişdi. Saffarilər, Əğləbilər, Qərmətilər, Sacilər kimi dövlətlər hər gün xilafətin tabeliyindəki ərazilərə hücuma keçir, yerli əhalini talan edirdilər.