Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Mütəzid
Mütəzid (ən geci 861, bilinmir, Abbasilər xilafəti – 5 aprel 902, Bağdad, Abbasilər xilafəti) — Abbasi xəlifəsi. On altıncı Abbasi xəlifəsi Əbul-Abbas əl-Mütəzid Billah Əhməd ibn əl-Müvəffəq Billah Talha (Məhəmməd) ibn Cəfər 857-ci ildə Səmərrada anadan olmuşdur. Anası Savab bizans əsilli cariyədir. Zəki, cəsur və heybətli görünüşə malik Mütəzid Abbasilər sülaləsinin ən nüfuzlu xəlifələrindən biridir. Xəlifə seçildiyi dövr Abbasi xilafətinin tənəzzülə uğradığı vaxta təsadüf etməsinə baxmayaraq, qısa zamanda dövlətin möhkəmlənməsinə, xəzinənin yenidən formalaşdırılmasına nail olmuşdur. Şəxsi keyfiyyətlərinə və Abbasilər xanədanın yenidən dirçəltməsinə görə tarixçilər onu "İkinci Səffah" (Abbasilərin ilk xəlifəsi Səffah olmuşdur) adlandırmışlar. Gənc yaşlarında əmisi Mütəmidin xəlifəliyi dövründə vəzir olan atası Müvəffəqlə birlikdə müxtəlif döyüşlərdə iştirak etmişdir. Atasının ölümündən sonra vəzir vəzifəsini icra edən Mütəzid xilafətin mütləq hakimi səlahiyyətini ələ keçirmiş və xəlifəyə təsir imkanlarını xeyli genişləndirmişdir. Nəticədə xəlifə Mütəmid oğlu Müvəffəzi vəliəhdlikdən uzaqlaşdırıb, qardaşı oğlu Mütəzidi vəliəhd elan etmək məcburiyyətində qalmışdır. Bu hadisədən altı ay sonra müəmmalı şəkildə vəfat edən Mütəmidin yerinə keçərək xəlifə olmuşdur.
Əl-Müntəqim
Əl-Müntəqim (ər. المنتقم) — Allahın adlarından biri. O gün heç kəs Onun verdiyi əzab (kimi) əzab verə bilməz və heç kəs Onun buxovladığı (kimi) buxovlaya bilməz. Ətraflarındakı bütün dəlillərə baxmayaraq Allaha iman etməyən, Onun böyüklüyünü, qüdrətini tanımamaqçün müqavimət göstərən insanlar şübhəsiz böyük bir əzaba da layiq olmuşlar. Çünki Allah insanı yaratmış, yer üzünə yerləşdirmiş və orada ehtiyacı olan hər şeyi özünə vermişdir. Ancaq Allahın verdiyi bütün bu nemətlərə baxmayaraq bəzi insanlar inkarda tərəddüd edirlər. Hətta bir qisimi böyük bir azğınlıqla Allaha iman edən möminlərə düşmənlik bəsləməyir, Allahın dininə maneə törədə bilmək üçün işlər görürlər. Əlbəttə Allah bu insanlara layiq olduqları qarşılığı dünyada da, axirətdə də verəcək. Allah dünya üzərindəki hökmünü elçiləri vasitəsilə yerinə yetirər. Bu səbəbdən inkar edənlərə daddırdığı dünya əzabının bir qisimi də elçilərinin vasitəsiylə olmuşdur.
Əkrəm Münfərid Arya
Əkrəm Münfərid Arya (1946 Tehran)- İranın ilk qadın pilotu.İran İslam İnqilabından sonra, uşaqları ilə İsveçə köçdü.
Munəq (Miyanə)
Munəq (fars. مونق‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 259 nəfər yaşayır (62 ailə).
Əhməd Munqi
Əhməd Munqi (1843 – 1915) — Dargin şairi, müğənni, qısa şeirlər, böyük epik və lirik mahnıların ustası. Əsərlərində XIX əsrin sonu XX əsrin əvvəllərində Dağıstan aulunun həyatının ən müxtəlif cəhətlərinə toxunulur. Bir tərəfdən zəhmətkeş xalqın istismarını artıran, digər tərəfdən xalqın etirazına səbəb olan ziddiyyətlər Əhməd Munqi şeirində öz əksini tapır. Əhməd Munqi 1843-cü ildə zərgərləri ilə məşhur olan Kubaçı kəndində (indiki Dağıstanın Dahadayev rayonunda yerləşir) anadan olub. Özü də bacarıqlı bir sənətkar olur. Əhməd uşaq ikən valideynlərini itirmiş və əmisi İbrahim tərəfindən tərbiyə olunmuşdur. Onunla birlikdə 10 yaşında ikən Təbriz şəhərinə gedir, hər 2 ildən bir Kubaçiyə qayıdır. Hələ uşaq ikən Əhməd musiqi istedadına malik olur, çuğur çalır və mahnı oxuyur. 1862-ci ildə əmisi ilə birlikdə Kubaçiyə qayıdır. Bu vaxta qədər Əhməd artıq məşhur bir müğənni kimi tanınır və onun iştirakı olmadan doğma kəndində heç bir toy keçirilmir.
Munqi Bavendi
Munqi Bavendi (15 mart 1961, Paris) — Amerika-Tunis-Fransız kimyaçısıdır. O, hazırda Massaçusets Texnologiya İnstitutunda Lester Vulf professorudur. Bawendi yüksək keyfiyyətli kvant nöqtələrinin kimyəvi istehsalında əldə etdiyi nailiyyətlərlə tanınır. 2023-cü ildə Luis Bryus və Aleksey Yekimov ilə bərabər Kimya üzrə "Nobel" mükafatına layiq görülüb.