Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Müstəvi
Müstəvi – həndəsənin əsas anlayışlarındandır. Nəzəri cəhətcə kiçik ölçülü sonsuz uzunluğa malik yastı, sonsuz kiçik qalınlığa malik obyekt. Müstəvinin tənliyi ilk dəfə olaraq A.K.Kleronun 1731-ci ildə nəşr edilmiş əsərində, müstəvinin kəsiklərdə tənliyi Q.Lamenin 1816-1818-ci illərdə çap edilmiş işlərində, normal tənliyi isə L.Qessenin 1861-ci ildəki tədqiqatlarında rast gəlinir. Müstəvinin n-ölçülü fəzada təsvirini ifadə edən tənliyi E.Kondratyev 2006-cı ildə təklif edib. Müstəvinin aşağıdakı əlamətləri vardır: Müstəvi üzərindəki istənilən iki nöqtədən keçən düz xətt bu müstəvidə yerləşir; İki verilmiş nöqtədən eyni məsafədə yerləşən nöqtələr çoxluğu mövcuddur; n-ölçülü fəzada n-1 ölçülü fəzaya aid olan nöqtələr çoxluğu vardır.
Çünzəli
Çünzəli — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == 1917-ci ildə rayonun ərazisində Canşa adlı binə yeri qeydə alınmışdır. == Toponimikası == Oykonim canşalı (cahanşahlı) adlı tayfanın adından təhrifdir. Çünzəli kəndində hal-hazırda insanlar təsərüfat işləri ilə məşğul olurlar. Etnotoponimdir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 866 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Dünyəvi dövlət
Dünyəvi dövlət — dinin dövlət idarəetməsindən uzaqlaşdırılması nəticəsində yaranmış dövlətdir. Bu kimi ölkələrdə dövlət orqanlarının qərarları dini əsaslı ola bilməz. Buna baxmayaraq, dünyəvi dövlətin qanunvericiliyi tam və ya qismən dini normalara uyğunlaşa bilər. "Dünyəvilik" dini baxış və onun qanuniliyinə qarşı çıxmaqla yox, bunlardan azad olmaqla müəyyən edilir və seçilir. Məsələn, dünyəvi dövlətlərdə əhalinin dindar hissəsinin rahatlığına və ya ümumi say çoxluğuna görə (və ya digər bu kimi səbəblərə görə) hər hansı dini bayram istirahət günü və ya dövlət bayramı elan edilə bilər. Hər bir insan hər hansı dünyəvi dövlətdə dini institutlara müraciət etmədən yaşaya biləcəyinə arxalana bilər. Məsələn, ailə qurduqda müəyyən dini inanc və adətlərdən istifadə etməmək və sair bu kimi hallar. Dünyəvi dövlətdə bütün dini inanclar və onların daşıyıcıları qanun qarşısında bərabərdirlər. Hazırda Avropa ənənələrinə malik bütün ölkələr, Cənub-Şərqi Asiya və Afrikanın bir sıra ölkələri, həmçinin Şimali və Cənubi Amerikanın əksər dövlətləri dünyəvidir. Lakin bir çox müsəlman ölkələri tam dünyəvi deyil.
Proyektiv müstəvi
Proyektiv müstəvi - proyektiv həndəsədə qeyri-məxsusi (sonsuz uzaqlaşmış) elementlərlə tamamlanmış müstəvidir (Evklid müstəvisi). Hər bir düz xətt sonsuz uzaqlaşmış nöqtə ilə, bütün müstəvi isə sonsuz uzaqlaşmış düz xətlə tamamlanmışdır. Proyektiv müstəvidə paralel düz xətlər yoxdur. İstənilən iki düz xətt kəsişir. Proyektiv müstəvidə qeyri-məxsusi düz xətlə adı düz xətt arasında fərq yoxdur. == Ədəbiyyat == 1. M.Mərdanov, S.Mirzəyev, Ş. Sadıqov Məktəblinin riyaziyyatdan izahlı lüğəti. Bakı 2016, "Radius nəşriyyatı", 296 səh. 2. "Fizika, riyaziyyat və informatika tədrisi" jurnalları, 2000-2012-ci illər,Bakı.
Mənəvi dəyər
Mənəvi dəyər – özünün fiziki və mənəvi varlığını qoruyub saxlamaq, yaşatmaq üçün hər hansı sosial qrup və ya cəmiyyətin əksər üzvlərinin doğru və lazımlı olduğuna inanıb qəbul etdikləri ortaq dünyagörüş, məqsəd, əxlaq normaları və inanclardır. Azərbaycan məktəblərində formalaşdırılan başlıca dəyərlər bunlardır: == Mənbə == Bağvan Məcidov. İbtidai təhsil pilləsi üçün "Həyat bilgisi" kurrikulumu ilə bağlı bəzi qeydlər.
Mənəvi zərər
İqtisadiyyatda mənəvi zərər(moral hazard) şirkətin və ya şəxsin ziyandan sığortalandığı üçün risk almağa daha çox meyilli olmasından yaranan bir risk növüdür. Məsələn, şəxsin maşını sığortalandıqda o, daha az ehtiyatlı davranır çünki dəymiş ziyanı sığorta şirkəti ödəyəcək. Mənəvi zərər tərəflər arasında informasiya natamamlığı olanda yaranır. Bu, risk alan(sığortalanan) tərəf öz niyyətləri haqqında məlumatı ziyanı ödəyən(sığortalayan) tərəfə tam və dəqiq şəkildə vermədikdə baş verir. == Tarixi == Dembe və Bodenin araşdırmasına əsasən bu terminin tarixi XVII əsrə uzanır və XIX əsrdə ingilis sığorta şirkətləri tərəfindən geniş istifadə olunurdu. Həmin dövrdə bu termin mənfi mənada istifadə edilirdi və fırıldaqçılığı ifadə edirdi. İndiki dövrdə isə iqtisadçılar bu termini risklərin tam dəyərləndirilə bilinməməsindən ortaya çıxan səmərəsizlikləri təsvir etmək üçün istifadə edirlər. == İstinadlar == == Xarici keçidlər == Dewan, Shaila. "Moral Hazard: A Tempest-Tossed Idea". The New York Times.
Dünyəvi zövqlər bağı
Dünyəvi zövqlər bağı (ing. The Garden of Earthly Delights; isp. El jardín de las delicias) — erkən Niderland rəssamı İeronim Bosxun triptix rəsm əsərinə verilmiş müasir addır. Əsər 1939-cu ildən Madriddəki Prado muzeyində saxlanılır. Triptixin Bosx tərəfindən 40 və ya 50 yaşlarında 1490 və ya 1510-cu illərdə işlənildiyi güman edilir. Bu əsərdə rəssam bütün yaradıcılıq qabiliyyətini büruzə vermiş, başqa heç bir tamamlanmış əsərində təsvir etdiyi mövzunu bu əsərdə olduğu qədər qarışıq, ifadəli və canlı təsvir edə bilməmişdir. Triptix bir mərkəzi, bir sağ və bir sol qapaqlardan təşkil olunmaqla, palıd ağacından hazırlanmış lövhələr üzərində yağlı boya ilə işlənmişdir. Kənar qapaqlar örtüldüyü zaman bu lövhələrin arxasında Yer kürəsinin Bibliya kitablarında verilmiş təsviri görünür. Triptixin daxili səhnələri ehtimal ki, (bu dəqiq deyil) soldan sağa planlaşdırılmışdır. Sol lövhədə Tanrının Həvvanı Adəmlə tanış etməsi, mərkəzi lövhədə çılpaq fiqurlar və cinsəllik təsvirləri, fantastik canlılar, böyük meyvələr və hibrid daş qurğular göstərilmişdir.
Müstəvi pardaqlama dəzgahı
Müstəvi pardaqlama dəzgahı üst səthləri müstəvi olan maşın hissələrinin abraziv alətlə emalı üçün tətbiq olunur. Müstəvi pardaqlama dəzgahları şpindelin vəziyyətinə və stolun formasına görə fərqlənirlər. Şpindeli üfüqi vəziyyətdə yerləşmiş dəzgahlarda tətbiq olunan pardaq dairəsi doğuranı boyunca kəsmədə iştirak edir. Şaquli vəziyyətdə olan şpindeldə bərkidilmiş alət isə yan tərəfi ilə metal qatı çıxarır. == Quruluşu == Müstəvi pardaqlama dəzgahları əsasən üfüqi şpindelə malik olurlar. Bu dəzgahların stolu bir, şpindel başlığı bərkidilmiş dayaq isə iki ox boyunca hərəkət edə bilir. Koordinat oxlarının bölgüsü dəzgahın təyinatından asılı olaraq fərqli ola bilər. Bu dəzgahlarda müstəvi, profil və müxtəlif dərinliklərin pardaq dairəsi ilə emalı aparılır. Proses tsiklik olaraq kompyüterdən idarə edilir. Tsikl pəstahın mövqeləşdirilməsi, pardaq dairəsinin verilmiş rejimdə işə salınma- ması, alətin sürətlə pəstaha yaxınlaşması (boş gediş), alətin kəsməyə daxil olması (işçi gediş), səthin pardaqlanması, sığallama, alətin səthdən uzaqlaşdırılması kimi mərhələlərdən ibarətdir.
Musəvi
Musəvi — Soyad, təxəllüs.
Mənəvi Dəyərlərin Təbliği Fondu
Mənəvi Dəyərlərin Təbliği Fondu — Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində olan və Azərbaycan Respublikasında mənəvi dəyərlərin qorunmasına və inkişafına, bu sahədə sosial layihələrin reallaşdırılmasına, habelə vətəndaşların dini etiqad azadlığının həyata keçirilməsinə dövlət dəstəyi göstərən qeyri-kommersiya hüquqi şəxsdir. == Tarixi == Azərbaycan Respublikası Prezidentinin 10 oktyabr 2017-ci il tarixli Fərmanı ilə yaradılmışdır. Elə həmin fərmanla "Mənəvi Dəyərlərin Təbliği Fondunun Nizamnaməsi" təsdiq edilmişdir. == Maliyyələşməsi == Fondun əmlakı nizamnamə kapitalından, təsisçinin verdiyi digər əmlakdan, dövlət büdcəsindən ayrılan vəsaitdən, fəaliyyətindən əldə etdiyi gəlirdən, ianələrdən, qrantlardan, cəlb edilən investisiyalardan və qanuna uyğun əldə etdiyi digər vəsaitlərdən formalaşır. Fondun nizamnamə kapitalı 100 000 manatdır və dövlət büdcəsinin vəsaiti hesabına formalaşır. Fondun saxlanması və fəaliyyətinin təmin edilməsi Fondun əmlakı hesabına – dövlət büdcəsindən ayrılan vəsait, habelə kreditlər, qrantlar və texniki yardımlar, fiziki və hüquqi şəxslərin ianələri və qanuna uyğun əldə etdiyi digər vəsaitlər hesabına həyata keçirilir.
Azərbaycan milli-mənəvi dəyərləri
Azərbaycan milli-mənəvi dəyərləri və ya Azərbaycan mentaliteti — Azərbaycan cəmiyyətində və mədəniyyətində vacib hesab edilən davranış normaları (ədəb), ailə dəyərləri, inanclar, ənənələr və s.-ni əhatə edən anlayış. == Tarixi arxa plan == XIII əsr monqol işğalı və ondan sonrakı dövrlərdə Elxanilərin həm İran Azərbaycanı, həm müasir Azərbaycanın üzərində hakimiyyət qurması burada yayılmış şamançılıq adətlərinin güclənməsinə gətirib çıxarmışdır. Şamanizm adətləri İslamın təsiri ilə dəyişikliklərə məruz qalmış, zərərsiz və vacib olmayan yerlərdə özünü qorumuşdur. Qədim adət-ənənə qaydaları Azərbaycan mədəni sahəsində uşaq folklor və oyunlarında, geniş xalq təbəqələrinin mərasim və inanclarında yaşamağa davam etmişdir. Məsələn, azərbaycanlıların cümə axşamı ölülərin ruhuna hörmətən yediyi aşın qədim şamanizm qalıntısı olduğuna şübhə yoxdur. Bir Azərbaycan nağılında şahzadələr nişanlılarını seçmək üçün qızlara alma atması adəti XVII əsrdə Azərbaycanda yaşayan monqollarda mövcud olmuşdur.Elxani hökmdarı Hülakü xanın vəziri Nəsirəddin Tusi monqol və şərq türklərinin adət, mədəniyyət və ənənələrinə tamamilə vaqif olmuş, onun oğlu da tamamilə türkləşmişdir. Əslən yəhudi olan, vəzir Fəzlullah Rəşidəddin də türk adət və ənənələrini mənimsəmişdir. Fəzlullah Rəşidəddinin oğulları Qiyasəddin və Cəlaləddin türklər tərəfindən fəzilət və əxlaqları, Elxani qanun və nizamlarını bildiklərini görə mədh edilib sevilmişdir.İslam incəsənəti üzrə türkiyəli mütəxəssis Birgül Açıkyıldız hesab edir ki, erməni qəbiristanlıqlarında (məsələn, Culfada) tapılan erməni yazıları və tipik erməni ornamentləri olan qoç formalı qəbir daşları ətraf mədəniyyətlərin — kürd və Azərbaycan adət-ənənələrinin təsiri altında yaranıb. Açıkyıldızın fikrincə, zoomorf qəbir daşları daha çox düzbucaqlı xaçkarları ilə tanınan erməni qəbiristanlıqları üçün xarakterik deyil.Tarixən, Cənubi Dağıstanın əhalisi Azərbaycanın mədəni və davranış normalarına yönlənib, Azərbaycan linqvistik və mədəni mühiti ilə əhatələnib. Tatların mədəniyyəti əsrlər boyunca Azərbaycan və digər mədəniyyətlərin qarışması nəticəsində İran və türk elementləri və adət-ənənələrinə malik qarışıq mədəniyyət olmuşdur.Qacar dövləti şahzadələri Təbrizdə azərbaycanlıların əhatəsində türk dili, mədəniyyəti və adətlərinə daha çox bağlanır, taxta çıxdıqdan sonra özlərini Azərbaycan türkləri ilə əhatə edirdilər.
Abtayberq muzeyi
Abtayberq Muzeyi — Almaniyanın Münhenqladbax şəhərində yerləşən incəsənət muzeyi. == Haqqında == Abtayberq Muzeyinin memarı Hanz Holleyndir. Marsel Duçamp, Endi Uorhol, Roy Lixtenşteyn kimi sənətçilərin əsərləri də burada sərgilənir. 1901–1904-cü illəri arasında Münxenqladbax Bələdiyyə Binasında yerləşən muzey 1904–1925-ci illəri arasında Fliyşerberqdə yerləşən bir Protestan kilsəsində fəaliyyətini davam etdirdi. 1925–1928 illəri arsında bir çox binada fəaliyyət göstərən muzey 1982-ci ildə Abteistraßdə yerləşən və memar Hanz Holleynin işi olan yeni binaya köçdü. 1982-ci ildən muzey bu binada fəaliyyət göstərməkdədir.
Abteyberq Muzeyi
Abtayberq Muzeyi — Almaniyanın Münhenqladbax şəhərində yerləşən incəsənət muzeyi. == Haqqında == Abtayberq Muzeyinin memarı Hanz Holleyndir. Marsel Duçamp, Endi Uorhol, Roy Lixtenşteyn kimi sənətçilərin əsərləri də burada sərgilənir. 1901–1904-cü illəri arasında Münxenqladbax Bələdiyyə Binasında yerləşən muzey 1904–1925-ci illəri arasında Fliyşerberqdə yerləşən bir Protestan kilsəsində fəaliyyətini davam etdirdi. 1925–1928 illəri arsında bir çox binada fəaliyyət göstərən muzey 1982-ci ildə Abteistraßdə yerləşən və memar Hanz Holleynin işi olan yeni binaya köçdü. 1982-ci ildən muzey bu binada fəaliyyət göstərməkdədir.
Allium munzii
Allium munzii (lat. Allium munzii) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin nərgizçiçəyikimilər fəsiləsinin soğan cinsinə aid bitki növü.
Alman Muzeyi
Alman Muzeyi (alm. Deutsches Museum‎) — Almaniyanın Münhen şəhərində yerləşən dünyanın ən böyük texnologiya və elm muzeyidir. Bu həm də Münhen şəhərinin ən böyük muzeyidir. Hər il təxminən 1,5 milyon ziyarətçi qəbul edən bu muzeydə elm və texnologiyanın 50 müxtəlif sahəsinə aid 28 min müxtəlif obyekt sərgilənir. Muzey 28 iyun 1903-cü ildə Oskar fon Millerin rəhbərliyi altında Alman Mühəndislər Palatası (VDI) tərəfindən təsis edilmişdir.
Aloe Muzeyi
Aloe Muzeyi — Arubada yerləşən muzeydir.Muzey və fabrikin ətrafı insanda Arubada aloe istehsal prosesi ilə yanaşı, Arubada aloenin 160 illik becərilmə tarixi haqqında da təsəvvürlər yaradır.
Arken muzeyi
Arken muzeyi (danimarka dilində:Arken) — Danimarkanın paytaxtı Kopenhagendən 20 km cənubda İsxoy kommunasında yerləşən müasir incəsənət muzeyi == Tarix == Arken muzeyi 15 mart 1996-cı ildə açılmışdır. Muzeyin binası Danimarka arxitektoru Seren Robert Lunn tərəfindən layihələşdirilmişdir. Muzeydə müasir Danimarka, Skandinaviya və zarici sənətkarların əsərləri nümayiş etdirilir. Onların arasında Asqer Yorn, Jan Arp, Tal R, Per Kirkenyu, Damien Xirst və digər rəssamların əsərləri mühüm yer tutur. 2008-ci ildə muzeyin binası xeyli genişləndirilmişdir.
Atatürk Muzeyi
Atatürk Muzeyi və ya digər adıyla İnqilab Muzeyi, İstanbulun Şişli rayonunda yerləşən və 1942-ci ildə İstanbul Böyükşəhər Bələdiyyəsi tərəfindən muzeyə çevrilmiş Mustafa Kamal Atatürkün yaşadığı evdir. Burada Atatürkün şəxsi əşyaları, Atatürk və Türkiyə İstiqlaliyyət müharibəsi ilə bağlı müxtəlif materiallar həmçinin fərqli rəssamlara aid tablolar sərgilənməkdədir. == Keçmişi == Mustafa Kamal, Birinci Dünya Müharibəsinin sona çatmasından sonra Suriya cəbhəsindən ayrılaraq 13 noyabr 1918-ci ildə İstanbula gəldi. Bir müddət Pera Palasda qaldıqdan sonra dostu Salih Fansanın Bəyoğlunda yerləşən evində qonaq oldu. Bu arada Şişlidə, bu gün ki, Halaskarqazi Prospektində Osep Kasabyanın 1908-ci ildə tikdiyi 3 mərtəbəli evi kirayə aldı. Mustafa Kamal, Akaretlerdə yaşayan anası Zibeydə xanım və bacısı Makbuleni yanına gətirdi. Özü ikinci mərtəbədə, yavəri isə alt mərtəbədə otururdu. İstanbulun işgal olunduğu günlərdə Mustafa Kamal dostlarıyla bu evdə tez-tez toplaşırdı. Samsuna doğru hərəkət etdiyi gün, 16 may 1919-cu ilə qədər bu evdə yaşadı. Mustafa Kamal Ankaraya yerləşdiyində anasını və bacısını yanına gətirdi.
Aviasiya muzeyi
Aviasiya muzeyi, hava muzeyi və ya hava və kosmos muzeyi — aviasiyanın tarixini və artefaktlarını nümayiş etdirən muzey. Faktiki, replika və ya dəqiq reproduksiya təyyarələrinə əlavə olaraq, eksponatlara aviatorların istifadə etdiyi fotoşəkillər, xəritələr, modellər, dioramalar, geyimlər və avadanlıqlar daxil ola bilər. Aviasiya muzeylərinin ölçüləri bir və ya iki təyyarənin yerləşdiyi yerdən tutmuş yüzlərlə təyyarəyə qədər dəyişir. Onlar milli, regional və ya yerli hökumətlərə məxsus ola bilər və ya şəxsi mülkiyyətə malik ola bilərlər. Bəzi muzeylər aeronavtika və astronavtika arasındakı sıx əlaqəni nümayiş etdirərək, kosmik tədqiqatların tarixinə və artefaktlarına da müraciət edir. Bir çox aviasiya muzeyləri hərbi və ya mülki aviasiyaya və ya müəyyən bir dövrün aviasiya tarixinə, məsələn, ilkin təyyarələrin meydana gəldiyi aviasiya tarixinə, Dünya Müharibəsi arasındakı dövrə onun ardınca gələn İkinci Dünya Müharibəsi dövrü və ya “qızıl dövr” təyyarələrinə və ya xüsusi bir aviasiya növünə, məsələn, uçuşa diqqət yetirir. Aviasiya muzeyləri öz təyyarələrini yalnız yerdə nümayiş etdirə və ya bəzilərini uçura bilərlər. Təyyarələrini uçurmayan muzeylər ya təyyarənin uça bilməyəcəyi, ya da çox nadir və ya qiymətli hesab edildiyi üçün bunu etməməyə qərar vermiş ola bilərlər. Muzeylər öz təyyarələrini hava şoularında və ya digər aviasiya ilə bağlı tədbirlərdə uçura bilərlər, onların uçması riskini qəbul edə bilərlər. Bəzi muzeylərdə dövri nəşrlər, texniki təlimatlar, fotoşəkillər və şəxsi arxiv dəstləri mövcuddur.
Ayasofya muzeyi
Ayasofiya və ya Müqəddəs Sofiya məbədi (yun. Αγία Σοφία, türk. Ayasofya) — Türkiyənin İstanbul şəhərində yerləşən, əvvəl provoslav kilsəsi, daha sonra məscidə çevrilən məbəd. Qısa müddət muzey kimi istifadə olunub. 2020-ci il 11 iyul tarixindən yenidən məscid kimi fəaliyyət göstərir. Bizans dövrünə aid olan Aya Sofya Bizansın "qızıl əsrinin" simvoludur. Hazırda rəsmi olaraq Ayasofya Böyük Məscidi (türk. Ayasofya-i Kebir Camii) adlanır. == Ümumi məlumat == 1935-ci ildən indiyə qədər muzey kimi fəaliyyət göstərən Aya Sofya Bizansa şahidlik edib, Osmanlı dövrünün möhtəşəm və tarixi abidələrindən biri olaraq il boyunca bütün ölkələrdən gələn turistlər tərəfindən ziyarət edilir. Zamana meydan oxuyan nəhəng ölçüdə, iqlim şərtləri, zəlzələlər kimi təsirlərlə yaranan aşınmaların günümüzdə çox incə və ehtiyatlı halda aparılan bərpa işləri ilə aradan qaldırılmasına çalışılır.
Azərbaycan muzeyi
Azərbaycan muzeyi — müasir İranın şimal-qərbində ən böyük arxeologiya muzeyidir. Muzey Təbrizdəki Xaqani parkı və Göy məscid yaxınlığında yerləşir. == Haqqında == 1958-ci ilin aprel ayında yaradılmışdır. Muzey 3 böyük zaldan, həyətyani ərazidən, ofis otaqlarından və kitabxanadan ibarətdir. Muzeydə əsasən Cənubi Azərbaycan ərazisində aparılmış qazıntılardan aşkar edilmiş tapıntılar, incəsənət nümunələri və heykəllər nümayiş etdirilir. Muzeyin kitabxanasında əlyazma və çap formasında olmaqla 2500-dən çox kitab saxlanılır. Kitabların əksəriyyəti tarix, arxeologiya, incəsənət və İran mədəniyyəti haqqındadır. Azərbaycan muzeyində İran tarixinin müxtəlif dövrləri haqqında olan kitabların sayı təkcə İran Milli Muzeyində qorunan kitabların sayından geri qalır. == Qalereyalar == Azərbaycan muzeyində 3 qalereya vardır: Həmçinin muzeyin həyətində daş insan fiqurları, heykəllər, qoç fiqurları və kitabələr saxlanılır. === I qalereya === Birinci qalereya e.ə.
Aşiyan muzeyi
Aşiyan muzeyi (türk. Aşiyan Müzesi) — İstanbulun Beşiktaş mahalının Aşiyan məhəlləsində məşhur türk şairi Tofiq Fikrətin (1867–1915) evidir. 1906-cı ildə tikilib, daha sonra 1945-ci ildə muzeyə çevrilib. Muzey İstanbul Böyükşəhər Bələdiyyəsinə məxsusdur. == Tikilmə tarixi == Tofiq Fikrət 1906-cı ildən 1915-ci ildə vəfat edənə qədər bu evdə yaşayıb. Bina 1940-cı ildə İstanbul valisi və bələdiyyə başqanı Lütfi Kırdarın təşəbbüsü ilə T. Fikrətin həyat yoldaşı Nazimədən bələdiyyə tərəfindən alınıb və Yeni Ədəbiyyat Muzeyi (Osmanlı türkcəsində: Edebiyat-ı Cedide Müzesi)adlı muzeyə çevrilib və 1945-ci ildə açıldı. 1961-ci ildə Eyüp qəbiristanlığında dəfn edilən Tofiq Fikrətin qalıqları Boğaza panoraması ilə çox bəyəndiyi evinin həyətinə aparıldıqdan sonra muzeyin adı dəyişdirilərək Aşiyan Muzeyi adlandırıldı. Evin memarlıq layihəsini Tofiq Fikrət özü hazırlayıb və evinə fars dilindən tərcümədə "yuva" mənasını verən "Aşiyan" adını verib. Ev bağın içində üç mərtəbəli taxta tikilidir. == Muzeyin strukturu == Birinci mərtəbə inzibati ofislərdən ibarətdir.
BMW muzeyi
BMW Muzeyi — Almaniyanın Münhen şəhərində yerləşən avtomobil muzeyi. 1972-ci ildə – Yay Olimpiadalarından əvvəl açılmışdır. Muzey BMWnin tarixi haqqındadır və muzeydə BMW-nin köhnə avtomobilləri nümayiş olunur. == BMW muzeyi rəqəmlərdə == Hər il muzeyə 250.000-dən çox insan baş çəkir. Belə kiçik davamiyyət reklamın praktiki olaraq tam yoxluğuyla izah olunur.
Baksı Muzeyi
Baksı Muzeyi — Türkiyədə fəaliyyət göstərən muzeylərdən biri. == Haqqında == Kitabxana, konfrans, sərgi salonlarından ibarət 40 hektarlıq bir ərazidə yerləşir. 2005-ci ildə tanınmış Türk alimi, professor Hüsaməddin Koçanın təşəbbüsü ilə Baksı Mədəniyyət Vəqfi yaradılmışdır və uzun sürən çalışmalardan sonra məhz bu vəqfin bazası əsasında Baksı Muzeyi müstəqil olaraq 2010-cu ildə istifadəyə verilmişdir. Muzey bir sıra yerli və beynəlxalq mükafatlara layiq görülmüşdür.
Barbarizm Muzeyi
Barbarizm Muzeyi — Şimali Kiprin Nikosiya rayonunda yerləşən bir muzeydir. 4 Dekabr 1963-cü ildə başlayan hadisələrdən sonra Kipr Türk Qüvvələri Alayının rəisi olan mayor Nihat İlhanın evi EOKA-ya məxsus Yunan dəstələri tərəfindən basqın edildi hadisədən sonra muzeyə çevrildi və 1966-cı il yanvarın 1-də ziyarətə açıldı. 25-26 Dekabr 1963-cü ildə Nikosiyada baş verən hadisələrdə, mayor Nihat İlhanın iki ay əvvəl aldığı ev EOKA dəstələri tərəfindən basqın edildi və ailəsi burada vurularaq öldürüldü.
Benfika muzeyi
Benfika muzeyi və ya Cosme Damião — Portuqaliyanın tanınmış futbol komandası sayılan "Benfika" klubunun titullarını və tarixini özündə əks etdirən bir idman muzeyidir. Muzey həmçinin klubun yaradıcılarından birinin şərəfinə "Kosme Damian" adlanır. Muzeyin açılışı Luis Felipe Vieyranın rəhbərliyi altında 2013-cü ilin 26 iyul tarixində olmuşdur və iyulun 29-da ictimaiyyətin istifadəsinə verilmişdir. Muzeyin tikintisi 1 il 3 ay vaxt çəkmişdir. Muzey stadionun yaxınlığında yerləşir, 4000 kv metr ərazini əhatə edir və 3 mərtəbədən ibarətdir. Burada 500-dən artıq mükafat sərgilənir. Muzeydə həmçinin 29 müxtəlif mövzunu özündə əks etdirən otaqlar fəaliyyət göstərməkdədir. Buraya klubun digər idman növlərində qazandığı 1000-dən artıq mükafat və buna dair 20.000-dən artıq sənədlər, əşyalar, şəkillər, audio və video fayllar daxildir. Həmçinin muzeydə Portuqaliya və dünya ilə bağlı önəmli hadisələrin (Lissabon zəlzələsi (1755). Qərənfil inqilabı, Apollon 11) ekran toxunuşlu görüntüləri yayınlanmaqdadır.
Bode muzeyi
Bode muzeyi (1904-cü il adı ilə Kaiser Friedrich muzeyi) — Almaniyanın paytaxtı Berlindəki Muzeylər adasında tarixi qoruma altındakı bir bina daxilində qurulan muzeydir. 1904-cü ildə Kaiser Friedrich muzeyi adı ilə açılan muzeydə heykəl, medal və sikkə kolleksiyasından əlavə, həmçinin Bizans sənəti də yerləşir. Təxminən 6 il davam edən bərpadan sonra 17 oktyabr 2006-cı ildə yenidən açıldı. O vaxtdan etibarən muzeyin adı qurucularından biri olan Vilhelm fon Bodenin şərəfinə dəyişdirildi. Anadoluda arxeoloji qazıntılar zamanı tapılan bir çox əsər burada nümayiş olunur. == Muzeyin inşası == 1840-cı illərdən bəri bir sənət muzeyi yaratmaq ideyaları mövcud idi. Bu mövzuda fikir söyləyən şəxs sənət tarixçisi Vilhelm von Bode idi. Saray memarları Ernst von İhne və Maks Hasak tərəfindən 1897-1904-cü illər arasında inşa edilmiş bu bina içərisində Vilhelm von Bode tərəfindən toplanmış heykəl və şəkil kolleksiyasının sərgilənməsi planlaşdırılırdı. 18 oktyabr 1904-cü ildə III Fridrixin doğum günündə açılan muzey, onun anısına Kaiser Friedrich muzeyi kimi tanınmağa başladı. Muzeyin girişində Monbijou körpüsünün üzərinə 1904-cü ildə təxminən 6,80 metr yüksəkliyindəki III Fridrixin süvari heykəli ucaldılmışdır.
Britaniya muzeyi
Britaniya muzeyi (ing. British Museum) — Böyük Britaniyanın və dünyanın ən böyük muzeylərindən biri, ikinci ən çox ziyarət edilən sənət muzeyi. == Tarixi == Bu muzey 1753-cü ildə hazırlanmışdır, lakin açılışı 1759-cu ildə edilmişdir. Bina isə 1823 – 47-ci illərdə tikilmişdir, memarı R. Smyork olmuşdur. Oxu zalınının tikintisi 1854 – 57-ci illərdə başladılmış, həmin hissənin memarı isə S. Smyork hesab edilir. XVII əsrdən etibarən İngiltərənin ən mühüm mərkəzlərindən birinə çevrildi. İlk muzey təsis edildiyi dövrdə Montaqyo (Montagu House) adlandırılan binada fəaliyyətə başlamışdır. Müasir zamanımızdakı binaya köçənə qədər bir çox korpuslarda yerləşdirilmişdir. Bina ilk əvvəl Qədim Misir, Qədim Yunanıstan, Assuriya və bir çox digər ölkələrin müzakirə zalı kimi açılmışdı. Hazırkı dövrdə məhz bu muzeydə məşhur Rozetta daşı saxlanılır.
Bələdiyyə muzeyi
Bələdiyyə muzeyi — Təbrizdə muzey 2007-ci ildə Təbrizdə açılıb. Muzey Təbrizin bələdiyyə binasının zirzəmisində yerləşir. Muzeyə giriş pulsuzdur.
Diaspor muzeyi
Diaspor muzeyi — Yəhudi xalqının muzeyi (ivrit dilində:‏בית התפוצות‏) — Ramat-Əvivdəki (Tel-Əviv, İsrail) Tel-Əviv muzeyinin kampusu ərazisində yerləşən Naxum Qoldman adına yəhudi diasporunun muzeyi == Tarixi == Diaspor muzeyi 1978-ci ilin mayında təşkil olunmuşdur və bu dövrün ən müasir incəsənət muzeylərindən biri hesab olunur. Diaspor evinin yaradılması ideyasını keçmiş və müasir yəhudi diasporunun abidəsini yaratmağa səy göstərən Ümumdünya yəhudi konqresinin banisi və prezidenti Naxum Qoldman təklif etmişdir. Audio-vizual displeylərdən istifadə olunmaqla yəhudi xalqının 2600 il bundan əvvəl İsrail torpaqlarından qovulmasından bu günədək əsrlər boyu bütün dünyaya səpələnmiş yəhudi diasporunun tarixini nümayiş etdirir. Şair Abba Kovnerin təklifi ilə muzey 6 tematik hissəyə bölünmüşdür. Sərgilər mərtəbələr və mövzular üzrə yerləşdirilmişdir. İsrail hökuməti 2011-ci ildə yeni texnologiyalardan istifadə olunmaqla muzeyin genişləndirilməsi və moderizasiyası planını bəyənmişdir. Muzeydə eksponatların bərpası da həyata keçirilir. 2015-ci ildə yeni sinaqoq zalının açılması və 2017-ci ildə yenidən qurulmasının başa çatdırılması planlaşdırılmışdır. Muzeyin yenidən qurulması proqramında yəhudi və İsrail cəmiyyətində baş verən əhəmiyyətli dəyişikliklər, həmçinin muzey texnologiyasının ən yeni nailiyyətləri öz əksini tapmışdır. Muzey tamaşaçılara yəhudi xalqının Bibliya dövründən müasir dövrədək olan tarixini, mədəniyyətini, yəhudi həyat tərzini bütün dolğunluğu ilə çatdırmağa çalışır.
Diaspora muzeyi
Diaspor muzeyi — Yəhudi xalqının muzeyi (ivrit dilində:‏בית התפוצות‏) — Ramat-Əvivdəki (Tel-Əviv, İsrail) Tel-Əviv muzeyinin kampusu ərazisində yerləşən Naxum Qoldman adına yəhudi diasporunun muzeyi == Tarixi == Diaspor muzeyi 1978-ci ilin mayında təşkil olunmuşdur və bu dövrün ən müasir incəsənət muzeylərindən biri hesab olunur. Diaspor evinin yaradılması ideyasını keçmiş və müasir yəhudi diasporunun abidəsini yaratmağa səy göstərən Ümumdünya yəhudi konqresinin banisi və prezidenti Naxum Qoldman təklif etmişdir. Audio-vizual displeylərdən istifadə olunmaqla yəhudi xalqının 2600 il bundan əvvəl İsrail torpaqlarından qovulmasından bu günədək əsrlər boyu bütün dünyaya səpələnmiş yəhudi diasporunun tarixini nümayiş etdirir. Şair Abba Kovnerin təklifi ilə muzey 6 tematik hissəyə bölünmüşdür. Sərgilər mərtəbələr və mövzular üzrə yerləşdirilmişdir. İsrail hökuməti 2011-ci ildə yeni texnologiyalardan istifadə olunmaqla muzeyin genişləndirilməsi və moderizasiyası planını bəyənmişdir. Muzeydə eksponatların bərpası da həyata keçirilir. 2015-ci ildə yeni sinaqoq zalının açılması və 2017-ci ildə yenidən qurulmasının başa çatdırılması planlaşdırılmışdır. Muzeyin yenidən qurulması proqramında yəhudi və İsrail cəmiyyətində baş verən əhəmiyyətli dəyişikliklər, həmçinin muzey texnologiyasının ən yeni nailiyyətləri öz əksini tapmışdır. Muzey tamaşaçılara yəhudi xalqının Bibliya dövründən müasir dövrədək olan tarixini, mədəniyyətini, yəhudi həyat tərzini bütün dolğunluğu ilə çatdırmağa çalışır.
Arazbar bölgəsinin mənəvi mədəniyyəti (kitab)
Arazbar bölgəsinin mənəvi mədəniyyəti — Ənvər Çingizoğlunun Qarabağın bir bölgəsi olan Arazbar haqqında yazdığı kitab. Kitabda Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağın və onun bir bölgəsi olan Arazbarın mənəvi mədəniyyətindən danışılır. Mənəvi mədəniyyətin təkamülünün başlıca mərhələləri və əsas cəhətləri müəyyənləşdirilir, köçəri və oturaq mədəniyyət tarixinin mühüm və aktual problemləri araşdırılır.
Mənəvi Kunq-Fu (film, 1978)
Mənəvi Kunq-Fu (ing. Spiritual Kung-Fu, çincə:拳精 — Yuan Tszin) — 1978-ci ildə çəkilən Honkonq filmlərindən biridir. Filmin adı müxtəlif adlarla, o cümlədən, "Kabus", "Astral Kunq-Fu" və "Kabusların Kunq-Fusu" kimi adlarla tanınır. == Məzmun == Yi Lenq Şaolin məbədində adi gözətçilərdən biridir. Bir gün məbəddən gizli olan bir kitab oğurlanılır. Onu oğurlayan şəxs isə məşhur qəddar döyüşçü olur. Həmin adam Kunq-Funun bütün klanlarının rəhbəri olmaq niyyətindədir. Yi Lanq isə hələdə öz vəzifəsini görür. Bir gün Lanq 5 kabusla qarşılaşır.Birinci dəfədə onlardan qorxur. Lakin sonra onlarla dost olmağa başlayır.