Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Mürvət Kərimov
Kərimov Mürvət Yusif oğlu (1953, Qubadlı) — Texnika elmləri doktoru, professor. == Həyatı == Kərimov Mürvət Yusif oğlu 1953-cü ildə Qubadlı rayonunun Altınca (indiki Qiyaslı) kəndində anadan olmuşdur. Hal kənd orta məktəbini bitirərək 1968-ci ildə 15 yaşında Azərbaycan Neft və kimya İnstitutunun neft mexanika fakültəsinə qəbul olmuşdur. İnstitutu bitirdikdən sonra burada işləməyə başlamışdır. 1980-ci ildə Neft Akademiyasının aspiranturasına daxil olub. 1984-cü ildən assistent, 1987-ci ildən dosent, 2009-cu ildən isə professor vəzifəsindədir. 1986-cı ildə namizədlik, 2007-ci ildə isə doktorluq dissertasiyası müdafiə etmişdir. 200-dən artıq ixtira və elmi məqalənin müəllifidir. Hazırda Azərbaycan Neft Akademiyasında, “Neft –qaz istehsalı və emalı texnikası” kafedrasında işləyir.
Mürvət Məmmədyarov
Mürvət Güloğlan oğlu Məmmədyarov (20 sentyabr 1996; Gəgəli, Ağsu, Azərbaycan — 6 oktyabr 2020; Suqovuşan, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Mürvət Məmmədyarov 1996-cı il sentyabrın 20-də Ağsu rayonunda anadan olub. == Hərbi xidmətləri == 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Ehtiram Məmmədov Suqovuşan döyüslərində savaşıb. Müharibə zamanı tuşlayıcı operator kimi hərbi xidmətini yerinə yetirib. Talış Suqovuşan istiqamətində döyüş yolu keçib. 6 oktyabr 2020-ci ildə Talış Suqovuşan istiqamətindəki döyüşlər nəticəsində şəhid olub. Goranboyda dəfn edilmişdir.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Mürvət Məmmədyarov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Mürvət Məmmədyarov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Mürvət Şərifov
Mürvət Şərifov (tam adı: Mürvət Rəhim oğlu Şərifov; 1932, Müsəlləm, Qafan rayonu, Ermənistan SSR, SSRİ – 19 yanvar 1990, Bakı, Azərbaycan SSR, SSRİ) — Qanlı Yanvar şəhidi. == Həyatı == 1932-ci ildə Ermənistan SSR Qafan rayonunun Müsəlləm kəndində anadan olmuşdur. Uzun müddət — 36 il "Zəngəzur mis-molibden kombinat"ında işləmişdir. 6 övlad böyüdüb boya-başa çatdırmışdır. 1988-ci ildə azərbaycanlıların kütləvi şəkildə Ermənistandan qovulması səbəbindən doğma yurd-yuvasından didərgin düşmüş və Bakıya köçmüşdur. == Ailəsi == 1990-cı ilə iki övladı, — Roza və Bayram ali təhsil almış, qızları Əsmər və Kifayət orta ixtisas məktəbini bitirmişdilər. Məlahət Azərbaycan Sənaye Universitetində oxuyurdu. Sonbeşik Səadət isə məktəbli idi. == Qanlı Yanvar faciəsi == Gəlini Şərifova Fatma Əsab qızının dedikləri: Şəhidlər xiyabanında dəfn edilmişdir. == Ünvan == Bakı, R. Behbudov küçəsi 77, mənzil 12.
Nübuvvət
Nübuvvət — Müsəlmanlığın əsas şərtlərindən biri də peyğəmbərlərə inamdır. Müsəlman adlanan kəs Allah-Təalanın göndərdiyi bütün peyğəmbərlərə inanmalı, onları öz xüsusiyyət və möcüzələri ilə qəbul etməli, ən əsası isə Həzrət Məhəmmədin (s) sayca sonuncu, şərafətcə ilkin peyğəmbər olduğuna iman bəsləməlidir. Müsəlmanların əqidəsincə, Həzrət Məhəmməd (s) “peyğəmbərlərin möhrüdür”, yəni sonuncu peyğəmbərdir. Allah-təala Həzrət Məhəmməddən (s) sonra Yer üzünə peyğəmbər göndərməmişdir və qiyamət gününədək göndərməyəcəkdir. Peyğəmbərlərə inam Allaha inamla əkizdir. Belə ki, Allaha inanıb peyğəmbərləri danan kəs müsəlman deyildir. Peyğəmbərlərin hər hansı birinin ruhunu təhqir etmək, Həzrət Məhəmmədin (s) sonuncu peyğəmbərlik iddiası edən hər hansı şəxsə iman gətirmək İslam dinindən çıxmaq deməkdir. == Peyğəmbəri ifadə edən terminlər == === Peyğəmbəri ifadə edən terminlər === Fars dilindən Türk dilinə keçmiş bir ad olan peyğəmbər kəlməsi “xəbərçi, xəbər gətirən, elçi” mənalarına gəlməkdədi. Dini bir termin olaraq, “Allah-Təala”nın, qullarına əmr və qadağalarını bildirmək və dinini öyrətmək üzrə insanların arasından seçdiyi və vəzifələndirdiyi “kişi” deməkdir. Quranda peyğəmbər anlayışı qarşılığında “nəbi” və “rəsul” kəlmələri keçməkdədir.