İNSANİYYƏT

is. [ ər. ]
1. top. Bütün insanlar, bəşəriyyət, insan övladı, insan cəmiyyəti. [Abdulla bəy Asi və S.Ə. Şirvaninin ] də məslək və əqidəsi və baş arzuları ümumi bəşərin və insaniyyət aləminin səadətidir. F.Köçərli.
[Əli:] Din bir əmri-vaqe olaraq, insaniyyətlə bərabər doğmuş və əsrlərdən bəri dolanbac tarix yollarında onu təqib edir. Çəmənzəminli.

2. İnsanpərvərlik, insanlıq, insana yaraşan sifət və fəzilətlər, mürüvvət.
Bu zəhmətlər şərh olunmaz, uzundur: İnsaniyyət həp bunlara mədyundur. A.Səhhət.
Həbib Gözəlin evində hərarət, körpələrində ünsiyyət, özündə mərhəmət gördüyü kimi, Gözəl də Həbibdə insaniyyət, mehribanlıq hiss edirdi. Ə.Vəliyev.

Sinonimlər (yaxın mənalı sözlər)

  • İNSANİYYƏT insaniyyət bax 1. insanlıq; 2. insanpərvərlik
  • İNSANİYYƏT mürüvvət
  • İNSANİYYƏT bəşəriyyət
İNSANİ
İNSANİYYƏTPƏRVƏR

Digər lüğətlərdə