NÜBÜVVƏT
Peyğəmbərlik. İslam dininə etiqad edən müsəlmanların iman əsaslarından biri də peyğəmbərlərə imandır. Peyğəmbər insanla Tanrı arasında vasitəçidir. Peyğəmbərlərə iman, insanlara doğru yolu göstərmək üçün Allah tərəfindən seçilmiş şəxslərin göndərilməsinə və onların Allahdan gətirdiyi hər şeyin doğru və həqiqət olduğuna inanmaq, peyğəmbərlər haqqında vacib, qeyri-mümkün və caiz olan şeyləri və xüsusiyyətləri bilib, beləcə təsdiq etməkdir.