İBLİS

is. [ ər. ]
1. Şeytan.
[Odabaşı:] Cəhənnəm əhli iblisi arakəsməyə salıblar. Ə.Haqverdiyev.
[Mələk:] Yox kimsədə insafü mürüvvət; İblisəmi uymuş bəşəriyyət?! H.Cavid.

2. məc. Araqarışdıran, fitnə salan, fitnəkar, hiyləgər.
Sanki iblis oynayır bir rol, ona şər əl çalır. Ə.Nəzmi.
Yer üzündə nə xəyanət, nə də iblis qalacaqdır. S.Vurğun.

Sinonimlər (yaxın mənalı sözlər)

  • İBLİS iblis bax 1. şeytan; 2. fitnəkar
  • İBLİS fitnəkar — hiyləgər
  • İBLİS şeytan — cin

Antonimlər (əks mənalı sözlər)

  • İBLİS İBLİS – MƏLƏK Ədavət toxumu səpmək üçün siz; Gah mələk oldunuz, gah da bir iblis (S.Rüstəm)
İBERLƏR
İBLİSANƏ

Digər lüğətlərdə