Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Müsəbbe
Müsəbbe (ərəbcədən tərcüməsi: yeddilik) — Klassik Şərq, o cümlədən Azərbaycan ədəbiyyatında şeir forması. Müsəbbenin hər bəndi 7 misradan ibarətdir. İlk bəndin misraları həmqafiyə olur. Sonrakı bəndlərin ilk 6 misrası öz aralarında, son misrası isə birinci bəndlə qafiyələnir. Qafiyələnməsi aaaaaaa, bbbbbba, vvvvvva şəklindədir. Az yayılmış şeir formasıdır. Müsəddəs Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. VII ҹилд: Мисир—Прадо. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев.
Mürəbbe
Mürəbbe (ərəbcə: dördlük) — Klassik Şərq, o cümlədən Azərbaycan ədəbiyyatında lirik şeir forması. Mürəbbe 4 misra olmaqla 5-7 bənddən ibarət olur. İlk bəndin misraları həmqafiyə olur. Sonrakı bəndlərin ilk 3 misrası öz aralarında, son misrası isə birinci bəndlə qafiyələnir. Qafiyə quruluşu aaaa, bbba, vvva və s. şəklindədir. Bəndlərin son misrası nəqərat şəklində olur. Müasir ədəbiyyatda mürəbbenin ifadə imkanları qismən dəyişmişdir. Məhəmməd Füzulinin "Gözüm, canım, əfəndim sevdigim, dövlətli sultanım!" nəqəratli mürəbbesi məşhurdur. Mürəbbedə hər bəndin axırıncı misraları təkrar da ola bilər.
Mürəbbə
Mürəbbə — meyvələrin çeşidli şəkillərdə şəkərlə qaynadılması ilə hazırlanan şirniyyat. Azərbaycan ərazisində məlum meyvə-giləmeyvələrin hamısı yetişir və becərilir. Ona görə də azərbaycanlılar hələ qədimdən sadə üsullarla meyvə-tərəvəzdən mürəbbə, püre, povidlo, cem və digər məhsullar hazırlamışlar. Azərbaycana şəkər gətirilənə qədər mürəbbə tipli məhsullar şirin meyvə-giləmeyvələrin şirəsi və balla hazırlanırdı. Bu məqsədlə şirin üzüm və ağ tut şirələrindən daha çox istifadə edilir. Ağ tut şirəsi qaynadılıb bir qədər qatılaşdırılır və həmin şirədə iri giləli tut, gilas bişirilib şirin məhsul — "riçal" əldə edilir. İndinin özündə belə bir çox rayonlarda tut və üzüm riçalı bişirilir. VII əsrdə Azərbaycan torpağına şəkər gətirilməyə başlayır və meyvə-giləmeyvədən hazırlanan mürəbbələrin çeşidi ilbəil artır. Eyni zamanda qızılgül ləçəklərindən də mürəbbə hazırlanır. Qızılgül ləçəklərini şəkərlə əzib günəş altında 20 gün saxlamaqla "Gülqənd" adlı şirin ətirli məhsul əldə edilir.
Müsəb ibn Ümeyr
Müsəb ibn Ümeyr (ərəb. مصعب بن عمير‎ Müs'əb ibn 'Ümeyr; 585, Məkkə – 625) — Məhəmməd peyğəmbərin səhabələrindən biri, İslamın Mədinədə yayılmasında böyük rol oynamışdır. Müsəb ibn Ümeyr varlı Məkkəli ailəsində anadan olmuşdur. Qüreyş qəbiləsinin Əbd-əd-Dar nəslindən idi. İslamı qəbul etdikdən sonra İslam müxaliflərinin təqiblərindən qorxaraq bir müddət onu gizlədir. Ailəsi onun İslamı qəbul etməsindən xəbər tutduqdan sonra onu dinindən dönməyə məcbur etməyə çalışır və onu ev dustaqlığında saxlayırlar. Təqiblərdən qaçaraq Efiopiyaya köçür və oradan gəldikdən sonra ailəsi onun müsəlman olması ilə barışmalı olur. 621-ci ildə Kəbənin ənənəvi ziyarəti zamanı Mədinəli Aus və Xəzrəc qəbilələrinin nümayəndələri Əqabə adlanan yerdə danışıqlar aparmaq üçün Məhəmməd peyğəmbərlə görüşür. On iki mədinəli Məhəmməd peyğəmbərə yalnız Allaha ibadət etməyə, oğurluq etməməyə, zina etməməyə, uşaq öldürməməyə, böhtan və böhtandan çəkinməyə and içmiş, həmçinin Məhəmmədə peyğəmbər olaraq itaət edəcəklərinə and içmişlər. Əvvəlcə müəyyən çətinliklərlə qarşılaşan Əsəd ibn Zürarə Mədinədə təbliğat aparır və Peyğəmbərdən öz nümayəndəsini onların yanına göndərməsini istəyir.
Düşənbə
Düşənbə (tac. Душанбе — tərc. bazar ertəsi) — Tacikistan Respublikasının paytaxtı, respublika əhəmiyyətli şəhər. Şəhər ölkənin ən böyük elmi-mədəni, siyasi, iqtisadi, sənaye və inzibati mərkəzidir. Düşənbədə ölkənin ən yüksək hakimiyyət orqanları yerləşir. Respublika Prezidentinin Administrasiyası, Tacikistan Parlamenti və Prezident sarayı bu şəhərdə yerləşir. == Tarixi == " Düşənbə " adlı yaşayış məntəqəsi ilk dəfə olaraq XVII əsrin sonuna aid məxəzlərdə xatırlanır. Bu yaşayış məntəqəsi 1826-cı ildə " Düşənbə — Kurqan" adlanırdı. 1924-cü ildə Düşənbə (keçmişdə " Düşənbə — Bazar " (tac. Дюшамбе-Бозор) ) kəndi , Səriasya və Şahmənsur kəndləri ilə birləşdirilərək Düşənbə qışlağı yaradıldı.
Düşənbə hadisələri
Düşənbə hadisələri (rus. Массовые беспорядки в Душанбе) — 1990-cu ilin 12–14 fevral tarixlərində Tacikistan Sovet Sosialist Respublikasının paytaxtı Düşənbə şəhərində yaşayan etnik ermənilər, ruslar və taciklərlərə qarşı tacik millətçilər tərəfindən gercəkləşdirilmiş poqrom. Hadisələr nəticəsində 26 nəfər həlak olmuş, 565 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri almışdır. Hadisələr müxtəlif mənbələrdə Sovet Sosialist Respublikaları İttifaqının dağılması ilə müşahidə olunan hökumət əleyhinə nümayişlər kimi də təqdim olunmuşdur.
Düşənbə şəhəri
Düşənbə (tac. Душанбе — tərc. bazar ertəsi) — Tacikistan Respublikasının paytaxtı, respublika əhəmiyyətli şəhər. Şəhər ölkənin ən böyük elmi-mədəni, siyasi, iqtisadi, sənaye və inzibati mərkəzidir. Düşənbədə ölkənin ən yüksək hakimiyyət orqanları yerləşir. Respublika Prezidentinin Administrasiyası, Tacikistan Parlamenti və Prezident sarayı bu şəhərdə yerləşir. == Tarixi == " Düşənbə " adlı yaşayış məntəqəsi ilk dəfə olaraq XVII əsrin sonuna aid məxəzlərdə xatırlanır. Bu yaşayış məntəqəsi 1826-cı ildə " Düşənbə — Kurqan" adlanırdı. 1924-cü ildə Düşənbə (keçmişdə " Düşənbə — Bazar " (tac. Дюшамбе-Бозор) ) kəndi , Səriasya və Şahmənsur kəndləri ilə birləşdirilərək Düşənbə qışlağı yaradıldı.
Muhibbə Darqa
Muhibbə Darqa (13 iyun 1921, Konstantinopol – 6 mart 2018, İstanbul) — türk qadın arxeoloqudur. O II Əbdülhəmid Daruqazadə Mehmet Emin bəyin nəvəsidir. O Erenköy qız lisesindən sonra o İstanbul Universitetinin arxeoloq fakültəsinin məzunu olur. 1947-ci ildə elmlər namizədi, 1965-ci ildə dosent və 1973-cü ildə isə professor olur. Qaratəpə, Gədikli və Gəyirməntəpədə yarışlarında iştirak edir. O qədim yazıların oxumasında dünyanın ən məşhur alimlərindən biri sayılır. O İstanbul Universitetində arxeologiya fakültəsində dərs deyir. Onun ən məşhur əsəri "Keçmiş Anadolu qadınları" adlı əsəri onun ən məşhur əsəridir. O babası Mehmet Emin bəyin ilk türk səyyahlarından biri olub və onun gəzib gördüyü yerləri 2009-cu ildə "İstanbul'dan Asya-yı Vusta'ya Seyahat" və 2010-cu ildə isə "Kazı başkanının karavanası" adlı kitabda dərc olunur. Muhibbə darqa 6 mart 2018-ci ildə İstanbulda vəfat edib.
Əl-Müsənnə (el)
Müsənna mühafəzəsi (ərəb. محافظة المثنى‎) — İraqın 18 mühafəzəsindən biridir. Müsənna mühafəzəsinin ərazisi 51.740 km², 1997-ci ildə aparılmış rəsmi siyahıya almaya əsasən əhalisi 436.825 nəfər, inzibati mərkəzi Səmavə şəhəridir .
Musée des Blindés
Musée des Blindés ("Zirehli Nəqliyyat vasitələri Muzeyi") və ya Musée Général Estienne Fransanın Loire Vadisində, Saumur şəhərində yerləşən bir tank muzeyidir. Bu gün dünyanın ən böyük tank muzeylərindən biridir. 1977-ci ildə həm Fransız hərbi iyerarxiyasını, həm də yerli siyasi məmurları inandıran polkovnik Mişel Aubrinin rəhbərliyi ilə quruldu. 35 il əvvəl yalnız bir neçə yüz tırtıllı nəqliyyat vasitəsi ilə başlayan bu muzey, dünya səviyyəli kolleksiyası ilə tank inkişafı tarixi ilə maraqlanan insanları və peşəkar zirehli maşınlar üzrə mütəxəssisləri cəlb edən bir məkana çevrilmişdir. Əvvəldən polkovnik Aubry, tarixi və ya texniki baxımdan vacib olan maşınları saz vəziyyətə gətirməyi muzeyin əsas siyasəti etmişdir. Muzey dünyada ən böyük zirehli döyüş maşınlarının kolleksiyasına malikdir və 880-dən çox nəqliyyat vasitəsindən ibarətdir və yalnız dünyada daha çox tanka malik olan İngiltərədəki Tank Muzeyindən geri qalır. 1993-cü ildə daha böyük bir binaya köçürülsə də, yer olmadığı üçün muzeydəki nəqliyyat vasitələrinin yalnız dörddə bir hissəsi nümayiş etdirilə bilir. Muzeydə 200-dən çox vasitə tam işlək vəziyyətdədir, o cümlədən dünyada yeganə olaraq hələ də işləyə bilən Üçüncü Reyx istehsalı olan Tiger II tankı da bura daxildir. Tiger II, ümumiyyətlə hər il yayda baş verən Carrousel adlı zirehli avtomobil şousunda iştirak edir. Saumur bir əsrdən çoxdur ki, süvarilər üçün ənənəvi bir təlim mərkəzidir; hal-hazırda tamamilə zirehli maşın mütəxəssisləri hazırlığına yönləndirilmiş Zirehli Süvari Təlim Məktəbi də burada yerləşir.