Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Mirzə Məhəmməd Müsəvvir
Mirzə Məhəmməd Müsəvvir (Qəzvin – 1901, Bakı) — XIX əsr Azərbaycan şairi, rəssamı və xəttatı. O, "Məcməüş-şüəra" ədəbi cəmiyyətinin üzvü olmuşdur. == Həyatı == Mirzə Məhəmməd Qəzvin şəhərində anadan olmuş, 1876-cı ildə Bakıya köçmüş və ömrünün sonuna kimi burada yaşamışdır. O, rəssamlıq və xəttatlıqla məşğul olmuş, eyni zamanda "Müsəvvir" təxəllüsü ilə şeirlər yazmışdır. Müsəvvir ali savadının olmamasına baxmayaraq elmdən uzaq qalmamış, mahir şahmatçı olmuşdur. Mirzə Məhəmməd 1901-ci ildə Bakıda vəfat etmişdir.
Əl-Musəvvir
Əl-Musəvvir (ər. المصور) — Allahın adlarından biri. Hər məxluqu fərqli yaradan, təsvir edən, ona məxsusi forma verən deməkdir. Varlıqlar aləmini seyr etdikdə, nəzərimizə ilk növbədə onların xarici görkəmi çarpır. Bütün bunlar mahiyyətlərinə uyğun yaradılmışdır. Bu xüsusiyyəti insanda daha aydın görmək mümkündür. İnsanın hər orqanı öz funksiyasını yerinə yetirə biləcək tərzdə xəlq edilmişdir. Bu ad Allahın varlığının ən bariz nümunəsidir. Kainatda varlıqlar o dərəcə gözəl, nizam-intizamlı, ahəngli yaradılmışdır ki, insan onlara baxdıqca, sanki, rəssamın əli ilə çəkildiyini düşünür. "ət-Təğabun" surəsinin 3-cü ayəsində buyurulur: "O, göyləri və yeri haqq-ədalətlə (yerli-yerində) xəlq etdi, sizə surət verdi, surətlərinizi də gözəl yaratdı.
Mir Müsəvvər Ərjəngi
Mir Seyid Hüseyn — rəssam, xalı dizayneri. Atası Mir Seyid İbrahimdə rəssam idi və rəssamlığı Tiflisdə öyrənmişdi.Rəssam Ərjəngi Təbrizdə dünyaya gəlib.Nəsəbi Ağa Mirək Təbriziyə yetişir. O, rəssamlığı Rusiyada öyrənmişdir.
Münəvvər
Münəvvər — qadın adı. Münəvvər Rzayeva — Azərbaycanlı heykəltaraş Münəvvər Kələntərli — Azərbaycan aktrisası, Azərbaycan SSR əməkdar artisti (1940). Münəvvər Əsgərova — üzümçü Münəvvər Məmmədquluzadə — Cəlil Məmmədquluzadənin qızı, SSRİ Ali Sovetinin II çağırış deputatı. Münəvvər Qasımova — Münəvvər Əliqızı —DigərMünəvvər (Şəbüstər) — İranın Şərqi Azərbaycan ostanının Şəbüstər şəhristanı ərazisinə daxil olan kənd.
Münəvvər (Şəbüstər)
Münəvvər (fars. منور‎) — İranın Şərqi Azərbaycan ostanının Şəbüstər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 377 nəfər yaşayır (99 ailə).
Münəvvər Kələntərli
Münəvvər Səməd qızı Kələntərli (21 dekabr 1912, Lənkəran, Lənkəran qəzası – 5 fevral 1963, Bakı) — Azərbaycan aktrisası, Azərbaycan SSR əməkdar artisti (1940). == Həyatı == Münəvvər Kələntərli 1912-ci ildə Lənkəranda anadan olub. Təhsilini Lənkəranda alan aktrisa 17 yaşında ikən Bakıya gəlib. Gözəl səsə sahib olan Münəvvər Kələntərli qardaşı Haşım ilə birgə konsertlərdə xalq mahnılarını, "Aman nənə", "Kişmiri şal" və "Lolo" kimi el nəğmələrini ifa edirdi. Eyni zamanda tarzən Qurban Pirimovun, kamançaçı Qılman Salahovun və qarmonçalan Teymur Dəmirovun müşayiəti ilə muğam da oxumuşdur. Bundan xəbər tutan bəstəkar Müslüm Maqomayev 1933-cü ildə onu Opera Teatrına dəvət edir və beləliklə də Münəvvər Kələntərli 1933-cü ildən etibarən səhnə fəaliyyətinə başlayır. == Səhnə fəaliyyəti == Opera Teatrında səhnə fəaliyyətinə başlayan Münəvvər Kələntərli Ü.Hacıbəylinin "Leyli və Məcnun" operasında Leyli və Leylinin anası, "Əsli və Kərəm"də Əsli, "O olmasın, bu olsun"da Sənəm obrazlarını yaratmışdır. Öz arzusu ilə fəaliyyətini Musiqili Komediya Teatrında davam etdirən aktrisa burada F.Əmirovun "Gözün aydın", S.Ələsgərovun "Ulduz", T.Quliyevin "Qızıl axtaranlar", S.Rüstəmovun "Durna", A.Rzayevin "Aya səyahət" və başqa tamaşalarda uğurla çıxış etmişdir. == Kino fəaliyyəti == Münəvvər Kələntərli kino sənətinə Böyük Vətən müharibəsi illərində çəkilməyə başlayan, 1945-ci ildə ekranlara çıxan və dünyanın 136 ölkəsində nümayiş etdirilən "Arşın mal alan" filmində canlandırdığı Cahan xala roluyla başlayıb. Bu filmin çəkilməsi o zaman bütün Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edirdi.
Münəvvər Məmmədquluzadə
Münəvvər Cəlil qızı Məmmədquluzadə (1897, Nehrəm – 1965) — Cəlil Məmmədquluzadənin qızı, SSRİ Ali Sovetinin II çağırış deputatı. == Həyatı == Cəlil Məmmədquluzadə 1896-cı ildə Nehrəm kəndindən olan Həlimə Nağı qızı ilə ailə həyatı qurmuşdur. Bu nikahdan yazıçının birinci övladı Münəvvər Məmmədquluzadə dünyaya gəlmişdir. Cəlil Məmmədquluzadənin vəfatından sonra uzun müddət Nehrəm kəndində mamaça, sonra isə səhiyyə məntəqəsinin müdiri vəzifəsində işləmişdir. SSRİ Ali Sovetinin II çağırış deputatı olmuşdur.
Münəvvər Qarabulud
Münəvvər Qarabulud cinayəti — Lisey şagirdi Münəvvər Qarabuludun 3 mart 2009-cu il tarixində Cem Qəriboğlu tərəfindən öldürülməsi. Cinayət eşidildikdən sonra Türkiyə ictimaiyyətdə diqqət çəkmiş və böyük reaksiya meydana gəlmişdir. Qatil şübhəlisi Cem Qəriboğlu cinayətdən 197 gün sonra təslim olmuşdur. Mühakimə etmə müddəti 18 noyabr 2011 tarixində məhkumiyyət qərarının verilməsiylə sona çatmışdır. == Həyatı == Münəvvər Qarabulud, İstanbulda 7 Mart 1991 tarixində, əslən Bolu Məngənli bir ailənin ilk uşağı olaraq doğuldu. Atası Sürəyya Qarabulud aşpaz, anası Nagihan Qarabulud ev xanımı idi.Beşiktaş Bingül Ərdəm Liseyi son sinif şagirdi olan Qarabulud, eyni zamanda universitet hazırlıq dərsxanasına da gedirdi. Dərsxana dövründə Cem Garipoğlu ilə tanış oldu və yoldaşlıqları başladı. == Cinayət == 3 Mart 2009 axşamı Münəvvər Karabulutun cansız bədəni zibil yığıcı bir adam tərəfindən zibil konteynerində parçalanmış halda tapıldı. Ədli tibb araşdırması nəticəsində başı gövdəsindən ayrılmadan əvvəl bıçaq zərbələriylə yaralandığı daha sonra öldüyü təsbit edildi. == Məhkəmənin nəticəsi == İddia nəticəsində Cem Garipoglu 24 il həbs cəzası ilə cəzalandırıldı.
Münəvvər Qasımova
Münəvvər Cavad qızı Qasımova (1924-1990) – Tibb elmləri doktoru == Həyatı == 1946-cı ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunu bitirib, həmin ildən Azərbaycan Elmi-Tədqiqat Oftalmologiya İnstitutunda öz əmək fəaliyyətini başlamışdır. 1957-ci ildə Azərbaycan ET Oftalmologiya İnstitutunun qlaukoma şöbəsinin rəhbəri vəzifəsinə təyin olunmuşdur və ömrünün sonuna qədər bu vəzifədə çalışmışdır. Zəngin, hərtərəfli təhsil almış mütəxəssis, gözəl cərrah və təşkilatçı, t.e.d. M.C.Qasımova qlaukomaya, korluğa və görmə üzrə əlilliyə gətirib çıxaran ağır bir xəstəlik kimi baxmağa çağırırdı. M.C.Qasımovanın toksiki qlaukomanın öyrənilməsində xüsusi rolu olmuşdur. Öz doktorlıq dissertasiyasında klinik eksperimentlər və histokimyəvi tədqiqatlar əsasında o, bəzi kimyəvi maddələrin oftalmotonusun səviyyəsinə təsirini isbat etmişdir. M.C.Qasımova respublikada qlaukomanın epidemiologiyası, patogenezi, diaqnostika və müalicəsi problemləri ilə məşğul olmuş, bir sıra ixtisaslı qlaukomatoloq kadrları hazırlamışdır. M.C.Qasımova 160-dan artıq elmi əsərin müəllifidir. M.C.Qasımova elmi tədqiqatların və onların praktikada reallaşdırılmasının yüksək səviyyəsini təmin edən qlaukoma üzrə elmi və praktiki məktəb yaratmışdır.
Münəvvər Rzayeva
Rzayeva Münəvvər Məcid qızı (6 iyun 1929, Şuşa, DQMV – 6 iyun 2004, Bakı) — Azərbaycanlı heykəltaraş və ilk monumentalçı qadın heykəltaraş. Azərbaycan Respublikasının əməkdar rəssamı (1992). == Həyatı == Münəvvər Rzayeva 6 iyun 1929-cu ildə Şuşada anadan olmuşdur. Şuşada tanınmış xalça ustası Məcid kişinin ailəsində böyüyüb. 1950-ci ildə Bakıda Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini, 1956-cı ildə isə V.İ.Surikov adına Moskva Dövlət Rəssamlıq Akademiyasının heykəltaraşlıq fakültəsini bitirmişdir. O, Nikolay Tomskinin sinfində təhsil alıb.1943-cü ildən müxtəlif sərgilərin iştirakçısı olub. Münəvvər Rzayeva 1953-cü ildən Azərbaycan Rəssamlar İttifaqının Üzvü seçilmişdir. Eyni zamanda, Mədəniyyət Nazirliyinin Dövlət Komissiyasının üzvü olmuş, AMEA Nizami adına Ədəbiyyat Muzeyində bərpaçı rəssam kimi fəaliyyət göstərmiş və bir sıra heykəlləri bərpa etmişdir.Onun əsərləri Azərbaycan Milli İncəsənət Muzeyi, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi, Ordubadi muzeyi, Siyəzən mədəniyyət evi və Bədii Fondda saxlanılır. M.Rzayeva psixoloji portret ustası idi. Heykəlləri qranit, mərmər, bürünc, ağac və s.
Münəvvər təpə
Münnəvər təpə və ya Firuzabad (fars. منورتپه‎) - İranın Həmədan ostanının Əsədabad şəhristanının Pir Səlman bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 260 nəfər yaşayır (82 ailə).
Münəvvər Əliqızı
Münəvvər Əliqızı Tapdıqova — yazıçı, "Qızıl qələm" mükafatı laureatı == Həyatı == Münəvvər Əliqızı 27 yanvar 2012-ci ildə Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda şairə Zərəngiz Dəmirçi Qayalının 50 illik yubiley tədbiri keçirilən zaman vəfat edib. == Yaradıcılığı == Munəvvər xanım 4 kitab müəllifidir: "Baba Yadigarı", "Bayatılar", "Sevginin ölçüsü yoxdur", "Günəş-Ananur". "Sevginin ölçüsü yoxdur" kitabına görə Xan qızı Natəvan mükafatına, "Bayatılar" kitabına görə isə "Qızıl Qələm" Media mükafatına layiq görülüb. == Kitabları == "Baba Yadigarı", "Bayatılar", "Sevginin ölçüsü yoxdur", "Günəş-Ananur" == Həmçinin bax == Münəvvər Əliqızı şair İlyas Tapdıqın həyat yoldaşıdır. Münəvvər Əliqızı Azərbaycanın Əməkdar artisti Şəbnəm Tapdıqın anasıdır.
Münəvvər Əliyeva
Münəvvər Əliyeva (aktrisa, 1951)
Münəvvər Əsgərova
Münəvvər Mehbalı qızı Əsgərova (6 mart 1914, Kırna – 1 oktyabr 2001 və ya 10 yanvar 2001, Kırna, Naxçıvan Muxtar Respublikası) — üzümçü, Sovet İttifaqı Kommunist Partiyası üzvü (1947), Sosialist Əməyi Qəhrəmanı (1949). == Həyat və əmək fəaliyyəti == Münəvvər Əsgərova 6 mart 1914-cü ildə İrəvan quberniyasının Naxçıvan qəzasının (indiki Culfa rayonu) Kırna kəndində anadan olmuşdur. Əmək fəaliyyətinə 1938-ci ildə V.İ.Lenin adına kolxozda başlamış, 1968-ci ilə qədər bu kolxozda kolxozçu və manqabaşçısı işləmişdir. 1947-ci ildən Sovet İttifaqı Kommunist Partiyası üzvü olmuşdur. 1947-ci ildə üzümçülük sahəsində yüksək əmək göstəricilərinə nail olmuşdur. SSRİ Ali Sovetinin 21 iyul 1949-cu il tarixli qanunu ilə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüş, "Oraq və Çəkic" medalı və Lenin ordeni, ilə təltif olunmuşdur. 1968-ci ildən İttifaq əhəmiyyətli fərdi təqaüdçü olmuşdur. Münəvvər Əsgərova 1 oktyabr 2001-ci ildə Culfa rayonunda vəfat etmişdir.
Münəvvər Qarabulud cinayəti
Münəvvər Qarabulud cinayəti — Lisey şagirdi Münəvvər Qarabuludun 3 mart 2009-cu il tarixində Cem Qəriboğlu tərəfindən öldürülməsi. Cinayət eşidildikdən sonra Türkiyə ictimaiyyətdə diqqət çəkmiş və böyük reaksiya meydana gəlmişdir. Qatil şübhəlisi Cem Qəriboğlu cinayətdən 197 gün sonra təslim olmuşdur. Mühakimə etmə müddəti 18 noyabr 2011 tarixində məhkumiyyət qərarının verilməsiylə sona çatmışdır. == Həyatı == Münəvvər Qarabulud, İstanbulda 7 Mart 1991 tarixində, əslən Bolu Məngənli bir ailənin ilk uşağı olaraq doğuldu. Atası Sürəyya Qarabulud aşpaz, anası Nagihan Qarabulud ev xanımı idi.Beşiktaş Bingül Ərdəm Liseyi son sinif şagirdi olan Qarabulud, eyni zamanda universitet hazırlıq dərsxanasına da gedirdi. Dərsxana dövründə Cem Garipoğlu ilə tanış oldu və yoldaşlıqları başladı. == Cinayət == 3 Mart 2009 axşamı Münəvvər Karabulutun cansız bədəni zibil yığıcı bir adam tərəfindən zibil konteynerində parçalanmış halda tapıldı. Ədli tibb araşdırması nəticəsində başı gövdəsindən ayrılmadan əvvəl bıçaq zərbələriylə yaralandığı daha sonra öldüyü təsbit edildi. == Məhkəmənin nəticəsi == İddia nəticəsində Cem Garipoglu 24 il həbs cəzası ilə cəzalandırıldı.
Müşavir
Müşavir — bir nazirliyin ali rəhbərliyinə daxil olan dövlət xadimi.
Münəvvər Əliyeva (aktrisa, 1951)
Əliyeva Münəvvər Əli qızı – aktrisa. == Həyatı == Münəvvər Əliyeva 1951-ci il iyun ayının 26-da Bakı şəhərində doğulub. 1968-ci ildə Ərəblinski adına Sumqayıt Dövlət Dram teatrı açılarkən orada yaradıcılıq fəaliyyətinə başlayıb. 1983-cü ildə M.Əzizbəyov adına Azərbaycan İncəsənət İnstitutunu bitirib. Mirzə Fətəli Axundovun "Müsyo Jordan və Dərviş Məstəlişah" tamaşasında Gülçöhrə, "Bəli, dünya dəyişib" tamaşasında Bənövşə, A.Ximelikin "Miliyonçu Laptep" tamaşasında Petrov, Nəcəf bəy Vəzirovun "Müsübəti-Fəxrəddin" tamaşasında Gülbahar rollarını alıb. 1970-ci ildə Mədəniyyət Nazirliyi tərəfindən təyinatla Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrına göndərilib. Bu teatrda İlyas Əfəndiyevin "Məhv olmuş gündəliklər" tamaşasında Fəridə, Əziz Nesinin "Toros canavarı" tamaşasında Cülay, 3,2 tamaşasında Siva, X.Əlizadənin "Dovşanın ad günü" tamaşasında Dovşan, "Sevindik, qız axtarır" musiqili komediyasında Sevər, Bəxtiyar Vahabzadənin "İkinci səs" tamaşasında Qərənfil, G.Xuqayevin "Arvadın əri" komediyasında Zərimə və s. rolları müvəffəqiyyətlə oynayıb. 1975-ci ildə Lənkəran şəhərində yeni teatr açılarkən Münəvvər Əliyeva ora dəvət alıb. O, N.B.Vəzirov adına Dövlət Dram Teatrında bir-birindən fərqli rollar oynayıb və tamaşaçıların məhəbbətini qazanmağa nail olub.
Münəvvər Əliyeva (aktrisa, 1971)
Münəvvər Sabir qızı Əliyeva — Azərbaycan aktrisası, Azərbaycan Respublikasının əməkdar artisti (2006). == Həyatı == Münəvvər Sabir qızı Əliyeva 25 may 1971-cı ildə Sumqayıt şəhərində anadan olub. 1992-ci ildə M. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirdikdən sonra bir müddət Yuğ Dövlət Teatrında aktrisa işləyib. 1994-cü ildən Akademik Milli Dram Teatrının aktyor truppasının üzvüdür. O, bu teatrda müasir və klassik dramaturqların əsərlərinin tamaşalarında oynayıb – D. Aslan "Dindirir əsir bizi" (Fərəh), İlyas Əfəndiyev "Hökmdar və qızı" (Səltənətbəyim), Əli Əmirli "Köhnə ev" (Cana), Ramiz Novruz "Hələ "sevirəm" deməmişdilər..." (Sona), Nəriman Həsənzadə "Pompeyin Qafqaza yürüşü" (Selcan), Hüseyn Cavid "Afət" (Alagöz), İsmayıl Şıxlı "Ölüləri qəbiristanlıqda basdırın" (Həcər), O. İoseliani "Kaş araba aşmayaydı!.." (Landa), Eduardo de Filippo "Kabuslar" (Mari), Hüseyn Cavid "Əmir Teymur" (Meliça), Eduardo de Filippo "Silindr" (Rita), Hüseynbala Mirələmov "Vəsiyyət" (Röya) və s. Aktrisa Azərbaycan Dövlət Televiziyasının hazırlanmış A. Rafın "İblis qadın" (İblis qadın), Zəlimxan Yaqubun "Didərginlər" (Ruh), Afaq Məsudun "Cəza" (katibə), teletamaşalarında oynayıb. Münəvvər Əliyeva "Azərbaycanfilm" kinostudiyasında çəkilmiş "Sarı gəlin" (Sarı gəlin, Erməni qızı və Azəri türkü) filmində oynayıb. 9 may 2012-ci ildə, 30 aprel 2014-cü ildə, 6 may 2015-ci ildə, 6 may 2016-cı ildə, 1 may 2017-ci ildə, 7 may 2020-ci ildə, 7 may 2021-ci ildə və 10 may 2022-ci ildə Prezident Mükafatına layiq görülmüşdür.
Musəvi
Musəvi — Soyad, təxəllüs.
Günel Musəvi
Günel Musəvi (30 iyun 1980, Bakı) — teleaparıcı, müğənni. == Həyatı == Günel Musəvi 30 iyun 1980-ci ildə Bakı şəhərində anadan olub. 1986–1995-ci illərdə 46 nömrəli orta məktəbdə təhsil alıb. 1996–2000-ci illərdə Elm və Təhsil Mərkəzi Təfəkkür Universitetini bitirib. Universitetdə KVN-Şən və Hazırcavab komandasında aparıcı aktrisalardan biri olub. 1998-ci ildə Bakıda Universitetlər arasında "Təfəkkür" Universiteti çempion adını qazanıb. 1999-cu ildə 106 FM Radiosunda DJ-aparıcı vəzifəsində çalışmağa başlayıb. Bir il orada Emin Musəvi ilə bərabər "Yuxudan oyan" verilişinin aparıcısı olub. Daha sonra — 2000-ci ildə ABA telekanalında öncə Azərbaycanda ilk yerli hit paradı — "Qızıl onluq" verilişini yaradıb və onun aparıcısı olub. Bunun ardınca əyləncəli-musiqili "100%" verilişində aparıcılıq edib.
Mirhüseyn Musəvi
Mir Hüseyn Musavi Xamene (fars. میر حسین موسوی خامنه‎) (d. 1942; Xamnə, Şərqi Azərbaycan ostanı) — 1981-1989-cu illər arasında İranın 79-cu və son baş naziri olaraq çalışan əslən Cənubi Azərbaycanlı reformist siyasətçi, incəsənət xadimi və memar. 2009-cu il prezident seçkilərində reformist namizəd idi və sonda seçkilərdən sonra olan etirazlarda müxalifət lideri oldu. Mir Hüseyn Musəvi İran Elmlər Akademiyasının rəhbərliyini həmin qurum 2009-cu ildə mühafizəkar qruplar tərəfindən ləğv edilincəyə qədər davam etdirmişdir. İran İslam İnqilabının ilk illərində Musəvi İslami Respublika Partiyasının rəsmi qəzeti olan Jomhouri-e Eslaminin redaktoru olmuş və Xarici İşlər Naziri, sonradan isə Baş Nazir vəzifələrində çalışmışdır. 1989-cu il konstitutsiya dəyişikliklərindən əvvəl İrandakı son baş nazir oldu, daha sonrakı 20 il müddətində tam olaraq fəaliyyət göstərmədi. Mədəniyyət İnqilabının Ali Şurasına hələ də üzvdür. Ancaq siyasi analitiklər və şərhçilər tərəfindən qəbul edilmədiyinin bir işarəti olaraq illərdir siyasi yığıncaqlara qatılmamaqdadır. 2009 İran prezidentlik seçkiləri üçün Musəvi namizəd oldu.
Ruhəngiz Musəvi
Ruhəngiz Musəvi — Azərbaycan müğənnisi, aktrisa,Azərbaycan Respublikasının Əməkdar artisti(2007) == Həyatı == Ruhəngiz Mirməhəmmədəli qızı Musəvi 1953 ilin aprelin 4-də Bakı şəhərində doğulub. 1972-ci ildən Mahnı teatrının, 1974-ci ildən Azərbaycan Dövlət Rəqs Ansamblının, 1975-ci ildən Dövlət Filarmoniyasının solisti. Səs yazıları ilə val buraxılıb. == Mükafatları == 2007-ci ildə Azərbaycan Respublikasının əməkdar artisti fəxri adına layiq görülüb. == Şəxsi həyatı == 1978-ci il təvəllüdlü Lalə adlı bir qızı var.
Şərəfuddin Musəvi
Əbdülhüseyn Şərəfuddin Musəvi Amili — Ərəb əsilli ilahiyyatçı-alim; Təbətəbai seyid. === Təvəllüdü və ailəsi === Əllamə Şərəfuddin Amili, 1869-cu ildə (h.q. 1290) İraqın Kazimeyn şəhərində ruhani və alim ailəsində dünyaya göz açmışdır. Atası Əllamə Seyyid Yusif Şərəfuddin, anası Ayətullah Seyyid Hadi Sədrin qızı Zəhradır. Alimin ata və anası İmam Kazimin (ə) nəslindən olduğu üçün, alim seyyid və “Musəvi”lərdəndir. === Təhsili === Şərəfuddin Amili elə bir ailədə doğulmuşdu ki, təhsil almaq üçün gərəkli vəsait ailəsində mövcud idi. Atası təhsilini təkmilləşdirib İraqın böyük alim və fəqihlərindən ictihad icazəsi alıb Cəbəl-Amilə (Livanın cənubu) qayıdır. O zamanlar Amilinin 8 yaşı var idi. Kiçik yaşlarından Amili Nəcəf-Əşrəfdə “ərəb dilinin müqəddimatı” dərslərini, fiqh və üsul elmini, həmçinin, bəlağəti öyrənmiş, habelə məşhur mərceyi-təqlidlərdən olan Xorasani, Fəthullah İsfəhani, Məhəmməd Taha Nəcəfi, Kazim Təbatəbai, Həsən Kərbəlayi, İsmayıl Sədr, (öz dayısı) Seyyid Həsən Sədr və s. alimlərin məhzərində elmi dərslərdə iştirak edib onlardan lazımi şəkildə bəhrələnmişdir.
Emin Musəvi
Musavi Emin Qabil oğlu (29 sentyabr 1976, Bakı) — Azərbaycan Respublikasının əməkdar jurnalisti, televiziya və radio aparıcısı, "ASAN Radio"nun direktoru. == Həyatı == Musavi Emin Qabil oğlu 29 sentyabr 1976-cı ildə Bakı şəhərində doğulub. Orta təhsilini Bakı şəhər 46 saylı orta məktəbdə alıb.1994–2000-ci illərdə Azərbaycan Tibb Universitetinin Pediatriya fakültəsində Psixiatr ixtisasına yiyələnib. Həmçinin Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu Politologiya ixtisası üzrə bitirib.1997–1999-cu illərdə ANS ÇM radiosunda aparıcı vəzifəsində çalışıb. 1999–2000-ci illərdə 106 FM radiosunda direktor vəzifəsində çalışıb.2000–2002-ci illərdə orduda həqiqi hərbi xidmətdə olub. 2003–2004-cü illərdə Space TV-də aparıcı, 2004–2012-ci illərdə "Azad Azərbaycan" radiosunda (106.3 FM) direktor və aparıcı kimi fəaliyyətini davam etdirib. Eyni zamanda "Azad Azərbaycan Televiziyası"nda aparıcı və müəllif kimi çalışıb. 2010–2015-ci illərdə Latviya səfirliyində KİV-lərlə iş üzrə məsləhətçi (ictimai əsaslarla) vəzifəsində işləyib. Xarici ölkələr üçün tanıtım xarakterli filmlərin çəkilməsi və həmin filmlərin xarici kanallarda yayımlanması da fəaliyyət sahəsinə daxil olub. Televiziya layihələri çərçivəsində dünyanın aparıcı siyasətçiləri — İsrailin prezidenti Şimon Peres, Latviya prezidentləri, Estoniya, Argentina, Almaniya rəsmiləri, parlament üzvləri ilə, eyni zamanda, Layma Vaykule, Vaxtanq Kikabidze, Raymond Pauls, Polad Bülbüloğlu və s.
Mir Fəttah Musəvi
Mir Fəttah Mir Əli ağa oğlu Musəvi — Azərbaycan Demokratik respublikası parlamentin üzvü. Hümmət təşkilatının fəalı. Bakıda 1-ci Fəxri Xiyabanda dəfn edilmişdir. == Həyatı == Mir Fəttah Mir Əli ağa oğlu 1891-ci ildə Şuşa şəhərində doğulmuşdu. İbtidai təhsilini Ağdamda alaraq Aşqabada qohumlarının yanına köçmüşdü. Musəvi burada gimnaziya təhsili almaqla yanaşı siyasi fəaliyyətə qoşulmuş, müsəlman gənclərinin dərnəyini təşkil etmişdi. 1917-ci ildə Şuşaya qayıdaraq inqilabi fəaliyyətini davam etdirən Musəvi 1918-ci ildə Bakıya gələrək "Hümmət" təşkilatına daxil olur. AXC parlamentində "Hümmət" fraksiyasını təmsil edən Musəvi tez-tez alovlu nitqlər söyləyir, mitinq və tətillərdə əhalini əksinqilabçı Denikinə qarşı mübarizəyə səsləyirdi. S.M. Kirov V.İ. Leninə 1919-cu ilin 27 sentyabrında yazırdı: "Denikinçilər həyasız bir surətdə özləri üçün Azərbaycana yol açırlar. Bu günlərdə onlar burada böyük bir qəsd düzəltmişdilər...
Mir Hüseyn Musəvi
Mir Hüseyn Musavi Xamene (fars. میر حسین موسوی خامنه‎) (d. 1942; Xamnə, Şərqi Azərbaycan ostanı) — 1981-1989-cu illər arasında İranın 79-cu və son baş naziri olaraq çalışan əslən Cənubi Azərbaycanlı reformist siyasətçi, incəsənət xadimi və memar. 2009-cu il prezident seçkilərində reformist namizəd idi və sonda seçkilərdən sonra olan etirazlarda müxalifət lideri oldu. Mir Hüseyn Musəvi İran Elmlər Akademiyasının rəhbərliyini həmin qurum 2009-cu ildə mühafizəkar qruplar tərəfindən ləğv edilincəyə qədər davam etdirmişdir. İran İslam İnqilabının ilk illərində Musəvi İslami Respublika Partiyasının rəsmi qəzeti olan Jomhouri-e Eslaminin redaktoru olmuş və Xarici İşlər Naziri, sonradan isə Baş Nazir vəzifələrində çalışmışdır. 1989-cu il konstitutsiya dəyişikliklərindən əvvəl İrandakı son baş nazir oldu, daha sonrakı 20 il müddətində tam olaraq fəaliyyət göstərmədi. Mədəniyyət İnqilabının Ali Şurasına hələ də üzvdür. Ancaq siyasi analitiklər və şərhçilər tərəfindən qəbul edilmədiyinin bir işarəti olaraq illərdir siyasi yığıncaqlara qatılmamaqdadır. 2009 İran prezidentlik seçkiləri üçün Musəvi namizəd oldu.
Məhəmməd Musəvi Ərdəbili
Məhəmməd Müfti-şiə Musəvi Ərdəbili (tam adı: Məhəmməd ibn Məhəmməd Təqi ibn Murtəza ibn Nəqdəli ibn Mirəli ibn Hüseyn; 10 Rəcəb 1347—26 Cəmadiyəl-əvvəl 1431) — Azərbaycanlı ilahiyyatçı, seyid, ayətullah əl-üzma. == Ailəsi və əsl-nəsəbi == Ailənin əcdadı hələ qədimdən başlayaraq Nəcəf-əşrəf, Qum, Ərdəbil, Qəzvin, Xəlxal, Rəşt, Tehran və başqa şəhərlərdə məskunlaşmış və elm öyrənmişlər. Bütün zamanlarda bu ailədə çoxlu fəqih, ədib, şair, siysətçi və sair peşə sahibləri müşahidə olunub. Onların istər din, istərsə də dünyəvi elmlərdə xüsusi ləyaqətləri və müvəffəqiyyətləri vardır. Onlardan bir çoxu müxtəlif dəqiq elmlərdə də yüksək elmi məqamlara çatmışlar. Bu sülalədən olan böyük şəxsiyyətlər haqqında tarixi və təhqiqi kitablarda yazılara rast gəlmək təəccüblü deyil. Bu şəxsiyyətlər barəsində olan yazılarda onların təfəkkürü və səciyyəvi istedad sahibi olmaları ehtiram və təşəkkürlə qələmə alınmışdır. == Həyatı == Musəvi seyyidlərindəndir. Nəsli Musa ibn Cəfərin övladı, Murtəza ləqəbli, Seyyid İbrahim Əsğərə çatır. O hicri qəməri tarixi ilə 1347-ci ilin rəcəb ayının 10-da (miladi 1928-ci il) o zamanlar "Darül-irşad" kimi məşhur olan Ərdəbil şəhərində dünyaya göz açmışdır.