MÜSTƏSNALIQ
MÜŞAVİRƏ
OBASTAN VİKİ
Müşavir
Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsi
Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, ATƏT (ing. Organization for Security and Co-operation in Europe, OSCE) —dünyanın ən böyük təhlükəsizlik yönümlü hökumətlərarası təşkilatı. == Tarixi == 30 iyul — 1 avqust 1975-ci il tarixində yenidən Helsinkidə keçirilmiş müşavirədə Avropanın 33 dövlətinin, həmçinin ABŞ və Kanadanın dövlət və hökumət rəhbərləri Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsinin Yekun aktını (Helsinki müqaviləsi) imzalamışlar. Təşkilat 1995-ci il yanvarın 1-dək Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsi (ATƏM) adlanmışdır (ing. Conference for Security and Cooperation in Europe — CSCE). Hazırda 56 üzv və 11 tərəfdaş dövlətlə dünyanın ən böyük regional təşkilatıdır. ATƏT "soyuq müharibə"nin qurtarmasından sonra ümumavropa təhlükəsizlik sistemini formalaşdıran, yeni Avropanın siyasi və iqtisadi həyatının sivil birgəyaşayış qaydalarını müəyyən edən, dövlətlərarası münasibətləri rəqiblik və münaqişə relsindən əməkdaşlıq və qarşılıqlı mənafe istiqamətlərinə yönəldən bir təşkilat funksiyasını icra edir. ATƏT 1975-ci ildə yaradılandan bəri təşkilatın yüksək səviyyədə 6 sammiti keçirilib. Təşkilatın son zirvə görüşüləri 1999-cu ildə İstanbulda, 2010-cu ilin dekabrın 1–2-də Astanada keçirilib. Astana sammitində təşkilata üzv olan 56 ölkənin, habelə qurumun tərəfdaşı olan 12 ölkənin dövlət və hökumət başçıları, o cümlədən 68 beynəlxalq təşkilatın rəhbərləri iştirak etmişdilər.
Cenevrə müşavirəsi (1955)
Cenevrə müşavirəsi (1955) — SSRİ (N. A. Bulqanin), ABŞ (D. D. Eyzenhaver), Böyük Britaniya (A. İden) və Fransa (E. For) hökumət başçılarının iştirakı ilə Avropada təhlükəsizlik məsələlərinə dair müşavirə. == Missiyası == Müşavirənin işində təmsil olunan dövlətlərin xarici işlər nazirləri və digər dövlət xadimləri də iştirak edirdilər (sovet nümayəndə heyətinin tərkibinə N. S. Xruşşov, G. K. Jukov, A. A. Qromıko və b. daxil idi). İyulun 18–23-də Cenevrədə SSRİ-nin təşəbbüsü ilə sovet nümayəndə heyəti tərəfindən Berlin müşavirəsində (1954) təklif olunmuş "Avropada kollektiv təhlükəsizlik haqqında ümum — avropa müqaviləsi" layihəsinin müzakirəsini davam etdirmək məqsədilə çağırılmışdı. Layihə bütün hərbi blokların ləğv edilməsini, Avropa dövlətlərinin hücum etməmək və təcavüz zamanı qarşılıqlı yardım göstərmək öhdəlikləri götürməsini nəzərdə tuturdu. == Nəticəsi == Berlin müşavirəsi iştirakçılarının müqavilə layihəsinə mənfi münasibətini nəzərə alan sovet nümayəndə heyəti kollektiv təhlükəsizlik sisteminin mərhələli şəkildə (birinci mərhələdə həm Şimali Atlantika Müqaviləsi Təşkilatını, həm də Varşava Müqaviləsi Təşkilatını saxlamaq şərtilə) yaradılması planını müzakirəyə çıxartdı Bundan başqa, sovet tərəfi Avropa dövlətlərinin hərbi qüvvə tətbiqindən qarşılıqlı surətdə imtina etmək haqqında müqavilə bağlamaq (kollektiv təhlükəsizlik haqqında müqavilə bağlanana qədər qüvvədə qalmalı idi) təşəbbüsünü irəli sürdü. SSRİ nümayəndə heyəti Almaniya Demokratik Respublikasının AFR-in tərkibinə qatılmasına (sonuncunun Avropa müdafiə birliyində üzvlüyünün saxlanılması şərtilə) qarşı çıxdı, hər iki alman dövləti arasında münasibətlərin normallaşdırılmasının və onların Avropada kollektiv təhlükəsizlik sistemində iştirakının zəruriliyini qeyd etdi. SSRİ-nin təklifləri müşavirə iştirakçıları tərəfindən qəbul olunmadı. Müşavirənin yekun sənədində xarici işlər nazirlərinə hökumət başçılarının müzakirə etdiyi məsələlərə baxmağı davam etdirmək həvalə olundu.
Həqiqi Dövlət Ədliyyə Müşaviri
Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilmiş "Ədliyyə işçilərinin rütbə dərəcələri" və "Prokurorluq orqanlarının işçilərinin fərqlənmə nişanları və xüsusi geyim formasının təsviri haqqında" qanunlara əsasən Ədliyyə və Prokurorluq orqanları işçilərinə verilən ali xüsusi rütbədir. Həqiqi dövlət ədliyyə müşavirinin poqonunun üzərində 40 mm diametri olan qabarıq şəkilli qızılı rəngli lifdən Azərbaycan Respublikasının Dövlət gerbi, ondan aşağı hissədə diametri 40 mm olan qabarıq şəkilli səkkizguşəli ulduz hörülür. Poqonun aşağı kənarından ulduzun mərkəzinə qədər olan məsafə 45 mm, gerb ilə ulduzun mərkəzləri arasındakı məsafə isə 65 mm olur. Poqonlar pencəyə, paltoya, plaşa və köynəyə bərkidilir. Həqiqi dövlət ədliyyə müşaviri poqonları mahud astar üzərində xüsusi toxunmuş gümüşü rəngli liflərdən hazırlanır. == Azərbaycan Respublikasının həqiqi dövlət ədliyyə müşavirləri == 16 oktyabr 1992 — İxtiyar Əlibala oğlu Şirinov — Azərbaycan Respublikasının Baş prokuroru (1992–1993). 14 sentyabr 1993-cü ildə məhrum edilib. 9 noyabr 1993 — Əli Ömər oğlu Ömərov — Azərbaycan Respublikasının Baş prokuroru (1993–1994).
Yaponiya parlamentinin Müşavirlər Palatası
Yaponiya parlamentinin Müşavirlər Palatası (yap. 参議院) — Yaponiya parlamentinin 2 palatasından biri. Digəri isə Nümayəndələr Palatasıdır. Sonuncu seçki 10 iyul 2016-cı ildə keçirilmişdir. == Quruluşu və təşkili qaydası == Hər 2 palata ümummilli nümayəndəlik orqanı sayılır və bütün xalqı təmsil edən seçkili üzvlərdən ibarət olsa da Nümayəndələr Palatasının 500, Müşavirlər Palatasının isə 252 üzvü var. Parlamentin qanunvericilik fəaliyyətinin həyata keçirilməsində Nümayəndələr Palatasına nisbətən Müşavirlər Palatasının daha az hüquqları var. Digər palatada olduğu kimi burada da ümumi və birbaşa seçki hüququ, gizli səsvermə yolu ilə qarışıq seçki sistemi əsasında seçilir. Seçkilərin hansı palataya keçirilməsindən asılı olmayaraq majoritar və proporsional seçki sistemləri eyni nisbətdə tətbiq olunur (təxminən 1,5:1 nisbətində). Qanuna görə 20 yaşa çatmış, uyğun seçki dairəsinin ərazisində azı 3 ay yaşayan və seçici siyahılarına daxil edilən hər bir yapon vətəndaşının fəal seçki hüququ, yəni seçkilərdə iştirak etmək hüququ var. Passiv seçki hüququ, yəni parlament üzvlüyünə namizəd göstərilmək və seçilmək hüququnun həyata keçirilməsi üçün tələb olunan yaş həddi isə Müşavirlər Palatasına üzv seçilmək üçün 30 yaşa çatmaq tələb olunur.
Azərbaycanın dövlət müşavirlərinin siyahısı
Azərbaycan dövlət müşavirlərinin siyahısı — 18 oktyabr 1991-cı ildən sonra ölkədə müstəqillik edilmişdi, bu vaxtdan başlayaraq Azərbaycanın dövlət müşavirləri bu siyahıda göstərilib. Bu məqalədə Azərbaycanın dövlət müşavirləri sıralanmışdır.
Maliyyə müşaviri
Maliyyə müşaviri və ya maliyyə məsləhətçisi — maliyyə sahəsində vəzifələrinin siyahısı qeyri-məhdud olan peşələrdən biridir. Maliyyə məsləhətçiləri kateqoriyasına brokerlər, investisiya məsləhətçiləri, maliyyə mühasibləri, maliyyə hüquqşünasları, maliyyə sığorta agentləri, maliyyə analitikləri və maliyyə planlaşdırması ilə bağlı məsləhətlər verən (ödənişli və ya pulsuz) hər kəs daxildir. == Xüsusiyyətləri == Tipik olaraq, maliyyə məsləhətçisi dedikdə həm korporativ, həm də fərdi olaraq maliyyə planlaşdırması sahəsində məsləhət xidmətləri göstərən şəxs başa düşülür. Maliyyə məsləhəti müştərinin riskə dözümlülük səviyyəsinə və investisiyasının ölçüsünə əsaslanan qiymətləndirmə, maliyyə, investisiya və idarəetmə məsləhətlərini əhatə edə bilər. Məsləhətçi, bir qayda olaraq, uzunmüddətli maliyyə planlaşdırmasına yönəlmiş müştəriləri ilə sabit əlaqələr qurmağa çalışır. Qərb ölkələrində fərdi maliyyə xidmətləri sektorunda maliyyə məsləhətçilərinin xidmətləri, adətən, qocalıqda və ya sonra layiqli həyatı təmin etmək üçün əvvəlcədən kifayət qədər vəsait toplamaq məqsədilə milli orta göstəricidən bir qədər yuxarı və ya əhəmiyyətli dərəcədə yüksək gəlirə malik olanlar arasında populyardır. Dünyanın bir çox ölkələrində maliyyə məsləhətçisi peşəsinin özünəməxsus xüsusiyyətləri var (məsələn, Böyük Britaniyada və Britaniya Birliyinin digər ölkələrində müstəqil maliyyə məsləhətçisi və ya (İFA)) və onun fəaliyyəti qanunla tənzimlənir. Daha yüksək iş səmərəliliyinə nail olmaq üçün maliyyə məsləhətçiləri nadir hallarda təkbaşına fəaliyyət göstərir və adətən böyük maliyyə firmaları (Morgan Stanley, Janney Montgomery) olan gildiyalarda birləşirlər, tez-tez banklara bağlıdırlar. == Maliyyə analitikinin fəaliyyətinin mərhələli aspektləri == Müştəri ilə münasibətlərin qurulmasının ilkin mərhələsində maliyyə analitiki fərdi vəziyyətləri, profilini, portfelini, cari vəziyyətini, ilkin maliyyə vəziyyətini, prioritetlərini və həm qısa, həm də uzunmüddətli perspektivdə məqsəd və istəklərini hərtərəfli öyrənməlidir. Maliyyə analitikinin kontekstə çıxışı nə qədər geniş olarsa, onun məsləhətinin yüksək keyfiyyətli və faydalı olma ehtimalı bir o qədər yüksək olar.

Digər lüğətlərdə