Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Muin Müsəvvər
Muin Müsəvvər (fars. معین مصوّر‎) — fars miniatürçüsü, 17-ci əsr Səfəvi dövrünün görkəmli nümayəndələrindən biri olub. Muinin şəxsi həyatı haqqında çox şey məlum deyil, yalnız o, ehtimal edilir ki, 1615-ci ildə anadan olub. 1610-1615-ci illərin aparıcı rəssamı Rza Abbasinin şagirdi olub. Ehtimallara görə, 1693-cü ildə vəfat edib. Ona aid edilən 300-dən çox miniatür və rəsm günümüzə qədər gəlib çatıb. O, Qərb rəssamlığının təsirindən qaçaraq ustadının qabaqcıl üslubunu qismən dəyişdirən mühafizəkar bir rəssam olub. Bununla belə, o, fars rəssamlığında qeyri-adi olan bir sıra sadə insanların səhnələrini çəkib. Muin İsfahanda anadan olub və ehtimal edilir ki, bütün həyatını bu şəhərdə keçirib. Təxminən 1630-cu ildən 1693-cü ilə qədər uğurlu karyerası olub.
Mir Müsəvvər Ərjəngi
Mir Seyid Hüseyn — rəssam, xalı dizayneri. Atası Mir Seyid İbrahimdə rəssam idi və rəssamlığı Tiflisdə öyrənmişdi.Rəssam Ərjəngi Təbrizdə dünyaya gəlib.Nəsəbi Ağa Mirək Təbriziyə yetişir. O, rəssamlığı Rusiyada öyrənmişdir.
Əl-Muəxxir
Əl-Muəxxir (ər. المؤخّر) — Allahın adlarından biri.