Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
I Mixay
I Mixay (rum. Mihai; 25 oktyabr 1921[…] – 5 dekabr 2017[…]) — Hohensollern-Ziqmarinqen sülaləsindən olan, 1927 — 1930 və 1940 — 1947-ci illərdə Rumıniya kralı olmuş rumın dövlət xadimi.
Minoy sivilizasiyası
Minoy sivilizasiyası — Krit adasında qədim sivilizasiya. Minoy mədəniyyətinin çiçəklənməsi e.ə. XVI əsr və XV əsrin birinci yarısına təsadüf edir. Krit mədəniyyətinin (yaxud da Minoy mədəniyyətinin) yaranması Kritin əfsanəvi hökmdarı Minosun adı ilə bağlıdır və e.ə. III-I minilliklərə təsadüf edir. == Arxeoloji qazıntılar == İngilis arxeoloq Artur Evans 1899-cu ildə “Minos”u axtarmağa başladı. Evans yunan adası Kritdə qazıntı işlərinə başladı, əfsanəyə görə Minos adlı hökmdarın idarə etdiyi qüdrətli imperiyanın paytaxtı Knos Krit adasında yerləşirdi. Evans tezliklə Henrix Şlimanın (Mikena mədəniyyətini aşkarlayan arxeoloq) tapdığı qalıqlardan daha zəngin və daha gözəl xarabalıqlar aşkarladı. Evansın apardığı qazıntı işlərinin Şlimandan sonra həyata keçirlməsinə baxmayaraq, onun Knosda aşkarladığı sivilizasiya Şlimanın aşkarladığı yunan sivilizasiyasından daha qədim idi. Bu nailiyyəti Evansa cəngavərlik titulu qazandırdı.
Mixay Eminesku
Mixay Eminesku (15 yanvar 1850[…] – 15 iyun 1889, Buxarest, Rumıniya Krallığı[d]) - rumınyali şair, nasir və jurnalist. == Həyatı == Mixay Eminesku (əsl soyadı – Eminoviç) 15 yanvar, 1850-ci ildə, Rumıniynın Botoşani şəhərində çoxuşaqlı ailədə dünyaya göz açıb. Mixay uşaqlığının erkən illərini doğulduğu Botoşani və İpoteşti şəhərində, atasının ailəsinə məxsus evdə keçirib. 1858-ci ildən 1866-cı ilə qədər o, Çernivçidə orta məktəbdə oxuyub, son illərdə isə təhsilini davam etdirməkçün gimnaziyaya gedib. Gimnaziyadakı təhsilini başa çatdırmayıb, 1869-cu ildə, 19 yaşında Mixay atasının qərarı ilə ali təhsil almaq üçün Vyana Universitetinə göndərilib. Mixayın atası çox uşaq sahibi olduğuna baxmayaraq o, bütün övladlarının ali təhsil alması üçün əlindən gələni edir, maddi sıxıntıya baxmayaraq onlara bu yolda hər zaman dəstək olurdu. Mixay isə yüksək qiymət almaqda həmişə qardaşlarından geri qalırdı. Lakin onun sevdiyi elm sahəsi vardı – dil və ədəbiyyat fənni. Ona rumın dilini və ədəbiyyatı sevdirən isə sevimli müəllimi, 1848-ci ilin inqilab iştirakçısı, filoloq Aron Pumnul olub. Aron Pumnul tək Mixayda deyil, gimnaziyada dərs dediyi bütün tələbələrində rumın dilinə sevgi və bununla birlikdə onlarda güclü vətənpərvərlik hissi yaratmışdı.
Mixay Gimpu
Mixay Gimpu Rumınca: Mihai Ghimpu; Latınca: Michaël Gimpius (19 noyabr 1951 Kolonita, Moldova) Moldovalı siyasətçi.28 avqust 2009-cu ildən 30 dekabr 2010-cu ilə qədər parlament spikeri idi. və 11 sentyabr 2009-cu ildən 28 dekabr 2010-cu ilədək müvəqqəti prezident idi.
Mixay Lantoş
Mixay Lantoş (mac. Lantos Mihály; 29 sentyabr 1928, Budapeşt, Macarıstan – 31 dekabr 1989, Budapeşt), həmçinin Mixay Lendenmayer kimi də tanınır (alm. Mihály Lendenmayer‎) — müdafiəçi mövqeyində çıxış etmiş Macarıstan futbolçusu və məşqçisi. == Klub karyerası == 1948-ci ildə Lantoş MTK üçün oynayırdı. 1949-cu ildə Macarıstan kommunist dövlət halına gəldikdən sonra MTK Dövlət Təhlükəsizlik Müdirliyinə təhvil verildi və klub daha sonra adını bir neçə dəfə dəyişdirdi. == Beynəlxalq karyerası == 1949-cu ildən 1956-cı ilə qədər Lantoş 52 matç oynadı və Macarıstan milli komandası üçün beş qol vurdu. Polşa ilə matçda 10 iyul 1949-cu ildə beynəlxalq arenada debüt etdi. Komandası 8:2 hesabı ilə qalib gəldi. Dünya Kubokunun son mərhələsində, Macarıstanın bütün beş matçını oynadı, Cənubi Koreyaya qarşı ilk matçda qol vurdu. == Vəfatı == Mixay Lantoş 31 dekabr 1989-cu ildə dünyasını dəyişib.
Mixol Martin
Mixol Martin (ing. Micheál Martin; irl. Mícheál Ó Máirtín; 1 avqust 1960, Kork, Munster[d]) — 2020-ci ilin iyunundan İrlandiya Baş naziri və 2011-ci ilin yanvarından Fianna Fayl sədri olaraq çalışan irland siyasətçi. Kork şəhərində anadan olan Martin siyasətə başlamazdan əvvəl müəllim olaraq çalışdı. 1985-ci ildə Kork Şəhər Şurasına seçildi və 1992–1993-cü illərdə Korkun bələdiyyə sədri olaraq çalışdı. 1989-cu ildə o, indiyə qədər təmsil etdiyi Cənubi-mərkəzi Korkdan İrlandiya Nümayəndələr Palatasına seçildi. 1997-ci il seçkilərində Fianna Faylın qalib gəlməsindən sonra Baş nazir Bertie Ahern Martini Nazirlər Kabinetinə təyin etdi. 2004-cü ildə, Səhiyyə Naziri olduğu müddətdə, Martin bütün İrlandiya iş yerlərində tütün çəkməyin qadağan edilməsi ilə tanındı və İrlandiya dünyada iş yerində siqaret qadağası tətbiq edən ilk ölkə oldu. Elə həmin il Martin Səhiyyə Xidməti İcra Hakimiyyətini təsis etdi. 2009-cu ildə Martin Latın Amerikasına səyahət edən ilk İrlandiya Xarici İşlər Naziri oldu və bu müddətdə irlandiyalı nazirin Kubaya ilk rəsmi səfərini etdi.
Mixay Çiksentmixayi
Mixay Çiksentmixayi (ing. Mihaly Csikszentmihalyi [ˈmiːhaɪ ˌtʃiːksɛntməˈhaɪ.iː]; 29 sentyabr 1934, Riyeka – 20 oktyabr 2021, Klermont[d], Kaliforniya) — macar əsilli amerikalı psixoloq, psixologiya üzrə professor, Çikaqo Universitetində keçmiş fakültə dekanı. Xoşbəxtlik, yaradıcılıq və subyektiv rifahla bağlı araşdırmaları ilə məşhurdur, lakin ən çox bir neçə onilliklər ərzində öyrəndiyi “axın” ideyası ilə tanınır. Çiksentmixayi bir çox bestsellerlərin, jurnallar və kitablar üçün 120-dən çox məqalənin müəllifidir, onların bir çoxu müxtəlif dillərə tərcümə edilmişdir. O, psixologiya və bizneslə bağlı bir neçə sahədə dövrümüzün ən çox istinad edilən psixoloqlarından biri hesab olunur. == Yaradıcılığı == “Axın: Optimal təcrübə psixologiyası” (Flow: The Psychology of Optimal Experience) əsərində Çiksentmixayi oxucuları insanların xüsusi axın vəziyyətində - insanın fəaliyyət və situasiya ilə tam vəhdətdə olan dzen vəziyyətində olanda ən xoşbəxt olduqları nəzəriyyəsi ilə tanış edir. Axın vəziyyəti, insanın etdiyi işdə tamamilə iştirak etdiyi daxili motivasiyanın optimal vəziyyəti hesab edilə bilər. Bəzi ehtiyaclar, o cümlədən əsas ehtiyaclar ümumiyyətlə nəzərə alınmadıqda, yəqin ki, hər kəs azadlıq, sevinc, tam məmnunluq hissi ilə xarakterizə olunan bu hissi yaşamışdır. Belə vəziyyətdə insan vaxtı, aclığı, ictimai rolunu və s. unudur.
Mixo Mosulişvili
Mixo (Mixail) Anzoroviç Mosulişvili (gürc. მიხო მოსულიშვილი; 10 dekabr 1962, Araşenda[d], Kaxetiya) — gürcü yazıçı və dramaturq. == Həyatı == O, 1986-cı ildə Tbilisi Dövlət Universitetinin geoloji-coğrafiya fakultetinin geoloq-mühəndis ixtisasını bitirmişdir. Daha sonra o, geoloq kimi çalışmış və müxtəlif qəzetlərdə jurnalist kimi fəaliyyət göstərmişdir. Gürcü dilində bir neçə hekayələr, roman və pyesləri nəşr etmiş və Boris Akunin üç romanını tərcümə etmişdir. Gürcüstanda onun əsərləri televiziya, radio və teatrlarında təqdim olunmuşdur. Bundan əlavə, onun bəzi bədii əsərləri latış, ingilis, alman, erməni və rus dillərinə tərcümə edilmişdir.
Mariano Raxoy
Meriano Rahoi Brei (isp. Mariano Rajoy Brey d. 27 mart 1955) - İspaniyanın eks Baş Naziri (21 dekabr 2011-1 iyun 2018), İspaniya Liberal Demokrat Partiyasının sədri.
Moxor (Bicar)
Moxor (fars. مخور‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 13 nəfər yaşayır (4 ailə). Əhalisini kürdlər təşkil edir.
Suxoy Loq
Suxoy Loq — Rusiya Federasiyasında yerləşən şəhər. Sverdlovsk vilayətinə daxildir.
Suxoy adası
Suxoy adası — Şimal Torpağı arxipelaqı ərazisinə daxildir. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır Dolqan-Nenes rayonu ərazisində yerləşir. == Yerləşməsi == Laptevlər dənizini ərazisində, Oktyabr İnqilabı adasının şərq sahillərində yerləşir. Maksimal hündürlük 29 metrdir. Naydyonış adasından 1,8 km cənub-şərqdə yerləşir. Dairəvi formaya malikdir. Diametri 1,8 km təşkil edir. Sahilləri düzdür. Burada göl və çay yoxdur.
Şıxov adası
Şıxov adası - Xəzər dənizində Bakı arxipelaqı daxil olan Azərbaycana məxsus ada. Şıx burnu sahilindən 160 m cənubda kiçik qaya çıxıntısını xatırladan ada. Uzunluğu 65 metr, eni isə ən enli hissədə 30 metrdir.
Şıxov çimərliyi
Şıxov çimərliyi - Bakı şəhərinın cənub-qərbində Şıxov burnu yaxınlığında yerləşir. İnzibati cəhətdən Bakı şəhəri ərazisinə daxildir. Xüsusi ilə Bakı sakinləri arasında məşhurdur. Əsasən dəniz qumu və balıqqulağından təşkil olunmuşdur. Su kanalizasiya və sənaye tullantıları ilə çirklənmiş olmasına baxmayaraq, insanları özünə cəlb edir. Sahilə yaxın ərazilərdə neft qurğularını görmək mümkündür. Mavi bayraq standartlarından olduqca uzaqdır.
Açxoy-Martan
Açxoy-Martan (çeç. Iашхой-Марта, Тӏехьа-Марта) — Çeçenistan Respublikası, Açxoy-Martan rayonu ərazisində yerləşən kənd. İnzibati cəhətdən Axçoy-Martan rayonunun və Axçoy-Martan kənd sovetliyinin mərkəzidir. == Coğrafiya == Kənd Qroznıdan 40 km cənub-qərbdə yerləşir. Kəndin mərkəzindən Sunja çayının qolu olan Fortana çayı axır (çeç. Марта), şərq hissəsindən isə Açxo çayı keçir (çeç. Iашхо, Iашху). Kəndin adı bu iki çayın adından ortaya çıxmışdır — Açxu və Martan. Kənddən 6 km şimalda "Qafqaz" federal yolu keçir. Ən yaxın dəmiryolu stansiyası olan Samaşkiyə olan məsafə 15 km-dir (1994-cü ildən fəaliyyət göstərmir).
Kalman Mesoy
Kálmán Mészöly (16 iyun 1941 – 21 noyabr 2022) macar keçmiş futbolçusu və meneceri idi . Futbolçu karyerasını Vasas SC- də keçirən Meszöly Macarıstan millisində futbolçu və məşqçi kimi uğur qazanıb. == Karyera == === Futbol karyerası === 11 yaşında futbola başlayan Meszöly , III. Kerületi TUE komandasında başladı . 1959-cu ildə Macarıstanın ən önəmli komandalarından olan "Vaşaş SC" yə keçdi və futbol həyatının sonuna kimi bu komandada çıxış etdi. Vasas tarixinin ən parlaq çağında o, bu uğurun memarlarından biri oldu. Macarıstan Liqasında 4 liqa çempionluğu görüb. O, həmçinin 4 dəfə Şərqi Avropa kuboklarından biri olan Mitropa Kubokunun qalibi olub. Çempion Klublar Kubokunda bir çox matça çıxan futbolçu Real Madrid, Feyenoord, Sporting CP, Internazionale kimi komandalara qarşı oynayıb və 1/4 finala çıxıb. Uğurlu karyerasını 1972-ci ildə başa vurdu. O, 1971-ci ildə Lev Yaşinin yubileyində çıxış edib və qol vurub.
Açxoy-Martan rayonu
Açxoy-Martan rayonu (çeçen. Тӏехьа-Мартанан кӀoшт) Rusiya Federasiyasının Çeçenistan Respublikasının tərkibindəki inzibati ərazi vahidi və bələdiyyədir (bələdiyyə rayonu). İnzibati mərkəzi Açxoy-Martan kəndidir. Rayon Açxoy-Martan adını Açxu çayı ilə Fortanqa (Мартанга) çayı arasındakı düzənlikdən almışdır. Açxoy-Martan rayonu ərazisində 12 yaşayış məntəqəsi var. == Coğrafiya == Açxoy-Martan rayonu, Böyük Qafqaz dağ silsiləsinin ətəklərində , Çeçenistanın cənub-qərbində yerləşir. Şimalda Sunja rayonu ilə, şimal-şərqdə Qroznı rayonu ilə, şərqdə Urus-Martan ilə, cənubdan Şatoy rayonu ilə, qərbdən İnquşetiyanın Sunja rayonu ilə həmsərhəddir. Rayon ərazisi Assa, Sunja, Valerik, Fortanqa, Nitxoy, Şalaji və Açxu çayları ilə kəsişir. Bölgənin şimalında Çeçenistanın karbohidrogen xammalının paylama zonası var. Rayonda tikinti materialları yataqları (kərpic və kafel xammalı, dolomit) mövcuddur.
Mıxlı baba hərəkatı
Mıxlı baba hərəkatı və ya Mıxlı vardapet hərəkatı — 1625-ci ildə Azərbaycanda baş vermiş antifeodal hərəkat. Erməni və azərbaycanlıların iştirak etdiyi hərəkata Mıxlı baba başçılıq etmişdir. == Zəmin == Mıxlı baba Gəncədə anadan olmuşdur. Əsl adı məlum deyil. Milliyətcə udin olan Mıxlı babaya təqribən 1624-cü ildə arxidyakon, sonralar dyakon dini rütbələri verilmişdir. Gecə əbasının sinəsinə ürəyi səmtində İsanın çarmıxa çəkilməsi rəmzi kimi iki ədəd mıx bərkitdiyi üçün, onu azərbaycanlılar "Mıxlı baba", ermənilər isə "Mıxlı vardapet" adlandırmışdır. Səfəvi hökmdarı I Şah Abbasın himayə etdiyi erməni kilsələrinin Gəncə-Qarabağ zonasında xeyli torpaq sahəsi var idi. Burada minlərlə kəndli işləyirdi. == Hərəkat == Mıxlı baba Qarabağ və Gəncədə yaşayan azərbaycanlıları, erməni və udinləri kilsə və feodallar əleyhinə çıxmağa təbliğ edirdi. Erməni salnaməçisi Kanakerli Zəkəriyyənin məlumatına görə Qarabağ, Gəncə və Çuxursəəd də Mıxlı babanı 500 nəfərdən ibarət dəstə müşayiət edirdi.
Suxoy Elançik çayı
Suxoy Elançik çayı (əvvəlki adı Srednı Elançik) — Ukrayna və Rusiya ərazisindən axan çay. Mokrıy Elançik çayının sağ qolunu təşkil edir. Azov dənizi hövzəsinə aid bir çaydır. Çayın uzunluğu 77 kilometr təşkil edir. Su toplayıcı hövzəsinin sahəsi 515 km² təşkil edir. Enişi 1 km 1 metr təşkil edir. Vadisi V şəkilli formaya malikdir. Vadisinin evi 3 kilometrə qədər genişlənir. Eni isə 200 km-dir. Çaydan həm əkinçilik həm də balıqçılıqda istifadə edirlər.
Suxoy Nos burnu
Suxoy Nos burnu — Şimal adasının cənub-qərbində yerləşir. Burunda bir çox quşlar yuva qurur. Sovet dönəmində burada nüvə sınaqları həyata keçirilmişdir. Bu paliqon Yeni Torpaq arxipelaqında yerləşən iki sınaq meydancasından biri olmuşdur. 1958 - 1961 illəri arasında sınaqlar davam etmişdir.
Suxoy Su-1
Suhoy Su-1 (rus. Сухой Су-1), Suxoy tərəfindən istehsal olunan SSRİ mənşəli bir qırıcı prototipidir. Təyyarə İkinci dünya müharibəsi ərəfəsində yaradılmışdı və inkişaf etdirilmiş versiyası Su-3 adı altında tanınırdı. Hər iki təyyarə test mərhələsindən keçsə də, kütləvi istehsalına başlanılmamışdır.
Suxoy Su-11
Suxoy Su-11 (Сухой Су-11; NATO kod adı: Fishpot-C), Suxoy şirkəti tərəfindən istehsal olunan SSRİ mənşəli reaktiv önləmə təyyarəsidir. Təyyarə 1960-cı illərdə istehsal edilmişdir və Suxoy Su-9 qırıcı təyyarələrinin təkmilləşdirilmiş versiyasıdır.
Suxoy Su-15
Suxoy Su-15 (Сухой Су-15; NATO kod adı: Flagon), Suxoy şirkəti tərəfindən istehsal edilmiş SSRİ mənşəli reaktiv önləmə təyyarəsidir. Təyyarə ilk uçuşunu 30 may 1962-ci ildə həyata keçirmişdir. 1965-ci ildə xidmətə qəbul edilmişdir. Suxoy Su-9 və Suxoy Su-11 təyyarələrinin yerini tutmuş və 1990-cı illərə qədər ön cəbhə təyyarələrindən biri hesab olunmuşdur. == Tekniki xüsusiyyətləri (Su-15TM) == Mənbə: Ekipaj: 1 Uzunluq: 19.56 m Qanad eni: 9.43 m Hündürlük: 4.84 m Qanad sahəsi: 36.6 m² Boş çəkisi: 10,760 kg Maksimum yükgötürmə qabiliyyəti: 17,900 kg Motor: 2 ədəd Tumansky R-13-300 turbojet Silahlar: 2 ədəd 23 mm GŞ-23L topu Müxtəlif raketlər, döyüş raketi və bombalar.
Suxoy Su-17
Sukhoi Su-17 (NATO kod adı: Fitter) Sovet hücum təyyarəsi Su-7 qırıcı-bombardman təyyarəsinə əsasən yaradılıb və onun modern versiyası olaraq istehsal edilib. Uzun müddət Sovet, daha sonra Rusiya ordusunda xidmətdə olub və xeyli sayda Şərq bloku və Yaxın Şərq ölkələrinə ixrac edilib.
Suxoy Su-2
Suxoy Su-2 (rus. Сухой Су-2), Suxoy tərəfindən istehsal olunan SSRİ mənşəli kəşfiyyat təyyarəsi və yüngül bombardmançı təyyarədir. Təyyarə 1930-cu illərin sonlarında Andrey Tupolev və Pavel Suxoy tərəfindən yaradılmışdır. Suxoy Su-2 təyyarəsi Pavel Suxoyun konstruktoru olduğu ilk təyyarədir. 1939-cu ilin dekabr ayından SSRİ Silahlı Qüvvələri arsenalına qəbul edilmişdir.
Suxoy Su-24
Suxoy Su-24 (NATO kod adı: Fencer) — 1970 və 1980-ci illərdə Sovetlər Birliyinin hər cür hava şəraitində istifadə edilə bilən ən inkişaf etmiş havadan hücum təyyarəsi. İki kreslolu, iki motorlu təyyarə Rusiyanın ilk inteqrasiya edilmiş rəqəmsal naviqasiya/hücum sistemi ilə təchiz edilmiş təyyarəsidir. Su-24-ün konfiqurasiyasında F-111 ilə oxşarlıqlar var. Keçmiş Sovet respublikaları hava qüvvələri və eləcə də başqa bir neçə ölkədə hazırda istifadə edilir. == Hazırlanması == 1961-ci ildə Suxoy Su-7b nin xidmətə daxil olma səbəbi Suxoyun hər bir hava şəraitində nöqtə hava hücumlarını dəstəkləyəcək bir model inkişaf etdirmək ehtiyacından yaranmışdı. S-28 və S-32 üzərində aparılan ilkin araşdırmalar Suxoy Su-7 dizaynının bu vəzifə üçün lazımlı bütün avionik sistemləri daşımaq üçün çox aşağı olduğunu ortaya qoydu. OKB-794 konstruktor bürosuna yeni təyyarənin əsasını təşkil edən Puma kod adlı inkişaf etmiş bir naviqasiya/hücum sistemi yaratmaq tapşırıldı. 1962 və 1963-cü ildə Suxoy 2 ədəd Tumansky R-21 F-300 turboreaktiv mühərrikiylə təchiz edilmiş, 2 pilotlu bir S-6 prototipini istehsal etdi. Prototip araşdırıldı ancaq Puma avadanlığının inkişaf etdirilməsi istiqamətində əskikliklərdən ötəri hər hansı bir sifariş verilmədi. 1964-ci ildə Suxoy S-58 M üzərində işə başladı.
Meröy
Meröy (fr. Méreuil, oks. Mereulh) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azür regionunda yerləşir. Departament — Yuxarı Alplar. Kommunanın dairəsi — Qap. Ser kantonuna daxildir. INSEE kodu — 05076. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 85 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 42 nəfər (15-64 yaş) arasında 28 nəfər iqtisadi fəal, 14 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 66,7%, 1999-cu ildə 58.7%). 28 aktiv adamdan 26 nəfər (15 kişi və 11 qadın) çalışdı, 2 kişi işsizdi.
Minor
Matrisin minoru, onun bir və ya daha artıq sətir və sütunları sildikdən sonra yerdə qalan elementlərdən düzəldilmiş matrisin determinantıdır. == Nümunə == Nümunə üçün aşağıdakı matris: [ 1 4 7 3 0 5 − 1 9 11 ] {\displaystyle {\begin{bmatrix}\,\,\,1&4&7\\\,\,\,3&0&5\\-1&9&\!11\\\end{bmatrix}}} Bu matrisin M 2 , 3 {\displaystyle M_{2,3}} minorunu tapaq. Bu minoru tapmaq üçün matrisdə 2-ci sətirdəki elementləri silək, həmçinin 3-cü sütundakı eleməntləri silək, daha sonra isə yerdə qalan elementlərdən alınan matrisin determinantını hesablasaq: | 1 4 ◻ ◻ ◻ ◻ − 1 9 ◻ | {\displaystyle {\begin{vmatrix}\,\,1&4&\Box \,\\\,\Box &\Box &\Box \,\\-1&9&\Box \,\\\end{vmatrix}}} ⟶ {\displaystyle \longrightarrow } | 1 4 − 1 9 | = ( 1 ∗ 9 − ( 4 ∗ ( − 1 ) ) ) = 13 {\displaystyle {\begin{vmatrix}\,\,\,1&4\,\\-1&9\,\\\end{vmatrix}}=(1*9-(4*(-1)))=13} M 2 , 3 = 13 {\displaystyle M_{2,3}=13} alarıq.
Minos
Minos, Minoy (q.yun. Μίνως) — Kritin mifik hökmdarı , Zevslə Avropanın oğlu, Pasifayanın əri. Dedal sayəsində bir çox sənət əsərlərinə sahib olmuşdur. Dedal onun üçün saraylar tikmişdir. Minos yunanların arasında dənizlər hökmdarı kimi tanınırdı. O, öz hərbi qüdrətinə görə Dedala borclu idi. Elə ona görə də Dedalı əlindən buraxmaq istəmirdi. Dedal Siciliyaya qaçandan sonra Minos adaya qoşun yeritmişdi. O sənətkarın yerini öyrənmək üçün yumurta qabığı gətirib elan etmişdi ki, kim onun içindən sap keçirsə, böyük mükafat alacaq. Bunu yalnız Dedal edə bilərdi və beləliklə Minos onun yerini öyrənmişdi.
Miron
Miron (yun. Μύρων)(b.e.ə.480-440) — Afinada yaşamış heykəltaraş. O, Eletrada doğulub. Aqeladasın tələbəsi olub. Miron əsərlərinin çoxunu bürüncdən hazırlayırdı. Tanrıların və qəhrəmanların heykəllərini hazırlamasına baxmayaraq Miron əsasən idmançıların heykəllərini hazırlayırdı. Tarixçi Plini Mironun işlərinin Polikletin işlərindən daha və düzgün daha harmonik olduğunu bildirmişdir. Onun ən məşhur əsərləri, Plininin "Pliny’s Natural History"(Plininin təbii tarixi) adlı əsərinə daxildir. (Bu əsər Roma vaxtından indiyə qədər gəlib çatan nadir əsərlərdəndir. Əsərdə hər şey haqqında məlumat toplanmışdır) Miron deyirdi ki, o, öz əsərlərinə heyranedici və həyat xüsusiyyətlərini verəndə fikrindəki emosiyaları orada göstərə bilmirdi.
Mixək
Mixək ağacı (lat. Syzygium aromaticum) — bitkilər aləminin mərsinçiçəklilər dəstəsinin mərsinkimilər fəsiləsinin siziqium cinsinə aid bitki növü. 10–15 metr hündürlüyündə hamargövdəli həmişəyaşıl, ətirli ağacdır. Mixək təsərrüfatda da gərəkli olur. Əgər şəkərə qarışqalar daraşıbsa, bankadakı 1 kq şəkərin yanına 8 ədəd mixək qoyun. Mixək güvəyə qarşı da pis vasitə deyil. Qönçələrini cuna kisəyə yığaraq paltar dolabına qoyun. Əgər dayaz boşqaba bir neçə damcı mixək yağını damcıldadaraq masanın üzərinə qoysanız, həmin gün ağcaqanad görməyəcəksiniz. Kulinariyada bu tünd ədviyyatı əsasən quş ətindən hazırlanmış yeməklərə, paştet, qoyun əti və kolbasaya əlavə edirlər. Mixək şoraba və sous, turşuya da qatılır.
Mizon
Mizon (fr. Mison, oks. Mison) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Sisteron kantonuna daxildir. Kommunanın dairəsi — Forkalkye. INSEE kodu — 04123. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 985 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 636 nəfərin (15-64 yaş arasında) 468 nəfəri iqtisadi cəhətdən, 168 nəfər hərəkətsiz (fəaliyyət göstərici 73.6%, 1999-cu ildə 71.3%) idi. Fəal olan 468 nəfərdən 425 nəfər (240 kişi və 185 qadın), 43 nəfər işsiz (17 kişi və 26 qadın) idi.
Lappa minor var. minor
Xırda atpıtrağı (lat. Arctium minus) - atpıtrağı cinsinə aid bitki növü. == Sinonim == Arcion minus Bubani Arctium chabertii Briq. & Cavill. Arctium chabertii subsp. aellenianum Arènes Arctium chabertii subsp. balearicum Arènes Arctium chabertii subsp. chabertii chabertii Arctium chabertii subsp. corsicum Arènes Arctium conglomeratum Schur ex Nyman Arctium euminus Syme Arctium lappa Kalm [Illegitimate] Arctium minus var. corymbosum Wiegand Arctium minus var.
Miho
Miho — Yaponiya qadın adı. Miho Manya — Yaponiya qadın futbolçusu. Miho Fukumoto — Yaponiya qadın futbolçusu. Miho Kaneda — keçmiş Yaponiya qadın futbolçusu.
Mioz
Mioz (miosis: yun. μείωσις — kiçilmə, daralma) — göz bəbəyinin (diametri 2,5 mm dən az) daralması. Göz bəbəyini daraldan əzələnin yığılmasından ya da göz bəbəyini genişləndirən əzələnin iflicindən əmələ gəlir.
Aleksandr Mişon
Aleksandr Mixayloviç Mişon (1858, Xarkov — 5 iyul 1921, Samara) — fotoqraf, rejissor, ssenarist, operator, redaktor, naşir, Bakı fotoqrafiya dərnəyinin yaradıcısı, Paris milli akademiyasının fotoqraf üzvü. == Həyatı == Aleksandr Mişon Xarkov şəhərində anadan olub. Karyerasını 1883-cü ildə doğma şəhərində, Moskovskaya küçəsində və Slesarnıy dalanında yerləşən əsasını qoyduğu fotostudiyadan başlayıb. 1884-cü ildə Bakıya gələrək fotoqrafiya işləri ilə məşğul olmaq üçün razılıq almasını gözləyir. 28 iyun 1887-ci ildə Bakı Quberniyası Tarqovoy küçəsində yerləşən fotoemalatxananın açılışına icazə verir. Növbəti ilin mart ayında emalatxana "İmperial" mehmanxanasına köçürülür. Fotoincəsənətin öyrənilməsi, elmə, arxeologiyaya, etnoqrafik materiallarda tətbiqi məqsədilə ilk dəfə olaraq, foto həvəskarlarının Bakı dərnəyinin yaradılmasının təşəbbüskarıdır. Ustava görə, orta və aşağı sinif təhsil ocaqlarında təhsil alanlar, hərbi xidmətdə olanlardan başqa hər iki cinsin nümayəndəsi fotodərnəyin üzvü ola bilərdi. Aleksandr Mişon 1893-cü ildə çıxan Bakının illik hesabat materiallarının müəllifi, redaktoru, fotoqrafı, naşiri olub. Elə bu ildə Mişon Tarqovoyda yerləşən nəşriyyatında oxu zalının açılmasına icazə alır.
Amaranthus minor
Qırmızıbaldır pəncər (lat. Amaranthus blitum) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinin pəncər cinsinə aid bitki növü. == Sinonimləri == Albersia arenaria Schur Albersia ascendens Fourr. Albersia blitum Kunth Albersia livida Kunth Amaranthus adscendens auct. Amaranthus albus Rodschied ex F.Dietr. Amaranthus alius K.Krause Amaranthus ascendens Loisel. Amaranthus berchtoldii Seidl ex Opiz Amaranthus blitonius St.-Lag. Amaranthus blitum var. ascendens (Loisel.) DC. Amaranthus blitum var. blitum Amaranthus blitum var.
Aqrippina Minor
Kiçik Aqrippina (lat. Agrippina minor; 6 noyabr 15, Köln – 17 mart 59, Mizeno[d], Kampaniya) — Neron Yuli Sezar Germanikin Böyük Aqrippinadan olan qızı, Yulilər-Klavdilər sülalə məsubu, Nero Klavdi Saezar Avqust Germanikin anası, Qay Yuli Sezar Kaliqulanın bacısı, Tiberi Klavdi Neron Germanikin sonuncu arvadı.
Arabis minor
Arabis alpina (lat. Arabis alpina) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin ərəbotu cinsinə aid bitki növü. == Sinonimləri == Arabidium alpestre Spach Arabidium alpinum (L.) Fourr. Arabidium saxeticolum (Jord.) Fourr. Arabis albida var. elata Sprague Arabis alpina subsp. alpina alpina Arabis alpina f. alpina Arabis alpina var. alpina alpina Arabis alpina subsp. cantabrica (Leresche & Levier) Greuter & Burdet Arabis alpina var.
Artemisia minor
Artemisia minor (lat. Artemisia minor) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yovşan cinsinə aid bitki növü.
Aster minor
Oreochrysum (lat. Oreochrysum) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi. == Növləri == Oreochrysum parryi (A. Gray) Rydb.Sinonim Aster minor (A.Gray) Kuntze Haplopappus parryi A.Gray Haplopappus parryi var. parryi Solidago parryi (A.Gray) Greene Solidago parryi var.
Bardana minor
Xırda atpıtrağı (lat. Arctium minus) - atpıtrağı cinsinə aid bitki növü. == Sinonim == Arcion minus Bubani Arctium chabertii Briq. & Cavill. Arctium chabertii subsp. aellenianum Arènes Arctium chabertii subsp. balearicum Arènes Arctium chabertii subsp. chabertii chabertii Arctium chabertii subsp. corsicum Arènes Arctium conglomeratum Schur ex Nyman Arctium euminus Syme Arctium lappa Kalm [Illegitimate] Arctium minus var. corymbosum Wiegand Arctium minus var.
Bellis minor
Çoxillik qızçiçəyi (lat. Bellis perennis) - qızçiçəyi cinsinə aid bitki növü.Bellis perennis L. == Sinonim == Aster bellis E.H.L.Krause Bellis alpina Hegetschw. Bellis armena Boiss. Bellis croatica Gand. Bellis hortensis Mill. Bellis hybrida Ten. Bellis integrifolia DC. Bellis margaritifolia Huter Bellis minor Garsault [Invalid] Bellis perennis var. caulescens Rochebr. Bellis perennis f. discoidea D.C.McClint.