Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Məfəran (Urmiya)
Məfəran (fars. ‎‎‎مافران‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 324 nəfər yaşayır (57 ailə).
Cəfər
Cəfər — Kişi adı.
Məmər
Məmər — Azərbaycan Respublikasının Qubadlı rayonunun Hal kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 30 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Məmər kəndinin adı ərəb mənşəli məmər sözündən olub, “çay keçidi” və ya “dağ keçidi” mənasındadır. Adlandırmada yaşayış məntəqəsinin fiziki-coğrafi mövqeyi əsas rol oynamışdır. Yaşayış məntəqəsi vaxtilə Həkəri çayının keçid (məmər) yerində salındığı üçün belə adlandırılmışdır.
Səfər
Səfər — Hicri təqviminin 2-ci ayı. == Tarixi günlər == Səfərin 7-si İmam Kazımin doğum günü Safərin 9-u Əlinin Nəhrivan döyuşündə qələbə ilə başa vurduğu gün. Səfərin 13-ü İmam Hüseynin qızı Səkinənin vəfatı günü. Səfərin 17-si 8-ci imam Əli ibn Musanın şəhadət günü Səfərin 20-si — Ərbəin günü (Aşura günündən sonra 40-cı gün) Səfərin 28-i Məhəmməd peyğəmbər (s) və İmam Həsənin vəfatı günü.
"Zəfər" ordeni
"Zəfər" ordeni — Azərbaycan Respublikasının 2-ci yüksək təltifi. Vətən müharibəsində qələbə münasibətilə təsis edilmişdir. == Təsis edilməsi == 2020-ci il noyabrın 20-də Azərbaycan Respublikasının Milli Məclisində Vətən Müharibəsində qələbə münasibətilə Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi təqdim edilmiş və birinci oxunuşda təsdiqlənmişdir.Azərbaycan Respublikasının "Zəfər" ordeninin statutu Azərbaycan Respublikasının 2020-ci il 26 noyabr tarixli 204-VIQD nömrəli Qanunu ilə təsdiq edilmişdir. Əsasnamədə deyilir: Maddə 1. Təltif edilən şəxslər Azərbaycan Respublikasının "Zəfər" ordeni ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün və təhlükəsizliyinin təmin edilməsi zamanı əhəmiyyətli və ya strateji ərazinin, yaşayış məntəqəsinin, rayonun və ya şəhərin düşmən işğalından azad olunması ilə nəticələnmiş döyüş əməliyyatlarına, Azərbaycan Respublikasının dövlət sərhədinin bərpa edilməsi üzrə döyüş əməliyyatlarına yüksək peşəkarlıqla rəhbərlik etmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi hissə komandirləri və onlardan yuxarı rəhbər heyəti, habelə ərazi bütövlüyünün təmin edilməsi sahəsində xüsusi xidmətlərinə görə digər şəxslər təltif edilir.Maddə 2. Təltif edən orqan Azərbaycan Respublikasının "Zəfər" ordeni ilə bu Əsasnamənin 1-ci maddəsində göstərilən şəxslər Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndinə uyğun olaraq təltif edilirlər.Maddə 3. Taxılma qaydası Azərbaycan Respublikasının "Zəfər" ordeni döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər ordenləri və medalları olduqda, "Heydər Əliyev" ordenindən sonra taxılır. == Təsviri == Ordenin təsviri Azərbaycan Respublikasının 2020-ci il 26 noyabr tarixli Qanunu ilə təsdiq edilmişdir. Maddə 1. Ordenin ümumi təsviri Azərbaycan Respublikasının "Zəfər" ordeni (bundan sonra – orden) 900 əyarlı qızıldan hazırlanmış, sol və sağ tərəflərinə iki əyri qılınc, uclarına kiçik kürəciklər bərkidilmiş ayparadan, guşələri pilləvari olan səkkizguşəli altlıqdan və aypara ilə altlığın üzərinə yerləşdirilmiş, uclarına kiçik kürəciklər bərkidilmiş ikitərəfli hamar şüalı səkkizguşəli ulduz formalı, diametri 42 mm olan lövhədən ibarətdir.Maddə 2.
Cəfər (Qürvə)
Cəfər (fars. جعفر‎) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 199 nəfər yaşayır (45 ailə). Əhalisini kürdlər təşkil edir.
Cəfər Atalay
Cəfər Atalay (1962, Sivas – 3 noyabr 2007, Kadıköy, İstanbul ili) — türkiyəli aktyor.
Cəfər Axundov
Cəfər Hacı Şeyx Həsən oğlu Axundov (1878, Nehrəm – 1931, Gəncə) — Zaqafqaziya Seyminin müsəlman fraksiyasına mənsub deputat. == Həyatı == Cəfər Hacı Şeyx Həsən oğlu Axundov 1878-ci ildə Naxçıvanın Nehrəm kəndində anadan olub. Cəfər ailənin 2-ci uşağı idi. Atası Hacı Şeyx Həsən Molla İmamqulu oğlu Mollazadə Gəncəvidir. Anası Məşədi Xədicə xanım Cəlil Məhəmmədquluzadənin məşhur "Usta Zeynal" hekayəsinin baş qəhrəmanı Usta Zeynalın qardaşı qızıdır. Cəfər Axundov təhsilini Gəncə gimnaziyasında alıb. O, erkən yaşlarından siyasətlə maraqlanmağa başlayıb. 1903-cü ildən RSDFP-yə daxil olan "Hümmət" partiyasının menşevik üzvü və Azərbaycanda ilk marksist dərnəklərini quranlardan biri olaraq gizli fəaliyyət göstərib. Qardaşı nəvəsi Rasim Axundovun bildirdiyinə görə, Leninin ona yazdığı məktub onların ailəsində saxlanılırmış və sonralar DTK-dan gələnlər o məktubu aparıblar. 1905-ci ildə Gəncə sənət məktəbi şagirdlərinin nümayişini təşkil etdiyinə görə həbs edilən C.Axundov Gəncədə və Bakıda zindanda yatıb və az sonra Krasnodar (Yekaterinodar) quberniyasına 5 illik sürgünə göndərilib.
Cəfər Ağa
Qanlı Cəfər Ağa — (türk. Kanlı Cafer Ağa; v. 1521, Konstantinopol) — Osmanlı admiralı. == Bioqrafiya == Cəfər Ağa Osmanlı imperiyasında 1516–1520-ci illərdə donanmaya rəhbərlik etmişdir. Cəfər Ağa yerli xalqa qarşı zülm etməsi və səbəbsiz vergilər toplaması səbəbindən 1521-ci ildə Sultan Süleyman Qanuninin göstərişi ilə İstanbul şəhərində edam edilmişdir.
Cəfər Ağalarov
Ağalarov Cəfər Həsən Ağa oğlu — AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun Dalğa dinamikası şöbəsinin müdiri, fizika-riyaziyyat elmləri doktoru, professor. == Həyatı == Cəfər Ağalarov 15 avqust 1937-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1944-1954-cü illərdə Bakı şəhərinin 8 saylı orta məktəbində oxumuşdur. 1954-cü ildə Azərbaycan Neft və Kimya İnstitutunun "Neftmexanika" fakültəsinə daxil olmuş və 1959-cu ildə həmin institutu bitirmişdir. 1959-cu ildən 1960-cı ilədək 55 saylı poçt qutusu müəssəsində mühəndus işləmişdir. 1960-cı ildən 1999-cu ilədək EA-nın Riyaziyyat və Mexanika İnstitutunda (indiki AMEA RMİ) böyük mühəndis, kiçik elmi işçi, böyük elmi işçi və şöbə rəhbəri vəzifəsində işləmişdir. 1966-1967-ci illərdə "Dinamik möhkəmlik" laboratoriyasında kiçik elmi işçi, 1967-1974-cü illərdə "Dalğa dinamikası" şöbəsində böyük elmi işçi, 1974-cü ildən "Dalğa dinamikası" şöbəsində şöbə müdiri olmuşdur. 1961-1964-cü illərdə EA-nın Riyaziyyat və Mexanika İnstitutununun aspiranturasında oxumuşdur. 1965-ci ildə "Qeyri-xətti, özlü elastiki mühitlərdə dalğaların yayılması" mövzusunda namizədlik dissertasiyası, 1981-ci ildə "Çevik rabitələrin zərbə təsirində özünü aparmasının nəzəri-eksperimental araşdırılması" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. 1983-cü ildən bu günədək EA-nın Riyaziyyat və Mexanika İnstitutunda, 1999-cu ildən bu günədək Milli Aviasiya Akademiyasında professor vəzifəsində işləyir.
Cəfər Bağır
Cəfər Səfər oğlu Bağırov – nasir, tərcüməçi, 1934-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı == Cəfər Bağır 1912-ci il 5 mayda Naxçıvanın Ordubad rayonundakı Dəstə kəndində yoxsul ailədə doğulmuşdur. Kənd orta məktəbini bitirdikdən sonra Azərbaycan Dövlət Pedaqoji İnstitutunun fıloloji fakültəsinə daxil olmuşdur. Eyni zamanda "Gənc işçi" qəzetində şöbə müdiri işləmişdir. Bu dövrdə ilk hekayələrini qələmə almışdır. "Kommunist" qəzetində şöbə müdirinin müavini (1934–1936), "Kirovabad bolşeviki" qəzetində məsul katib (1936–1937), Yazıçılar İttifaqı Gəncə fılialının məsul katibi olmuşdur. 1955-ci ildə Bakıya qayıdıb bütün qüvvəsi ilə bədii yaradıcılığa başlamışdır. Oçerk, hekayə, miniatürlər yazmaqla yanaşı, bədii tərcümə ilə də məşğul olmuşdur. Onun rus dilindən etdiyi tərcümələr sayəsində oxucular T. Drayzer, P. Abrahams, A. Sent-Ekzüperi, R. Taqor, Əziz Nesin, M. Broden, A. Kamenova, S. Kardiaşvili kimi yazıçıların əsərləri ilə tanış olmuşlar. O, Azərbaycan Dövlət Nəşriyyatında bədii ədəbiyyat şöbəsinin müdiri (1955–1960), redaktoru (1960–1966), məsləhətçi redaktor (1966–1967), bədii tərcümə redaksiyasının müdiri (1967–1973) vəzifələrində çalışmışdır.
Cəfər Behbudov
Cəfər Ağaəli oğlu Behbudov (17 avqust 1951, Bakı – 26 sentyabr 2019, Kiyev) — Azərbaycan müğənnisi. == Həyatı == Cəfər Behbudov teatr rejissoru Ağaəli Məstanov və Rəşid Behbudovun bacısı Nəcibə Behbudovanın ailəsində anadan olub. Asəf Zeynallı adına Musiqi Məktəbində təhsil alıb. O, 1970-ci illərin sonlarında Tofiq Babayevin rəhbərlik etdiyi "Hicaz" qrupunun, ardınca Azərbaycan Dövlət Mahnı Teatrının solisti, daha sonra isə Brilliant Dadaşova, Mübariz Tağıyev, Firəngiz Rəhimbəyova ilə birlikdə Azərbaycan Televiziyasının ştatlı solisti olmuşdur. Konsertlərdə isə Flora Kərimova ilə bir yerdə çıxış etmiş, onunla "Sevgi mahnısı" adlı kompozisiyanı ifa etmiş, klip çəkdirmişdir.Cəfər Behbudov Tofiq Quliyevin "Zibeydə" mahnısı ilə 1980-ci illərdə məşhurlaşmışdı. "Bəyin oğurlanması" filmində onun mahnısı səsləndirilmişdir. Onun ifasında "Bağçadan gələn səs", "Sevdim", "Neyləyim" və başqa mahnılar da həmin dövrlərdə populyarlıq qazanmışdı.Cəfər Behbudov 1991-ci ildə Ukraynanın Kiyev şəhərinə köçmüş, ömrünün sonunadək orada yaşamışdır. Cəfər 26 sentyabr 2019-cu ildə Kiyevdə xərçəng xəstəliyindən vəfat etmiş və öz vəsiyyəti ilə orada da dəfn olunmuşdur.
Cəfər Bünyadzadə
Cəfər Xocabəy oğlu Bünyadzadə (1886, Bakı, Fatmayı kəndi - 1918- ci ilin yayı) — "Tuti" jurnalnın baş redaktoru olmuş və eyni zamanda, uşaq ədəbiyyatı sahəsində yaradıcılıqla məşğul olan, o dövrdə ilk olaraq "uşaq nəğmələri" kitabının tərtibatçısı. Dadaş Bünyadzadənin qardaşıdır. == Həyatı və yaradıcılığı == XX əsrin ikinci onilliyində Azərbaycan mətbuatında iştirak edən şəxslərdən biri də Cəfər Xocabəy oğlu Bünyadzadə olmuşdur. C. Bünyadzadə 1910- cu illərdə Azərbaycan mətbuatının səhifələrində günün aktual problemlərinə, uşaq tərbiyəsinə, ailədaxili münasibətlərə, türkçülüyə və s. bu kimi məsələlərə həsr olunmuş yazılarla mətbuat səhifələrində publisist məqalələri və bədii yazıları ilə fəal iştirak etmişdir. Onun qələmindən eyni zamanda çoxlu sayda satirik felyetonlar da çıxmışdır.Səadət Səadət xanım Bünyadzadə Cəfər Bünyadzadəni tanımış ayrı - ayrı şəxslərin xatirələrinə əsaslanaraq onun " Səfa" mədəni - maarif cəmiyyətinin məktəblərində şəriətdən dərs dediyini yazır.( Bünyadzadə Səadət." Kredo" , 2014). Arxiv sənədləri əsasında məlum olur ki, əslində Cəfər Bünyadzadə " Nəşri - maarif" cəmiyyətinin " Darülmüəllimin " seminariyasını bitirmiş və həmin cəmiyyətin məktəblərində " ibtidai məktəb müəllimi" dərəcəsi ilə dərs demişdir(Məmmədova Nüşabə : "Nəşri - maarif" cəmiyyətinin yaranması və fəaliyyəti ". Bakı, "Elm", 2005, s.165). Cəfər Bünyadzadənin mətbuat səhifələrində dərc edilmiş yazılarında ibtidai məktəb yaşlı uşaqların təlim və tərbiyəsinə həsr olunmuş məqalələr az deyildir. Bunların içindən " Səda" qəzetinin ayrı - ayrı səhifələrində dərc edilmiş " Məktəb cocuqları üçün" kiçik həcmli silsilə yazılar diqqəti xüsusilə cəlb edir.
Cəfər Cabbarlı
Cəfər Qafar oğlu Cabbarlı (20 mart 1899, Xızı, Quba qəzası – 31 dekabr 1934, Bakı, SSRİ) — Azərbaycanlı dramaturq, şair və nasir, teatrşünas, kinoşünas, tərcüməçi, kinossenarist, jurnalist, aktyor, rejissor, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1933)*. == Həyatı == Cəfər Cabbarlı 1899-cu il martın 20-də Bakı quberniyasının 110 km-də yerləşən Xızı kəndində (hazırda rayon mərkəzidir) yoxsul kəndli ailəsində anadan olub. Kömürçü işləyən atası (Qafar Cabbarlı) görmə qabiliyyətini itirdikdən sonra ailə məcburiyyət qarşısında Bakıya köçərək, "dağlı məhəlləsi" adlanan yerdə yaşamağa başlayıb. Cəfərin 3 yaşı olanda atası vəfat edib. Evin yükü anası Şahbikə xanımın üzərinə düşüb. O, imkanlı ailələrin paltarlarını yuyub, çörək bişirərək Cəfəri dini məktəblərə qoyub. Cəfər arasıra Xızıya gedir, orada aşıqsayağı şeirlər yazan bibisi Zərnişanla, dağ kəndlərindəki qohumları ilə görüşürdü. === Təhsili === Şahbikə xanım Cəfəri təhsildən məhrum etməmək üçün, əvvəlcə məhəllə mollasının yanında "çərəkə" oxumağa, bir müddət sonra isə molla Qədirin yanına Quran oxumağa qoyur. Mollaxananın ona bir şey vermeyəcəyini başa düşən Cəfər başqa uşaqlar ilə birlikdə 1905-ci ildə "Starıy Poçtovı-25"-də Hacı Məmmədhüseyn Bədəlovun şəxsi mülkündə açılan üçsinifli "7-ci müsəlman və rus" məktəbinin birinci sinfinə daxil olur. Cəfərin ilk müəllimləri pedaqoq-yazıçı Süleyman Sani Axundov, Abdulla Şaiq, Rəhim bəy Şıxlinski, Əliməmməd Mustafayev idi.
Cəfər Cəfərli
Cəfər Babacəfər oğlu Cəfərli (11 dekabr 1999, Avun, Yardımlı rayonu – 3 noyabr 2020, Xocavənd rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin MAHHXHQ əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Cəfər Cəfərli 11 dekabr 1999-cu ildə Yardımlı rayonu Avun kəndində anadan olmuşdur.2006-cı ildə Avun kənd əsas məktəbinin 1-ci sinifinə daxil olmuşdur. 2016-cı ildə şəhid Vüqar Bəndəliyev adına Urakəran kənd tam orta məktəbini bitirib. == Hərbi xidməti == Cəfər Cəfərli 2018-ci ildə hərbi xidmətə yollanmış və xidmətini başa vurduqdan sonra, xidmətinə Xüsusi Təyinatlı Qüvvələrin tərkibində MAXE hərbi qulluqçu kimi davam etmişdir. Azərbaycan Ordusunun Müddətdən Artıq Həqiqi Hərbi Xidmət Edən əsgəri Cəfər Cəfərli Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması uğrunda başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Cəfər Cəfərli 3 noyabr tarixində Xocavənd rayonu uğrunda gedən döyüşlər zamanı şəhid olumuşdur. Onun nəşi şəhid olmasından bir müddət sonra tapılaraq ailəsinə təhvil verilmişdir. 14 dekabr 2020-ci ildə Yardımlı rayonu Avun kəndində dəfn edilmişdir. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Cəfər Cəfərli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilmişdir. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Cəfər Cəfərli ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilmişdir.
Cəfər Cəfərov
Cəfər Cəfərov (dilçi) — Azərbaycan dilçisi. Cəfər Cəfərov (teatrşünas) (Cəfər Haşım oğlu Cəfərov) — Azərbaycan teatrşünası. Cəfər Cəfərov (tarixçi) (Cəfər Məmməd oğlu Cəfərov) — Azərbaycan Turizm və Menecment Universitetinin rektoru. Cəfər Cəfərov (baş leytenant) — baş leytenant, şəhid.
Cəfər Cəmilov
Cəmilov Cəfər İsaq oğlu (25 may 1958, Yeni Daşkənd, Bərdə rayonu – 18 sentyabr 1993, Ağdam rayonu) — hərbçi, şəhid. == Həyatı == 25 may 1958-ci ildə Bərdə rayonunun Yeni Daşkənd kəndində anadan olmuşdur. 1965–1975-ci illərdə Yeni Daşkənd kənd orta məktəbində, 1975–1980-ci illərdə isə Çingiz İldırım adına Azərbaycan Politexnik İnstitutunun Elektrotexnika fakültəsində oxumuşdur.1980-ci ildə Ağdam İslah Əmək Kaloniyasında leytnant kimi kalon briqadiri olmuşdur.28 may 1992-ci ildə Bərdə RHK-ndan Milli Orduya çağırılmışdır. Baş leytenant, 708-ci hərbi hissənin taqım komandiri Cəfər Cəmilov 18 sentyabr 1993-cü ildə Ağdam rayonunda həlak olmuşdur. Bərdə rayonunun Yeni Daşkənd kəndində dəfn olunmuşdur.1984-cü ildə ailə həyatı qurmuşdur. Övladı olmamışdır.
Cəfər Eylasov
Cəfər Eylasov (30 sentyabr 2000, Mingəçevir – 30 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Cəfər Yavər oğlu Eylasov 2000-ci il sentyabrın 30-da Mingəçevir şəhərində anadan olub. 2006-2015-ci illərdə Mingəçevir şəhərində 14 nömrəli tam orta məktəbdə təhsil alıb. Subay idi. == Hərbi xidməti == Cəfər Eylasov 2019-2020-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Abşeron rayonunda yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. Azərbaycan Ordusunun əsgəri olan Cəfər Eylasov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Cəfər Eylasov oktyabrın 30-da Füzulinin azad edilməsi zamanı şəhid olub. Mingəçevir şəhərində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Cəfər Eylasov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Cəfər Hümbətov
Cəfər İslam oğlu Hümbətov (2 fevral 1959, Naxçıvan) — Naxçıvan Muxtar Respublikasının sabiq gənclər və idman naziri, Naxçıvan Muxtar Respublikası Dövlət Bədən Tərbiyəsi və İdman Komitəsinin sabiq sədri, Azərbaycan Respublikasının əməkdar bədən tərbiyəsi və idman xadimi. == Həyatı == Cəfər Hümbətov 2 fevral 1959-cu il tarixində Naxçıvan şəhərində anadan olub. 1966–1976-cı ildə Naxçıvan şəhər 2 saylı orta məktəbdə ümumi orta təhsil alıb. 1976-cı ildə Naxçıvan şəhər İdman Komitəsində məşqçi-müəllim vəzifəsinə işə qəbul olunub. 1977–1979-cu illlərdə hərbi xidmət keçib. 1979-cu ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman İnstitutunun qiyabi fakültəsinə daxil olub. 1984-cü ildə həmin institutun tam kursunu bitirib. 1979-cu ildə Naxçıvan MSSR Dövlət Bədən Tərbiyəsi və İdman Komitəsinin Uşaq-Gənclər İdman məktəbinə məşqçi-müəllim vəzifəsinə işə qəbul olunub. 1980-ci ildən 1982-ci ilədək həmin məktəbdə metodist vəzifəsində çalışıb. 1982-ci ildən 1993-cü ilədək həmin məktəbin direktoru vəzifəsində işləyib.
Cəfər Hüseynoğlu
Əliyev Cəfər Hüseyn oğlu (Cəfər Hüseynoğlu) — publisist, 1950-ci ildən Azərbaycan Jurnalistlər Birliyinin üzvü. == Həyatı == Cəfər Hüseynoğlu 1925-ci il dekabrın 23-də Füzuli rayonunda, faytonçu ailəsində anadan olmuşdur. Burada orta təhsilini almış, sonra ikiillik Şuşa Müəllimlər İnstitutunda təhsil almışdır (1939–1941). Əmək fəaliyyətinə Ağdam rayonunun Gülablı kənd orta məktəbində tarix müəllimi kimi başlamışdır (1941–1942). 1942–1946-ci illərdə İkinci dünya müharibəsində döyüşən ordu sıralarında olmuşdur. Tərxis edildikdən sonra bir müddət Bakıda müəllim, sonra rayon komsomol komitəsində katib, rayon partiya komitəsində təbliğatcı, "Qızıl Araz" qəzetinin məsul katibi işləmişdir (1946–1948). "Bakinski raboçi" qəzetinin Arazboyu və Ağdam bölgələrində xüsusi müxbir işləmişdir (1948–1966). "Kənd həyatı" jurnalında müxbir, Azərbaycan Elmlər Akademiyasının "Xəbərlər" məcmuəsində baş redaktorun müavini (1966–1976), Azərbaycan Dostluq Cəmiyyətində Xaricdə yaşayan həmvətənlərlə əlaqə şöbəsinin müdiri (1976), Bakı şəhər Veteranlar Şurasının sədr müavini (1983–1987), Təbrizdə nəşr edilən "Azadlıq beşiyi" və "Körpü" qəzetlərinin Azərbaycan Respublikası üzrə xüsusi müxbiri (1993–2000) olmuşdur. Dövri mətbuatda külli miqdarda müxtəlif janrlarda yazıları dərc olunmuşdur. Xarici ölkə qəzet və jurnallarda Azərbaycan həqiqətləri haqqında məqalələri işıq üzü görmüşdür.
Cəfər Kavian
Cəfər Məhəmmədəli oğlu Kavian (Kaviani, Məmmədzadə) (1895, Təbriz – 1975, Bakı) — Cənubi Azərbaycan Milli hökumətinin müdafiə naziri, general-mayor == Həyatı == Cəfər Məmmədzadə Cənubi Azərbaycan milli hökumətinin müdafiə naziri idi. İlk gəncliyindən gizli inqilabi işə qoşulduğundan o, iki adla fəaliyyət göstərmişdir. Gəncliyində onun gizli adı Məşədi idi, Cənubi Azərbaycan milli hökumətinin milli qoşunlar vəziri olanda isə general Cəfər Gavian kimi tanınmışdı. Onun atası Təbriz yaxınlığındakı Sağalan(Səhlan) kəndindən idi. Səttarxan hərəkatı başlananda Sağalanlı Məhəmmədəli kişi böyük qardaşı İsrafillə mücahidlərin sırasına qoşuldu.O, oxumaq, yazmaq öyrəndi. Səttarxanın tanınmış mücahidlərindən biri və gizli inqilabi hərəkatın məşvərətçisi oldu. Səttarxan 1910-cu il aprelin on beşində Tehranda böyük təntənə ilə qarşılananda mücahidlərlə birgə çəkdirdiyi şəkildə – ön cərgədə Sağalanlı Məhəmmədəli kişi də vardı. Səttarxanın azadlıq hərəkatı İran hakimləri tərəfindən yatırıldıqda, Sağalanlı Məhəmmədəli də həbsə atıldı. Həbsdən azad olandan bir az sonra çəkdiyi işgəncələrdən vəfat etdi. Məhəmmədəli Səhlanlının obrazı Makulu Pənahinin "Səttarxan" romanında öz əksini tapmışdır.
Cəfər Kazımov
Kazımov Cəfər Kərbəlayı Ələsgər oğlu — Cümhuriyyət tələbəsi, Almaniyada təhsil almış mühəndis, Sovet uranını tapanlardan biri, Qırmızı Əmək Bayrağı ordenli. == Həyatı == Cəfər Kazımov 21 dekabr 1896-cı ildə Bakıda anadan olmuşdur. Bakıda orta məktəbi bitirdikdən sonra 1920-ci ildə Almaniyaya təhsil almağa göndərilir. İlkin olaraq Darmstad texniki ali məktəbində oxumağa başlayır. Sonra təhsilini Frayberq Dağ-mədən Akademiyasında davam etdirir. 27 noyabr 1925-ci ildə təhsilini Dağ-mədən mühəndisi kimi başa vuraraq mühəndis dərəcəsinə layiq görülür. Zaqafqaziya Şiə Ruhani İdarəsinin 31 may 1905-ci ildə verdiyi doğum şəhadətnaməsinə görə, Cəfər 21 dekabr (köhnə üslubla) 1896-cı ildə Bakı şəhərinin sakini Kərbəlayı Ələsgər Hacı Məstan oğlunun qanuni arvadı Xanım Mirzə Zeynalabdin qızından doğulub. (Ulu babasının adı Kazım olduğuna görə alim özünə "Kazımov" soyadı götürüb). 7 mart 1926-da milliyyətcə "türk" Cəfər Kazımova verilmiş şəxsi vəsiqədə (bu vəsiqə pasportu əvəz edirdi) isə göstərilir ki, о, 4 yanvar 1897-də Bakı şəhərində dünyaya gəlib (bu tarix yeni üslubla olduğundan birincini təsdiqləyir). Real məktəbi bitirdikdən sonra Moskva Kommersiya İnstitutuna girmiş, burada 2 il qaldıqdan sonra Bakıya gələrək Xalq xəstəxanasında hesabdar işləmiş,1919-cu ildə partiyanın razılığı ilə Əmək Nazirliyində 1920-ci ilədək katib olmuş,4 yanvar 1920-ci ildə partiyanın razılığı ilə ali təhsilini bitirmək üçün xaricə getmiş,1920-ci ildən 1925-ci ilədək Frayberq Dağ-Mədən Akademiyasında (Аlmaniyа) oxuyaraq oranı uğurla bitirmiş,1926-cı ildən 16/X-26-cı ilədək Bakıda Suraxanı rayon V mədənində müdir müavini olmuş,1926-cı ildən 1930-cu ilədək Nərimanov texnikumunda direktor müavini işləmiş,Xalq Təsərrüfatı Ali Şurasında (XTАŞ) 4 ayadək kadrlar şöbəsinin rəhbəri olmuş,1918-ci ildə sol sosialist-inqilabçıların "Əkinçi" partiyasına girmiş, burada Əli Bayramov, Ruhulla Axundov, Vəzirov, Rəhim Hüseynov və b.
Cəfər Kaşif
Cəfər Məmmədzadə (Cəfər Kaşif) — azərbaycanlı şair. == Həyatı == Cəfər Kaşif 1894-cü ildə Cənubi Azərbaycanın Mamağan qəsəbəsində anadan olub. Uzun müddət Tiflisdə yaşamış və öz şeirləri ilə mətbuatda çıxış etmişdir 1945-ci ildə Cənubi Azərbaycanda başlanmış milli-azadlıq hərəkatının əsgəri kimi öz şeirləri ilə yorulmaq bilmədən irtica əleyhinə mübarizə aparmışdır. Şair "Hürriyyət pərisinə", "Əl çəkin" və başqa şerləri ilə Cənubi Azərbaycan xalqının qəlbini fəth etmişdir. Cəfər Kaşif öz şerlərində vətəninə bağlılığından, xalqına olan sevgisindən və hürriyyətdən bəhs etmişdir. Cəfər Kaşifin şerləri bu gün də oxucular maraqlanır və oxuyurlar. Baxmayaraq ki, o kəndli ailəsində dünyaya gəlmişdir lakin o hər zaman oxumağı və oxuduğu kitablardan dostlarına bəhs etməyi çox sevərdi. Kaşif 1947-ci ilin əvvəllərində Tehranda vəhşicəsinə öldürülmüşdür.
Cəfər Mehrad
Cəfər Rəsul oğlu Mehrad (14 oktyabr 1947, Təbriz) — kitabxanaşünaslıq və informasiya elmləri üzrə dünya şöhrətli Azərbaycan əsilli İranlı alim, elmlər doktoru, professor. == Həyatı == 14 oktyabr 1947-ci ildə Cənubi Azərbaycanın (indiki İran) Təbriz şəhərində anadan olmuşdur. == Elmi fəaliyyəti == Professor Cəfər Mehrad Şiraz Universitetinin "Bilik və informasiya elmi" kafedrasını (1979), "Ədəbiyyat və humanitar elmlər kolleci"ni (1984), həmçinin "Mərkəzi kitabxana və sənədləşdirmə mərkəzi"ni (1986) formalaşdırmışdır. O, 1991-ci ildə İran İslam Respublikasının Şiraz şəhərində "Elm və texnologiya üzrə Regional İnformasiya Mərkəzi"ni (ing. RICEST), o cümlədən bu şəhərdə 2008-ci ildə "İslam Dünyasının Elmi İstinad Mərkəzi"ni (ing. Islamic World Science Citation Center — ISC)yaratmışdır. Bundan savayı, görkəmli alim "International Journal of Information Science and Management" (İnformasiya elmi və idarəetmə üzrə beynəlxalq jurnal) adlı elmi dərginin (2003) təsisçisi və baş redaktorudur.
Cəfər Mövsümov
Cəfər Mövsümov (1 yanvar 1927, Bakı – 22 may 2005, Bakı) — hüquq elmləri doktoru, professor. Azərbaycan Respublikası Ali Məhkəməsi Aparatının Analitik və qanunvericiliyin sistemləşdirilməsi şöbəsinin məsləhətçisi. == Həyatı == Cəfər Hacı Həsən oğlu Mövsümov yanvarın 1-də 1927-ci ildə Bakı şəhərində neftçi ailəsində doğulmuşdur. Beş yaşı olarkən atası vəfat etmiş, on nəfər bacı-qardaşı ilə birlikdə C.Mövsümov anası Şirinbacı xanım Mövsümovanın himayəsində tərbiyə almışdır. Ailənin üzləşdiyi maddi çətinliklərə görə Cəfər Mövsümov 12 yaşında işləmək məcburiyyətində qalmışdır. O, gündüzlər ayaqqabı təmiri emalatxanasında, karamel fabrikində, yay tətili dövründə isə Bilgəhdəki zəfəran plantasiyalarında çalışmış, axşamlar məktəbdə təhsil almışdır. Cəfər Mövsümov 1944-cü ildə orta məktəbi qurtararaq Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Hüquq fakültəsinə daxil olmuş, universitetdə əla qiymətlərlə oxuduğuna görə təhsilini davam etdirmək üçün Leninqrad (indiki Sankt-Peterburq) şəhərinə M.İ.Kalinin adına Hüquq İnstitutuna göndərilmişdir. 1948-ci ildə Leninqradda təhsilini bitirərək, Bakıya qayıdır, Universitetdə müəllimlik fəaliyyətinə başlayır. Müharibədən sonrakı ilk illərdə Azərbaycan Dövlət Universitetində milli kadrların çatışmamasını nəzərə alaraq Universitetin rəhbərliyi Cəfər Mövsümovu Moskvaya SSRİ Elmlər Akademiyasının Dövlət və Hüquq İnstitutuna aspiranturaya göndərir. O, 1948-ci ildə uğurla qəbul imtahanlarını verərək aspiranturaya daxil olmuş, akademik M.S.Stroqoviçin rəhbərliyi altında vaxtından əvvəl namizədlik dissertasiyasını başa çatdıraraq, sentyabrın 30-da 1951-ci ildə müdafiə edərək hüquq elmləri namizədi alimlik dərəcəsi almışdır.
Cəfər Müciri
Cəfər Məmməd Hüseyn oğlu Müciri (1919-2001) — Azərbaycanın tanınmış xalça rəssamı, Azərbaycan Rəssamlar İttifaqının üzvü, sənətşünas alim, pedaqoq, çoxsaylı xalça kompozisiyalarının müəllifi. == Həyatı == 1919-cu ildə Təbriz şəhərində anadan olmuşdur. 1934-cü ildə "Sənaye-müntəzifə" adlı Təbriz İncəsənət məktəbinin ilk məzunu olmuş C.Müciri sonralar Tehran hərbi məktəbini bitirib. 1946-cı ildən Bakıda siyasi sığınacaq tapıb Azərbaycan Dövlət Universitetinin tarix fakültəsində təhsil alıb. 2001-ci ildə vəfat etmişdir. == Fəaliyyəti == İctimai və siyasi fəaliyyəti ilə yanaşı xalça sənətinə olan böyük maraq onu "İncəsənət" xalça artelinə gətirib çıxarır. 1965-ci ildə "XIX-XX əsrlərdə İran Azərbaycanının xalçaçılığında bədii xüsusiyyətlər" adlı namizədlik işini müdafiə edir. C.Mücirinin yaradıcılığında əsas yeri ornamental və qismən süjetli xalçalar tutur. "Saib Təbrizi", "Füzuli", "İki tale", "Güldanlı", "Sütunlu", "Heydər əmioğlu", "Buta", "Leyli və Məcnun", " Ulduzlara doğru", "Ləçək turunc" və s. xalçaların müəllifidir.
Meyer
Meyer dovşanalması
Alfred Meyer
Dr. Alfred Meyer (5 oktyabr 1891, Göttingen – 11 aprel 1945) nasist zabiti idi. Avropada İkinci Dünya Müharibəsinin sonunda, ölümünə qədər Staatssekretär və Reyx işğalı altındakı Şərq regionları Nazirliyinin (Reichministerium für die Besetzten Ostgebiete və ya Ostministerium) nazir idi. Həm də toponomiyanı öyrənən bir arxeoloq idi. == Gənclik == Meyer Göttingen şəhərində bir hökumət rəsmisinin oğlu olaraq anadan olub. 1911-ci ildə Soesti bitirib Gimnaziyada oxudu. 1912-ci ildə Infanterieregiment 68 (Koblenz) ilə bir Fahnenjunker (hərbi tələbə) oldu. 1913-cü ildə zabit imtahanından keçdi. Birinci Dünya Müharibəsi dövründə iki dəfə Dəmir Xaç medalı qazandı. Qərb cəbhəsində Infanterieregiment 363 qoşununun tərkibində döyüşdü.
Con Meyer
John Clayton M. (16 oktyabr 1977, Bricport, Konnektikut) — amerikan musiqiçi. Konnektikut kökənlidir. 1997-ci ildə Atlanta şəhərinə köçdü. Burada istedadını inkişaf etdirmə fürsəti tapdı və fanat kütləsi yığdı. İlk iki studiya albomu olan Room for Squares ilə Heavier Things böyük ajiotaj yaratdı və multi-platinum statusu əldə etdi. 2003-cü ildə "Your Body Is a Wonderland" ilə ən yaxşı pop vokalist nominasiyası üzrə Qremmi mükafatına layiq görüldü. Stand-up komediya, dizayner ve yazıçılıq fəaliyyəti də Meyerin karyerasının bir parçasıdır. Başda Esquire olmaqla bəzı jurnallarda məqalələr dərc edir. Eyni zamanda, "Back to You" dərnəyinə bağlı olaraq filantropik aksiyalarda ve qlobal istiləşmə ilə mübarizə tədbirlərində iştirak edir.