Cəfər Kazımov

Kazımov Cəfər Kərbəlayı Ələsgər oğluCümhuriyyət tələbəsi, Almaniyada təhsil almış mühəndis, Sovet uranını tapanlardan biri, Qırmızı Əmək Bayrağı ordenli.

Cəfər Kazımov
Şəxsi məlumatlar
Doğum tarixi 21 dekabr 1896(1896-12-21)
Doğum yeri
Vəfat tarixi 1968
Dəfn yeri
Partiya
Təhsili

Həyatı[redaktə | mənbəni redaktə et]

Cəfər Kazımov 21 dekabr 1896-cı ildə Bakıda anadan olmuşdur.

Bakıda orta məktəbi bitirdikdən sonra 1920-ci ildə Almaniyaya təhsil almağa göndərilir. İlkin olaraq Darmstad texniki ali məktəbində oxumağa başlayır. Sonra təhsilini Frayberq Dağ-mədən Akademiyasında davam etdirir. 27 noyabr 1925-ci ildə təhsilini Dağ-mədən mühəndisi kimi başa vuraraq mühəndis dərəcəsinə layiq görülür.

Zaqafqaziya Şiə Ruhani İdarəsinin 31 may 1905-ci ildə verdiyi doğum şəhadətnaməsinə görə, Cəfər 21 dekabr (köhnə üslubla) 1896-cı ildə Bakı şəhərinin sakini Kərbəlayı Ələsgər Hacı Məstan oğlunun qanuni arvadı Xanım Mirzə Zeynalabdin qızından doğulub. (Ulu babasının adı Kazım olduğuna görə alim özünə "Kazımov" soyadı götürüb). 7 mart 1926-da milliyyətcə "türk" Cəfər Kazımova verilmiş şəxsi vəsiqədə (bu vəsiqə pasportu əvəz edirdi) isə göstərilir ki, о, 4 yanvar 1897-də Bakı şəhərində dünyaya gəlib (bu tarix yeni üslubla olduğundan birincini təsdiqləyir).

Real məktəbi bitirdikdən sonra Moskva Kommersiya İnstitutuna girmiş, burada 2 il qaldıqdan sonra Bakıya gələrək Xalq xəstəxanasında hesabdar işləmiş,1919-cu ildə partiyanın razılığı ilə Əmək Nazirliyində 1920-ci ilədək katib olmuş,4 yanvar 1920-ci ildə partiyanın razılığı ilə ali təhsilini bitirmək üçün xaricə getmiş,1920-ci ildən 1925-ci ilədək Frayberq Dağ-Mədən Akademiyasında (Аlmaniyа) oxuyaraq oranı uğurla bitirmiş,1926-cı ildən 16/X-26-cı ilədək Bakıda Suraxanı rayon V mədənində müdir müavini olmuş,1926-cı ildən 1930-cu ilədək Nərimanov texnikumunda direktor müavini işləmiş,Xalq Təsərrüfatı Ali Şurasında (XTАŞ) 4 ayadək kadrlar şöbəsinin rəhbəri olmuş,1918-ci ildə sol sosialist-inqilabçıların "Əkinçi" partiyasına girmiş, burada Əli Bayramov, Ruhulla Axundov, Vəzirov, Rəhim Hüseynov və b. yoldaşlarla çalışmış,1919-cu ilin martında biz kommunist partiyası ilə qovuşduq. Gizli işdə mən Suraxanı rayonuna təhkim olunmuş,Almaniyada öncə azərbaycanlı, sonra isə zaqafqaziyalı tələbələrin kommunist təşkilatının katibi,Almaniya kommunist partiyasının da üzvü,1927-ci ildən 1930-cu ilədək Azərbaycan kommunist partiyasının qərarı ilə Nərimanov adına (sənaye) texnikumuna direktor müavini və texniki fənlər (qazma, dağ-mədən sənəti, mineralogiya və petroqrafiyа) üzrə müəllim kimi göndərilmişəm.

1930-cu ildən 1933-cü ilədək Azərbaycan XTАŞ-da kadrlar şöbəsində, sonra isə Dövlət Plan Komitəsində bölüm sədri işləmiş,1933-cü ildən 1938-ci ilədək Elmlər Akademiyası Azərbaycan Filialında Rəyasət Heyəti sədrinin müavini işləmişdir.

Mənbə[redaktə | mənbəni redaktə et]

  • Ədalət Tahirzadə. Cəfər Kazımov – Sovet uranını tapanlardan biri. Bakı: "Kür", 2001.

İstinadlar[redaktə | mənbəni redaktə et]