Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Məhərrəmlik
Məhərrəmlik, Məhərrəm əzadarlığı və ya sadəcə əzadarlıq — əsasən şiə müsəlmanlar tərəfindən müşahidə edilən anım mərasimləri toplusu. Bu, İslam təqviminin birinci ayı olan Məhərrəm ayına təsadüf edir. Ritualla bağlı hadisələrin çoxu "Hüseyniyyə" kimi tanınan yığıncaq salonlarında keçirilir. Mərasim Məhəmməd peyğəmbərin nəvəsi İmam Hüseyn ibn Əlinin I Yezidin əmri ilə Übeydulla ibn Ziyadın qüvvələri tərəfindən şəhid edildiyi Kərbəla döyüşünün ildönümüdür. Bu hadisənin illik matəm mövsümündə, əsas tarix kimi Aşura günü ilə qeyd olunması şiə icmasının kimliyini müəyyənləşdirməyə xidmət edir. Məhərrəmlik mərasimləri şiə müsəlmanların çox olduğu ölkələrdə keçirilir. == İstinadlar == == Əlavə ədəbiyyat == Aghaie, Kamran S. The Martyrs of Karbala: Shii Symbols and Rituals in Modern Iran. Univ. of Washington Press. 2004.
Məhərrəmli
Məhərrəmli — soyad. Fuad Məhərrəmli — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu. Fuad Məhərrəmli (əsgər) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. Qiymət Məhərrəmli — şair, publisist. Qulu Məhərrəmli — Azərbaycan jurnalisti, televiziya tənqidçisi, publisist. Zemfira Məhərrəmli — Əməkdar jurnalist, yazıçı-publisist, pedaqogika üzrə fəlsəfə doktoru.DigərMəhərrəmli (Kürdəmir) — Azərbaycan Respublikasının Kürdəmir rayonunun inzibati ərazi vahidində kənd.
Fuad Məhərrəmli
Fuad Habil oğlu Məhərrəmli (28 noyabr 1994; Tərtər rayonu, Azərbaycan — 12 oktyabr 2020; Ağdərə, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Fuad Məhərrəmli 1994-cü il noyabrın 28-də Tərtər rayonunun Evoğlu kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun kiçik çavuşu olan Fuad Məhərrəmli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Fuad Məhərrəmli oktyabrın 12-də Ağdərə istiqamətində "Tülkü dərəsi" adlandırılan ərazidə şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Fuad Məhərrəmli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Fuad Məhərrəmli ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Məhərrəmli (Kürdəmir)
Məhərrəmli — Azərbaycan Respublikasının Kürdəmir rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Toponimikası == Məhərrəmli kəndi şimaldan baş şirvan kallektoru,qərbdən girdiman cayı,cənubdan isə kur üstü kəndləri ilə əhatə olunmuşdur.Şərqdə Ərəbqubalı kənd nümayəndəliyi yerləşir.1950 ci illərə qədər Məhərrəmli kəndi 3 cayın birləşdiyi yerdə kicik quru sahədə yerləşib.Caylar ağsu cayı,girdiman cayı və qarasu cayı. Qobu deyilən dərə ilə axıb kecərmiş.hal-hazırda həmin caylar süni yollarla birləşdirilib kür cayına tökülür.Deylənlərə görə 1950 ci illərə qədər kəndin ətrafı ceyran, qaban, turac, bildircin, və sularda bir cox balıq növü olub.Kəndin ətrafı bütün qamışlıq olub. Məhərrəmli oyk. Kürdəmir r-nunun Ərəbqubalı i.ə.v.-də kənd. Şirvan düzündədir. Keçmiş adı Mola Məhərrəmli olmuşdur. Çox güman ki, Mola Məhərrəm yaşayış məntəqəsinin əsasını qoymuş nəslin başçısı olmuşdur. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 854 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əsasən həyətyanı və pay torpaqları vasitəsi ilə əkinçilik təşkil edir.
Nuşirəvan Məhərrəmli
Nuşirəvan Umud oğlu Məhərrəmov (d. 11 sentyabr 1960, Muradxanlı, İmişli, Azərbaycan SSR, SSRİ) — Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının sədri. == Həyatı == Məhərrəmov Nuşirəvan Umud oğlu 1960-cı ildə İmişli rayonu Muradxanlı kəndində anadan olmuşdur. 1982-ci ildə Bakı Dövlət Universitetinin tarix fakültəsinin əyani şöbəsinə daxil olmuşdur. 1985-ci ildə təhsilini davam etdirmək üçün Moskva Dövlət Universitetinin tarix fakültəsinin əyani şöbəsinə köçürülmüşdür. 1988-ci ildə Moskva Dövlət Universitetinin tarix fakültəsinin aspiranturasının əyani şöbəsinə daxil olub. 1992-ci ildə "Azərbaycan milli məsələyə dair partiyalararası mübarizə (1917-1918-ci illər)" mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək tarix elmləri namizədi elmi dərəcəsini almışdır. 1992-ci ildən Bakı Dövlət Universitetinin tarix fakültəsində "Qədim dünya və orta əsrlər tarixi" kafedrasında müəllim, baş müəllim vəzifələrində çalışmışdır. 1996-cı ildən Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının İctimai-Siyasi məsələlər şöbəsində böyük referent, sektor müdiri vəzifələrində çalışmışdır. 2003-cü ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Milli Televiziya və Radio Şurasının üzvü təyin edilmiş və sədr seçilmişdir.
Qiymət Məhərrəmli
Qiymət Məhərrəmli (Qiymət Məmmədiyə qızı Məhərrəmli; d.2 dekabr, 1963; Şəki, Vərəzət k.) — şair, publisist, 1998-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1998). == Həyatı == 1963-cü ildə dekabrın 2-də Azərbaycanda Şəki rayonunun Vərəzət kəndində anadan olub. Baş Zəyzid kənd orta məktəbini bitirdikdən sonra ailəlikcə Bakıya köçmüş, 1988–1992-ci ildə 222 saylı uşaq bağçasında tərbiyəçi, 1992-ci ildə istehsalat texniki komplektləşmə idarəsində mühasib, 1993-cü ildə isə təmir-tikinti sahəsində hesabdar işləmişdir. 1993–1995-ci illərdə Bakı Məktəbəqədər Pedaqoji Texnikumunda təhsil almış Qiymət xanım, 1995–2000-ci illərdə Nəsrəddin Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsinin axşam şöbəsində bakalavr pilləsi üzrə ali təhsil almış, 2002-ci ildə həmin universiteti magistr pilləsi üzrə bitirmişdir. 2007-ci ildə namizədlik dissertasiyasını müdafiə edib. == Fəaliyyəti == 1998-ci ildə "Maarifçi" qəzetində ELm, təhsil, mədəniyyət şöbəsinin müdiri, iki ildən sonra baş redaktoru olmuşdur. 2001-ci ildən AMEA Əlyazmalar İnstitutunda elmi fəaliyyətə başlamış, 2014-cü ilin noyabr ayınadək burada işləmiş, daha sonra iş yerini AMEA Folklor İnstitutuna dəyişmişdir. Hal-hazırda AMEA Folklor İnstitutu "Cənubi Azərbaycan folkloru" şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktorudur. 2009-cu ildən "Elimiz.Günümüz" qəzetinin təsisçisi və baş redaktorudur. Müxtəlif illər ərzində "Xəmsə", "Qafqaz" jurnallarının, "Ərən", "Planet-press", "Ana Vətən çağırır", "Milli Qəhrəmanlar" qəzetlərinin redaktoru olub.
Qulu Məhərrəmli
Qulu Məhərrəmli (tam adı: Məhərrəmli Qulu Məmmədqulu oğlu; 2 noyabr 1954, Zəngilan rayonu) — Azərbaycan jurnalisti, televiziya tənqidçisi, publisist, filologiya elmləri doktoru, BDU-nun professoru, AZLEKS elektron lüğətlər toplusunun baş redaktoru, "Jurnalistikanın inkişafına yardım" fondunun sədri, Azərbaycan Respublikasının "Əməkdar jurnalist"i (2006). == Həyatı == Qulu Məhərrəmli 1954-cü ildə Zəngilan rayonunda anadan olub. Orta təhsilini Şuşa şəhərində alıb. 1978-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Həmin ildə təyinatla Azərbaycan televiziyasına göndərilib və "Xəbərlər" baş redaksiyasında reportyor kimi fəaliyyətə başlayıb. Televiziyanın müxtəlif baş redaksiyalarında müxbir, redaktor, böyük redaktor, şərhçi, şöbə müdiri, proqram rəhbəri, baş redaktor, siyasi icmalçı və departament direktoru vəzifələrində çalışıb. 1991-ci ildən müntəzəm efirə çıxıb, "1000 saniyə" və "24 saat" xəbər verilişlərini aparıb. 1994-cü ilə kimi AzTV-nin əsas xəbər proqramlarının aparıcısı kimi fəaliyyət göstərib. 1993–1995-ci illər arasında "7 gün" populyar analitik-informasiya verilişinin, həmçinin AzTV ekranında efirə çıxan ilk müəllif proqramının ("Təfsilat"-1995) müəllifi və aparıcısı olub. 1995-ci ilin martında Azərbaycan televiziyasının siyasi icmalçısı təyin edilib.
Valeh Məhərrəmli
Valeh Məhərrəmov (Mirzəqərənfil) "Səs” qəzetinin baş redaktor müavini.2011-ci ildə Əməkdar jurnalist fəxri adına layiq görülüb.Şair,tərçüməci və jurnalist kimi çalışır. == Həyatı == Valeh Cəbrayıl oğlu Məhərrəmli 1952-ci ildə 15 Fevralda Gürcüstan Respublikası Marneuli rayonunda anadan olub. == Tərcümələri == Raymond Moudin-"Ölümdən sonrakı həyat" Mişel Nostradamusu-"Peyğəmbərlik"(kitab) Alan Kardekin-"Ruhlar kitabı","Ölülərin Tibet kitabı","Bardo Tyodol" "Emanuel Svendenborqu-"Cənnət, ruhlar aləmi və cəhənnəm",yəhudilərin mistik kitabı olan "Kabbala","Betti Şaynın iki hissəli "Mənim medium həyatım" Papyus-"Ağ və qara magiya", M.A.Orlov-"İnsanın ruhunu şeytana satması haqqında rəvayətlər" "Uçan boşqablar"a, meditasiyaya, mistikaya, təbii və qeyri-təbii möcüzələrə aid onlarla kitabın qəzet variantında tərcüməsini dərc etdirmişdir. == Şeirləri == "Kimə qalacaq", "Gecələr yuxuda kəndə gedirəm", "Ayıq yuxum", "Qocalar evinə ana atmayın", "Manqurtlar", "Əhval-ruhiyyə", "Sınama məni", "Uşaqlıq xatirələri", "Həyatımdan sətirlər", "Söz xəzinəm" və s.
Zemfira Məhərrəmli
Məhərrəmli Zemfira İsmail qızı (1955, Bakı şəhəri, Azərbaycan Respublikası) — Əməkdar jurnalist, yazıçı-publisist, pedaqogika üzrə fəlsəfə doktoru. == Həyatı == Zemfira Məhərrəmli 11 dekabr 1955-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub. Orta təhsilini Bakı şəhəri, Cəfər Cabbarlı adına 187 saylı orta məktəbdə alıb. 1978-ci ildə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini fərqlənmə diplomu ilə bitirib. Universitet auditoriyasında müəllimi olmuş ustad jurnalist Nəsir İmanquliyevin yaratdığı "Bakı" və "Баку" şəhər qəzetlərində 1978-ci ildən əmək fəaliyyətinə başlayaraq müxbir işləmiş, elm, təhsil və mədəniyyət şöbəsinin müdiri vəzifəsində çalışmışdır (1990-2003). Z.Məhərrəmli insan hüquqlarına, o cümlədən mənəvi problemlərə dair çoxsaylı publisistik yazıların müəllifidir. Azərbaycan Jurnalistlər (1979) və Yazıçılar (2003) birliklərinin üzvüdür. AYB-nin Hərbi vətənpərvərlik bölməsinin üzvüdür. 1990-1992-ci iliərdə Azərbaycan televiziyasında müntəzəm efirə çıxan populyar “Ana sözü” qadınlar üçün ictimai-siyasi proqramın ssenari müəllifi və aparıcısı olmuşdur. Z.Məhərrəmli 2003-cü ilin aprelindən 2016-cı ilin yanvar ayına qədər Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının İnformasiya və ictimaiyyətlə əlaqələr sektorunun müdiri vəzifəsində çalışmış, Mətbuat xidmətinin rəhbəri olmuşdur.Fəaliyyəti ilə bağlı 30-dək xarici ölkəyə səfər etmiş, çoxsaylı beynəlxalq konfransların və seminarların iştirakçısı olmuşdur.
Fuad Məhərrəmli (əsgər)
Fuad Füzuli oğlu Məhərrəmli (10 may 2001, Bəyimsarov, Tərtər, Azərbaycan — 29 sentyabr 2020, Füzuli, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələri'nin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Fuad Məhərrəmli 10 may 2001-ci ildə Tərtərdə anadan olub. Əslən Kəlbəcər rayon Qamışlı kəndindən idi. == Hərbi xidmətləri == 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Fuad Məhərrəmli Füzulinin azad edilməsində savaşıb. 29 sentyabr 2020-ci ildə Füzuli rayon istiqamətində yaralı yoldaşlarını xilas edərkən minamyot zərbəsindən şəhid olmuşdur. Ramanıda dəfn edilmişdir..Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Fuad Məhərrəmli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Fuad Məhərrəmli ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Tarixdə imamət məktəbi (Məhərrəmi)
Tarixdə imamət məktəbi — Qulamhəsən Məhərrəminin kitabı. == Məzmun == Bu kitabı təqdim etməkdə məqsədimiz sizi tarixdə imamət məktəbinə dair mövcud olan mühüm mənbələrlə tanış etmək, bu mənbələrə istinad edərək Əhli-beyt məktəbini müxtəlif cəhətlərdən işıqlandırmaqdır. Kitabı oxuduqdan sonra zehninizdə bu mövzu ilə bağlı bir çox suallara cavab tapacaqsınız. “Tarixdə imamət məktəbi” – bu məktəbin təşəkkül tapmasına səbəb olan ictimai-siyasi hadisələrdən başlayaraq müxtəlif xəlifələrin dövründə keçdiyi tarixi prosesləri əhatə edir. Kitab Əhli-beyt tərəfdarı olan səhabələr, tarixin bəzi dönəmlərində bu məktəbin ardıcıllarının rəhbərliyi ilə baş vermiş böyük qiyamlar, müxtəlif təzyiqlər nəticəsində köç etdikləri coğrafi ərazilər, məskunlaşdıqları böyük şəhərlər, yaratdıqları ədəbiyyat və nəhayət, daxildəki parçalanmalarla bağlı ətraflı məlumat təqdim edir. == Nəşr == Kitab 2018-ci ildə fars dilindən Azərbaycan dilinə tərcümə edilmiş, Bakıda Qədim Qala nəşriyyatında 288 səhifədə 60x90 ölçüsündə çap edilib. == İstinadlar == == Həmçinin bax == == Xarici keçidlər == "Tarixdə İmamət Məktəbi" ( (az.)). qedimqala.az. 2018. İstifadə tarixi: 2019-09-08.