Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Mərəvcə
Mərəvcə (lat. Smilax) — bitkilər aləminin zanbaqçiçəklilər dəstəsinin mərəvcəkimilər fəsiləsinə aid bitki cinsi.
Hamar mərəvcə
Hamar mərəvcə (lat. Smilax glabra) — bitkilər aləminin zanbaqçiçəklilər dəstəsinin mərəvcəkimilər fəsiləsinin mərəvcə cinsinə aid bitki növü.
Hündür mərəvcə
Hündür mərəvcə (lat. Smilax excelsa) — bitkilər aləminin zanbaqçiçəklilər dəstəsinin mərəvcəkimilər fəsiləsinin mərəvcə cinsinə aid bitki növü. == Təbii yayılması == Avropa, Kiçik Asiya və İranda təbii halda bitir. == Botaniki təsviri == Hündürlüyü 15-20 m-ə, diametri 10-15 mm-ə çatan lianadır. Zoğları şirəli, lətli, qırmızıtəhər və çılpaqdır. Gövdələrinin uzunluğu 4-8 mm, iti iynələrlə örtülmüş, elastik, möhkəm, yaşılımtıl-boz rəngdədir. Yarpaqlari parlaq həmişəyaşıl, növbəlidir, dəyirmi və ya üçbucaq-yumurtavari, ucları sivriləşmiş, qaidə hissələri ürək şəklindədir. Yarpaq saplaqları tikanlı, qisadır. Çiçəkləri bircinsli, ikievli olub, yarımçətir şəklində, yaşilimtıl və ya yaşıl-qonur rəngdədir, uzunluğu 15-20 sm-dir. Salxım formalı qoltuq çiçəklərin uzunluuğu 4-10 mm, çiçək saplağının uzunluğu isə 5-7 mm-dir.
Həmidə Ömərova
Həmidə Ömərova (25 aprel 1957, Bakı) — Azərbaycan kino və teatr aktrisası, televiziya aparıcısı, Azərbaycan Respublikasının xalq artisti (2005), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2006), dosent, Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) İdarə Heyətinin üzvü (24 may 2021). == Həyatı == Həmidə Ömərova 25 aprel 1957-ci ildə Bakıda anadan olmuşdur. 1975–1979-cu illərdə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun aktyorluq şöbəsində təhsil almışdır. 1979–1993-cü illərdə C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında, 1992–1993-cü illərdə Azərbaycan Kinematoqrafçılar İttifaqında çalışmışdır. Filmlərə çəkilməklə yanaşı, 500-dən artıq bədii filmin dublyajı və səsləndirilməsində fəal iştirak etmiş, "Azərbaycan kinosunda feminizm", "ABŞ kinosu: 1895–1945-ci illər", "Amerika kino tarixi" kitablarını qələmə almışdır. Hazırda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Kinoşünaslıq" kafedrasına rəhbərlik edir. 1986-cı ildən Azərbaycan Dövlət Televiziyasında "Retro" kinozalının aparıcısı, 2002-ci ildən "Kinoştrix" verilişinin ssenari müəllifi olmuşdur. Şəfiqə ("Qızıl uçurum"), Çinarə ("Anlamaq istəyirəm"), Zümrüd ("Yol əhvalatı"), gəlin ("Vah!"), Zeynəb ("Babamızın babasının babası"), Telli ("Qorxma, mən səninləyəm"), Məleykə ("Üzeyir ömrü"), Afaq ("Nizami"), Şəfiqə ("Musiqi müəllimi"), Tamara ("Burulğan"), Nazlı ("Şirbalanın məhəbbəti"), Nuriyə ("Divlər zindanı", İran k/s), Nurzad ("Əzablı yollar"), Zivər ("Doğma sahillər"), xan qızı ("Dədə Qorqud oğuznamələri"), Elmira ("Dronqo") və s. obrazlar yaratmışdır. == Mükafatları və fəxri adları == Azərbaycan SSR Lenin komsomolu mükafatı — 1986 "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 31 dekabr 1987 "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı — 1 avqust 2005 Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü — 31 iyul 2006-cı ildən Cəfər Cabbarlı mükafatı — 2010 "Sənətkar" medalı (Azərbaycan Teatr Xadimləri İttifaqı) — 10 mart 2021 Azərbaycan Respublikası Prezidentinin Fəxri Diplomu — 13 dekabr 2023 == Teatr səhnəsindəki rolları == === Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı === === Azərbaycan Teatr Xadimləri İttifaqı === == Filmoqrafiya == Anlamaq istəyirəm (film, 1980) — Çinarə Arşınmalçı (film, 1985) Ata ocağı (film, 2017) — Şəfiqə Azərbaycan çayı (film, 2003) Babamızın babasının babası (film, 1981) — Zeynəb Bayramda yağış (film, 1985) — Pərvin Bir axşam...
Səidə Ömərova
Tibbi mərəvcə
Bahirə Bediş Morova Aydilək
Bahirə Bediş Morova Aydilek (1897, Bosniya vilayəti – 10 noyabr 1965 və ya 10 noyabr 1938, Türkiyə) ― türk rəssam və siyasətçi,Türkiyə Böyük Millət Məclisinə seçilən ilk 18 qadın millət vəkilindən (deputat) biri. O, Türkiyənin 5-ci parlamentində Konya seçki dairəsinin millət vəkili kimi fəaliyyət göstərib. == Erkən həyatı == Bahirə Bediş Aydilək 1897-ci ildə Osmanlı imperiyasında, Bosniya vilayətində anadan olub. Atası Salonikidən Bosniyaya köçüb gəlmiş yəhudi əsilli Hasbi əfəndi, anası isə Əsma xanımdır. Lozanna müqaviləsindən sonra Aydilək və ailəsi İstanbula köçmüş və çətin günlərdən keçmişdir. Onun atası ticarətlə məşğul olur, Aydilək də çəkdiyi rəsmləri İstanbulun zənginlərinə sataraq evə kömək edirdi. Aydilək Boluda ibtidai və orta məktəbi bitirmiş və bundan sonra oradakı rəssamlıq məktəbində rəsm müəllimi kimi işləmişdir. O 1927-ci ildə görmə problemləri səbəbi ilə işini tərk etmiş, Cümhuriyyət Xalq Partiyası (CHP) və Bolu halkevində işləmişdir. 1930-cu ildə Bolu Bələdiyyə Məclisinə üzv seçilmişdir. == Siyasi fəaliyyəti == 1934-cü ildə Aydilək, Mustafa Kamal Atatürk ilə tanış olmuş və Atatürk ona "rəssam" mənasını verən "Bediz" (sonralar "Bediş" kimi yazılmağa başlamışdır) adını vermişdir.
Həmidə Ömərova. Kinomuzun ilham pərisi... (film, 2012)
Həmidə Ömərova. Kinomuzun ilham pərisi... — 2012-ci ildə rejissor Elvin Vəlimətovun Azərbaycan Televiziyasında çəkdiyi sənədli film. == Məzmun == Film teatr, kino və dublyaj aktrisası, Azərbaycanın xalq artisi Həmidə Ömərovanın 55 illik yubileyinə həsr olunur. == Film haqqında == Filmdə "Qızıl uçurum", "Anlamaq istəyirəm", "Yol əhvalatı", "Babamızın babasının babası", "Qorxma, mən səninləyəm", "Əzablı yollar", "Nizami", "Gümüşü furqon", "Bayramda yağış", "Burulğan", "Şirbalanın məhəbbəti" filmləri, "Dədə Qorqud oğuznamələri" bədii televiziya filmi və "Tənha durna uçuşu" film-tamaşasındakı kadrlardan istifadə edilmişdir.
Medovka
Medovka — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Kalinino rayonunda kənd.
Astracantha meraca
Astragalus verus (lat. Astragalus verus) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin gəvən cinsinə aid bitki növü. == Təbii yayılması == Türkmənistanda və İranda təbii halda yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 1 m-dək olan, yuxarı hissəsi seyrək budaqlı koldur. Gövdələri düz dayanan, budaqları çoxsaylı, qalın, uzun və ya qısa, əyilmiş, uzunluğu (2) 3-3,5 sm olan, horizontal iynələrlə sıx örtülmüşdür. Yalançı zoğları yumurtavari, uzunluğu təxminən 0,8-1 sm, ağ keçəli, ucu nazik, biz, möhkəm, bərkdir. Yarpaqları növbəli, ucu iynəlidir, böyümə prosesində bərkiyir və yaşlı budaqlarda yalançı zoğlarla birlikdə qalır. Xırda yarpaqları 6-8 (10) cüt, saplaq iynəsindən qısa, neştərvari və ya neştərvari-uzunsov olub, uzunluğu 2-5 mm, eni 1-2 mm, novşəkilli düzülmüş, iki tərəfdən qısa tüklü, ağımtıl və ya yaşılımtıldır. Çiçək altlıqları xətvari, ucu tüklü, yarpaqların qoltuqlarında iki ədəd, birillik budağın uzunluğu boyunca uzunsov, eni təxminən 1-1,5 sm olan sünbülvari çiçək qrupunda yerləşir. Kasacığın uzunluğu 5-7 mm, təxminən bünövrəsinədək qısa, ağ tükcüklü, dişcikləri konusvari borucuğun yarısına bərabərdir.
Tragacantha meraca
Astragalus verus (lat. Astragalus verus) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin gəvən cinsinə aid bitki növü. Türkmənistanda və İranda təbii halda yayılmışdır. Hündürlüyü 1 m-dək olan, yuxarı hissəsi seyrək budaqlı koldur. Gövdələri düz dayanan, budaqları çoxsaylı, qalın, uzun və ya qısa, əyilmiş, uzunluğu (2) 3-3,5 sm olan, horizontal iynələrlə sıx örtülmüşdür. Yalançı zoğları yumurtavari, uzunluğu təxminən 0,8-1 sm, ağ keçəli, ucu nazik, biz, möhkəm, bərkdir. Yarpaqları növbəli, ucu iynəlidir, böyümə prosesində bərkiyir və yaşlı budaqlarda yalançı zoğlarla birlikdə qalır. Xırda yarpaqları 6-8 (10) cüt, saplaq iynəsindən qısa, neştərvari və ya neştərvari-uzunsov olub, uzunluğu 2-5 mm, eni 1-2 mm, novşəkilli düzülmüş, iki tərəfdən qısa tüklü, ağımtıl və ya yaşılımtıldır. Çiçək altlıqları xətvari, ucu tüklü, yarpaqların qoltuqlarında iki ədəd, birillik budağın uzunluğu boyunca uzunsov, eni təxminən 1-1,5 sm olan sünbülvari çiçək qrupunda yerləşir. Kasacığın uzunluğu 5-7 mm, təxminən bünövrəsinədək qısa, ağ tükcüklü, dişcikləri konusvari borucuğun yarısına bərabərdir.
Vermeulenia papilionacea var. heroica