Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Mərrixli dağlar
Merrixili dağlar və ya Miniatürlü dağlar İranın Sistan və Bəlucistan ostanının Çabahar şəhristanındadır. Bu dağlar Mərrix dağlarına bənzər dağlardır. Dünyada bu şəkildə dağlar azdır və Bedlend (Pis toprağ) adlanırlar. == Mənbə == Çabaharın 200 turistik attraksionları dərgisi.
Abraham Merrit
Abraham Qreys Merrit (20 yanvar 1884, Beverli - 21 avqust 1943, İndian Roks Biç) — ABŞ yazıçısı və "Bazar" jurnalının keçmiş redaktoru. Daha çox fantastik romanlara üstünlük vermişdir. == Həyatı == 1884-cü ildə Nyu-Cersi ştatının Beverli şəhərində anadan olub, daha sonra ailəsi ilə 1894-cü ildə Pensilvaniyanın Filadelfiya şəhərinə köçmüşdür. Əslində əvvəl hüquq təhsili almışdır, amma sonra jurnalistikaya yönəlmişdir. Əvvəl müxbir, daha sonra redaktor olmuşdur. Merrit 1912-1937-ci illərdə Morill Qoddardın redaktor köməkçisi olmuş, sonra 1937-ci ildən ölümünə qədər redaktor olmuşdur. O redaktor kimi Vircil Finlay və Hanz Buk kimi işçiləri cəlb etmişdir Merrit yaradacılığı boyunca 8 roman yazmışdır. Merrit iki dəfə evlənmişdir: 1910-cu ildə Elanora Ratkliff ilə və 1930-cu ildə Elanor Conson ilə. Abraham Merrit 1943-cü ildə ürək tutmasından vəfat etmişdir.
Fərrux
Fərrux — kişi adı.
Müərrin
Müərrin (ərəb. معرين‎) — Suriyada, Hələb mühafəzəsində, Əzaz məntəqəsinin Əzaz nahiyəsində kənd. 2004–cü il siyahıyaalınmasına əsasən kəndin əhalisi 67 ailədə 159 nəfəri kişilər və 175 nəfəri qadınlar olmaqla cəmi 334 nəfərdir. Kəndin əhalisini türkmanlar təşkil edir. Kənd Hələb şəhərindən 50 km şimali–qərbdə, Əzaz şəhərindən 3 km şimalda, Suriya–Türkiyə sərhəd xəttinə yaxın (3.5 km) ərazidə, dəniz səviyyəsindən təqribən 620–670 metr hündürlükdə yerləşir. == Şərhlər == == Qeydlər == == İstinadlar == == Xarici keçidlər == Müərrin kəndi SSRİ Silahlı Qüvvələrinin Baş Qərargahının ümumdünya topoqrafik xəritəsində (1953–cü il). Miqyas 1 sm–də 1 km (1: 100 000) (rus.) Müərrin kəndi SSRİ Silahlı Qüvvələrinin Baş Qərargahının ümumdünya topoqrafik xəritəsində.
Mərsin
Mərsin (lat. Myrtus) — mərsinkimilər fəsiləsinə aid bitki cinsi.
Məğrib
Məğrib — ərəbcə qərbdə olan. Tarixi Ərəbistana nisbətən qərb Şimali Afrikada yerləşdiyindən ərəb, sonradan isə ümumiyyətlə Orta Əsr müsəlman ənənəsinə görə buralara Məğrib deyirdilər. Əsasən Əlcəzair, Mərakeş, Tunis qismən Mavritaniya Məğrib adlandırılırdı. == Region ölkələri == Hal-hazırda region 2 yerə ayrılır:Böyük və Kiçik Məğrib. Kiçik Məğribə Mərakeş,Əlcəzair,Tunis daxildir.Böyük Məğribə Kiçik Məğrib regionundakı ölkələrdən(Mərakeş,Əlcəzair,Tunis) əlavə olaraq Qərbi Səhra,Mavritaniya,Liviya daxildir.
Məşrif
Məşrif — Azərbaycan Respublikasının Siyəzən rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 19 may 1993-cü il tarixli, 611 saylı Qərarı ilə Siyəzən rayonunun Məşrif kəndi Yenikənd kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqda Məşrif kənd Soveti yaradılmışdır. == Əhalisi == Əhalisinin sayı 831 nəfərdir.
Abdulla Mərraş
Abdulla bin Fətulla bin Nəsrulla Mərraş (ərəb. عبد الله بن فتح الله بن نصر الله مرّاش‎; 14 may 1839, Hələb – 17 yanvar 1900, Marsel) — Hələbdən yazıçı. Fransis və Maryana Mərraşın qardaşı idi.
Adi mərsin
Adi mərsin (lat. Myrtus communis) - mərsin cinsinə aid bitki növü. == Əhəmiyyəti == Mərsindən alınan efiryağları ətriyyat sənayesində istifadə edilir. Yarpaqları və meyvələri Aralıq dənizi ölkələrinin məbəxlərində (kulinariyada) ədviyyə vasitəsi kimi işlədilir. Mərsini ət və balıq şorbalarına, pörtlədilmiş mal və donuz ətlərinə, dəniz balıqlarının qaynadılmış ətlərinə əlavə edirlər.Adi mərsin gözəl dekorativ bitkidir. Onun özünə məxsus gözəl ətri və böyük fitonsid aktivliyi vardır. Mərsini otaq şəraitində də becərmək olar. == Müalicəvi xüsusiyyətləri == Mərsindən alınan efir yağı rəngsiz və ya yaşılımtıl-sarı rəngli maye olub, xoşagələn təravətli iyə və yandırıcı dada malikdir. Bu yağın tərkibində α-pinen, dipekten, kamfen , sineol, mirtenol, qeraniol, nerol, kamfora və aldehidlər vardır. Mərsinin yarpaqlarında qatranlar, aşı maddələri, zülal, acı maddələr və s.
Aleks Morris
Aleks Morris (ing. Alex Morris) - ABŞ-nin qara dərili aktyorlarından biridir. Aleks bir sıra detektiv filmlərdə və seriallarda rol almışdır.
Cır mərsin
Fransis Mərraş
Fransis bin Fətulla bin Nəsrulla Mərraş (ərəb. فرنسيس بن فتح الله بن نصر الله مرّاش‎; 29 iyun 1836[…], Hələb – 1874, Hələb) ya Fransis əl-Mərraş ya Fransis Mərraş əl-Hələbi — şair, yazıçı və həkim Hələbdən.Abdulla və Maryana Mərraşın qardaşı idi. == Həyatı == 1866-cı ildə tibb oxumaq üçün Parisə getdi. Gözlərinin pisləşən vəziyyəti onu təhsilini yarımçıq qoydurdu.
Frenk Morris
Frenk Li Morris (ing. Frank Lee Morris; 1 sentyabr 1926, Vaşinqton) — Amerikanın ən yaxşı qorunan və ən acınacaqlı cinayətkarların olduğu Alkatrazda yatmış və heç kəsin qaça bilmədiyi Alkatrazdan Con Anqlin və Klarens Anqlin ilə birlikdə qaçmağı bacarmışdır. Ölümü haqqında heç bir məlumat yoxdur. Qaçarkən boğulduğuna inanılır. Lakin boğulduğuna dair heç bir dəlil yoxdur. == Həyatı == Frenk Li Morris 1 sentyabr 1926-cı ildə Vaşinqtonda doğulub. Ailəsi 11 yaşındaykən ondan imtina edir. Bu səbəbdən geriyə qalan uşaqlıq illərini yetimxanalarda keçirməli olur. O, 13 yaşında ilk cinayət əməlinə görə məhkum edilir və yeniyetməlik dövründə narkotik saxlamaqdan silahlı quldurluğa qədər müxtəlif cinayətlərə görə həbs edildi. İlk illərinin çoxunu həbsxanada məhbuslara nahar yeməyini daşımaqla keçirdi.
Mərib
Mərib (ərəb. مأرب‎) — Yəməndə şəhər. == Tarixi == Tarixləri miladdan öncə VIII əsrə qədər çatan Səba kitabələrində Mryb (Mrb) şəklində qeyd edilən şəhərin adı Ərəb dilli qaynaqlarda Mərib (Marib) olaraq keçir. Mərib kəliməsi haqqında, Səba krallarına verilən bir ünvan vəya Ad qəbiləsinin qollarından birinin adı olduğu yaxud “sahib, hakim” anlamını daşıyan Himyəricə maridən ya da ərəbcə “ehtiyaç” anlamındakı ərəbdən gəldiyi yolunda müxtəlif fərziyyə və görüşlər iləri sürülmüşdür . Kimlər tərəfindən nə zaman qurulduğu bilinməyən Mərib, miladdan öncə I minildə Cənubi Ərəbistanın dəniz ipək yolu üzərindəki ən böyük mərkəzi və Səba dövlətinin paytaxtı idi. Arxeoloji qazıntı nəticələrinə görə antik şəhər 1 km²lik bir sahəni əhatə edirdi və səkkiz qapılı bir divarla çevrilmişdi. Hələ qədim zamanlardan Məribin ən böyük və ən məşhur memarlıq əsərləri arasında saraylar və mabədlər yer alırdı. Tarixçi Həmdani Məribdə Səlhin, Həcər və Kaşib adlı saraylardan bəhs edir . Kitabələrdə də adı keçən Səlhin (Səlhim) Sarayı kralların hakimiyyət mərkəzi və iqamətgahı olaraq istifadə edilməklə, pullar da burada zərb olunurdu. Ən önəmli məbəd, şəhərdən 5 km.
Mərmi
thumb|60 sm-lik morze mərmisi Mərmi — düşmənin canlı qüvvəsini, texniki qurğularını və qalalarını məhv etmək üçün topdan atılan vasitədir. Müasir mərmilərin çoxu içərisində yandıqda qaz yığılan yastı dibə malik assimetrik gövdədə hazırlanırlar. Bu güvdə dolu və ya içi boş hazırlanır. Tətbiq məqsədindən asılı olaraq mərmilər faydalı yük aparan olur və ya yox. Mərmi ilə aşağıdakı məqsədlərə nail olmağa cəhd olunur: Deşmək, Partlatmaq, Parça-parça etmək, Tüstü, duman yaratmaq, Yanğın yaratmaq (termit, Napalm, Fosfor və s.), Zəhərlənmə təsiri (bioloji, kimyəvi), Radiaktivlik, Koretmə.Kimyəvi və bioloji mərmilərin, həmçinin çəkisi 400 g-dan az olan yanğın və partlayıcı mərmilərin tətbiqi beynəlxalg hüquq tərəfindən qadağan edilmişdir. Əgər mərmi silindrik boruda yerləşdirilirsə, onun üzərində burulma hərkətini almaq üçün üzük yerlşdirilr.Bu üzlüklər adətən mis və bürüncdən hazırlanır. Raketlə atılan mərmilər xüsusi atıcıdan atılır. Bu atıcının üstün cəhəti ondan ibarətdir ki, onları bir yerdən başqasına aparmaq olur. Əl ilə atılan mərmilərə qranat deyilir. Onlar kiçik çəkidə olub, az təsirə malikdir.
Mərci
Mərcimək (cins)
Fərrux (Dərəçiçək)
Fərrux — İrəvan əyaləti, Dərəçiçək nahiyəsində kənd. Yaşayış məntəqəsi İrəvan xanlığının Dərəçiçək mahalının inzibati-ərazisinə daxil olmuşdur. XIX əsrdə İrəvan quberniyasının Yeni Bayazid qəzasının, XX əsrin 30-cu illərindən indiki Ermənistanın Axta (Razdan) rayonunun Yayçı kəndinin, Zəngi çayının sağ tərəfində yerləşirdi. Fərrux kəndinin adı 1728-ci ildə tərtib edilmiş “İrəvan əyalətinin icmal dəftəri”ndə İrəvan əyalətinin Dərəçiçək nahiyəsində qeydə alınmışdır. Həmin mənbədən məlum olur ki, XVIII əsrdə Fərrux kəndi Hacı Süleyman oğlunun adına olan timara daxildir və gəliri 4000 ağçadan ibarətdir. İ.Şopenin əsərində Dərəçiçək mahalının inzibati-ərazisinə daxil olan kənd kimi Fərrux toponimi Farux formasında qeydə alınmışdır. N.Məmmədov Fərrux kəndinin adının həm Fərrux, həm də Fərruk formalarında göstərir. Kəndin adının Fərruk formasında göstərilməsi ola bilsin texniki səhvdir. Qafqazın 5 verstlik xəritəsində də kəndin adı Farux formasında qeyd edilir. Fərrux kənd adının rus mənbələrində Farux formasında qeyd edilməsi, rus dilinin orfoqrafik qaydaları ilə bağlı ola bilər.
Fərrux (Xocalı)
Fərrux — Azərbaycan Respublikasının Xocalı rayonunun Pirlər kənd inzibati ərazi dairəsində kənd. Kənd Əsgərandan 16 km, Xankəndidən 32 km aralı yerləşir. == Tarixi == Kənddə 1932-ci ildə kolxoz təşkil olunub. 1958-ci ildə kəndə elektrik xətti çəkilib. 1988-ci ildə Qarabağ hadisələri başlayandan Fərrux kəndində yuva qurmuş əsasən İrəvandan, Livandan, Suriyadan gəlmiş erməni silahlıları, muzdluları Ağdamın Cinli, Əlimədədli və digər yaxın kəndləri atəşə tutur, dinc insanları qətlə yetirir və yaralayırdılar. Münaqişənin ilk illərində dəfələrlə ermənilər Fərruxdan Cinli kəndinə hücum edib. Münaqişə dövründə kənd və yaxınlıqdakı Fərrux yüksəkliyi xüsusi strateji əhəmiyyətə malik bir yer idi. 31 yanvar 1992-ci ildə Azərbaycan ordusunun birlikləri olan Şirin Mirzəyevin batalyonu və Ağdamın yerli OMON qüvvələri Fərrux kəndini erməni quldurlarından azad edilməsi əməliyyatında iştirak etdi.1993-cü ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub. 2005-ci ildə Dağlıq Qarabağda keçirilən əhalinin siyahıyaalmasına əsasən Fərrux kəndinin əhalisinin sayı 42 nəfər təşkil edirdi. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Fərrux kəndi Rusiya Sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir.
Fərrux Abbasov
Fərrux Azər oğlu Abbasov (18 oktyabr 1994, Zəlimxan, Ağstafa rayonu – 25 oktyabr 2020, Qubadlı rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Fərrux Abbasov 1994-cü il oktyabrın 18-də Ağstafa rayonunun Zəlimxan kəndində anadan olub. 2001–2012-ci illərdə X. Mirzəyev adına Qıraq Kəsəmən kənd tam orta məktəbində təhsil alıb. Ailəli idi. Bir qızı yadigar qaldı. == Hərbi xidməti == Fərrux Abbasov 2012–2014-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. === İkinci Qarabağ müharibəsində iştirakı === Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Fərrux Abbasov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzuli və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə könüllü olaraq savaşıb. Fərrux Abbasov oktyabrın 25-də Qubadlının azad edilməsi zamanı şəhid olub. Ağstafa rayonunun Zəlimxan kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Fərrux Abbasov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman cəsarət və fədakarlıq göstərdiyinə, habelə təşəbbüskar və qətiyyətli addımlar nümayiş etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Fərrux Abbasov ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Fərrux Abbasov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Fərrux Bayramov
Fərrux Bayram oğlu Bayramov (24 yanvar 1990, Məmmədabad, Saatlı rayonu – 4 noyabr 2020, Şuşa) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Fərrux Bayramov 1990-cı il yanvarın 24-də Saatlı rayonunun Məmmədabad kəndində anadan olub. Orta təsillidir. 2-ci vətən müharbəsinde könüllü olaraq cəhbəyə yollanır 44 günlük müharibənin 40 gününde iştirak edib 4 noyabır Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub == Hərbi xidməti == Azərbaycan Ordusunun kiçik çavuşu olan Fərrux Bayramov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Lələ təpə,Kənd Horadiz, Suqovuşan, Hadrut, Cəbrayıl, Xocavənd və Şuşada savaşıb. Fərrux Bayramov 4 noyabrda Şuşa istiqamətində şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Fərrux Bayramov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Fərrux Bayramov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Fərrux Bayramov ​ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Fərrux Bayramov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Fərrux Hacıyev
Fərrux Nəsrəddin oğlu Hacıyev (1972, Hacılar, Gədəbəy rayonu – 12 iyul 1992, Şınıx, Gədəbəy rayonu) — Azərbaycanlı şəhid. == Həyatı == Hacıyev Fərrux Nəsrəddin oğlu 1972-ci ildə Gədəbəy rayonu, Hacılar kəndində anadan olub. 1979-cu ildə Hacılar kənd orta məktəbinin birinci sinfinə getmişdir. Oranı 1990-cı ildə bitirmişdir. == Hərbi xidməti == 1992-ci il aprel ayının 2-dən 861 saylı hərbi hissədə hərbi xidmətə başlamışdır. 1992-ci il iyul ayının 12-də Şınıx zonası uğrunda gedən döyüşdə döş qəfəsi nahiyyəsindən aldığı ağır güllə yarası nəticəsində şəhid olmuşdur. == İstinadlar == "Gədəbəy şəhidləri".
Fərrux Hörmüz
Fərrux Hörmüz (VI əsr – 631, Ktesifon) — Atropatena knyazı, İspahbudan sülaləsinin nümayəndəsi, sipəhsalar. Bavinin nəticəsi. == İlk illəri == Vistəhmin ölümündən sonra onun torpaqlarına hakimlik edirdi. 628-ci ildə II Xosrovu devirərək yerinə II Qubadı gətirmişdi. II Qubadın I İrakli ilə bağladığı sülhə əsasən Fərrux Hörmüz müstəqil Atropatena hökmdarı olmuşdu. == Hakimiyyəti == II Qubad 628-ci ildə yoluxucu xəstəlikdən vəfat etmiş, yerinə III Ərdəşir keçmişdi. Bunu fürsət bilən Fərruxan Şəhrvəraz bir il sonra Ktesifonu ələ keçirmiş və özünü şahənşah elan etmişdi. Şəhrvərazı özünə təhlükə görən Fərrux 40 gün sonra, tacqoyma mərasimində atdığı nizə ilə şahı öldürmüş, yerinə II Xosrovun qızı Borandoxtu gətirmişdi. Lakin Fərrux öz torpaqlarına qayıdan kimi Borandoxt Şəhrvərazın oğlu, özünü V Şapur adı ilə şah elan etmiş Şapur Şəhrvəraz tərəfindən devrilmişdi. O da öz növbəsində vəzir Firuz Xosrov tərəfindən devrilmiş, yerinə Borandoxtun bacısı Azarmedoxt gətirilmişdi.
Fərrux Hüseynov
Fərrux Hüseynov (siyasətçi) — Dağlıq Qarabağ Muxtar Vilayəti Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsi sədrinin birinci müavini
Fərrux Həsənli
Fərrux Həsənli Ağayar oğlu (d.1947, Qərbi Azərbaycan, Zəngibasar rayonu, Arbat) — coğrafiya üzrə fəlsəfə doktoru, dosent, ADPU-nun Coğrafiya və ÇH fakültəsinin Ümumi coğrafiya kafedrasının müdiri. == Həyatı == F. A. Həsənli Qərbi Azərbaycan Zəngibasar rayonunun Arbet kəndində anadan olmuşdur. 1964–1968-ci illərdə Bakı Yeyinti Sənaye Texnikumunda oxumuşdur. 1968-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinə daxil olmuş, 1972-ci ildə təhslini başa vurmaqla coğrafiya ixtisası almışdır. == Elmi fəaliyyəti == 1972-ci ildə Bakı Hidrometeorologiya Xidmət idarəsində əmək fəaliyyətinə başlamışdır. Həmin il AMEA Coğrafiya İnstitutunda kiçik elmi işçi vəzifəsinə qəbul edilmişdir. 1997-ci ildə "Meşə torpaqlarının coğrafiyası" şöbəsinin aspirantı olmub. 1984-cü ildə "Dağlıq Talış şəraitində torpaq ehtiyatlarından səmərəli istifadənin əsasları" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. 1973–1977-ci illərdə Böyük Qafqazın Şamaxı, Oğuz,Qax, Şəki rayonunun torpaqlarından üzümçülükdə səmərəli istifadə etmək istiqamətində elmi tədqiqat işləri aparmışdır. 1973–1985-ci illər ərəfəsində Kiçik Qafqazın Füzuli, Cəbrayıl, Zəngilan rayonları ərazisində torpaq tədqiqatlarının aparılmasında iştirak etmişdir.
Fərrux Həşimov
Fərrux Mirzəmməd oğlu Həşimov (24 mart 1988; Qubadlı rayonu, Azərbaycan — 1 noyabr 2020; Xocavənd rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kapitan-leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Fərrux Həşimov 1988-ci il martın 24-də Qubadlı rayonunun Əliquluuşağı kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun Hərbi Dəniz Qüvvələrinin "Su Altı Hücum" (SAH) Xüsusi Təyinatlı Qüvvələrinin kapitan-leytenantı olan Fərrux Həşimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın, Füzulinin, Qubadlının və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Fərrux Həşimov noyabrın 1-də Xocavənd rayonunun Qırmızı Bazar istiqamətində gedən döyüşlər zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Fərrux Həşimov "Qarabağ" ordeni ilə təltif edildi.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Fərrux Həşimov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Fərrux Həşimov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Fərrux Həşimov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Fərrux Həşimov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Fərrux Həşimov ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.Şəhid F.Həşimova məxsus materiallar ailəsi tərəfindən Milli Azərbaycan Tarixi Muzeyinin İkinci Qarabağ müharibəsi fonduna təhvil verilmişdir.
Fərrux Rüstəmov
Fərrux Abbas oğlu Rüstəmov (1 yanvar 1961, Cil, Çəmbərək rayonu) — pedaqoji elmlər doktoru, professor, əməkdar elm xadimi, Beynəlxalq Pedaqoji Akademiyanın həqiqi üzvü, Pedaqoji və Sosial Elmlər Akademiyasının akademiki. Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "Qızıl qələm" mükafatı laureatı. == Həyatı == Fərrux Rüstəmov 1 yanvar 1961-ci ildə Qərbi Azərbaycanın Göyçə mahalının Cil kəndində anadan olmuşdur. 1978-ci ildə Cil kənd orta məktəbini əla qiymətlərlə başa vurmuş, həmin ildə V. İ. Lenin adına (indiki ADPU) APİ-nin pedaqoji fakültəsinə qəbul olunmuşdur. Tələbəlik illərində fakültə əlaçılar şurasının və tələbə elmi cəmiyyətinin sədri kimi fakültənin və institutun ictimai-pedaqoji həyatında fəal iştirak etmiş, "Əla təhsilə görə", "Əla təhsilə və ictimai işə görə" SSRİ Ali və Orta İxtisas Təhsili Nazirliyinin, ÜİLKGİ-nin döş nişanları, Azərbaycan Ali və Orta İxtisas Təhsili Nazirliyinin I–II dərəcəli diplomları (tələbə elmi tədqiqat işinə görə), ÜİLKGİ-nin və institut rektorluğunun Fəxri Fərmanları ilə təltif olunmuşdur. Təhsil əlaçısı, bacarıqlı tədqiqatçı və ictimaiyyətçi tələbə kimi təhsil illərində ən yüksək təqaüdə — Lenin təqaüdünə layiq bilinmiş, Lenin təqaüdü ilə oxuyan ali məktəb tələbələrinin 1982-ci ildə Bakıda keçirilən Ümumittifaq konfransında iştirak (həm də çıxış) etmişdir. 1982-ci ildə institutu fərqlənmə diplomu ilə başa vurmuş, təyinatla Quba rayonunun Rəngdar kəndindəki səkkizillik məktəbdə 1982–1985-ci illərdə müəllim və məktəb direktoru işləmişdir. 1985-ci ildə elmi işə maraq onu yenidən V. İ. Lenin adına APİ-yə gətirmiş, o, pedaqogikanın nəzəriyyəsi və tarixi üzrə əyani aspiranturaya qəbul olunmuşdur. 1985–1987-ci illərdə sovet ordusu sıralarında Qazaxıstanın Leninski şəhərində xidmət etmişdir. Hərbi xidmətdən sonra aspirantura təhsilini davam etdirmiş, akademik Hüseyn Əhmədovun elmi rəhbərliyi altında "Azərbaycan sovet pedaqoji elminin inkişafı (1961–1981-ci illər)" mövzusunda elmi axtarışlarını başa çatdırmış, vaxtından xeyli əvvəl, 1989-cu ildə müdafiə edərək pedaqoji elmlər namizədi, 2003-cü ildə "Azərbaycanda pedaqoji elmin inkişaf yolları (1920–1991-ci illər)" mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş, pedaqoji elmlər doktoru alimlik dərəcəsi almışdır.
Perdix perdix
Boz kəklik (lat. Perdix perdix) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin toyuqkimilər dəstəsinin qırqovullar fəsiləsinin kəklik cinsinə aid heyvan növü. == Təsviri == Erkək və dişi fərdin rəngi oxşardır. Başı qonur, boynu boz, beli və qurşağı qəhvəyi-bozdur. Dimdiyi zəifdir, gözlərinin ətrafı pas rəngli tüklə örtülüdür, qanadları gödək, dairəvi, quyruğu qısadır. Qarın hissəsində şabalıdı rəngdə, nal şəklində ləkə vardır. Bədəninin yanlarında açıq-qəhvəyi rəngli köndələn yerləşən zolaqlar vardır. Dimdiyi boz, ayaqları yaşıl. == Yayılması == Avropa və Asiyada yayılıb. Azərbaycanın Şimal-Şərqində yayılması Dağıstan sərhəddinə qədər uzanır, Cənub-Şərqdə Şabranda qurtarır, Böyük Qafqazın cənub ətəklərində Şəki rayonu ərazisindən başlayıb Şamaxıya qədər uzanır, Mingəçevir su anbarının ətrfarındakı bozqır qurşağından Ağstafa rayonu ərazisinə qədər uzanır, Naxçıvanın Nehrəmdağ ərazisində də yayılıb.
Mehriz
Mehriz — İranın Yəzd ostanının şəhərlərindən və Mehriz şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 26 364 nəfər və ya 6 954 ailədən ibarət idi.
Merrem
Blazius Merrem (alm. Blasius Merrem‎; 4 fevral 1761, Bremen – 23 fevral 1824, Marburq, Hessen) — Alman təbiətşünası, Duysburq Universiteti və Marburq Universitetlərinin professoru.
Mersin
Mersin (köhnə adı İcəl) — Türkiyənin Mersin ilinin mərkəzi, əhali sayına görə onuncu böyük şəhəri. 2016-cı ildə aparılmış əhalinin siyahıyaalınmasına əsasən əhalisi 1 773 852 nəfərdir. Böyükşəhər statusuna malikdir. Mersin həm də liman şəhəridir. Mersin limanı Türkiyənin ən böyük limanıdır.
Mertim
Mertim və ya Mersin Ticarət Mərkəzi — Türkiyənin Mersin şəhərində ən hündür binadır. İstanbuldakı İş Bankası qülləsinin tamamlanmasına qədər 1987 və 2000-ci illər arasında Türkiyənin ən yüksən binası idi. Həmçinin Türkiyənin ən hündür otel binasıdır. == Tarixi == Türkiyənin ən böyük dəniz limanı olan və Şimali Kipr Türk Respublikası ilə beynəlxalq ticarətin əsas limanı olan Mersin Limanı sərbəst ticarət limanı elan edildi, eyni zamanda Mertim Qülləsinin də daxil olduğu şəhərdə ticarət və ticarətdə istifadə ediləcək bir sıra binalar inşa edildi. == Konstruksiya == Kompleksin memarı binanı 1985-ci ildə dizayn edən Cengiz Bektaş idi. Qüllə 1980-ci illərin ikinci yarısında Üstay Korporasiyası tərəfindən inşa edilmişdir. Qüllə 1987-ci ildə tamamlandı və bütün kompleks 1993-cü ildə istefaya verildi. 1993-cü ildə açıldıqdan dərhal sonra binanın bir hissəsi 1990-cı illərdə Mersin Universiteti tərəfindən bir neçə il istifadə edildi. == Bina == Kompleksə 1100 mağazadan ibarət ticarət mərkəzi və məşhur şəhər kimi tanınan 52 mərtəbəli göydələn daxildir. Binanın ümumi hündürlüyü 176.8 metrdir (580 fut) və binanın 1990-cı illərin əvvəllərinə görə Sinqapur və Frankfurt arasındakı ən yüksək göydələn olduğu iddia edilir.
Perdix
Kəklik (lat. Perdix) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin toyuqkimilər dəstəsinin qırqovullar fəsiləsinə aid heyvan cinsi.
Derri
Derri (irlandiyaca: Doire ya da Doire Cholm Chille Scots : Derrie ya da Lunnonderrie) — Şimali İrlandiyanın Londonderri qraflığında şəhər. 2002-ci ildə Kraliçanın fərmanı ilə "Şəhər" statusunu qazanmışdır. Şəhər Foyle çayının qərbində qurulmuşdur. 2001-ci ildə əhalisi 90.663-ə çatmışdır. Şimali İrlandiyanın ikinci böyük şəhəridir. Derri adı İrlandiya dilində "meşəlik" mənasına gələn "doire" adından gəlməkdədir.
Mehri
Meğri (erm. Մեղրի) — Ermənistanın cənubundakı Sünik mərzində, İranla sərhəddə yerləşən Meğri rayonunun mərkəzi olan şəhər. 2011-ci il siyahıyaalınmasına əsasən, şəhərin əhalisi 4 580 nəfər olmuşdur. 2020-ci ilin rəsmi hesablamalarına görə isə Meğrinin əhalisi təxminən 4 500 nəfərdir. Meğri paytaxt İrəvandan 376 km, mərzin mərkəzi Qafandan isə 73 km cənubda yerləşir. == Toponimika == Toponim türk dilində "quruyan, az sulu çöl çayı olan dərə", "yüksəkliklərində aşırımı olmayan çıxılmaz dərə", "dalan kimi dərə" mənasında işlənən mukır, mukur sözünün fonetik variant olan mığrı sözü əsasında formalaşmışdır. Digər bir variant olaraq, Meğri erməni dilində "bal şəhəri" mənasını verir. == Tarixi == Şəhərin adı mənbələrdə Mığrı formasında işlənir. 1930-cu ilin sentyabrında Meğri rayonu yaradılmış və Meğri qəsəbəsi yeni yaranan rayonun mərkəzinə çevrilmişdir. 1959-cu ildə Meğriyə şəhər tipli qəsəbə statusu verilib.
Meğri
Meğri (erm. Մեղրի) — Ermənistanın cənubundakı Sünik mərzində, İranla sərhəddə yerləşən Meğri rayonunun mərkəzi olan şəhər. 2011-ci il siyahıyaalınmasına əsasən, şəhərin əhalisi 4 580 nəfər olmuşdur. 2020-ci ilin rəsmi hesablamalarına görə isə Meğrinin əhalisi təxminən 4 500 nəfərdir. Meğri paytaxt İrəvandan 376 km, mərzin mərkəzi Qafandan isə 73 km cənubda yerləşir. == Toponimika == Toponim türk dilində "quruyan, az sulu çöl çayı olan dərə", "yüksəkliklərində aşırımı olmayan çıxılmaz dərə", "dalan kimi dərə" mənasında işlənən mukır, mukur sözünün fonetik variant olan mığrı sözü əsasında formalaşmışdır. Digər bir variant olaraq, Meğri erməni dilində "bal şəhəri" mənasını verir. == Tarixi == Şəhərin adı mənbələrdə Mığrı formasında işlənir. 1930-cu ilin sentyabrında Meğri rayonu yaradılmış və Meğri qəsəbəsi yeni yaranan rayonun mərkəzinə çevrilmişdir. 1959-cu ildə Meğriyə şəhər tipli qəsəbə statusu verilib.
Bedrix Smetana
Bedrix Smetana (çex. Bedřich Smetana [ˈbɛdr̝ɪx ˈsmɛtana], xaç suyuna salınarkən Fridrix adını alıb (alm. Friedrich‎); 2 mart 1824[…], Litomişl[d], Bohemiya krallığı, Avstriya imperiyası[…] – 12 may 1884[…], Praqa, Bohemiya krallığı, Avstriya-Macarıstan[…]) — çex bəstəkarı, pianoçusu və dirijoru, Çex milli bəstəkarlıq məktəbinin yaradıcısı.
Blazius Merrem
Blazius Merrem (alm. Blasius Merrem‎; 4 fevral 1761, Bremen – 23 fevral 1824, Marburq, Hessen) — Alman təbiətşünası, Duysburq Universiteti və Marburq Universitetlərinin professoru.
Derrik Engebretson
Derrik Ceyms Engebretson (5 iyul 1990 – itkin düşüb 5 dekabr 1998) – Oreqon ştatının Rokki Point yaxınlığındakı Vinema Milli Meşəsində müəmmalı şəkildə itkin düşən amerikalı uşaq. 5 dekabr 1998-ci ildə axşam saatlarında Engebretson ata və babası ilə birlikdə şam ağacı axtararkən itdi və onlar günortadan sonra onu görmürlər. Yolun yaxınlığında ayaq izləri və qar mələyi tapıldı, lakin həmin axşam hüquq mühafizə orqanları gəldiyində çovğun dərhal axtarışa mane oldu. Sonrakı həftələrdə hüquq mühafizə orqanları və könüllü axtarış aparanlar ərazini keçməyə davam etdilər, lakin Engebretson tapılmadı. 2008-ci ildə məhkum edilmiş uşaq təcavüzkarı Frenk Ceyms Milliqanın Engebretsonun yoxa çıxmasında şübhəli sayıldığı ortaya çıxdı. 2019-cu ilə kimi onun harada olduğu bilinmir. === İtkin düşməsi === 5 dekabr 1998-ci ildə səkkiz yaşlı Derrik Engebretson atası və babası ilə Oreqon ştatının Roki-Point yaxınlığındakı Klamat-Folsdan təxminən 30 mil məsafədə və Krater Gölü Milli Parkından dərhal cənubda yerləşən Pelikan Byutta getdi. Üçü də Milad ağacı axtarmağı planlaşdırmışdı. Ekskursiya vaxtı bir yerdə Engebretson ata və babasından uzaqlaşdı. Engebretsonun o axşam təxminən 4:13 radələrində yoldan ötüb-keçən bir avtomobil sürücüsünə xəbər verən atası və babası tərəfindən itkin düşdüyü bildirildi.
Dino Merlin
Dino Merlin (12 sentyabr 1962) — Bosniya və Herseqovina müğənnisi. 2011 Avroviziya Mahnı Müsabiqəsində Bosniya və Herseqovinanın təmsilçisi. == Həyatı == 12 sentyabr 1962-ci ildə anadan olmuşdur.