Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Rubikonu keçmək
E.ə. 49-cu ildə təxminən yanvarın 10-da Yuli Sezar Qalliyadan qayıdarkən XIII Legion Gemina ilə Romaya doğru irəliləyirdi. Bu, həmin dövrdə respublika qanunlarına zidd idi. Tarixçi Svetoni bu hadisəni təsvir edərkən qeyd edir ki, Sezar Rubikon çayını keçməzdən əvvəl xeyli tərəddüd içində idi, lakin fövqəltəbii bir hadisə nəticəsində bu addımı atmağa qərar verdi. Svetoninin dediyinə görə, Sezar məşhur ālea iacta est ("Püşk atılmışdır") ifadəsini həmin vaxt işlədir. "Rubikonu keçmək" ifadəsi isə bu hadisədən sonra bir şəxs və ya qrup tərəfindən geri dönüşü olmayan riskli addım atmaq mənasında istifadə edilir. Sezarın sürətli hərəkətini görən Senat və konsullar ona qarşı döyüşməyə hazır deyildilər, buna görə də, Romanı tərk edərək Pompeyə ordu yığmaq səlahiyyəti verdilər.
Qış vaxtına keçmək
Yay vaxtı və ya qış vaxtı Hər il oktyabrın son bazar günü dünyanın bir sıra ölkələrində saatları qış vaxtına keçirirlər. Qış vaxtına keçid müsbət iqtisadi effekt verir. Belə ki, bu qanunun tətbiq olunduğu 110 ölkənin hər birində, o cümlədən Azərbaycanda elektrik enerjisinin illik istifadəsinə 2 faizədək qənaət olunur. Bu qənaət eyni zamanda ekologiyaya da müsbət təsir göstərir. Çünki elektrik enerjisinin istifadəsini azaltdıqca, ölkələr, atmosferə atılan tullantıların miqdarını da azaltmış olur. Dünyanın bir sıra ölkələrində hər il martın son bazar günü 23 saat, oktyabrın son bazar günü isə 25 saat çəkir. Avropa Birliyi ölkələri və ABŞ-nin əksər ştatları hər il bu üsuldan faydalanır. Saatlar ilk dəfə 1908-ci ildə Böyük Britaniyada çəkilib. Rusiya isə ilk dəfə 1917-ci ildə yay vaxtına keçib. 1981-ci ildən isə saatların əqrəbi hər il dünyanın 110 ölkəsində geri çəkilir.
Yay vaxtına keçmək
Yay vaxtı və ya qış vaxtı Hər il oktyabrın son bazar günü dünyanın bir sıra ölkələrində saatları qış vaxtına keçirirlər. Qış vaxtına keçid müsbət iqtisadi effekt verir. Belə ki, bu qanunun tətbiq olunduğu 110 ölkənin hər birində, o cümlədən Azərbaycanda elektrik enerjisinin illik istifadəsinə 2 faizədək qənaət olunur. Bu qənaət eyni zamanda ekologiyaya da müsbət təsir göstərir. Çünki elektrik enerjisinin istifadəsini azaltdıqca, ölkələr, atmosferə atılan tullantıların miqdarını da azaltmış olur. Dünyanın bir sıra ölkələrində hər il martın son bazar günü 23 saat, oktyabrın son bazar günü isə 25 saat çəkir. Avropa Birliyi ölkələri və ABŞ-nin əksər ştatları hər il bu üsuldan faydalanır. Saatlar ilk dəfə 1908-ci ildə Böyük Britaniyada çəkilib. Rusiya isə ilk dəfə 1917-ci ildə yay vaxtına keçib. 1981-ci ildən isə saatların əqrəbi hər il dünyanın 110 ölkəsində geri çəkilir.
Seçmək
Seçmək (ing. choose) – qrafik istifadəçi interfeysində: komandanın çalışdırılmasına səbəb olmaq və ya parametri seçmək. Bu prosedur bir neçə hərəkətdən ibarət ola bilər; məsələn, dialoq boksunda parametrin seçilməsi bir hərəkətlə yerinə yetirilir, ancaq menyudan komandanın seçilməsinə ən azı iki hərəkət lazımdır (öncə ekrana menyunun komandalarının siyahısını çıxarmaq, sonra isə lazım olan komandanı seçmək). Çox zaman bu terminin əvəzinə, onun ingilis sinonimi olan "select" terminindən istifadə olunur, ancaq "choose" daha münasib variantdır, çünki "select" başqa spesifik anlamda işlədilir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Mətləb Abdullayev
Mətləb Abdullayev (tam adı: Mətləb Fətəli oğlu Abdullayev ; 2 avqust 1969-cu il) — Azərbaycan aktyoru. == Həyatı == 1996-cı ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dram və kino aktyorluğu fakültəsini bitirib. 1996-cı ildə Akademik Milli Dram Teatrının aktyor heyətinə qəbul edilmişdir. Teatrın səhnəsində aşağıdakı rolları oynayıb. Qaraxan ("Ana intiqamı" Vidadi Babanlı), Carçı ("Kral Lir" Vilyam Şekspir),Hüseynqulu xan ("Hökmdar və qızı" İlyas Əfəndiyev), Şəhər əhli ("Ah, Paris Paris!" Elçin), Topal ("Fərhad və Şirin" Səməd Vurğun), Şahzadə Tiqran ("Pompeyin Qafqaza yürüşü" Nəcəf Həsənzadə), Can ("Sokratı anma gecəsi" Çingiz Aytmatov),4-cü ərizəçi ("Lənkəran xanının vəziri" Mirzə Fətəli Axundov), Qurban ("Aydın" Cəfər Cabbarlı), Əbdürrəhman ("Ədirnə fəthi" C.Cabbarlı), Səfi bəy ("Eşq intiqam" Süleyman Sani Axundov), Halaypozan ("Hələ sevirəm deməmişdilər" Ramiz Novruz), Rozenkrants ("Hamlet" V.Şekspir), 1-ci cangüdən ("Varlı qadın" Əli Əmirli), Həbib bəy ("Dirilən adam" Mir Cəlal), Möhnət ("Xurşidbanu Natəvan" İlyas Əfəndiyev), Nağı ("Ölüləri qəbiristanlıqda basdırın" İsmayıl Şıxlı), Həbib bəy ("Dirilən adam" Mir Cəlal), Elmi işçi ("İkinci səs" Bəxtiyar Vahabzadə), Məşədi Oruc ("Ölülər", Cəlil Məmmədquluzadə), sədr ("Almaz", Cəfər Cabbarlı). Aktyor "Yurd yeri" (Ordu əsgəri), "Sağ ol!" (Satıcı), "Qırmızı qar" (Suren) teletamaşalarında oynayıb. == Mükafatları == 10 may 2019-cu ildə, 7 may 2020-ci ildə və 7 may 2021-ci ildə Prezident Mükafatına layiq görülmüşdür. 29 oktyabr 2019-cu ildə “Əməkdar artist” adına layiq görülüb. == Filmoqrafiya == Azərbaycan xanlıqları. Naxçıvan və İrəvan xanlıqları.
Mətləb Cəfərov
Mətləb Məhəmməd oğlu Cəfərov (19 noyabr 1977; Nərimankənd, Sabirabad rayonu, Azərbaycan — 20 noyabr 2020; Bakı, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Mətləb Cəfərov 19 noyabr 1977-ci ildə Sabirabad rayonunun Nərimankənd kəndində anadan olmuşdur. 9-cu sinfə qədər Sabirabad rayon Nərimankənd kənd tam orta məktəbində təhsil almış, 2 il sonra təhsilini davam etdirdiyi Bakı şəhərindəki liseylərdən birində təhsilini bitirmişdir. Kənd Təsərrüfatı İnstitutunda (indiki Azərbaycan Dövlət Aqrar Universiteti) ali təhsil almışdır. == Hərbi xidməti == Mətləb Cəfərov ali məktəbdən məzun olduqdan sonra "leytenant" rütbəsi ilə hərbi xidmət qulluqçusu olmuşdur. Xidmətini ehtiyatda olan zabit kimi və "baş leytenant" rütbəsi ilə başa vurmuşdur. Azərbaycan Ordusunun baş leytenantı olan Mətləb Cəfərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində könüllü olaraq həmin ilin 16 oktyabrından iştirak etmişdir. Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Mətləb Cəfərov 2 noyabr 2020-ci ildə Qubadlı istiqamətində ağır yaralanmışdır. 18 günlük koma vəziyyətindən sonra 20 noyabr 2020-ci ildə müalicə aldığı xəstəxanada həlak olmuşdur.
Mətləb Həsənov
Mətləb Həsənov - Qarabağ müharibəsi iştirakçısı, şəhid. Mətləb Həsənov 1962-ci ildə Laçın şəhərinin Qızılca məhəlləsində (əslən Qızılca kəndindəndir ) dünyaya gəlib. Laçın şəhər 1 №-li orta məktəbini bitirib. Laçın rayon Qaz idarəsində mühəndis işləyib və mənfur düşmənlərimiz torpaqlarımıza göz dikdiyi andan Laçın könüllü özünümüdafə alayının tərkibində düşmənlərə qarşı mübarizəyə başlayıb, ağır döyüşlərin iştirakçısı olub. Onu da qeyd edək ki, kəşfiyyatçı kimi Laçın şəhərinə ,Qızılca kəndinə gedib. 1992-ci ilin oktyabr ayının 15- də Tığik kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Ailəli idi. İki övladı yadigar qalıb. == Mənbə == "Laçın yurdu" jurnalı,№5(2),2011,Bakı,"Nurlar",2011.
Mətləb Muradov
Muradov Mətləb Müseyib oğlu - Qarabağ müharibəsi iştirakçısı, şəhid. == Həyatı == Mətləb Muradov 1966-cı ildə Laçın rayonunun Sonasar kəndində dünyaya gəlib. 1976-cı ildə orta məktəbi bitirdikdən sonra Sumqayıt Politexnik Texnikumuna daxil olub. 1985-1987-ci illərdə hərbi xidmət keçib. Hərbi xidmətdən qayıtdıqdan sonra Laçın rayon Pols şöbəsində işə qəbul olunub. Laçın rayonunun işğalı ərəfəsində rayonun şimal-şərqində yerləşən kəndlər, həmçinin "Qazıqəbri", "Yazi düzü" uğrunda gedən döyüşlərdə iştirak edib. 1993-cü il fevralın 13-də Kəlbəcər rayonunun Ağdaban kəndi uğrunda gedən döyüşdə şəhid olub. Bakı şəhər Şəhidlər Xiyabanında dəfn olunub. Subay idi. == Mənbə == "Laçın yurdu" jurnalı,№3(4),2012,Bakı,"Nurlar",2012.
Mətləb Müttəlimov
Mətləb Əzizulla oğlu Mütəllimli və ya Mətləb Əzimulla oğlu Mütəllimov (20 may 1949, Horavar, Yardımlı rayonu) — Sosial Ədalət Partiyasının sədri, Azərbaycan Respublikasının Milli Məclisinin I çağırış deputatı, Azərbaycan Ali Sovetinin XII çağırış deputatı, Azərbaycan Respublikasının baş prokurorunun birinci müavini. == Həyatı == Mətləb Mütəllimli 20 may 1949-cu il tarixində Yardımlı rayonunun Horavar qəsəbəsində anadan olub. 1967-ci ildə Biləsuvar rayonundakı Ağəydi kənd orta məktəbini bitirmişdir. Həmin il əmək fəaliyyətinə Sumqayıt Boru-Prokat Zavodu boru-prokat sexində presləyici köməkcisi kimi başlamışdır. 1968–1970-ci illərdə icbari hərbi xidmətdə olmuşdur. 1971-ci ildə Komsomol putyovkası ilə Tumen şəhərinə çalışmağa getmişdir. 1972–1977-ci illərdə Sumqayıtda Sintetik Kauçuk zavodunda çilingər, aparatçı, yataqxanada tərbiyəçi-müəllim olaraq çalışmışdır. Mətləb Mütəllimli işi ilə eyni zamanda 1973–1979-cu illərdə Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsində ali təhsil almışdır. 1978-ci ildən Sumqayı Şəhər Mənzil-İstismar İdarəsinin hüquq məsləhətçisi, 1981-ci ildən Sumqayıt Superfosfat Zavodunda hüquq şöbəsinin məsləhətçisi, sonra isə şöbə müdiri vəzifəsində çalışmışdır. O, 1986-cı ildən Sumqayıt Kimya Məhsulları Bazasında baş hüquq məsləhətçisi, 1988-ci ildən isə Sumqayıt Politexnik Texnikumunda hüquq fənni üzrə müəllim olaraq çalışmışdır.Mətləb Mütəllimov ailəlidir, üç övladı var.
Mətləb Mütəllimli
Mətləb Əzizulla oğlu Mütəllimli və ya Mətləb Əzimulla oğlu Mütəllimov (20 may 1949, Horavar, Yardımlı rayonu) — Sosial Ədalət Partiyasının sədri, Azərbaycan Respublikasının Milli Məclisinin I çağırış deputatı, Azərbaycan Ali Sovetinin XII çağırış deputatı, Azərbaycan Respublikasının baş prokurorunun birinci müavini. == Həyatı == Mətləb Mütəllimli 20 may 1949-cu il tarixində Yardımlı rayonunun Horavar qəsəbəsində anadan olub. 1967-ci ildə Biləsuvar rayonundakı Ağəydi kənd orta məktəbini bitirmişdir. Həmin il əmək fəaliyyətinə Sumqayıt Boru-Prokat Zavodu boru-prokat sexində presləyici köməkcisi kimi başlamışdır. 1968–1970-ci illərdə icbari hərbi xidmətdə olmuşdur. 1971-ci ildə Komsomol putyovkası ilə Tumen şəhərinə çalışmağa getmişdir. 1972–1977-ci illərdə Sumqayıtda Sintetik Kauçuk zavodunda çilingər, aparatçı, yataqxanada tərbiyəçi-müəllim olaraq çalışmışdır. Mətləb Mütəllimli işi ilə eyni zamanda 1973–1979-cu illərdə Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsində ali təhsil almışdır. 1978-ci ildən Sumqayı Şəhər Mənzil-İstismar İdarəsinin hüquq məsləhətçisi, 1981-ci ildən Sumqayıt Superfosfat Zavodunda hüquq şöbəsinin məsləhətçisi, sonra isə şöbə müdiri vəzifəsində çalışmışdır. O, 1986-cı ildən Sumqayıt Kimya Məhsulları Bazasında baş hüquq məsləhətçisi, 1988-ci ildən isə Sumqayıt Politexnik Texnikumunda hüquq fənni üzrə müəllim olaraq çalışmışdır.Mətləb Mütəllimov ailəlidir, üç övladı var.
Mətləb Mütəllimov
Mətləb Əzizulla oğlu Mütəllimli və ya Mətləb Əzimulla oğlu Mütəllimov (20 may 1949, Horavar, Yardımlı rayonu) — Sosial Ədalət Partiyasının sədri, Azərbaycan Respublikasının Milli Məclisinin I çağırış deputatı, Azərbaycan Ali Sovetinin XII çağırış deputatı, Azərbaycan Respublikasının baş prokurorunun birinci müavini. == Həyatı == Mətləb Mütəllimli 20 may 1949-cu il tarixində Yardımlı rayonunun Horavar qəsəbəsində anadan olub. 1967-ci ildə Biləsuvar rayonundakı Ağəydi kənd orta məktəbini bitirmişdir. Həmin il əmək fəaliyyətinə Sumqayıt Boru-Prokat Zavodu boru-prokat sexində presləyici köməkcisi kimi başlamışdır. 1968–1970-ci illərdə icbari hərbi xidmətdə olmuşdur. 1971-ci ildə Komsomol putyovkası ilə Tumen şəhərinə çalışmağa getmişdir. 1972–1977-ci illərdə Sumqayıtda Sintetik Kauçuk zavodunda çilingər, aparatçı, yataqxanada tərbiyəçi-müəllim olaraq çalışmışdır. Mətləb Mütəllimli işi ilə eyni zamanda 1973–1979-cu illərdə Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsində ali təhsil almışdır. 1978-ci ildən Sumqayı Şəhər Mənzil-İstismar İdarəsinin hüquq məsləhətçisi, 1981-ci ildən Sumqayıt Superfosfat Zavodunda hüquq şöbəsinin məsləhətçisi, sonra isə şöbə müdiri vəzifəsində çalışmışdır. O, 1986-cı ildən Sumqayıt Kimya Məhsulları Bazasında baş hüquq məsləhətçisi, 1988-ci ildən isə Sumqayıt Politexnik Texnikumunda hüquq fənni üzrə müəllim olaraq çalışmışdır.Mətləb Mütəllimov ailəlidir, üç övladı var.
Mətləb Məmmədov
Mətləb Məmmədov - Azərbaycan futbolçusu. == Həyatı == Mətləb Məmmədov 14 avqust 1981-ci ildə Gəncədə anadan olmuşdur. == Karyera == Əvvəlki klubları: Şəmkir, Gəncə, Karvan. 2008-ci ildən Qəbələdə çıxış edir. == Uğurları == Titulları: ikiqat Azərbaycan çempionu (Şəmkir – 2000, 2001).
Mətləb Quliyev
Mətləb Quliyev (9 yanvar 1959, Jdanov – 31 avqust 1992, Ağdam) — Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi. == Həyatı == 9 yanvar 1959-cu ildə Beyləqan rayonunda doğulmuşdur. Əslən Cəbrayıl rayonundandır. İbtidai təhsilini 3 saylı orta məktəbdə almışdır. Daha sonra o, C.Naxçıvanski adına hərbi məktəbə daxil olur. Hərbi xidmətini isə Ukraynada keçirir. Mətləb daha sonra Azərbaycan Pedaqoji İnstituna daxil olur. 1985-ci ildə leytenant rütbəsi ilə təhsilini başa vuraraq Sumqayıt şəhərində 3 saylı məktəbdə hərbi hazırlıq müəllimi kimi çalışmağa başlayır. 1992-ci ildən DİN-ə işə düzəlir, bununla da onun həyatının narahat günləri başlayır. == Döyüşlərdə iştirakı == Mətləb Quliyev tez-tez cəbhəyə gedirdi, torpaqlarımızın azad edilməsi uğrunda var gücü ilə çalışırdı.
Mətləb Zamanov
Mətləb Nizami oğlu Zamanov (29 yanvar 1985; Şəmkir rayonu, Azərbaycan SSR — 26 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Mətləb Zamanov 1985-ci il yanvarın 29-da Şəmkir rayonunun Morul kəndində anadan olub. == Hərbi xidməti == Mətləb Zamanov 2005-2006-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2014-cü ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət edirdi. Azərbaycan Ordusunun kiçik çavuşu olan Mətləb Zamanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın, Hadrut qəsəbəsinin və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Mətləb Zamanov oktyabrın 26-da Füzulinin azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Mətləb Zamanov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman cəsarət göstərdiyinə, habelə qətiyyətli addımlar nümayiş etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Mətləb Zamanov ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Mətləb Zamanov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Mətləb Əkbərov
Mətləb Zülfiqar oğlu Əkbərov (21 yanvar 2001; Yenikənd, Siyəzən rayonu, Azərbaycan — 9 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı və hərbi xidməti == Mətləb Əkbərov 21 yanvar 2001-ci ildə Siyəzən rayonunun Yenikənd kəndində dünyaya göz açmışdır. 2007-2018-ci illərdə Siyəzən rayon Yenikənd kənd Vüqar Qasımov adına tam orta məktəbində təhsil almışdır. 24 yanvar 2019-cu ildə hərbi xidmətə yollanmışdır. Xidmətinə görə tərifnamə ilə təltif olunmuşdur. 2020-ci ilin iyul ayında hərbi xidmətini başa vurmuşdur. Sonra müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq hərbi xidmətini davam etdirmişdir. Azərbaycan Ordusunun əsgəri olan Mətləb Əkbərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. 9 oktyabr 2020-ci ildə Füzuli rayonu istiqamətində gedən döyüşlərdə döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur.
Mətləb Ələsgərov
Mətləb Vüqar oğlu Ələsgərov (18 iyul 1999; Köçəsgər, Ağstafa rayonu — 7 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Mətləb Ələsgərov 1999-cu il iyulun 18-də Ağstafa rayonunun Köçəsgər kəndində anadan olub. 2005–2016-cı illərdə A. Ələkbərov adına 2 saylı Köçəsgər kənd tam orta məktəbində, 2016–2020-ci illərdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Qaz-neft mədən fakültəsində Neft-qaz qurğuları mühəndisliyi ixtisası üzrə təhsil alıb. 2020-ci ildə həmin fakültənin magistratura pilləsini qazansa da, hərbi xidmətlə əlaqədar təhsilini dondurub. Nişanlı idi. == Hərbi xidməti == Mətləb Ələsgərov 2020-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə idi. === İkinci Qarabağ müharibəsində iştirakı === Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Mətləb Ələsgərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Mətləb Ələsgərov oktyabrın 7-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Ağstafa rayonunun Köçəsgər kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Mətləb Ələsgərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Mətləb Ələsgərov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Mətləb Ağa
Mətləb Ağa — Azərbaycanlı yazıçı–şair, bəstəkar və hüquqşünas. Azərbaycan Yazıçılar Birliyinin üzvü (1997-h.h.) Azərbaycan Respublikası Baş Prokurorluğunun şöbə prokurorudur. Ədliyyə müşaviri xüsusi rütbəsindədir. Əli bəy Hüseynzadə mükafatı laureatıdır. == Haqqında == Ağayev Mətləb Rəfail oğlu 23 yanvar 1975-ci ildə Salyan rayonunun Beşdəli kəndində anadan olub.1997-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib.1997-ci ildən Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvüdür. AYB-nin elə həmin ildəki X və 2014-cü ildəki XII qurultayının iştirakçısı olub.2014-cü ildə "AzVision" saytının Azərbaycanın ədəbiyyat nümayəndələri arasında keçirdiyi sorğuya əsasən Müstəqillik dövrünün ən yaxşı şairlərindən biri kimi qeyd edilib.2016-cı ildə "Sözün işığı" jurnalının təsis etdiyi mükafata layiq görülüb.2017-ci ildə şeir və esselərinə görə AYB və "Ədəbiyyat qəzeti"nin təsis etdiyi "Əli bəy Hüseynzadə" mükafatı ilə təltif edilib.Mətləb Ağanın yazıb bəstələdiyi, azərbaycanlı müğənni, Azərbaycanın əməkdar artisti Zakir Əliyevin ifa etdiyi "Məhəbbət nəğməsi" mahnısına 2022-ci ilin dekabrında klip çəkilib."11-ə qədər", "Yüzdə səksən", "İnsanlıq üçün 41 variasiya", "Gələcək haqqında xatirələr" adlı kitabların müəllifidir. Şeirləri, esseləri və digər yazıları "Gənclik", "Ulduz", "Azərbaycan", "Qobustan", "Xəzər", "Multikulturalizm" və digər jurnallarda, "Ədəbiyyat qəzeti", "Yol", "525-ci qəzet", "Ədalət", "Kaspi", "Palitra", "Gündəlik Teleqraf" və s. qəzetlərdə, çoxsaylı internet saytlarında, Azərbaycanca, gürcü, qazax, türk dillərində almanaxlarda nəşr edilib.Bir çox mahnı mətnləri və mahnıları var. Azərbaycan və ingilis dillərini bilir. Ailəlidir.
Kərmək
Dəvəayağı, dəvəqulağı və ya kərmək (lat. Limonium) - plumbaqokimilər fəsiləsinə aid bitki cinsi. == Növləri == (?)Meyer dəvəayağı (Limonium meyeri (Boiss.) O. Kuntze) == İstinadlar == == Həmçinin bax == Dəvəayağı:The Plant List saytında takson barədə məlumat.
Qışlaq-i Təkquyu Mətləb və Əlixan (Pərsabad)
Qışlaq-i Təkquyu Mətləb və Əlixan (fars. قشلاق تك قوئي مطلب وعلي خان‎) — İranın Ərdəbil ostanının Pərsabad şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 99 nəfər yaşayır (16 ailə).
Mənqəbə
Mənqəbə – Ərəb sözü olan mənqəbə kəlməsinin cəmi mənaqibdir. Bu kəlmə lüğətdə bir insanın fəzilət, məziyyət, hünər kimi öyüləcək vəsflərini ifadə edir. İstilahda isə tarixi şəxsiyyətlər, peyğəmbər, məzhəb imamları və sufilərin tərif ediləcək fəzilət və məziyyətlərini ehtiva edən rəvayətlərdir. Mənqəbə təsəvvüf cərəyanı ilə birlikdə yaranıb yayılan məfhum olub, təsəvvüf tarixində "sufilərin göstərdikləri fövqəladə hadisə" demək olan kəramətləri nəql edən hekayələr mənasında IX əsrdən etibarən istifadə olunmuşdur. Bu şəkildə mənqəbələrin əsasını kəramətlər təşkil edir. Mənqəbələrin toplandığı əsərlərə Mənaqibnamələr adı verilmişdir. Mənaqibnamələri araşdıran tarixçi A.Y.Ocaq bu məsələ ilə əlaqədar yazır: "Türk mədəniyyətinin, İslami dövrdə ortaya qoyduğu əhəmiyyətli ədəbi məhsullardan biri olan övliya mənqəbələrinin, bu mədəniyyətin tarixi, psixoloji, sosioloji və folklor baxımından tədqiq edilməsində mənbə rolunu oynaması çox əhəmiyyətlidir. Ancaq övliya mənqəbələri təəsssüf ki, indiyə qədər bu yöndən tədqiqə və təhlilə cəlb edilməmişdir.(A.Y.Ocak-Kültür tarihi kaynağı olan Menakıbnameler,Ankara,1992) Təsəvvüf tarixçisi H.K.Yılmaz da "Bu rəvayətlər bəzən həddən artıq məhəbət və bağlılığın nəticəsi kimi çox qabarıq şəkildə yazılmış olsa da,onlarda çox vaxt etibarlı məlumatlar da görülür.
Mərtəbə
Mərtəbə (от fr. étage) — iki qonşu horizontal örtük arasındakı hissə. Bu hissədə bir qayda olaraq yaşayış və ya texniki hissə yerləşir. == Mənbə == Виды этажей, этажность домов. Определение этажности.
Kətəbə
Kətəbə — ornament sənətində əsas elementlərdən biridir. Kətəbələrin quruluşu uzunsov formalı "gölə" oxşayır. Bir qayda olaraq şeir və tarixi rəqəmlər kətəbənin daxilində yazılır. Ən çox Cənubi Azərbaycan xalçalarının hasiyəsində istifadə edilir. == İstinadlar == .
Mətbəə
Mətbəə — müxtəlif sahələr üzrə çap materialı istehsal edən xüsusi müəssisə. Azərbaycanda ilk çap dəzgahı hələ XIX əsrin əvvəllərində Təbrizdə quraşdırılmışdır. Daha sonra 1830-cu ildə isə Şuşada mətbəə fəaliyyətə başlamışdı. XIX əsrin II yarısında Azərbaycanın iqtisadi və ictimai inkişafı milli mətbuatımızın yaranmasına gətirib çıxardır. Çətinliklə olsa da görkəmli maarifçi Həsən bəy Zərdabi hökumətə müraciət edərək "ƏKİNÇİ" qəzetinin nəşrinə icazə ala bildi. Qəzetin nəşri üçün Zərdabi İstanbuldan xüsusi ərəb qrafikalı mətbəə şriftləri gətizdirdi və nəhayət xeyli əziyyətdən sonra 1875-ci il iyulun 22-də Bakıda qəzetin ilk nömrəsi işıq üzü gördü. Beləliklə milli mətbuatımızın əsası qoyuldu. Azərbaycan mətbuatı üçün Əkinçinin ayağı yüngül oldu . Bir çox yazıçı və şairlər öz əsərlərini qəzet və jurnallarda dərc edirdilər. Yazdıqlarını kitab şəklində görmək istəyən bu ədiblər vəsait tapan kimi mətbəə açmağa çalışırdılar .
Tələbə
Tələbə — ali və orta ixtisas məktəblərində təhsil alan şəxs. Qədim Romada və orta əsrlərdə öyrənməyə maraq göstərən hər bir kəs tələbə adlanırdı. Tələbələr tədris müəsəsisəsində tədris prosesində mühazirələri dinləyir, seminarlarda iştirak edərək öz bilik səviyyələrini nümayiş etdirirlər. Bakalavriat və magistrant səviyyəsində tədris mövcud olan müəssisələrində tələbə adı bakalaviatura tələbəsi, magistratura tələbəsi kimi də işlənir. Bununla yanaşı bakalaviriant və magistrant adı da işlənir.
Qələbə
Qələbə (lat. victoria) — əvvəlcə müharibəyə şamil edilir və şəxsi döyüşdə, ümumilikdə hərbi əməliyyatlardan sonra və ya əlavə olaraq istənilən yarışda əldə edilən uğur.İnsan duyğularına gəldikdə, qələbə güclü bir sevinc hissi ilə müşayiət olunur və insan davranışı, hərəkətləri və duruşları ilə bunu göstərir. Mifologiyada qələbə çox vaxt ilahiləşdirilir, məsələn: yunan dilində bu ilahə Nika, Romada Viktoriya adlandırılır. Qalib qəhrəmanın bir əjdaha ilə döyüşə girdiyi variantlar da var. Antik dövrdə dəfnə çələngi qələbənin simvolu idir. == Qələbə jesti == Qələbə simvolu ✌ — "qələbə əli" və ya sülhü bildirən ümumi jestdir.
Mətlə
Mətlə — klassik poeziyada qəzəlin, yaxud qəsidənin ilk beyti. Başqa beytlərdən fərqli olaraq mətlənin hər iki misrası qafiyələnir. Mətlənin qafiyəsi sonrakı beytlərdə də təkrarlanır. Cahanşah Həqiqinin qəzəllərindən birinin mətləsi: == İstinadlar == == Mənbə == Elçin. Seçilmiş əsərləri. 10 cilddə. IX cild. Bakı: ÇİNAR-ÇAP, 2005, 509 səh.
Aşağı Kəmək (Əsədabad)
Aşağı Kəmək (fars. کمک سفلی‎) - İranın Həmədan ostanının Əsədabad şəhristanının Mərkəzi bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 914 nəfər yaşayır (279 ailə).
Yuxarı Kəmək (Əsədabad)
Yuxarı Kəmək (fars. کمک علیا‎) - İranın Həmədan ostanının Əsədabad şəhristanının Mərkəzi bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 205 nəfər yaşayır (58 ailə).
Feşmək
Feşmək — karameləoxşar Azərbaycan şirniyyatı Tərkibinə un, şəkər tozu, kərə yağı, sirkə, cövhər, rəngli yeyinti boyaları daxildir. Mənbələrə əsasən pərvərdənin ilk reseptlərinin qədim İranda, xüsusilə ölkənin şimal hissəsində yaranmış, fars kulinariya mədəniyyətinin Azərbaycan kulinariya mədəniyyətinə təsiri nəticəsində bu şirniyyat Azərbaycan mətbəxində də geniş yayılmışdır. == Mənbə == Əhmədov Ə. 1002 şirniyyat. Bakı, «Gənclik», 2010.
MetLife Tower
Metropolitan Life Tower (Metropoliten Layf Tauer kimi oxunur; ing. The Metropolitan Life Insurance Company Tower və ya Metropolitan Life Tower və ya MetLife Tower) — Nyu-York şəhərində yerləşən göydələn, 1909-cu ildən 1913-cü ilə qədər şəhərin ən uca binası idi. 6 fevral 1978-ci ildə tikili ABŞ-nin tarixi yerlər reyestrinə əlavə olundu. Hündürlüyü 213 metrə bərabərdir və 50 mərtəbəyə malikdir. 1913-cü ildə Nyu-Yorkda 46 metrlik Vulvort Bildinq tikildi ki, bu da öz növbəsində hündürlüyə görə MetLife Tower-i 33 metr üstələdi. Metropolitan Life Tower üzərində 8 diametrlik 4 saat siferblatı yerləşdirilib, rəqəmlərin hündürlük ölçüsü 1,2 metrə bərabərdir. Dəqiqə əqrəbi 500 kq ağırlığındadır. 2002-ci ildə binaya mövsümə və əlamətdar hadisələrə görə işıqlandıran çıraqbanlıq sistemi inteqrasiya edildi. == Müasir dövrdə == 2005-ci ilin mart ayında SL Green Realty Corp, qülləni yaşayış yerlərinə çevirmək niyyəti ilə satın aldı. 2007-ci ilin may ayında qüllə və ona aid hüquqlar 200 milyon dollara Africa Israel Investments şirkətinə satıldı.