Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Macarlar
Macarlar — Ural xalqları fin-uqor qrupunun uqor qoluna mənsub olan xalq. Macarıstan Respublikasının əsas əhalisidir. == Ümumi məlumat == Macarlar özlərini madyar adlandırırlar. Ural dilləri fin-uqor qrupunun uqor qoluna mənsub olan macar dilində danışırlar. Antropoloji cəhətdən yekcins olmayan macarlar əsasən ağ (Avropa) irqinin Orta Avropa tipinə aiddirlər. Dini dünyagörüşlərinə görə xristiandırlar (katolik). Şərqdən apardıqları qədim dini görüşlərinin, həmçinin şamançılığın izlərini hələ də saxlamaqdadırlar. Macarların dini görüşlərində, qədim türklərdə olduğu kimi, "Başı göy qübbəsinə çatan Dünya ağacına inam" çox güclüdür. 1989-cu il məlumatına görə sayları 14,5 milyon nəfərdir. Macarıstanın əhalisinin 99.4 %-ini təşkil edirlər..
Macarca
Macar dili (magyar). Fin-uqor (uqor qolu) dillərindən biridir. Macarıstanda və ona qonşu ölkələrdə (keçmiş Yuqoslaviya, Avstriya, Rumıniya) yayılmışdır. 15 milyondan çox daşıyıcısı vardır. Macar Respublikasının rəsmi dövlət dilidir. Yazısı latın əlifbası əsasında tərtib olunmuşdur.
Qacaran
Qacaran (erm. Քաջարան) — Ermənistan Respublikasının cənubunda Sünik mərzində yerləşən respublika tabeli şəhər. Oxçuçayın sahilində yerləşən şəhər İrəvandan 356 km, Qafan şəhərindən 25 km, İran-Ermənistan sərhədindən isə 50 km uzaqlıqdadır. == Tarixi == Qacaranın da yerləşdiyi Sünik mərzində (tarixi Zəngəzur mahalı) aşkar edilən bütpərəst məbədləri e.ə 2-3-cü minillikdə bu ərazidə yaşayışın olduğunu göstərir. Metalın kəşf olunması isə Tunc dövrünə qədər gedib çıxır. === Zəngəzur mis-molibden zavodu === Qafan ərazisində 1850-ci ildə istifadəyə verilən ilk mis mədəni 1910-cu ilə kimi fəaliyyət göstərib. 1935-ci ildə aparılan geoloji-kəşfiyyat işləri nəticəsində yeni nəhəng mis yataqlarının kəşf olunmasıyla Sovet hökumətinin diqqət mərkəzinə gəlmiş Qafanda 1940-cı ildə mədən və fabrikin tikintisinə başlanılmışdır. Lakin, İkinci dünya müharibəsinin başlaması ilə tikinti işləri 1944-cü ilə kimi ara vermiş, daha sonra yenidən başlayan tikinti işlərinin nəticəsində isə 1951-ci ildə «Zəngəzur mis-molibden zavodu» («Qacaran mis-molibden zavodu») istifadəyə verilmişdir. «Zəngəzur mis-molibden zavodu»nun tikintisiylə birlikdə Verin Hand və Oxçu kəndləri arasında yeni salınan şəhər öz adını yaxınlıqda yerləşən Qacaran adlı kənddən aldı. 1958-ci ildən etibarən Qacaran şəhəri respublika tabeli şəhər statusu daşıyır.
Macarşin (Üskü)
Macarşin (fars. مجارشين‎) — İranın Şərqi Azərbaycan ostanının Üskü şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,112 nəfər yaşayır (304 ailə).
Nazar Nacaryan
Nazar Najarian (ərəb. نزار نَجَاريَان‎; təq. 24 iyul 1957, Beyrut – 4 avqust 2020, Beyrut), həmçinin Nazo — erməni əsilli Livan biznesmeni və siyasətçisi, 11 iyun 2018-ci ildən 4 avqust 2020-ci ilə qədər "Əl-Kataib" partiyasının baş katibi. Nacaryan 4 avqust 2020-ci il tarixində, Beyrut limanında baş verən partlayışlar nəticəsində aldığı yaralardan vəfat etmişdir.Keçmiş Livan Prezidenti Bəşir Cəmil Livanda vətəndaş müharibəsi zamanı ona "şəxsləri səfərbərliyə cəlb etmək" ilə vəzifələndirmişdir.
Slovakiyada macarlar
Slovakiyada macarlar (slovak. Maďari na Slovensku) — Ölkənin say baxımından böyük olan etnik azlığı. 2011-ci ilin siyahıya almağa görə olkədə Slovakiyada 458 467 min macar yaşayır. Bu isə ölkə əhalisinin 8,5 % təşkil edir. Bu Ruminiya macarlarından sonra ikinci ən böyük macar diasporasıdır. Müstəqil Slovakiyadakı macarların sayı və ümumi əhaliyə olan nisbəti tədricən azalmağa meyllidir. Macarların çoxu ölkənin cənubunda, Macarıstanla sərhədə yaxın ərazilərdə yerləşən rayon və şəhərlərdə cəmləşmişdir. == Tarixi == Macar qəbilələri Ortadunay düzənliyini 1000-ci ildə nəzarətə götürürlər. Blaten knyazlığı və Böyük Moraviyanı fəth etdikdən sonra əhalisini assimiliyasiyaya uğratmışdır. Slovaklar yalnız Şimal Karpat bölgələrində mövcudluğunu qoruya bilirlər.
Macarca Vikipediya
Macarca Vikipediya — Vikipediyanın macar dilində olan bölməsidir.
Serb Respublikasında macarlar
Serb Respublikasında macarlar (serb. Мађари у Републици Српској, mac. Magyarok a Szerb Köztársaság) — Serb Respublikası ərazisində yaşayan və işləyən macar əsilli əhali. Serb Respublikasında 12 milli azlıq siyahısına daxil edilmişdir. Onların hüquqları Serb Respublikası Milli Azlıqlar Soveti tərəfindən qorunur. Ümumilikdə 2013-cü il siyahııya alınmasına görə Serb Respublikası ərazisində 116 macar yaşayır.. == Tarixi == Serblər və macarlar arasında ativ əlaqələr XIII əsrdən yaranmışdır. Bosniya Krallığı və Macar Krallığı birləşdikdən sonra bu əlaqələr güçlənmişdir. Bu əlaqələr Bosniya və Serbiyanın Osmanlı imperiyası tərəfindən işğal edildikdən sonra kəsilmişdir. 1878-ci ildə Avstriya-Macarıstan tərəfindən işğal edildikdən sonra Bosniya ərazisinə çoxlu sayda macar köçmüşdür.