Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Məsəl
Məsəl — şifahi xalq yaradıcılığının növlərindən biri. Məsəldə müəyyən bir həyat hadisəsi haqqında ümumiləşdirilmiş və məcazi fikir öz əksini tapır. Məsəl yığcamlığına və hikmətli məzmununa görə atalar sözünə oxşasa da, ondan fərqlənir. Atalar sözündən fərqli olaraq, məsəldə fikir bitkin olmur, yarımçıq şəkildə bildirilir, müstəqil işlənə bilmir. Həm də məsəldə didaktika elementləri atalar sözündə olduğu kimi qabarıq şəkildə nəzərə çarpmır. Buna görə də məsəldə müstəqillik funksiyası o qədər də güclü deyil. Məsəl hər hansı bir əhvalatın, yaxud hadisənin ibrətamiz yekunu, təhkimçinin fikrini qüvvətləndirmək məqamı kimi meydana çıxır. Məsələn: "Sən çaldın", "Qələt yağ küpəsindədir", "Dava yorğan davasıdır" məsəlləri Molla Nəsrəddin lətifələri, "Çünki oldun dəyirmançı, çağır gəlsin dən Koroğlu", "Ölüb Fərhad, gəlmir külüngünün səsi", "Leyliyə Məcnun gözü ilə bax", "Bütövü kəsmə, paraya dəymə, doğra, doyunca ye" kimi məsəllər lətifələr, dastanlar, əfsanələr, nağıllar əsasında yaranmışdır. == İstinadlar == == Mənbə == Elçin. Seçilmiş əsərləri.
Marsel
Marsel (fr. Marseille) — Fransanın ən iri dəniz limanı Bouches-du-Rhône departamentinin inzibati mərkəzi. Lion körfəzinin (Aralıq dənizi) sahilində yerləşir. == İqtisadiyyatı == Marseldə beynəlxalq hava limanı, iri dəniz limanı kompleksi var. Dəniz limanının illik yük dövriyyəsi 90 milyon tondur. Neft emalı, neft-kimya sənayesi, qəmiqayırma, təyyarə istehsalı müəssisəsləri vardır. Strasburq və Karlsruedən (AFR) keçən transavropa neft kəməri Marseldən başlayır. 1977-ci ildən etibarən Marseldə 24 stansiyaya malik metropoliten fəaliyyət göstərir.
Mansel adası
Мansel (ing. Mansel Island) — Kanada Arktik arxipelaqına daxil olan ada. Adada yaşayış yoxdur (2012). == Coğrafiya == Ada Hudzon körfəzinin şimal-şərqində, Unqava yarımadasının şimal-qərbindən 58 km qərbdə yerləşir. Yaxınlığında yerləşən adalar: Kots (115 km qərbdə), Sauthempton (150 km şimal-qərbdə) və Hottinhem (120 km şimal-şərqdə). Adanın uzunluğu 112 km, eni 48 km, sahəsi 3 180 km² təşkil edir. Dünyada sahəsinə görə 159-cu yerdədir. Sahil həttinin uzunluğu 298 km-dir. Kvebek vilayəti ərazisinə yaxın yerləşməsinə baxmayaraq, inzibati cəhətdən Nunavut vilayətinin Kikiktani rayonu ərazisinə daxildir. Ada əsasən düzənlik əraziyə malikdir.
Marsel (rayon)
Marsel (fr. Marseille) — Fransanın Provans-Alp-Kot-d'Azur regionun rayonlarından biri. Departamenti — Landlar. Suprefektura — Marsel. Rayon əhalisi 2006-cı ildə 1 029 736 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 1532 nəf / km². Rayon ərazisi — 672 km².
Marsel Berger
Marsel Berger (14 Aprel 1927-15 Oktyabr 2016) — Fransalı riyaziyyatçı. Fransız differensiyal həndəsəsinin banisi, Ən yüksək elmi araşdırmalar institutunun (İHES) proffessorudur. Lasseube şəhərinin La Kastera bölgəsində yaşamışdır. Berger Mixail Qrimovun Paris Universitetində və İHES-də işə qəbul olunarkən ona yaxından kömək etmişdir. == Mükafatları və uğurları == 1956 Pekkot mükafatı, Fransa kolleci 1962 Maurise Odin mükafatı 1969 Karriyere mükafatı, Elmlər Akademiyası 1978 Lekonte mükafatı, Elmlər Akademiyası 1979 Qaston Xuliya mükafatı 1991 Lester R. Ford mükafatı == Elmi işləri == Berger, M.: Geometry revealed. Springer, 2010. Berger, M.: What is... a Systole? Notices of the AMS 55 (2008), no. 3, 374–376.
Marsel Düşan
Marsel Düşan (fr. Marcel Duchamp; 28 iyul 1887 – 2 oktyabr 1968) — fransız-amerikan rəssam, heykəltaraş. Kubizm, konseptualizm, dadaizmlə bağlı bir neçə əsər müəllifidir. Düşanın adı Pablo Pikasso və Anri Matiss kimi sənətçilərlə birlikdə XX əsrin ilk onilliklərində plastik incəsənətdə inqilabi inkişafı müdafiə edən üç sənətçidən biri kimi hörmətlə anılıb. Onun XX və XXI əsr incəsənətinə böyük təsiri olub. == Uşaqlığı və təhsili == Marsel Düşan 28 iyul 1887-ci ildə Fransanın şimalındakı Yuxarı Normandiya regionunun Blenvil-Krevon kommunasında anadan olub və mədəni fəaliyyəti olan ailədə böyüyüb. Ana babası Emil Frederik Nikol rəssam və nəqqaş idi. Ailənin digər üzvləri isə şahmat oynayır, kitab oxuyur, rəsm çəkir və musiqi bəstələyirdilər. Yucin və Lüsi Düşanların 7 övladı olub; onlardan biri körpə ikən ölüb, dördü isə uğurlu sənətçi olub. Marsel Düşan aşağıdakıların qardaşıdır: Jak Viyon (1875-1963) - rəssam, tipoqraf Raymon Düşan-Viyon (1876-1918) - heykəltaraş Syuzan Düşan (1889-1963) - rəssamBöyük qardaşları Ruan şəhərində məktəb oxuduqlarına görə, Marsel, bacısı Syuzan ilə daha yaxın olub.
Marsel Efroimski
Marsel Efroimski (ivr. ‏מרסל אפרוימסקי‏‎; doğ. 13 fevral 1995, Kfar Saba, İsrail) — israilli şahmatçı, qadınlar arasında beynəlxalq qrosmeyster (2016). == Şahmat karyerası == Efroimskinin valideynləri İsrailə keçmiş Sovetlər ittifaqından köçüblər.Eforimski iki dəfə gənclər arasında şahmat üzrə dünya çempionatının qalibi olub: 2007-ci ildə Kemerdə keçirilən 12 yaşadək şahmatçılar kateqoriyasında və 2009-cu ildə Antalyada keçirilən 14 yaşadək şahmatçılar kateqoriyasında.Eforimski 2009-cu ildə 14 yaşadək gənclər arasında Avropa çempionu olub. 2011-ci ildə 16 yaşadək gənclər arasında Avropa çempionatında Mariya Severina, Mariya Tançyura, Filiz Osmanoca və Amalya Aranas ilə 1–4-cü yerləri bölüşdürmüşdür.O, 2008 Drezden, 2010 Xanti-Mansi və 2012 İstanbul Şahmat Olimpiadalarında İsraili təmsil etmişdir. Efroimski, 2008-ci ildə qadınlar arasında FİDE ustası adına, 2011-ci ildə qadınlar arasında beynəlxalq usta adına və 2016-cı ildə qadınlar arasında beynəlxalq qrosmeyster adına layiq görülmüşdür. == İstinadlar == == Xarici keçidlər == FIDE Chess profili Marsel Efroimski. Chess-DB.com Arxivləşdirilib 2016-07-12 at the Wayback Machine (ing.) Marsel Efroimski. Chessgames.com (ing.) Marsel Efroimski.
Marsel Eme
Marsel Eme(fr. Marcel Aymé, 29 mart 1902, Juani, Yonna — 14 oktyabr 1967, Paris) — fransız yazıçı. == Həyatı == Tanınmış fransız yazıçısı Mrasel Eme 29 mart 1902-ci ildə Fransanın Juani şəhərində anadan olub. Onun valideynləri Jura əyalətinin kəndliləri idi. Emenin uşaqlıq və yeniyetməlik illəri də həmin əyalətdə keçib. “Vuivra” romanının mövzusu da elə Jura əyalətinin bir əfsanəsindən götürülüb. Marsel Eme əsasən kənd mövzusunda yazan bir yazıçı kimi tanınıb. Onun əsərlərində fransız kəndinin həyat tərzi, yaxud şəhərə köçmüş kəndlinin iztirabları əsas mövzu olaraq qalır. Eme bədii yaradıcılığa əsasən 30-cu illərdən başlayıb, 1930-cu ildə “Adsız küçələr”, 1933-cü ildə “Yaşıl madyan”, 1934-cü ildə “Cırtdan”, 1935-ci ildə “Alçaq ev”, 1936-cı ildə “Surdin dəyirmanı” romanlarını, “Şəkilli quyu” adlı hekayələr kitabıın nəşr etdirib. 40-cı illər Marsel Eme yaradıcılığının məhsuldar illəri olub.
Marsel Erdal
Marsel Erdal (1945) — Alman dilçisi və türkoloqu. Frankfurt-Maynda İohann Volfanq Hete adına universitetin türkologiya kafedrasının müdiridir. İstanbulda Robert kolleci bitirib.MDB-də yaşayan türklərin dilini, əsasən də Şor dilini öyrənir.
Marsel Kaşen
Marsel Kaşen (fr. Marcel Cachin; 20 sentyabr 1869, Pempol — 12 fevral 1958, Paris) — fransız kommunisti. == Həyatı == Kaşen 1869-cu il sentyabrın 20-də Lamanş dənizi sahilində, Pempole şəhərciyinin Kot-dü-nor departamentində anadan olmuşdur. Kaşen ömrünün son günlərinədək tez-tez baş çəkdiyi doğma şəhərinin sadə adamları ilə sıx əlaqə saxlayırdı. Bretanın kəndliləri, dənizçiləri, balıqçıları Kaşeni nəvazişlə bizim «Marsel ata» adlandırırdılar. Kaşen onlarla breton dilində sərbəst danışırdı. Adamlar fəhlə hərəkatına müxtəlif yollarla qoşulurlar. Marsel Kaşenin də öz yolu var idi. Kaşenin özünün xatırladığı kimi, 1891-ci ilin əvvəllərində o, siyasətdən uzaq idi. Hər şeylə maraqlanan iste'dadlı gənc, o zaman Bordo universitetinin fəlsəfə fakültəsində boyük həvəslə oxuyurdu.
Marsel Kipaç
Marsel Kipaç (12 fevral, 1894 - 12 avqust, 1915) — Elektronika, maqnetizm, akustika, səs siqnallarının ötürülməsi sahələri üzrə xorvat ixtiraçı. == Haqqında == Marsel Krijevtsıda nüfuzlu Kipaç ailəsində anadan olmuşdur. Kipaç ailəsi Krijevtsıya XIX əsrin əvvəllərində gəlmiş və şəhərdə nüfuzlu ailəyə çevrilmişdir. O, Berlində iqtisadiyyat, Şarlottenburqda isə elektrik mühəndisliyi üzrə təhsil almışdır. 16 mart 1910-cu ildə Berlində 15 yaşlı oğlan - Marsel dəmir və ya maqnitik gücün köməyi olmadan şimalı göstərə bilən dəniz kompası hazırlamışdır. O, təkmilləşdirilmiş versiyanı 20 dekabr, 1911-ci ildə Londonda patentləşdirdi. Fransada o arabanın işıqlandırılması üçün dinamonu patentləşdirdi. Bu ixtira elektrik generatorun arabanın mexaniki sürücüsü ilə kombinəedilmiş versiyası idi. Onun "kiçik transformatoru" aşağı gərginlikdə "Kipaç-Veyland Sistemi" nə uyğun olaraq geniş tətbiq olundu. O elektrikin qidalandırma blokunu söndürməyi də patentləşdirib.
Marsel Prust
Valentin Lui Jorj Ejen Marsel Prust (fr. Valentin Louis Georges Eugène Marcel Proust; 10 iyul 1871[…], Paris – 18 noyabr 1922[…], Paris) — Fransa romançısı, esseçisi və tənqidçisi. Onun ən məşhur əsəri 1913-1927-ci illər aralığında yazdığı, yeddi cilddən ibarət İtirilmiş zamanın axtarışında (fr. À la recherche du temps perdu) romanıdır. O, 20-ci əsrin ən nüfuzlu yazıçı və tənqidçilərindən biri kimi qəbul edilir. == Həyatı == Marsel Prust 1871-ci ildə, Fransa-Rusiya müharibəsinin "Frankfurt" müqaviləsi əsasında rəsmən bitdiyi gün Parisdə dünyaya gəlir. Atası əslən fransız olub, anası isə kübar yəhudi nəslindən idi. Asma xəstəliyi onu ömrünün sonuna qədər təsiri altında saxlayır. 11 yaşlı Prust liseyə yazılır, lakin təhsili də xəstəliyi üzündən yarımçıq qalır. Bunlara baxmayaraq, Prust ədəbiyyat bacarığı ilə önə çıxmağı bacarır və təhsilinin son ilində mükafat alır.
Marsel dönüşü
Marsel dönüşü, bəzən Marsel ruleti, 360 və ya Rulet — futbolda dribblinq fəndi. Dieqo Maradona və Zinəddin Zidan bu hərəkətin ən görkəmli istifadəçisi olduqlarlarından, bu dribblinqə arada Maradona dönüşü və ya Zidan dönüşü də deyilir.
Marsel kafirotu
Marsel sabunu
Marsel sabunu — Fransanın Marsel şəhərinin ətrafında bitki yağlar ilə hazırlanan ənənəvi sabun. Ənənəvi olaraq, sabun Aralıq dənizindən olan dəniz suyu, zeytun yağı, və qələvi kimyəvi soda külü (natrium karbonat) və kül suyu (natrium hidroksid) qarışmasından hazırlanır. Hazırda bu sabunun iki əsas növü var. İlkinci növ zeytun yağı ilə hazırlanır; ikinci növ isə xurma yağı və ya xurma və kopra yağı qarışığı ilə eyni prosesiylə hazırlanır.
Marsel Şlutt
Marsel Şlutt (alm. Marcel Schlutt‎; 1 avqust 1977) — Almaniyalı kino aktyoru, model, fotoqraf və kolumnist. == Həyatı == Marsel Demmin şəhərində (Meklenburq-Ön Pomeraniya), nalbəndçi ailəsində anadan olmuşdu. Ailənin yeganə uşağı idi. Almaniya birləşəndən sonra o Bilefeldə (Şimali Reyn-Vestfaliya) köçür. Gənc yaşlarından at yarışları ilə dərindən maraqlanır, hətta bir neçə dəfə yarışlarda qələbə də qazanır. Məktəbi bitirdikdənn sonra o Münsterə köçür. Marselin 18 yaşı tamam olanda, fotoqraf TeeJott onu Kölndə dərc edilən bir sıra jurnallarda model qismində çəkilməyi təklif etdi. O bir sıra illüstrə edilmiş jurnal və kitab üz qabıqlarında göründü, onun hətta çılpaq şəkilləri də burada yer aldı. So Dam Tuff agentliyinin yeni üzü olduğundan, ona Londonda və Madriddə yaşamağı təklif etdilər.
Marsel Panyol
Marsel Panyol (fr. Marcel Pagnol, /pænˈjɔːl/ , pan-YAWL, Fransızca tələffüz: [maʁsɛl paɲɔl]; 28 fevral 1895[…], Oban[d] – 18 aprel 1974[…], Paris) — fransız yazıçı və rejissor. Otör hesab edilən Panyol, 1946-cı ildə Fransa Akademiyasına seçilən ilk rejissor oldu. Onun əsərləri əvvəlkindən daha az dəbdə olsa da, Panyol hələ də ümumiyyətlə Fransanın 20-ci əsrin ən böyük yazıçılarından biri kimi qəbul edilir və demək olar ki, hər bir vasitədə — memuarlarda, romanlarda, dramlarda və filmlərdə uğuru ilə tanınır.
Mareşal Pyer Silven
Mareşal Pyer Silven (fr. Sylvain Maréchal; 15 avqust 1750, Paris – 18 yanvar 1803, Monruj) - fransız materializmi və ateizminin plebey-demokratik qanadının nümayəndəsi. Mareşal təbiətin əbədi mövcudluğunu qəbul etmişdir. Onun yalnız konkret təzahürləri - "formaları" meydana gəlir və yox olur. Allah təbiətin sinonimidir. Qorxunun təsiri altında insanılar ali bir varlığı uydurmuş və ona təbiətin xassələrini vermişdir. Mareşalda ateizm ensklopedistlərə nisbətən daha ardıcıldır. İdrak haqqında təlimində sensualistdir.
Məşəl (jurnal)
"Məşəl" — 13 noyabr 1919-cu ildə nəşr olunan satirik jurnal. == Tarixi == 1919-cu il noyabr ayinin 13-də Əliheydər Qarayev Bakıda "Məşəl" satirik jurnalını çıxartmışdır. Bu "Molla Nəsrəddin"in ənənələrini davam etdirən ilk kommunist jurnalı idi. Əliheydər Qarayev 1919-cu ilin mayından 1920-ci ilin aprelinədək "Zəhmət sədası", "Zəhmət", "Azərbaycan füqərası", "Füqəra sədası", "Füqəra", "Oktyabr inqilabı" adlı qəzetlərin redaktoru olmuşdur. == Fəaliyyəti == Jurnalın əsas müəllifləri Əliheydər Qarayev, Seyid Cəfər Pişəvəri, Ağababa Yusifzadə, Bayraməli Sərablı, Ağahüseyn Rəsulzadə, Əlisəttar İbrahimov, Nemət Bəsir və başqaları idi. Onlar satqın müsavat hökumətinin çirkin əməllərini, kapitalistləri, gənc Sovet hakimiyyətinə qarşı çıxan əksinqilabçı ağqvardiyaçı qüvvələri və başqalarını satira atəşinə tuturdular. Əliheydər Qarayev "Binəva" imzası ilə yazdığı baş məqalədə göstərirdi ki, jurnalın əsas məqsədi istismarçı siniflərə qarşı, daha qəti mübarizə aparmaqdır. Həqiqətən də jurnalın müəllifləri satiranın əsas növlərindən istifadə edərək müsavat hökumətinin bütün hiylələrini açır, xalqı ona qarşı mübarizəyə səsləyirdi. "Məşəl" mühüm beynəlxalq məsələlərdən də yazırdı. Məsələn, 6-cı nömrədə gənc Sovet dövlətinin Uzaq Şərqə soxulan Amerika və Yaponiya müdaxiləçilərini əzdiyini belə xəbər verirdi: Jurnalın 1919-cu ildə 4, 1920-ci ildə 2 nömrəsi çıxmışdır.
Məşəl savaşı
Məşəl savaşı və ya Məşəl döyüşü (türk. Meşaleler Savaşı) — 1578–1590-cı illər Səfəvi-Osmanlı müharibəsi zamanı, 7 – 11 may, 8 may və ya 11 – 13 may 1583-cü il tarixlərində baş vermiş döyüş. Döyüş Samurçayın sahilində baş vermiş və üç gün davam etmişdir. Döyüşün adı tərəflərin gecə vaxtı məşəl işığında döyüşü davam etdirməsinə görə belə adlanmaqdadır. Döyüşdə qələbə qazanan Osmanlı ordusu komandanı Özdəmiroğlu Osman paşa Şirvanda möhkəmlənmək imkanı qazandı. == Arxa plan == Yürüş 1578-ci ilin yayında Osmanlı ordusunun Amasya sülh müqaviləsinin şərtlərini pozaraq Səfəvi sərhədinə doğru yürüşə başlaması ilə iki imperiya arasında yeni müharibənin əsası qoyuldu. Bir neçə qələbədən sonra Gürcüstan və Şirvan Osmanlı ordusu tərəfindən ələ keçirildi. Osmanlı imperiyasının Şirvan bəylərbəyisi Özdəmiroğlu Osman paşa Dərbəndə idi. 1582-ci ildə artıq bir il idi ki, sülhlə bağlı danışıqlar gedməkdə idi və Məhəmməd Xudabəndənin səfiri İstanbul şəhərində idi. Elə bu ərəfələrdə Özdəmiroğlu Osman paşa öz nümayəndələrindən birini sultanın yanına göndərərək qızılbaşların qurduğu tələ barədə məlumat verdi.
Əbədi məşəl
Əbədi məşəl — qeyri-müəyyən müddətə yanan alov, lampa və ya məşəldir.
Jan-Fransua Mansel
Jan-Fransua Mansel (fr. Jean-François Mancel) — fransız siyasətçi, Fransa Milli Məclisinin keçmiş deputatı, Uaza departamentinin Ümumi Şurasının keçmiş prezidenti, Respublikaçılar partiyasının üzvü,Fransa-Azərbaycan Dostları Assosiasiyasının prezidenti == Bioqrafiyası == 1 mart 1948-ci ildə Bove şəhərində (Uaza departamenti) anadan olub. Parisdə təhsil aldı, ictimai və mülki hüquq ixtisası bitirmişdir. 1968-ci ildə o, siyasi karyerasına respublikaya dəstək olaraq Demokratlar İttifaqının Qaullist Partiyasına qoşulmaqla başlamış, daha sonra Cümhuriyyəti dəstəkləyən Birlik, sonra isə Xalq Hərəkatı Birliyi adını vermişdir. 1971-ci ildə Bove şəhər məclisinə seçildi və vitse-mer təyin olmuşdur. Bu vəzifəni 1977-ci ildə, sosialist Valter Ansallem bələdiyyə seçkilərində qazandıqdan sonra tutmuşdur. 1978-ci ildə Mansel Uaza departamentinin 5-ci təslimində Fransa Milli Məclisinə seçkilərdə namizədliyini irəli sürdü və 30 yaşında Milli Məclisin deputatı oldu. Növbəti il, ilk dəfə, Noai Kantonundan Uaza departamentinin Ümumi Şurasına seçkidə qalib gəldi, bundan sonra təkrar seçildi və kantonu hazırda məclisdə təmsil edir. 1981-ci ildə Jan-Fransua Mansel növbəti parlament seçkilərində mandatını müdafiə edə bilmədi və 1983-cü ildə Bove meri uğrunda mübarizədə Volter Ansalleyə məğlub oldu. 1985-ci ildə yenidən kantonal seçkilərdə qalib gələrək Uaza departamentinin Baş Şurasının prezidenti oldu və 2004-cü ildə məclisdə sağçı çoxluq itirənə qədər bu vəzifəni tutdu.
Olimpik Marsel FK
Olimpik Marsel FK (fr. Olympique de Marseille) — Fransa futbol klublarından biri. == Nailiyyətləri == 1992/1993 mövsümündə UEFA Çempionlar Liqasının finalında İtaliyanın Milan komandasına 1:0 hesabı ilə qalib gəlib. == Çempionluqlar == UEFA Çempionlar Liqası: 1 1992/93 1-0 vs. MilanFransa Liqası Çempionluğu: 9 1936/37; 1947/48; 1970/71; 1971/72; 1988/89; 1989/90; 1990/91; 1991/92; 2009/10.Fransa Kuboku: 10 1923/24; 1925/26; 1926/27; 1934/35; 1937/38; 1942/43; 1968/69; 1971/72; 1975/76; 1988/89.Fransa Liqası Kuboku: 3 2009/10; 2010/11; 2011/12.Fransa Super Kuboku: 2 2010; 2011.
Sen-Marsel (En)
Sen-Marsel (fr. Chavornay) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Şampan-an-Valrome kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01097. == Cöğrafiyası == Kommuna Paris şəhərinin 420 km cənub-şərqində, Lion şəhərindən 70 km şərqdə yerləşir və Burk-an-Bres şəhərindən 55 km cənub-şərqdə yerləşir. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 199 nəfər təşkil edirdi. == İqritisadiyyatı == 2010-cu ildə əmək qabiliyyətli 131 nəfər (15-64 yaş arasında) 93 nəfər iqtisadi cəhətdən, 38 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 71.0%, 1999-cu ildə 68.8%). Fəaliyyət göstərən 93 sakindən 90 nəfəri (40 kişi və 50 qadın), 3 nəfər işsiz (3 kişi və 0 qadın) idi.
Zəfər–Məşəl strukturu
“Zəfər-Məşəl” strukturu - Xəzər dənizinin Azərbaycan sektorundakı perspektivli neft-qaz yatağı. Zəfər–Məşəl strukturunda kəşfiyyat işlərinin aparılmasına dair müqavilə 1999-cu il aprelin 27-də imzalanmış, 2000-ci il mayın 8-də Azərbaycan parlamenti tərəfindən ratifikasiya olunmuşdur. 1999-cu il aprelin 27-də SOCAR (50%), “ExxonMobil” (30%) və “ConocoPhillips” (20%) arasında “Zəfər-Məşəl” dəniz blokunun kəşfiyyatı və işlənməsi haqqında PSA tipli müqavilə imzalanıb. Lakin sonra ləğv olunub. Strukturda neft ehtiyatının 140 milyon ton (onlardan 100 mln. tonu Zəfər və 40 mln. tonu Məşəl yatağının payına düşür), onun işlənilməsi üçün isə 2 milyard dollar investisiya lazım olduğu proqnozlaşdırılır. Yatağın dəniz dərinliyi 450-950 metr arası dəyişir. Yatağın sahəsi 643 kvadrat kilometrdir. == Tarixi == Zəfər-Məşəl 1961-ci ildə seysmik tədqiqatlar nəticəsində üzə çıxarılmış, ilk geofiziki işlər isə 1985-ci və 1987-ci illərdə aparılmışdır.