Məşəl (jurnal)
"Məşəl" — 13 noyabr 1919-cu ildə nəşr olunan satirik jurnal.
1919-cu il noyabr ayinin 13-də Əliheydər Qarayev Bakıda "Məşəl" satirik jurnalını çıxartmışdır. Bu "Molla Nəsrəddin"in ənənələrini davam etdirən ilk kommunist jurnalı idi. Əliheydər Qarayev 1919-cu ilin mayından 1920-ci ilin aprelinədək "Zəhmət sədası", "Zəhmət", "Azərbaycan füqərası", "Füqəra sədası", "Füqəra", "Oktyabr inqilabı" adlı qəzetlərin redaktoru olmuşdur.
Jurnalın əsas müəllifləri Əliheydər Qarayev, Seyid Cəfər Pişəvəri, Ağababa Yusifzadə, Bayraməli Sərablı, Ağahüseyn Rəsulzadə, Əlisəttar İbrahimov, Nemət Bəsir və başqaları idi. Onlar satqın müsavat hökumətinin çirkin əməllərini, kapitalistləri, gənc Sovet hakimiyyətinə qarşı çıxan əksinqilabçı ağqvardiyaçı qüvvələri və başqalarını satira atəşinə tuturdular.
Əliheydər Qarayev "Binəva" imzası ilə yazdığı baş məqalədə göstərirdi ki, jurnalın əsas məqsədi istismarçı siniflərə qarşı, daha qəti mübarizə aparmaqdır. Həqiqətən də jurnalın müəllifləri satiranın əsas növlərindən istifadə edərək müsavat hökumətinin bütün hiylələrini açır, xalqı ona qarşı mübarizəyə səsləyirdi.
"Məşəl" mühüm beynəlxalq məsələlərdən də yazırdı. Məsələn, 6-cı nömrədə gənc Sovet dövlətinin Uzaq Şərqə soxulan Amerika və Yaponiya müdaxiləçilərini əzdiyini belə xəbər verirdi:
Jurnalın 1919-cu ildə 4, 1920-ci ildə 2 nömrəsi çıxmışdır.