Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Mahinur Özdemir
Mahinur Özdəmir Göktaş (7 noyabr 1982, Sxarbek[d], Brüssel paytaxt vilayəti[d]) — Türkiyə və Belçika siyasətçisi, diplomat. Brüssel Regional Məclisinin üzvü və 2020–2023 illər arasında Türkiyənin Əl-Cəzayirdəki fövqəladə və səlahiyyətli səfiri kimi vəzifələrdə çalışmışdır. Həmçinin o, parlamentin ən gənc və ilk hicablı qadın üzvü olub. 3 iyun 2023-cü ildən Ailə və Sosial Xidmətlər naziridir. == Erkən illəri == 7 noyabr 1982-ci ildə Brüksel şəhərinə aid 19 bələdiyyədən biri olan Sxarbek-də doğuldu. Fransız, niderland, ingilis, türk və ispan dillərində danışa bilir. == Siyasi fəaliyyəti == 29 may 2015-ci ildə Erməni soyqırımını tanımadığını bildirdiyi üçün partiyasından atıldı və siyasətə bitərəf davam etdi. Rəcəb Tayyib Ərdoğan yenidən prezident seçildikdən sonra iyun 2023-cü ildə Ailə və Sosial Xidmətlər naziri təyin edildi. == Şəxsi həyatı == 2010-cu ildə AKP siyasətçisi Rəhmi Göktaşla evləndi. 2 uşağı var.
Mahinur Özdəmir

Mahinur Özdemir Göktaş

Mahinur Özdəmir Göktaş

Manipur
Manipur - Hindistanın şimal-şərqində yerləşən ştat. İnzibati mərkəzi İmfal şəhəridir. Şimalda Naqalend, cənubda Mizoram, qərbdə Assam, şərqdə isə Myanma ilə həmsərhəddir. Ştatın digər adları Kangleipak və ya Sanaleibak-dır. Manipur 2500 ildən artıq müddətdə Asiyanın iqtisadi və mədəni kəsişmə nöqtəsi olmuşdu. == Tarixi == Manipur krallığı cənub və cənub-şərqi Asiyadakı mövcud olmuş yüzlərlər krallıqdan biri olmuşdu. Qədim Manipurun tarixi e.ə. 50-ci illərə qədər uzanır. O vaxtlar Manipur Naqalend, Mizoram və Assamın da bəzi hissələrini öz tərkibində birləşdirirdi. Manipurun ilkin tarixi haqqında yazılı mənbə yoxdur.
Palinur
Palinur (lat. Palinurus, q.yun. Παλίνουρος) — Roma mifologiyasında personajdır. İasın oğlu, "Eneida"da Eneyin sükançısıdır. Troyalıların Afrikadan İtaliyaya səyahəti zamanı fırtınaya tutulan Palinurun rəhbərlik etdiyi donanma Siciliya sahillərinə enir. Oradan Anxis üçün dəfn oyunlarından və Yunonanın troyalı qadınlarını gəmiləri yandırmağa çağırmasından sonra digər troyalı larla birlikdə yenidən İtaliyaya üz tutur. Bu zaman Venera Yunonanın Neptuna etdiyi vəhşiliklərdən şikayətlənir və ondan troyalılar üçün təhlükəsiz sular istəyir. Neptun yalnız bir istisna olmaqla, öz müdafiəsini və himayədarlığını vəd edir: "İnsan çoxlarını xilas etmək üçün canı ilə ödəyəcək". Səyahət zamanı Hipnos Palinura çevrilir və ondan aparıcı gəminin sükanını tərk etməsini xahiş edir. Palinur imtina edir, tanrı Leta və Stiksə batırılmış budağı yelləyir.
Mahir
Mahir — Kişi adı. Mahir Hüseynov — Mahir Əliyev Mahir Əliyev (əsgər) — Vətən müharibəsi şəhidi Mahir Əliyev (professor) — Tibb üzrə elmlər doktoru. Mahir Quliyev Mahir Quliyev (dövlət xadimi) — Biləsuvar və Astara rayonlarının icra hakimiyyətlərinin sabiq başçısı. Mahir Quliyev (əsgər) — Aprel döyüşləri şəhidi.
Andre Mariner
Andre Mariner (ing. Andre Marriner) — İngiltərə futbol hakimi Marinerin hakimlik karyerasında ciddi bir hadisə yaşanmasa da, bu sənətə sırf təsadüf nəticəsində gəlib. Doğma şəhərində — Şeldonda keçirilən bütün matçlara yollanan və heç kimə azarkeşlik etməyən Andre 1992-ci ildə iki həvəskar komandanın qarşılaşmasına gedir. Lakin bu görüşün hakimi naməlum səbəbdən stadiona gəlib çıxmır. Vəziyyətin belə olduğunu görən 21 yaşlı Mariner təşkilatçılara yaxınlaşıb, matçı idarə edə biləcəyini deyir. Və bu işin öhdəsindən gəlir. Çəkdiyi əziyyətə görə ona 10 funt-sterlinq qonorar verirlər. Bundan sonra gənc oğlan hakim olacağını qətiləşdirərək, ölkə miqyaslı turnirlərə 13 il vaxt sərf edir. 2005-ci ildə İngiltərə çempionatında peyda olan Mariner müxtəlif liqalarda oyunları sıralayır və nəhayət, FİFA hakiminə çevrilir. Onun 2009-cu ilin yanvarında FİFA referisinə çevrilməsi böyük müzakirələrə səbəb olub.
Bufo marinus
Bufo marinus (lat. Rhinella marina) — rhinella cinsinə aid qurbağa növü.
Chaunus marinus
Bufo marinus (lat. Rhinella marina) — rhinella cinsinə aid qurbağa növü.
Hordeum marinum
Hordeum marinum (lat. Hordeum marinum) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinin arpa cinsinə aid bitki növü.
Mahizər Əliyeva
[mənbə göstərin] Mahizər Nəcəf qızı Əliyeva (16 dekabr 1938) – kimyaçı alim Azərbaycan Milli Elmlər Akademiyasının akademiki Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun baş elmi işçisi “Analitik kimya” ixtisası üzrə kimya elmlər doktoru, dosent. == Həyatı == Mahizər Əliyeva 1938-ci il dekabrın 16-da Zaqatala şəhərində anadan olub. Orta təhsilini Zaqatala şəhər 1 saylı məktəbdə aldıqdan sonra 1959-cu ildə Bakı Dövlət Universitetinə daxil olmuş və 1965-ci ildə oranı kimya ixtisası üzrə bitirmişdir. O, 1964-cü ildə AMEA-nın Neft-kimya prosesləri İnstitutunda 1965-ci ildən AMEA-nın Aşqarlar Kimyası İnstitutunda mühəndis vəzifəsində işlənmişdir. Mahizər Əliyeva 1970-ci ildə aspiranturanın əyani şöbəsinə daxil olmuş, 1975-ci ildə müdafiə etmiş və kimya elmləri namizədi alimlik dərəcəsi almışdır. O, AMEA Aşqarlar Kimyası İnstitutunun “Analitik” laboratoriyasında kiçik elmi işçi və baş elmi işçi vəzifəsinə seçilib. 2003-cü ildən “Aşqarların analizi və fiziki kimyəvi tədqiqatları” laboratoriyasının müdiri kimi laboratoriyada aparılan tədqiqatlara rəhbərlik edir. 2009-cu ildə o, “Neft – kimya sintezi məhsullarının analizi üçün buxar fazalı xromatoqrafiya üsullarının işlənib hazırlanması” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmiş və “Analitik kimya” ixtisası üzrə kimya elmlər doktoru elmi dərəcəsinə layiq görülmüşdür. == Elmi fəaliyyəti == M.N.Əliyeva işləyib hazırladığı buxar fazalı xromatoqrafiya üsulu ilə institutda sintez edilmiş yeni yüksək dərəcədə qaynayan, polyar üzvi birləşmələri, aşqarların başlanğıc, aralıq və son məhsullarını analiz etməklə yanaşı, bu üsulun tətbiq sahələrini genişləndirməklə məşğuldur. == Elmi əsərləri == M.N.Əliyeva tərəfindən aparılan elmi tədqiqat işləri 97 elmi əsərin, o cümlədən 55 məqalə 34 tezis, 6 müəlliflik, şəhadətnaməsi və 2 AzR Patentində öz əksini tapmışdır.
Mariner 4
Mariner 4 (ing. Mariner 4) — NASA-nın Mariner Mars 1964 avtomatik planetlərarası stansiyası. Mars kosmik planı, Marsa uçuş yolundan elmi araşdırma aparmaq, planetlərarası məkan haqqında məlumat və Mars ətrafı haqqında məlumat ötürmək üçün nəzərdə tutulmuşdur. Səthin şəkillərini çəkmək, atmosfer və ionosfer haqqında məlumat almaq üçün stansiya siqnalını işıqlandıran planet radiosunda bir sınaq keçirmək nəzərdə tutulmuşdu. Mariner 4 Mariner seriyasından dördüncü NASA kosmos vasitəsidir. Layihənin hazırlanması üzrə əsas təşkilat Reaktiv mühərriklər laboratoriyasıdır (Jet Propulsion Laboratory). Fərdi sistemlərin inkişafı müxtəlif sənaye təşkilatları tərəfindən həyata keçirilmişdir. Elmi alətlərin inkişafı ali təhsil müəssisələrinin iştirakı ilə həyata keçirilmişdir. 14-15 iyul 1965-ci ildə Mariner 4 Mars ətrafında ilk müvəffəqiyyətli uçuşunu etdi və yaxın məsafədən bir planetin surətini çəkmək və onları Yer üzünə ötürmək üçün ilk kosmik vasitə oldu.
Neoseiulus marinus
Neoseiulus marinus (lat. Neoseiulus marinus) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin neoseiulus cinsinə aid heyvan növü.
Rhinella marinus
Bufo marinus (lat. Rhinella marina) — rhinella cinsinə aid qurbağa növü.
Sander marinus
Dəniz sıfı (lat. Sander marinus) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin xanıkimilər dəstəsinin xanılar fəsiləsinin sıf cinsinə aid heyvan növü. Bədəni uzunsov və yanlardan basıqdır. Çənələrində və damaq sümüklərinin üzərində köpək dişləri yerləşir. Qəlsəmə qapağı pulcuqlarla tam örtülüdür. Rostrumu uzun və enlidir. Bədəninin rəngi açıq bozdur, üzərində tünd rəngli 12-13 köndələn ləkə olur. Birinci bel üzgəcində 12-14 şaxəsiz, ikinci bel üzgəcində 1-3 şaxəsiz, 14-16 şaxəli, anal üzgəcində isə 2 şaxəsiz, 11-12 şaxəli şüa vardır. Yan xətt pulcuqlarının sayı 78-84 arasında dəyişir. Xəzər dənizinin orta və cənub hissələrində yayılmışdır.
Typhlodromus marinus
Typhlodromus marinus (lat. Typhlodromus marinus) — phytoseiidae fəsiləsinin typhlodromus cinsinə aid heyvan növü. Typhlodromus marinus Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
Ursus marinus
Ağ ayı (lat. Ursus maritimus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin ayıkimilər fəsiləsinin ayı cinsinə aid heyvan növü. Şimal Buzlu okeanın sahillərində və üzən buzlar sahələrində yaşayır. Rəngi sarımtıl-ağdır. Bədəninin uzunluğu 2-2.5 m. Ağ ayı quruda yaşayan yırtıcı heyvanların içində ən böyüyüdür, onun orta kütləsi 400 kq-a yaxındır. Lakin əgər ayı yaşlıdırsa və qışa piy toplayıbsa, onun kütləsi 800 kq-dan çox ola bilər. O yuvasını sahildəki qar çöküntüləri içində qazır. Yuvasına 2-3 metr uzunluqda girişi qarla tutulmuş boru aparır. Dekabr-yanvar aylarında ayının övladları dünyaya gəlir.
Şahnur Hüseynov
Mahir Abbaszadə
Mahir Tapdıq oğlu Abbaszadə (27 oktyabr 1975, Güləbird, Laçın rayonu) — Azərbaycan Respublikasının Milli Məclisinin VI çağırış deputatı (2015) və (2020); Azərbaycan iqtisadçısı, iqtisadi nəzəriyyə müəllimi, iqtisad elmləri üzrə fəlsəfə doktoru, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktoru. == Həyatı == Mahir Abbaszadə 27 oktyabr 1975-ci ildə Laçın rayonunun Güləbird kəndində anadan olub. 1997-ci ildə Bakı Dövlət Universitetini iqtisadi nəzəriyyə müəllimi ixtisası üzrə bitirmişdir. 1997-ci ildə Güzdək Tikinti Materialları Kombinatında kadrlar şöbəsinin rəisi, 2001–2003-cü illərdə Azərbaycan Beynəlxalq Bankının Sumqayıt filialında xidmət bölməsi üzrə mütəxəssis, 2003–2004-cü illərdə "Zaminbank" ASC-nin "Gənclik" filialında mühasib, xəzinə müdiri, 2004-cü ildən isə həmin filialın müdiri işləyir. Ehtiyatda olan zabitidir. Mahir Abbaszadə 15 noyabr 2018-ci ildə Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktoru vəzifəsinə təyin edilib. İngilis, rus, türk dillərini bilir. == Ailəsi == Ailəlidir 3 övladı var. Azərbaycan şairi Zahir Abbasın isə qardaşıdır. == Elmi fəaliyyəti == Mahir Abbaszadə 2005-ci ildə AMEA-nın İqtisadiyyat İnstitutuna dissertant qəbul edilib.
Mahir Abdullayev
Mahur-Hindi
Mahur-Hindi — farsca hərfi mənası "uçurum", "dərin yarğan" deməkdir. Mahur–Hindi qədim dəstgahlardan biridir. Onun 3 min ilə yaxın tarixi olması ehtimal edilir. Mahur–Hindi dəstgahı müəyyən qədər dəyişdirilmişdir. Bu muğam müasir zamanda 8 şöbə və guşədən ibarətdir: Bərdaşt Mayeyi – Mahur Üşşaq Hüseyni Vilayəti Şikəsteyi – fars Əraq Qərai Mahur-Hindi məhz Rast dəstgahının şöbə və guşələrini özündə cəmləşdirir. Mahur-Hindi öz coşğunluğu, əzəməti ilə diqqəti cəlb edir, dinləyiciyə gənclik ehtirası aşılayır.
Mahur–Hindi

Manikür
Manikür (ing. Manicure) — əl dırnaqları və əllər üçün bir kosmetik gözəllik müalicədir ki, ev və ya dırnaq salonunda aparılır. Manikür müalicəsi yalnız təbii dırnaqlar üçün deyil, həm də əllər üçün müalicədir. == Qaynaqlar == Minu Molazadə. "Venus makiyaj və bəzəmə təlimi". (fars.) == Xarici keçidlər == Manikür necə tətbiq olunur?
Mahir Cabbarov
Mahir Cabbarov — texnika üzrə fəlsəfə doktoru == Həyat və yaradıcılığı == Mahir Əmiraslan oğlu Cabbarov 1958-ci il aprel ayının 18-də Tərtər rayonunun Səhləbad kəndində anadan olmuşdur. 1975-ci ildə Səhləbad kənd orta məktəbini fərqlənmə ilə bitirərək Azərbaycan İnşaat Mühəndisləri İnstitutuna (indiki Azərbaycan Memarlıq və İnşaat Universiteti — AzMİU) daxil olmuş, 1980-ci ildə isə institutu bitirmişdir. 1980-ci ildən 1987-ci ilədək Bakı Baş Tikinti İdarəsində müxtəlif vəzifələrdə çalışan M. Cabbarov 1980–82-ci illərdə hərbi xidmətdə olmuşdur. 1987–1993-cü illərdə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin Tikinti Təşkilatında baş mühəndis və rəis, 1993–1999-cu illərdə Azərittifaqın Eksperimental İstehsalat Sənaye Müəssisələri Birliyində baş direktor, 2001–2012-ci illərdə Dövlət Tikinti və Arxitektura Komitəsinin Sənaye Müəssisələri və Təmir-Tikinti Birliyi Mexanizasiya və Tikinti İstehsalat İdarəsinin rəisi vəzifələrində işləmişdir. 2012-ci ildən "Sahil inşaat Qrup" MMC-nin təsisçisi və baş direktoru vəzifəsində işləyir. M. Ə. Cabbarov paralel olaraq, tikinti sektorunun inkişafı, tikintidə təhlükəsizliyin təmin edilməsi və s. istiqamətlərdə elmi araşdırmalar apararaq 2008-ci ildə "05.26.02 – Fövqəladə hallarda təhlükəsizlik (tikinti)" ixtisası üzrə AzMİU-nun doktoranturasına daxil olmuşdur. Doktorantura dövründə araşdırmaları davam etdirərək "Tikintidə həyat fəaliyyətinin təhlükəsizliyinə təsir edən risklərin qiymətləndirilməsi və idarə olunması" mövzusunda dissertasiya işini yerinə yetirmişdir. 2012-ci ildə M. Ə. Cabbarov tədqiqat işini uğurla müdafiə edərək texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. M. Ə. Cabbarov Bakı şəhərində və respublikamızın müxtəlif rayonlarında dövlət əhəmiyyətli bır sıra layihələrin uğurla icra olunmasına rəhbərlik etmişdir.
Mahir Cavadov
Mahir Cavadov — 1992–1994-cü illər arasında Xətai rayonunun prokuroru. == Həyatı == Mahir Cavadov 1949-cu il iyulun 10-da Laçın rayonunun Hoçaz kəndində anadan olub. 1957-ci ildə Şəki şəhər orta məktəbində 1-ci sinifə getmiş, 1967-ci ildə Ağdam rayonu 2-saylı orta məktəbini bitirmişdir. 1976-cı ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir. 1970–1991-ci illərdə Kommunist Partiyasının üzvü olmuşdur. 1977-ci ildən 1994-cü ilə qədər Azərbaycan Respublikası prokurorluq orqanlarında işləmişdir. 1995-ci ildə Mart qiyamı zamanı Avstriyaya getmişdir. 2000-ci ildə BMT Assambleyasında "OMON"-çuların siyasi dustaq kimi tanınmasını sübut etmişdir. == Həmçinin bax == 1995 Azərbaycanda dövlət çevrilişinə cəhd Bəxtiyar Cavadovun oğludur. Rövşən Cavadovun qardaşıdır.
Mahın
Mahın (fars. ماهین‎) iranın Qəzvin ostanının Qəzvin şəhristanının Aşağı Tarım bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 340 nəfər yaşayır (124 ailə).