Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Yazı makinası
== Çap maşını == Makina (Çap maşını) — mexaniki, elektromexaniki və elektron-mexaniki cihaz. Klaviaturaya barmaq basmaqla mürəkkəbli lent vasitəsi ilə kağıza mətnlər yazılır.Bu maşın 1871-ci ildə Xristofer Latham tərəfindən icad edilib. == Daktilo yazısı == Müasir dövrdə bir sıra qrafika növləri olduğu kimi, yazı növləri də vardır. Qrafika bütöv yazı sistemini əhatə edir. Yazının növləri isə tamamilə başqadır. Buraya, görməyən adamların qalın kağız üzərində açdıqları deşiklərdən ibarət yazı, Morze əlifbası deyilən yazı sistemi (bundan rabitə sistemində geniş istifadə edilir) də aiddir. Yazı növlərindən biri də daktilo yazısıdır. Daktilos- yunanca barmaq deməkdir. Barmaqlar vasitəsilə fikrin ifadə edilməsi kar-lalların əsas ünsiyyət vasitəsidir. Daktilo necə yaranmışdır?
Makina

Makinak boğazı
Makinak boğazı- Böyük göllər akvatoriyasına daxil olan Huron gölü və Miçiqan gölünü birləşdirir. Ən dar yerdə eni 8 km təşkil edir. Boğaz üzərində Makinak asma körpüsü tikilmişdir. Bu körpü asma körpülər arasında qabaqcıl yerlərdən birini tutur. Boğazda 4 ada vardır: Bvua-Blan, Makina, Raund Aylend və Müqəddəs Yelena adalarıdır. Burada 4 mayak vardır ki, onlar da tarixi abidə kimi qorunur. Dərinliyi 37 m təşkil edir.
Baykar Makina
Baykar Makina — 1984-cü ildə əsası Özdemir Bayraktar tərəfindən qoyulmuş Türkiyə təyyarə düzəltmə şirkəti. == Ümumi məlumat == Əsası qoyulduqdan sonra ilk illərdə şirkət mühərriklər, nasoslar və avtomobil ötürücüləri üçün hissələrin istehsalı ilə məşğul idi. 1986-cı ildə Özdemir Bayraktar tərəfindən Baykar Makina olaraq yerliləşdirməyə tabe olan həssas mühərrik, nasos və sürət qutusu hissələrinin istehsalında avtomobil sənayesinə xidmət etmək üçün yaradılmışdır.2000-ci ildən başlayaraq Baykar Makina təyyarə istehsalı sahəsində, xüsusən də pilotsuz uçuş aparatlarının (PUA) tədqiqi və istehsalı sahəsində fəaliyyət göstərməyə başladı. Özdemir Bayraktarın oğulları - Haluk, Səlçuk və Axmet ​​Bayraktar - bu işlərdə fəal iştirak edirlər.Şirkətin tədqiqat və elmi inkişaf qrupu 800 nəfərdən ibarətdir. Bunların arasına mühəndislər və texniki işçilər daxildir. == Fəaliyyəti == 2007-ci ildə şirkət ilk Türk pilotsuz kəşfiyyat dronu "Kale-Baykar Mini"ni hazırladı. Türk Quru Qoşunları Komandanlığı, şirkətlə 19 ədəd PUA sistemi almaq üçün müqavilə imzaladı. Baykar Makina, xarici müştərilərə pilotsuz uçan aparatları ixrac etməyə başlayan ilk Türkiyə şirkəti oldu. "Kale-Baykar Mini"nin ilk alıcısı Qatar oldu.Bayraktar Taktiki Sinifi PUA-ların düzəldilməsi və istehsalına görə Baykar Makina 2010-cu ildə 9-cu texnologiya mükafatını aldı. Baykar Makinanın "Taktiki uçuş idarəetmə sisteminin üç ehtiyat proqramının komponentinin inkişafı" layihəsi 2015-ci ildə Yıldız Texniki Universitetinin Texnoparkı tərəfindən təşkil edilən Texnologiya Ulduzları Mükafatları proqramında "Project Star" mükafatına layiq görülmüşdür.
Makina boğazı
Makinak boğazı- Böyük göllər akvatoriyasına daxil olan Huron gölü və Miçiqan gölünü birləşdirir. Ən dar yerdə eni 8 km təşkil edir. Boğaz üzərində Makinak asma körpüsü tikilmişdir. Bu körpü asma körpülər arasında qabaqcıl yerlərdən birini tutur. Boğazda 4 ada vardır: Bvua-Blan, Makina, Raund Aylend və Müqəddəs Yelena adalarıdır. Burada 4 mayak vardır ki, onlar da tarixi abidə kimi qorunur. Dərinliyi 37 m təşkil edir.
Akınçı
Bayraktar Akıncı — Türkiyənin “Baykar” şirkəti tərəfindən istehal edilən milli pilotsuz döyüş (PUA) təyyarəsi. Bu PUA-nın istehsalı Türkiyənin müdafiə sənayesində son illərdə reallaşdırdığı ən mühüm layihələrdən biri hesab edilir. "Akıncı" PUA-ları kifayət qədər geniş rayonlarda uzun müddət davam edən vəzifələri yerinə yetirmək üçün nəzərdə tutulan və populyarlığı getdikcə artan HALE (High Altitude Long Endurance - Böyük Yüksəklikdə Uzun Müddət) sinfinə aiddir. Bununla Türkiyə dünyada HALE sinfindən olan PUA istehsal edən 4-cü ölkəyə çevrildi. == Tarixi == “Akıncı”nın inkişaf etdirilməsinə 2017-ci ilin may ayında başlanılıb. “Akıncı” PUA-sı ilk uçuşunu 2019-cu ilin dekabr ayının 6-da həyata keçirib. İlk uçuş zamanı PUA 16 dəqiqə havada qalıb. Prototipin ikinci uçuşu isə 2020-ci ilin yanvar ayının 10-da baş tutub, həmin uçuş zamanı PUA 1 saatdan artıq havada qalmışdı. “Akıncı”nın ikinci prototipinin ilk uçuşu 2020-ci ilin avqustun 13-də həyata keçirilib. “Akıncı” PUA layihəsinin ilk tədarükünün 2020-ci ilin sonuna qədər həyata keçirilməsi planlaşdırılır.
Aleksandr Makinski
Aleksandr Makinski və ya İsgəndər xan Makinski (rus. Александр Макинский; 13 oktyabr 1900 – 24 aprel 1988) — Makuda anadan olmuş Azərbaycan kökənli amerikalı işadamı. O, Rokfeller Fondunun Fransadakı baş nümayəndəsi olmuş, sonradan Paris və Nyu-Yorkdakı fondun vitse-prezidentinin köməkçisi kimi çalışmışdır. The Coca-Cola Company-nin satış məsələləri üzrə vitse-prezidenti kimidə işləmişdir. == Həyatının erkən dövrü == O, 1900-cü ildə İran azərbaycanlılarından olan Makinski ailəsində dünyaya gəlmişdir. Onun ailəsi Makuda yaşayan Bayat tayfasına mənsub olmuşdur. Atası Paşa xan Makinski (1862–1934) Hüseyn xan Bayatın nəticəsidir. Onun anası Stefaniya Antonovna Lubielska (1878–1964) etnik polyak və Paşa xanın ikinci həyat yoldaşı olmuşdur. Makinski ailəsi arasında həm də Şura olaraq tanınmışdır. O, Paşa xan Makuya gedib qohumlarını ziyarət edərkən dünyaya gəlmişdir.
Kaoru Kakinami
Kaoru Kakinami (d. 7 may 1966) — keçmiş Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 4 oyun keçirib.
Ryusey Makiquçi
Ryusey Makiquçi (3 may 1991-ci ildə anadan olub) — ATP Çelencer Turunda iştirak edən Yaponiyalı peşəkar tennis oyunçusudur. 6 oktyabr 2014-cü ildə o, Dünya ATP reytinqində 461-ci sırada qərarlaşaraq rekorduna imza atmışdır.
Eupatorium makinoi
Eupatorium makinoi (lat. Eupatorium makinoi) — mürəkkəbçiçəklilər fəsiləsinin asırqalotu cinsinə aid biki növü.
Senecio makinoi
Senecio makinoi (lat. Senecio makinoi) — mürəkkəbçiçəklilər fəsiləsinin xaçgülü cinsinə aid biki növü.
Bayraktar Akıncı
Bayraktar Akıncı — Türkiyənin “Baykar” şirkəti tərəfindən istehal edilən milli pilotsuz döyüş (PUA) təyyarəsi. Bu PUA-nın istehsalı Türkiyənin müdafiə sənayesində son illərdə reallaşdırdığı ən mühüm layihələrdən biri hesab edilir. "Akıncı" PUA-ları kifayət qədər geniş rayonlarda uzun müddət davam edən vəzifələri yerinə yetirmək üçün nəzərdə tutulan və populyarlığı getdikcə artan HALE (High Altitude Long Endurance - Böyük Yüksəklikdə Uzun Müddət) sinfinə aiddir. Bununla Türkiyə dünyada HALE sinfindən olan PUA istehsal edən 4-cü ölkəyə çevrildi. == Tarixi == “Akıncı”nın inkişaf etdirilməsinə 2017-ci ilin may ayında başlanılıb. “Akıncı” PUA-sı ilk uçuşunu 2019-cu ilin dekabr ayının 6-da həyata keçirib. İlk uçuş zamanı PUA 16 dəqiqə havada qalıb. Prototipin ikinci uçuşu isə 2020-ci ilin yanvar ayının 10-da baş tutub, həmin uçuş zamanı PUA 1 saatdan artıq havada qalmışdı. “Akıncı”nın ikinci prototipinin ilk uçuşu 2020-ci ilin avqustun 13-də həyata keçirilib. “Akıncı” PUA layihəsinin ilk tədarükünün 2020-ci ilin sonuna qədər həyata keçirilməsi planlaşdırılır.
Mustafa Akıncı
Mustafa Akıncı (d. 28 dekabr 1947) — Şimali Kipr Türk Respublikasının 30 aprel 2015-ci ildən prezidenti. == Həyatı == 28 dekabr 1947-ci ildə Limasol şəhərində anadan olmuşdur.
Abbasəli bəy Makinski
Abbasəli bəy Bəhram bəy oğlu Makinski (4 (16) iyun 1888, İrəvan, İrəvan qəzası, İrəvan quberniyası, Rusiya imperiyası – 22 mart 1938, Bakı, Azərbaycan SSR, SSRİ) — hüquqşünas, ictimai-siyasi xadim, Azərbaycan Xalq Cümhuriyyətinin Ədliyyə Nazirliyinin müvəkkili, Xarici İşlər Nazirliyinin tərcüməçisi. == Həyatı == Abbasəli bəy Bəhram bəy oğlu Makinski 1888-ci il iyunun 16-da (köhnə təqvimlə 4-də) İrəvan quberniyasının mərkəzi İrəvan şəhərində anadan olub. O, Makinskilər soyunun nümayəndələrindən biridir. Onun soy adı Makinski bu gün İran İslam Respublikasının Qərbi Azərbaycan ostanındakı kiçik Maku şəhərindən alınıb. === Təhsili === Abbasəli bəy Makinski ilk təhsilini doğulduğu İrəvan şəhərindəki realnı məktəbdə, sonra isə Tiflisdəki klassik gimnaziyada alıb. Abbasəli bəy Makinski ali təhsil almaq üçün 1908-ci ildə Kiyev şəhərinə gedir. Ədəbiyyata böyük marağı olsa da Kiyev Universitetinin Hüquq fakültəsində oxumağa üstünlük verir. Yalnız hüquq təhsili almaqla kifayətlənmir, böyük həvəslə fransız, alman və ingilis dillərində danışmağı, latın dilində yazılmış mətnləri oxumağı öyrənir.Tələbəlik illərində özündən bir kurs aşağıda oxuyan, sonralar yazıçı Yusif Vəzir Çəmənzəminli kimi tanınan Yusif Vəzirovla dostlaşır. Onlar birlikdə Kiyevdə oxuyan azərbaycanlı tələbələrin "Zemlyaçestvo" ("Azərbaycan həmyerlilər təşkilatı") yaradırlar. Həmin təşkilatda ən fəal üzvlərdən olan Abbasəli bəy 1913-cü ildə universiteti əla qiymətlərlə bitirir.
Teymur bəy Makinski
Teymur bəy Məhəmmədqulu bəy oğlu Makinski (7 dekabr 1874, İrəvan – bilinmir, Bakı) — Azərbaycanda milli azadlıq hərəkatının fəal üzvü, ictimai-siyasi xadim, Azərbaycan Milli Şurasının üzvü. Milli Şuranın "Məclisi-Məbusanının təsisi haqqında qanun"na (1918, 19 noyabr) əsasən, seçkisiz Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin tərkibinə daxil edilmişdir. Makinskilər ailəsinin üzvü olan Teymur bəy Azərbaycan Xalq Cümhuriyyətinin ədliyyə naziri olmuşdur. == Həyatının erkən dövrü == 18 aprel 1874-cü ildə İrəvan quberniyasının Sürməli qəzasının Mələkli kəndində dünyaya gəlmişdir. Atası Məhəmmədqulu bəyin əsli Cənubi Azərbaycanın Maku şəhərindən idi. Bayat tayfasından olan ailə Maku xanlığının əsasını qoymuş və onu idarə etmişdilər. Məhəmmədqulu bəyin atası Mehdiqulu bəy praporçik rütbəsi ilə İrəvan quberniyasında hərbçi kimi xidmət etmişdir. Teymur bəyin iki qardaşı olmuşdur. Onlardan biri olan Zülfiqar bəy Ermənistan Respublikasında deputat və AXC-in Himayədarlıq Nazirliyinin oradakı nümayəndəsi kimi çalışmışdır. Digər qardaşları Ağa bəy də millət vəkilliyi üçün namizəd olsa da, uğursuz olmuşdur.
Zülfüqar bəy Makinski
Zülfüqar bəy Məhəmmədqulu bəy oğlu Makinski (d. 1885; İrəvan şəhəri, İrəvan quberniyası, Rusiya imperiyası - ö. 1923-cü ildən sonra) — Azərbaycan himayədarlıq nazirinin Ermənistandakı müvəkkili, Ermənistan Demokratik Respublikası Parlamentinin I çağırış deputatı, Azərbaycan SSR-ın Ərzaq Nazirliyinin maliyyə şöbəsinin müdiri, Makinskilər ailəsinin üzvü və Teymur bəy Makinskinin qardaşı. == Həyatı == Zülfüqar bəy Makinski 1904-cü ildən Peterburq Universitetinin hüquq fakültəsində təhsil almağa başlamış və 1911-ci ildə oranı bitirmişdir. Universitet təhsilini başa vurduqdan sonra vəkil olaraq çalışmağa başlamışdır.Ailəsinin əsli Cənubi Azərbaycanın Maku xanlığına dayanmaqdadır. Oğuz türklərinin Bayat tayfasından olan Maku xanlarının bir qolu XIX əsrdə İrəvanda məskunlaşmışdı. Zülfüqar bəy Makinski bu ailənin nümayəndəsidir. == Siyasi fəaliyyəti == 1918-ci ildə Ermənistan Demokratik Respublikasının seçkisiz formalaşmış Parlamentində müsəlman əhalinin sayı hesabına seçilmiş 6 deputatdan (Əsəd bəy Ağabababəyov, Mirbağır Mirbabayev, Seyid Rza Mirbababəyov, Mirzə Cabbar Məmmədzadə, Əşrəf ağa İsmayılov, Zülfüqar bəy Makinski) biri idi. 21–23 iyun 1919-cu ildə Ermənistanın tarixində ilk milli seçkilər keçirildi. Seçkidə ermənilər, müsəlmanlar (azərbaycanlılar), kürdlər və aysorlar iştirak edirdi.
Əhməd xan Makinski
Əhməd xan Makinski — Rusiya İmperator Ordusunun hərbiçisi, mayor. == Həyatı == Hüseyn xanın oğlanlarından biri Əhməd xan İrəvan şəhərinə köçərək burda məskunlaşdı. Onnu törəmələri xanlıq dönəmində Bayati-Maku, rus üsul-iadəsi dövründə Makinski soyadı daşıyırdılar. İrəvanlı Əhməd xan (1794-?) dövrünün açıq fikirli, mükəmməl təhsilli, bacarıqlı hərbçisi olub. Qədim Bayat tayfasından olan Əhməd xan Makinski rus ordusunun çar imperiyasında sayılıb-seçilən hərbçilərindən olub. Mayor rütbəsində istefaya çıxan Əhməd xanın Şükür xan, Xurşid xanım və Süleyman xan (1819-1862) və digər övladları sənədlərdə qeyd olunub.
Pənah xan Makinski
Pənah xan Makinski — məşhur Makinskilər ailəsinin üzvü, Maku xanları nəslinə mənsub İrəvan şəhərinin məşhur bəylərindən biri. O, İrəvan şəhər Dumasının deputatı, kollej müşaviri kimi vəzifələrdə çalışmış və şəhərdə xeyriyyəçiliklə məşğul olmuşdur. == Həyatı == Maku xanı Əhməd xan oğlu Hüseyn xandan olma nəvəsi olan Əhməd xan Qacar imperiyasından Rusiya imperiyasına köç etmiş və İrəvan şəhərində məşkunlaşmışdır. Bundan sonra ailə həm də Makinskilər adlandırılmağa başlamışdır. Əhməd xanın oğlu Süleyman xan (1819–1862) Pənah xanın atasıdır. Beləliklə, Pənah xan mənşəcə Oğuzların Bayat tayfasına mənsub olmaqla birlikdə, Maku xanları ailəsinə mənsubdur.Pənah xan ibtidai təhsilini molla yanında almış, daha sonra şəhər məkttəbini və gimnaziyanı bitirmişdir. Bir qədər sonra İrəvan şəhər dumasındakı azsaylı müsəlman deputatlardan biri olmuşdur. İrəvan şəhərinin sosial həyatında aktiv rol oynamış, xeyriyyəçiliklə və maarifçiliklə məşğul olmuşdur. XX əsrin əvvəllərindən başlayaraq azərbaycanlı teatr həvəskarlarının İrəvan şəhərində tamaşalar üçün toplandıqları məkanlardan biri də Pənah xan Makinskinin evi olmuşdur. Həmin tamaşaların arasında Mirzə Fətəli Axundzadənin "Müsyö Jordan və dərviş Məstəli şah" (1901, 1903, 1904, 1905, 1906), Vasaq Mədətov Nəzminin "Qırt-qırt" (1900, 1903), "Tamahkarılq düşmən qazanır" (1903, 1905, 1906), Nəcəf bəy Vəzirovun "Hacı Qənbər" (1904, 1908), "Ev tərbiyəsinin bir şəkli" (1905, 1906, 1908), Rüstəm xanın "Əqdi biməhəbbət" (1906), Namiq Kamalın "Vətən" (1908), Əbdürrəhim bəy Haqverdiyevin "Bəxtsiz cavan" (1909, 1910) pyesləri var idi.
Lagenaria leucantha var. makinoi
Adi su qabağı (lat. Lagenaria siceraria) — bitkilər aləminin balqabaqçiçəklilər dəstəsinin balqabaqkimilər fəsiləsinin su qabağı cinsinə aid bitki növü. == Arealı == Vətəni Afrikadır. Birevli, bircinsiyyətli çiçəkləri yarpaq qoltuğunda tək-tək yerləşir. Meyvəsinin uzunluğu 20—90 sm, diametri orta hesabla 20—30 sm-dir. Hər iki yarımkürənin tropik və subtropiklərində qədimdən yetişdirilir. Azərbaycanın bir çox rayonlarında meyvəsinə görə, bəzən də dekorativ bitki kimi becərilir. == Sinonimləri == Cucumis bicirrha J.R.Forst. ex Guill. Cucumis lagenaria (L.) Dumort.