Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Manastır vilayəti
Manastır vilayəti — Osmanlı İmperiyası tərkibində, 1864–1913–cü illərdə mövcud olmuş I dərəcəli inzibati–ərazi vahidi. İnzibati mərkəzi Manastır şəhəri idi.
Bruno Manser
Bruno Manser (25 avqust 1954[…], Bazel – 10 mart 2005, Borneo) İsveçrə ətraf mühit aktivisti olub. 1984-cü ildən 1990-cı ilə kimi Malasiyanın Penan qəbiləsində (Sarawak ştatı) yaşayıb və ağac tədarükü edən şirkətlərə qarşı dəfələrlə mübarizələr təşkil edib. 1990-cı ildən başlayaraq o, tropik meşələrin qorunması və yerli xalqların, xüsusən də Penanlıların insan hüquqları uğrunda ictimai fəaliyyətə başladı və bu fəaliyyəti onunla Malaziya hökuməti arasında münaqişəyə səbəb oldu. O, 1991-ci ildə İsveçrə qeyri-hökumət təşkilatı (QHT) Bruno Manser Fondunu yaradır. Bruno Manser 2000-ci ilin mayında Sarawaka son səfəri zamanı yoxa çıxır və ölü olduğu qəbul olunur. == Gənclik illəri və təhsili == Bruno Manser 25.08.1954-cü ildə Bazeldə çox uşaqlı ailədə doğulub. Manser gənclik illərində müstəqil düşüncəli insan olub. Manser Mahatma Qandinin (Satyagraha) şiddətə qarşı olan idelogiyalarının dönməz tərəfdarları olaraq İsveçrə ordusunda məcburi hərbi xidmət keçməkdən imtina etdiyi üçün 19 yaşında 3 ay Lucerne həbsxanasında qalmalı olmuşdur. 1973-cü ildə həbsxananı tərk etdikdən sonra o, İsveçrə Alp otlaqlarında 12 il xırda və iri buynuzlu maldarlıqla məşğul olur. Manser bu dövrdə əl işləri, müalicə və mağaralar ilə maraqlanır.
Mansur (Uçalı)
Mansur (başq. Мансур, rus. Мансурово) — Başqırdıstan Respublikasının Uçalı rayonunda yerləşən kənd. Kənd Mansur kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Uçalı): 32 km, ən yaxın dəmiryol stansiyasından (Şartım stansiyası): 5 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (84 %) üstünlük təşkil edir.
Mansur Mansurov
Mansur Əbdül oğlu Mansurov (13 avqust 1944, Bakı – 22 aprel 2020, Bakı) — A.Şaiq adına Azərbaycan Dövlət Kukla teatrının aparıcı səhnə ustası, Azərbaycan Respublikasının əməkdar artisti (2012). == Həyatı == Mansur Mansurov 13 avqust 1944-cü ildə Bakı şəhərində doğulub. 190 saylı məktəbdə oxuyub (1950-1960). Bakı kitabxanaçılıq texnikumunun aktyor-rejissorluq fakultəsində təhsil alıb (1963-1966). İxtisas aldığı illərdə və sonrakı vaxtlarda Bayıl və Tibb işçiləri mədəniyyət evlərinin xalq teatrında çalışıb, rejissor olub. 1970-ci ildən ömrünün sonuna qədər Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla teatrında çalışıb.Uzun müddət teatrın səhnə ustası olmuşdur. Repertuarın əsasını təşkil edən tamaşalarda silsilə rolların ifaçısıdır. Əli Səmədlinin "Cubbulunun çərpələngi" tamaşasında Div, Abdulla Şaiqin "Tıq-tıq xanım" tamaşasında Siçan bəy, "Yaxşı arxa" tamaşasında Tülkü, Rəhman Əlizadənin "Dəcəl çəpişlər belə-belə işlər" tamaşasında Cangüdən, "Bilqamıs əfsanəsi" tamaşasında İlan, Odlu, E.Quliyev və A.Əbilovun "Dədə Qorqud" tamaşasında Ağsaqqal, N.Zamanov və M.Məmmədov "Səfərin nağılı" tamaşasında Rəmmal, N.Qarnet "Ələddinin sehirli çırağı" tamaşasında Cin, S.Marşal "Bu ev kimin evidir?" tamaşasında Kirpi, Ə.Vəliyevin "Madarın dastanı" tamaşasında Vəzir, F.Məmmədovun "Tələ quran özü düşər" tamaşasında Alabaş, Əli Səmədlinin "Artıq tamah baş yarar" tamaşasında Səməndər, H.Ziya "Əkiz qardaşlar" tamaşasında Cin, Kədi, T.Mütəllibov "Meşə nağılı" tamaşasında Dələ, "Danışan qayalar" tamaşasında Şakir, Y.Oleşa "Üç gombul" tamaşasında Tibul, Mirvarid Dilbazinin "Göyçək Fatma" tamaşasında Elçin, Xanımana Əlibəylinin "Cunquş" tamaşasında Vəli baba, Mirmehdi Seyidzadənin "Sehirli nar" tamaşasında Vüqar və Mərcan, Əyyub Abbasovun "Keçinin qisası" tamaşasında Qurd, Vaymil Rabadanın "Zəncirlənmiş Pəri" tamaşasında Zalım, Anarın "Qaravəlli" tamaşasında Abbas Abbasov, Üzeyir Hacıbəyovun "O olmasın, bu olsun" tamaşasında Məşədi İbad, Rada Moskovanın "Hara qaçırsan, dayça?" tamaşasında Madyan, Şahmar Hüseynovun "Sehirli güzgü" tamaşasında Zalım, Mərkəz Quliyevin "Dovşanın məhkəməsi" tamaşasında Çaqqal, Firidun Qurbansoy və Bəhrəm Basqallının "Canım Qırat, Gözüm Dürat" tamaşasında Gavur çarı, Mirmehdi Seyidzadənin "Cırtan" tamaşasında Div, Mişşi Yuxmanın "Həsir oğlan" tamaşasında Mısmırıq, Eldar Baxışın "Məlikməmməd" tamaşasında Məlikməmməd, Rəhman Rəhmanovun "Rəhmanın nağılı" tamaşasında Əzazil, Karlo Qostinin "Şahzadə Turandot" tamaşasında Briqela, Pantalone rollarını xüsusi qeyd etmək olar. Kukla teatrının Yəmən, Hindistan, İran, Moskva qastrollarında, beynəlxalq festivallarda iştirak edib. 2012-ci ildə "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adına layiq görülmüşdür.
Mansur Piriyev
Mansur Piriyev — Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya Təminatı və İnnovativ Həllər şöbəsinin müdiri. == Həyatı == Piriyev Mansur Şahmar oğlu 3 fevral 1979-cu ildə Azərbaycan Respublikası Ağcabədi rayonu, Yuxarı Qiyaməddinli kəndində anadan olub. Bakı Dövlət Universitetinin (BDU) Sosial elmlər və psixologiya fakültəsini, BDU-nun Tarix fakültəsini fərqlənmə diplomu ilə və BDU-nun Sosial-fəlsəfə ixtisası üzrə magistraturasını bitirib. Tələbə olduğu illər ərzində bir çox mətbuat orqanlarında çalışmış, KİV-də bir sıra rəhbər vəzifələrdə mövqe tutmuşdur. == Fəaliyyəti == Tələbəlik illərində bir sıra qəzet və jurnallarda müxbir və məsul vəzifələrdə fəaliyyət göstərmişdir. 1998-ci ildən 2002-ci ilədək Azərbaycan Dövlət Dillər Universitetinin tədris şöbəsində mütəxəssis, 2005-2006-cı illərdə İctimai Televiziya və Radio Yayımları Şirkətində Radionun elm-təhsil verilişləri departamentinin redaktoru, eyni zamanda "Qarabağnamə", "Zəng", "Həyat tərzi" adlı radio verilişlərinin müəllifi və aparıcısı olmuşdur. 2006-2008-ci illərdə İctimai Televiziyanın elm-təhsil verilişləri departamentinin redaktoru kimi fəaliyyət göstərmiş və "Rəqəmsal dünya", "Hüquq müstəvisi", "Teleportret", "Açıq dərs" və. s verilişlərdə redaktor, aparıcı və ssenari müəllifi kimi çalışmışdır. 2010-cu ildən 2016-cı ilədək dövlət qulluqçusu kimi Fövqəladə Hallar Nazirliyində Təbliğat və Təşkilat sektorunun müdiri vəzifəsində çalışmışdır. 2016-cı ildən 2018-ci ilədək BakuBus MMC nin Mətbuat və ictimaiyyətlə əlqələr şöbəsinin müdiri, 2018-ci ilin may ayından etibarən Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya Təminatı və İnnovativ Həllər şöbəsinin müdiri vəzifəsində çalışır.
Mansur Teymurov
Mansur Yavaş
Mansur Yavaş (23 may 1955, Beypazarı, Ankara ili) — Türkiyə siyasətçisi, vəkil. Ankara Böyükşəhər Bələdiyyəsinin başçısı. 2019-cu ildə Ankara bələdiyyə seçkilərində Millət İttifaqı namizədi olaraq seçilmişdir. Siyasi fəaliyyətinə Milliyətçi Hərəkat Partiyasında başlayan Mənsur Yavaş, 1999-cu ildə bələdiyyə seçkilərində Beypazarı bələdiyyə başçısı seçilmiş, 2009-cu ildəki bələdiyyə seçkilərinə qədər bu vəzifəsini icra etmişdir. 2013-cü ildə partiyasından ayrılaraq Cümhuriyyət Xalq partiyasına üzv olmuşdur. 2014-cu ildə Ankara bələdiyyə seçkilərində sədr namizədi olaraq iştirak etmiş və 1 xal fərqi ilə dövrün bələdiyyə sədri Melih Gökçəkə məğlub olmuşdur. 2016-cı ildə Cümhuriyyət Xalq Partiyasından ayrılmış və 2018-ci ildə təkrar partiyaya qayıtmışdır. 2019-cu ildə Ankara bələdiyyə seçkilərinə Millət İttifaqı namizədi olaraq qatılmış və səslərin %50,9-unu yığaraq qalib gəlmişdir. O, COVİD-19 pandemiyası zamanı apardığı siyasət və balanslaşdırılmış büdcə xərclərinə görə ölkə daxilində böyük nüfuz qazanmışdır. Aparılan sorğulara görə, o, 2023-cü ildə keçiriləcək prezident seçkilərində indiki prezident Rəcəb Tayyib Ərdoğana qarşı rəqabət apara biləcək ən nüfuzlu namizədlərdən biri idi.
Mirzə Mansur
Mirzə Mansur Məşədi Məlik oğlu Mansurov (5 yanvar 1887, Bakı – 30 iyun 1967, Bakı) — azərbaycanlı tarzən, pedaqoq, Azərbaycan SSR Əməkdar incəsənət xadimi (1940). Mirzə Mansur 5 yanvar 1887-ci ildə Bakı şəhərində anadan olmuşdur. O, on bir yaşında Sınıq-qala məscidindəki mədrəsədə təhsil alaraq fars dilini mükəmməl öyrənmişdir. Təhsilini rus-tatar məktəbində davam etdirən tarzən burada dörd il təhsil almışdır. Mirzə Mansurun atası Məşədi Məlik bəyin Bakı muğam məclislərinin yaradıcısı kimi tanınır. O, bir sıra musiqi alətlərində - tar, kamança, tütək ifa edirdi. Həmçinin anası Soltan Bəyim və böyük qardaşı Məşədi Süleyman da saz çalırdı. Belə bir mühitdə böyüyən Mirzə Mansurun tara olan meyli artmış və musiqiçi olmağa qərar vermişdi. Kiçik yaşlarından tar çalmağa başlayan Mirzə Mansur ilk tar dərslərini tarzən Mirzə Fərəc Rzayevdən almışdır. Onun ilk ifa etdiyi muğamlar "Şur" və "Rast" muğamları olmuşdur.
Riim Mansur
Riim Mansur (20 dekabr 1993, Cizə) — Misirli oxatan. Riim Mansur Misiri 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. Riim Mansur birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında fərdi yarışlarda, 1/32 final mərhələsində Çin Taybeyinin nümayəndəsi Lin Şih-çia ilə üz-üzə gəldi. Həmin görüşdə Riim Mansur rəqibinə 0:6 hesabı ilə uduzdu.
İlhan Mansız
İlhan Mansız (10 avqust 1975) — keçmiş türk futbolçu. İlhan Mansız Türkiyə milli futbol komandasının heyətində 2002-ci ildə Cənubi Koreya və Yaponiyada keçirilmiş Futbol üzrə dünya çempionatında bürünc medal qazanmışdır. "Samuray" ləqəbi də ona həmin çempionat vaxtı yaponlar tərəfindən verilmişdir. Yaponların sevgisini nəzərə alan futbolçu 2004-cü ildə "Beşiktaş"dan Yaponiyanın "Vissel Kobe" klubuna transfer olunmuşdur. Bundan sonra Almaniyanın Herta klubunda oynamışdır. 2005/2006 mövsümündə Ankaragücünün heyətində çıxış etmişdir. Amma Almaniyada keçirdiyi avtomobil qəzasından sonra sağlamlığını tam bərpa edə bilməmiş və 2006-cı ildə peşəkar karyerasını "Ankaragücü"nün heyətində başa vurduğunu elan etmişdir. Bununla belə futbolçu 2009-cu ildə yenidən futbola qayıtmaq fikrinə düşmüş, Almaniya çempionatının ikinci liqasında mübarizə aparan "Münhen 1860" klubuna baxışa yollanmışdır. Klubun ucuz qiymətə futbolçu axtarışı türk futbolçunu həvəsləndirmişdir. O, jurnalistlərə açıqlamasında qarşısına ciddi məqsədlər qoyduğunu bildirmişdir: "Yenidən özümü sübut etmək istəyirəm".
Hawdıqo Mansur
Mansur Olson
Mansur Lloyd Olson (kiçik) (ing. Mancur Lloyd Olson Jr.; 22 yanvar 1932[…] – 19 fevral 1998[…]) — Amerikalı iqtisadçı, Merilend Universitetinin iqtisadiyyat professoru, 1972–1974-cü illərdə İctimai Seçim Cəmiyyətinin prezidenti. == Bioqrafiyası == 22 yanvar 1932-ci ildə Şimali Dakota ştatının Qrand Forks şəhərində (ABŞ) anadan olub. O, 1954-cü ildə Şimali Dakota Dövlət Universitetində Şimali Dakota Kənd Təsərrüfatı Kollecini Elmlər üzrə Bakalavr dərəcəsi ilə, 1960-cı ildə isə Rodos Təqaüdçüsü kimi Oksford Universitetində Universitet Kollecini İncəsənət Magistr dərəcəsi ilə bitirmişdir. 1963-cü ildə Harvard Universitetində fəlsəfə doktoru oldu. == Elmə töhfəsi == Olson, kollektiv fəaliyyət nəzəriyyəsi və maraq qrupları mövzusundakı işində qeyd etdi: qruplar qrup üzvləri üçün ictimai mal yaradır və frirayder effekti yaradır; kiçik qruplar böyük qruplardan daha effektivdir; sərbəst atlı təsirini aradan qaldıraraq, demokratik prosesin majoritar prinsiplərinə baxmayaraq, kiçik qruplar milli məhsulu öz xeyrinə yenidən bölüşdürür; böyük qrupların ümumi maraqlar çərçivəsində işləməsinə üç amil mane olur: ümumi faydada fərdin kiçik payı; alt qrupun (şəxsin) ictimai sərvətində kiçik bir pay onlara ictimai sərvətin əldə edilməsi ilə bağlı bütün xərcləri öz üzərinə götürməyə imkan vermir; təşkilat yaratmaq üçün yüksək ilkin (minimum) xərclər. Olson iştirakçı qruplarının (maraqlarının) təsnifatını təklif etdi: imtiyazlı — hər kəsin (və ya ən azı birinin) bütün xərcləri öz üzərinə götürmək lazım olsa belə, ictimai sərvəti əldə etmək motivi var; aralıq — iştirakçılardan heç biri ümumi faydanın əhəmiyyətli hissəsini almır; latent — hərəkətlərin (hərəkətsizliyin) digər iştirakçılara əhəmiyyətli dərəcədə təsir göstərmədiyi böyük bir qrup; unudulmuş — əlaqəsi olmayan nizamsız üzvlər və heç bir tədbir görməyən qrup. Olson öz dövlət yaradılması nəzəriyyəsini irəli sürdü: yalnız seçmə (şəxsi) motiv (təşviq və ya məcburetmə) gizli qrupa mənsub olan fərdləri onun maraqlarına uyğun hərəkət etməyə sövq edir; gizli qrupda selektiv motiv müəyyən bir əlavə məhsuldur ki, bu da alt qrup (fərdi) üçün əlavə effekt əldə etməyə imkan verir; "institusional skleroz" — siyasi sakitlik dövrü frirayder effekti yaradılmasına mane olan proseslərin inkişafına kömək edir; dövlət zorakılığın təşkilində başqalarından üstün olan quldurlar tərəfindən yaradılır: anarxiya şəraitində əhalidən ələ keçirilən gəliri maksimum dərəcədə artıran və nəzarət edilən ərazidə ələ keçirmələri inhisara alan köçəri quldurlar və sonradan məskunlaşan quldurlar arasında rəqabət var. əhalidən ələ keçirilən gəlirləri optimallaşdırmaq, ictimai sərvətlər yaratmağa başlamaq, qənaət etmək və investisiya qoymaq, bu da dövlət nizamının yaradılmasına, quldurların avtokratik hökmdarlara çevrilməsinə şərait yaradır; inkişaf etməmiş ölkələr ticarət və ixtisaslaşma yolu ilə sosial əməkdaşlıqdan bəhrələnməyə imkan verən institutlar yaratmaqla, mülkiyyət hüquqlarını qorumaqla və müqavilələrə zəmanət verməklə öz sərvətlərini artıra bilərlər.
Mirzə Mansur Mansurov
Mirzə Mansur Məşədi Məlik oğlu Mansurov (5 yanvar 1887, Bakı – 30 iyun 1967, Bakı) — azərbaycanlı tarzən, pedaqoq, Azərbaycan SSR Əməkdar incəsənət xadimi (1940). Mirzə Mansur 5 yanvar 1887-ci ildə Bakı şəhərində anadan olmuşdur. O, on bir yaşında Sınıq-qala məscidindəki mədrəsədə təhsil alaraq fars dilini mükəmməl öyrənmişdir. Təhsilini rus-tatar məktəbində davam etdirən tarzən burada dörd il təhsil almışdır. Mirzə Mansurun atası Məşədi Məlik bəyin Bakı muğam məclislərinin yaradıcısı kimi tanınır. O, bir sıra musiqi alətlərində - tar, kamança, tütək ifa edirdi. Həmçinin anası Soltan Bəyim və böyük qardaşı Məşədi Süleyman da saz çalırdı. Belə bir mühitdə böyüyən Mirzə Mansurun tara olan meyli artmış və musiqiçi olmağa qərar vermişdi. Kiçik yaşlarından tar çalmağa başlayan Mirzə Mansur ilk tar dərslərini tarzən Mirzə Fərəc Rzayevdən almışdır. Onun ilk ifa etdiyi muğamlar "Şur" və "Rast" muğamları olmuşdur.
Mirzə Mansur küçəsi
Mirzə Mansur küçəsi — Bakıda, İçərişəhər tarixi rayonundakı bir küçə. 2-ci Qala küçəsindən Firdovsi küçəsinə qədər. Köhnə rus küçəsi — Tverskaya. Azərbaycan ərazisində sənədləşdirilmiş tarixli memarlıq abidələrindən ən qədim olan Məhəmməd məscididir (1078–1079). Bu binanın müştərisinin adı da bilinir — ustad Məhəmməd oğlu Əbu Bekrdir. Məscidin minarəsi "Sınıqqala" (məhv edilmiş qüllə) kimi tanınır. 1723-cü il hadisələrindən sonra, general-mayor Matyuşkinin əmri ilə 15 gəminin Rusiyanın hərbi heyətinə gəldiyi şəhərə yaxınlaşdı və qarnizonun təslim olmasını tələb etdi və imtina edildikdən sonra şəhərə hücum etməyə başladı. Mərmər məscidin minarəsinə çarparaq zərər verdi. Rusiya ordusunun gəmiləri, müdafiəçilər tərəfindən Allahın müdafiəsi kimi qəbul edilən fırtına küləyi ilə sahildən alındı. XIX əsrin ortalarına qədər məscidin minarəsi bərpa edilmədi.
Əliabad (Siyah Mansur)
Əliabad (fars. علي آباد‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 230 nəfər yaşayır (49 ailə). Əhalisini kürdlər təşkil edir.
Manaşid
Mənəşli (əvvəlki adı: Manaşid) — Azərbaycan Respublikasının Goranboy rayonunun Mənəşli kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Goranboy rayonunun Manaşid kəndi Mənəşli kəndi adlandırılmışdır. == Tarixi == == Toponimikası == Mənəşli kəndi dağətəyiə ərazidədir. XIX əsrdə Çar Rusiyası Azərbaycanı işğal etdikdən sonra burada Türkiyənin Qars vilayətindən və Gürcüstandan gəlmə ermənilər yerləşdirilmiş və kənd bir müddət Manaşid adlandırılmışdır. 1992-ci ildən Mənəşli kimi rəsmiləşdirilmişdir. Mənəş türk dillərində "gözal surət, görünüş, mənzərə" deməkdir. Oykonim "mənzərəli", "gözəl görünüşlü" mənasındadır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 244 nəfər əhali yaşayır.
Əbu Mansur əl Matüridi
Əbu Mənsur əl Mətüridi (tam adı: Muhəmməd bin Muhəmməd bin Mahmud əbu Mənsur əl-Səmərqəndi əl-Maturidi əl-Hənəfi; (təq. 852 – 944[…], Səmərqənd, Mavəraünnəhr, Abbasilər xilafəti) — Hənəfi fiqhi məzhəbindən olanların əksəriyyətinin etiqad (inanc) imamı, tanınmış alim, türk, islam filosofu, Maturidiyyə (maturidilik) etiqadi məzhəbin banisi. Özbəkistanın Səmərqənd şəhəri yaxınlığındakı Mətürid kəndində anadan olub. Türk mədəniyyət muhitində yetişən və daha çox türklər arasında tanınan, bununla belə bəzi fikirləri dünyada yayılmış türk din adamıdır. Onun həyati barədə çox dərin qaynaqlar yoxdur. Bəzi mənbələrdə "Səmərqəndi" kimi də xatırlanır. Maturidi fiqhi məsələlərdə imam Əbu Hənifənin yolunu davam etdirsə də, əqidə məsələlərində isə yeni etiqadi məzhəbin banisi sayılır. əl-Maturidi hicri 238-ci (miladi 852-ci) ildə Türküstanda Səmərqənd şəhəri yaxınlığındakı bir kənddə türk ailəsində doğulmuşdur. Maturidi hesab edirdi ki, sələfin vaxtında olmayan və yeni ortaya çıxan bidətçi təriqətlərə, xüsusən də dində yalnız ağıla üstünlük verən Mötəziləyə qarşı sələfin (peyğəmbər səhabələrinin və onların davamçısı olan tabiinlərin) metodu ilə çıxmaq, əhli-sünnət inancını qorumaq yolunda çətin olduğu üçün inanc mövzusunda, ayə və hədislərlə yanaşı ağıla da yer vermək, Sünnənin mənbələri ilə yanaşı əqli açıqlamalar da edərək məsələnin daha yaxşı başa düşülməsi və qəbul edilməsi üçün əvvəlki alimlərin, xüsusən də fiqhi məzhəb imamlarının — imam Malikin, imam Şafinin, imam əbu-Hənifənin, imam Əhməd ibn Hənbəlin istifadə etmədiyi üsullardan istifadə etmək zərurətə çevrilmişdir.
Əz-Zubeyr Rəhma Mansur
Əz-Zubeyr Rəhma Mansur həmçinin Sebehr Rəhma və Rəhma Zubeyr (ərəb. الزبير رحمة منصور‎; 1830 – 1913) — XIX əsrin sonlarında yaşayan sudanlı ərəb qul taciri, daha sonra paşa və Sudanlı məmur. General Çarlz Qordonun düşməni kimi şöhrəti ona İngiltərədə demək olar ki, mistik bir status qazandırdı, burada o, "ən zəngin və ən pis", "quldarların kralı" kimi xatırlanır. Əz-Zubeyr Rəhma Mansur 1830-cu ildə Sudanda anadan olub. Rəhma Şimali Sudanın ərəb qəbiləsi olan Gemaab Ja-alin qəbiləsindən idi. O, 1856-cı ildə kiçik bir ordu ilə Xartumu tərk edərək, qul ticarəti və fil sümüyü ticarəti ilə məşğul olmağa başladı. Bunun üçün o, seriblər kimi tanınan ticarət qalaları şəbəkəsi qurmuşdu. 1871-ci ildə, hakimiyyətinin ən güclü vaxtında alman səyahı və alimi Georg Şeinfurt Rəhmanı ziyarət etdi. Şeinfurt onun sarayını "şahzadəninkindən bir az kiçik" kimi təsvir edib. İki il sonra o, illik fil sümüyü vergisi müqabilində Bəhr əl-Qəzalın qubernatorluğuna layiq görüldü.
Canqır
Canqır (fars. جانقور‎) — İranın Şərqi Azərbaycan ostanının Təbriz şəhristanı ərazisinə daxil olan kənd. Kəndin ətrafı bağlarla əhatə olunub. Kənddə Pəhləvilər dövründə Rza şah üçün iqamətgah da inşa olunmuşdur. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 916 nəfər yaşayır (223 ailə). Kənd əhalisi Azərbaycanlılardan ibarətdir və Azərbaycan dilində danışırlar.
Bеli-Mаnаstir
Pantsir-S1
Pantsir-S1 (rus. Панцирь-С1, NATO kod adı: SA-22 Greyhound) — Rusiyanın Tula şəhərində yerləşən KBP korporasiyası tərəfindən istehsal olunan qısa-orta mənzilli zenit-artilleriya və zenit-raket kompleksi. Bu kompleks ən müasir hava hücumundan müdafiə texnologiyaları və müasir radarla təchiz olunub. Pantsir-S1 hərbi, sənaye və inzibati təsisatları aşağı və çox aşağı hündürlükdə uçuş həyata keçirmək qabiliyyətinə sahib olan təyyarə, helikopter, yüksək dəqiqlikli mərmi, qanadlı raket və PUA-lardan qorumaq, həmçinin digər hava hücumundan müdafiə sistemlərinin təhlükəsizliyini təmin etmək məqsədilə istifadə olunur. 1995-ci ildə ilk hazırlanmış variant 1L36 radarı ilə təchiz olunmuşdu. Bu radar sonradan başqa bir sistemlə əvəz edilmişdir. Bu qısa və orta mənzilli hava hücumundan müdafiə sistemi təkərli və ya tırtıllı maşınların üzərində yerləşdirilə bilər. Sistemin hava hücumundan müdafiə komplektinə avtomatik zenit-artilleriya topu, səth-hava raketləri, radar və ya optik axtarış sistemi və radio-nəzarət məntəqəsi daxildir. Sistemin əsas məqsədləri həm mülki və hərbi təyinatlı nöqtələri düşmən hücumundan müdafiə etmək, həm də motoatıcı və ya mexanikləşdirilmiş qoşunları alay səviyyəsində müdafiə etməkdən ibarətdir. Əsas üstünlüklərindən biri xeyli aşağı hündürlükdən uçan hədəflərin məhv edilməsi imkanının olmasıdır.
Xanəşir (Nir)
Xanəşir (fars. خانه شير‎) — İranın Ərdəbil ostanının Nir şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 441 nəfər yaşayır (107 ailə).
Beli-Manastir
Bеli-Mаnаstir — Оsiеçkо-Bаrаnskаya bölgəsinin Bаrаnskаya hissəsinin şərqindəki şəhərdir. Macarlar əhalinin əksəriyyətini təşkil edir. Əhalisi (2011-ci il siyahıyaalma məlumatlarına görə) 10,068 nəfərdir.
Manuşi Çxillar
Manuşi Çxillar (14 may 1997) — Hindistanlı model; 2017-ci ilin Dünya Gözəli == Həyatı == Manuşi Çxillar 14 may 1997-ci ildə Hindistanın Haryana ştatında həkim ailəsində anadan olmuşdur.
Tyto manusi
Manus alabayquşu (lat. Tyto manusi) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin bayquşkimilər dəstəsinin alabayquşlar fəsiləsinin alabayquş cinsinə aid heyvan növü.
Qoşaqışlaq-i Mansur və Rəhman (Biləsuvar)
Qoşaqışlaq-i Mansur və Rəhman (fars. قوشاقشلاق منصورورحمان‎) — İranın Ərdəbil ostanının Biləsuvar şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 130 nəfər yaşayır (23 ailə).
Mansi dili
Mansi dili (köhnə adı voqul dili Vagil (Voqulka) — mansi dilində Vool) çayının adından götürülüb) — mansi xalqının dili. Mansilər fin-uqor dilləri ailəsinin uqor yarımailəsinin ob-uqor qrupuna aiddir. Təxmini hesablamara görə mansi dilini ana dili kimi 37,1 % təşkil edir. Rus dilini doğma dil kimi 62 %, 1 %-dən azı sibir-tatar dili, komi, xantı və nenes dillərini qəbul edir. Tədqiqatlara görə mansı dili ural dillərindən ən çox macar dilinə yaxınır. Oxşarlıq leksikda, qramatikada və fonetikada özünü göstərir. == Dialektlər == 4 dialekt qrupu var: Şimal (Sosva, Lyapin və Yuxarı Lozva çayları sahillərində) Qərb (orta və aşağı Lozva, Pelm) Şərq (Konda üzrə) Cənub (Tavda üzrə). Ərazi böyülüyünə görə dialektlər arasında fərq çox güclüdür. Sosvin və kondin dialketlər arasında fərq isə həddən artıq böyükdür. Ədəbi mansı dilinin əsası kimi sosvin dialekti götürülüb.
Xantı-Mansi
Xantı-Mansi ya da İştək-Voğul (tatar. Иштәк-Вогул, İştək-Voğul)— Rusiya Federasiyasında yerləşən şəhər Xantı-Mansi muxtar dairəsinə daxildir.