Asiya qıtəsinin faydalı qazıntıları
Asiya qitəsi faydalı qazıntılarla olduqca zəngindir.Ayrı-ayrı geoliji formasiyalar və geosinklinal sahələrlə müxtəlif filiz,qeyri-filiz faydalı qazıntı yataqları əlaqədardır. Asiyada qeyri-filiz faydalı qazıntılardan daş kömür və neftin olduqca böyük ehtiyatları vardır.
== Daş kömür ==
Daş kömürün böyük yataqları şimal və şimal-qərbdə Tunqus, Lena, Çeremxova, Kuznetsk hövzələri, Karaqanda, Saxalin və s.yerlərdədir. Xarici Asiyada isə daş kömür yataqları Yaponiyada,Şimal-Şərqi Çində, Koreyada, Hindistanda və s. ölkələrdədir.
== Neft-qaz ==
Neft-qaz ehtiyatları Qərbi-Sibirdə, Ərəbistan platformasının şərq və şimal-şərqində əyilmələr sahəsində məlumdur. Hazırda bu iki platforma neft-qaz yataqlarının zənginliyinə görə dünyada görkəmli mövqe tutur. Dağətəyi və dağarası əyilmələr sahəsinin tektonik strukturları ilə əlaqədar olan böyük neft-qaz yataqları İraqda, İranda, Zaqafqaziya depressiya sahəsində, Türkmənistanda və Mərkəzi Asiyanın bəzi çökəklərində, Cənubi və Cənub-Şərqi Asiyada yerləşir. Şimal və Ön Asiya qitənin başqa böyük sahələrinə nisbətən bu cəhətdən daha zəngindir. Hazırda neft çıxarılmasına görə Ön Asiyada İraq, İran, Küveyt, Səudiyyə Ərəbistanı, Cənub-Şərqi Asiyada isə Birma mühüm yer tutur.