Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Marzılı
Marzılı (əvvəlki adı: Marzıgi) — Azərbaycan Respublikasının Yevlax rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 11 iyun 2002-ci il tarixli, 341-IIQ saylı Qərarı ilə Yevlax rayonunun Havarlı kənd inzibati ərazi dairəsi tərkibindəki Marzıgi kəndi Marzılı kəndi adlandırılmışdır. Kənddə 4 illik ibtidai məktəb fəaliyyət göstərir. == Tarixi == Marziki - Yevlax rayonunun Havarlı inzibati ərazi vahidində kənddir. Düzənlikdə yerləşir. Yerli dialektdə Marzığı kimi tələffüz olunur. Bəzi tədqiqatçılara görə, oykonim fars dilindəki mərzək (bataqlıq) sözündən və -ı şəkilçisindən ibarət olub, “bataqlıq” mənasındadır. Kənd X əsrin əvvəllərində Şəki-Zaqatala zonasında yaşayan bir qrup qaraqoyunlu ailəsinin Marziki adlı köhnə kənd yerində məskunlaşması nəticəsində yaranmışdır. 2002-ci ildən kəndin adı Marzılı kimi rəsmiləşdirilmişdir.
Carçılı (Qoşaçay)
Carçılı (fars. جارچلو‎) — İranın Qərbi Azərbaycan ostanının Qoşaçay şəhristanı ərazisinə daxil olan kənd. == Coğrafi yerləşməsi == Marağa şəhristanının Miyandab bölgəsinin Mərhəmədabad kəndistanında, Miyandab qəsəbəsindən 11,5 km şimal-qərbdədir. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 835 nəfər yaşayır (210 ailə).
Parıltı süzgəci
Parıltı süzgəci - (ing. glare filter, ru. противобликовый фильтр) – şüşədən, şəffaf polimerdən və ya tordan hazırlanmış və elektron-şüa borusunun şüşə səthinin əks etdirdiyi parıltıları azaltmaq və ya yox etmək məqsədilə displeyin ekranının qabağına quraşdırılan süzgəc. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Parıltı (film, 1980)
Parıltı (ing. The Shining) — rejissor Stenli Kubrikin Stiven Kinqin eyniadlı romanı əsasında 1980-ci ildə çəkdiyi film. Filmdə Cek Torensi Cek Nikolson, Torensin arvadını isə Şelli Dyuval canlandırır. Filmin büdcəsi 19 milyon dollardır. Filmdən təxminən 44 milyon dollar gəlir əldə edilmişdir. Uzun müddət steadicam istifadə edən ilk film "Parıltı" olmuşdur. Ən çox çəkiliş təkrarı edən filmdir. Stenli Kubrik Cek Nikolsonun tualetə balta ilə girməyə çalışdığı səhnənin 127 dublunu etmişdir. Cek Nikolson Shelley Duvall Danny Lloyd Scatman Crothers Barry Nelson Philip Stone Joe Turkel Tony Burton Anne Jackson Lisa & Louise Burns Parıltı — Internet Movie Database saytında.
Carcılı (Urmiya)
Carcılı (fars. جارچلو‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Coğrafi yerləşməsi == Urmiya şəhristanının Ətraf bölgəsinin Bərgəşli kəndistanında, Urmiya şəhərindən 7 km şimal-şərqdədir. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1.380 nəfər yaşayır (370 ailə).
Mərcili çiy küftə
Lazım olan ərzaqlar: 100 qram qırmızı mərci, 100 qram narın bulğur, 1 baş soğan, 1az cəfəri, 2 xörək qaşığı tomat (pamidor əzməsi) duz, istot (qirmizi+qara), sarıkök (yoxdursa problem deyil), Bitki yağı (günəbaxan və ya zeytun yağı). Bəzək və qarnitur üçün Kahı yarpaqları. Hazırlanması: Deməli, bir qazana 2 stəkan su(təxminən) və mərcini əlavə edib, mərci əzilib, bişənə qədər qaynadırsınız. Arabir mərcini qarışdırmanız məshləhətdir. Sonra (suyu çox qurumamalıdır=normal qarışım olmalidir) Bu prosedur bitdikdən sonra 100 qr bulgurumuzu bişmiş mərcimizin üzərin\ töküb, narım-narın cəfəriləri də doğrayıb, üzrinə tökürük və qarışdırırıq yaxşıca. Sonra ayrı bir tavaya soğanları xırda-xırda doğrayıb üzərinə çıxana qədər bitki yağı əlavə edib, soğanları yaxşıca qızardırıq və üzərinə duz və sarıkök əlavə edib, qızardırıq. Ən sonda 2 qaşıq tomatımızı da əlavə edib, ocaqdan götürürük və isti-isti bulgurlu, mərcili qarışığımızın üzrinə soğanı ve qirmizi istiot əlavə edib, yaxşıca yoğururuq və əlimizdə küftə halına gətirib əvvəlcədən təmizlənmiş kahı yarpaqlarının üzərinə düzürük.
Marili dos Santos
Marili dos Santos (5 fevral 1978) — Braziliyalı marafonçu. Marili dos Santos Braziliyanı 2008 və 2016-cı ildə Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Marili dos Santos birinci dəfə Olimpiya Oyunlarına 2008-ci ildə qatıldı. O, Çin Xalq Respublikasının Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarında marafon yarışlarında qüvvəsini sınadı və məsafəni 2 saat 38 dəqiqə 10 saniyəyə qət edərək 51-ci yeri tutdu. Marili dos Santos növbəti Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında marafon yarışlarında qüvvəsini sınadı və məsafəni 2 saat 45 dəqiqə 8 saniyəyə qət edərək 78=ci yeri tutdu.