1. Mır-mır etmək, mırıltı səsi çıxarmaq. İt mırıldayır.
– Piri kişi bir yeni şəxs ilə tanış olanda Qara köpək … o adama dişlərini ağardıb mırıldasaydı, [Piri kişi] onu özünə düşmən bilərdi.
2. dan. Söylənmək, deyinmək, donquldanmaq.
[Ağa Kərim xan:] Burnunun altında nə mırıldayırsan, a gədə!