Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Barıt
Barıt — çoxkomponentli partlayıcı maddə olub, xaricdən oksigen daxil olmadan daxildən yanma və bununla böyük daxili enerjili qaz yaratmaq qabiliyyətinə malikdir. Barıt mərmilərin atılmasında, raketlərin hərəkət etdirilməsində və başqa məqsədlər üçün istifadə edilir. Paralel laylarla yanma zamanı istilik bir laydan başqasına ötürülür. Bununla yanma zamanı qaz əmələ gəlməsini tənzimləmək olur. Bu barıt dənəciyinin ölçüsündən və yanma sürətindən asılı olur. Dənəciyin ölçüsü onun forması, həndəsi ölçüləri ilə təyin olunur. Yanma zamanı bu ölçülər kiçilə və ya böyüyə bilər. Belə yanmaya deqressiv və ya proqressiv deyilir. Qaz əmələgəlməsində müəyyən qanunauyğunluq əldə etmək üçün dənəciklər əlavə yanmayan materialla örtülürlər. Barıtın yanma sürətinə onun tərkibi, başlanğıc temperaturu və təzyiq təsir edir.
Mart
Mart — Qriqorian təqvimi ilə ilin üçüncü ayıdır. 31 gündən ibarətdir.Yaz fəslində mövcud aydır. Yuli Sezarın təqvim islahatından əvvəl Qədim Romada ilin birinci ayı sayılırdı. Mart sözü Qədim Roma mifologiyasında müharibə tanrısı olan Marsın adı ilə bağlıdır. Görünür əkin işləri başladığından romalılar bu ay Marsa xüsusi ehtiram göstərirdilər ki onların üzərinə müharibə göndərməsin. Onun şərərfinə qurbanlar kəsirdilər.
Marı
Marı — Türkmənistan Respublikasında etrap hüquqlu şəhər, Marı vilayətinin inzibati mərkəzi.
Barıt imperiyaları
Barıt imperiyaları və ya Müsəlman barıt imperiyaları — XVI əsrdən XVIII əsrə qədər çiçəkləndikləri dövrdə üç türk və müsəlman imperiyasına: Osmanlı İmperiyasına, Səfəvilər İmperiyasına və Böyük Moğol İmperiyasına aid edilən termin. Bu üç imperiya erkən müasir dövrün ən güclü və ən sabit iqtisadiyyatlarına malik idi ki, bu da kommersiya ekspansiyasına və mədəniyyətin daha çox himayəsinə səbəb olur, onların siyasi və hüquqi institutları isə artan mərkəzləşmə dərəcəsi ilə möhkəmlənirdi. İmperiyalarda adambaşına düşən gəlir və əhalinin əhəmiyyətli dərəcədə artması və davamlı texnoloji yenilik tempi müşahidə olunurdu. Qərbdə Mərkəzi Avropa və Şimali Afrikadan şərqdə Benqal və Arakana qədər uzanırdılar. İmperator ekspansiyası zamanı yeni icad edilmiş odlu silahların, xüsusilə top və atıcı silahların istifadəsi və inkişafı ilə İslam barıt imperiyaları tərəfindən böyük ərazilər fəth edildi. Avropada olduğu kimi, barıt silahlarının tətbiqi mərkəzləşdirilmiş monarxiya dövlətlərinin yüksəlişi kimi dəyişikliklərə səbəb oldu. G.S.Hodqsona görə, barıt imperiyalarında bu dəyişikliklər hərbi təşkilatlanmadan xeyli kənara çıxdı. Hindistan yarımadasında yerləşən moğollar, qismən Teymuri İntibahını miras qoydular və öz dəbdəbəli memarlığı ilə tanındılar. Səfəvilər İran üçün səmərəli və müasir dövlət idarəsi yaratdılar və təsviri sənətdə böyük inkişaflara sponsorluq etdilər. Kaysar-ı Rum kimi də tanınan Konstantinopol əsaslı Osmanlı xilafətinin sultanları İki Həram Məscidin Xadimi və bununla da İslam dünyasının başçıları idilər.
Barıt müharibələri
Barıt müharibələri — barıt silahları ilə müharibə və ya daha çox yayılmış olaraq Odlu Silahlarla Müharibə, bu partlayıcı maddənin istifadəsi üçün uyğun barıt silahlarının istifadəsi ilə ortaya çıxan və bu silah texnologiyasının inkişafı ilə zaman keçdikcə bu hala gələn bir döyüş üslubudur. XV əsrdən etibarən Avropa və Asiyada məhdud bir şəkildə başlamış və XIX əsrin ortalarına qədər davam etmişdir. 1792–1815-ci illər arasında davam edən Napoleon müharibələrində zirvəyə çatdı. Barutun Çinlilər tərəfindən tapıldığını bildirən İngilis filosof və rahib Rocer Bekon bu cür müharibənin ilk müdafiəçilərindən biri idi. Silahlarda və müharibələrdə barıtın ilk istifadəsinin Çində X əsrə gedib çıxdığı məlumdur. Barıtın ilk istifadəsi top idi. Çindən sonra müsəlman dövlətlərinin ordularında sürətlə yayıldı. XV əsrin ikinci yarısından bəri, xüsusilə Osmanlı İmperiyası tərəfindən səmərəli istifadə edilmişdir. Osmanlılar tez bir zamanda barıtdan tüfəng kimi istifadə etməyə başladılar. Fatih Sultan Mehmet 1453-cü ildə İstanbulu fəth edərkən nəhəng mühasirə toplarından istifadə etdi.
Barıt qülləsi
Barıt qülləsi (çex. Prašná brána) — XV əsrə aid memarlıq abidəsi. Qotik qüllə Praqanın Respublika meydanında yerləşir və İctimai bina ilə üstüörtülü körpü vasitəsilə birləşdirilib. Barıt qülləsi Praqanın ayrılmaz rəmzlərindən hesab olunur. Ayrıca olaraq bu diqqətəlayiq abidə "Barıt darvazası" kimi də adlanır. Bələdçilər turistlərə həmişə qülləni göstərirlər, lakin bir qayda olaraq, onlar tikilinin yalnız xarici gözəlliyinin təsviri ilə məhdudlaşırlar, onun tarixi haqqda isə çox az izah edirlər. Darvazalardan Praqa qəsrinə aparan Kral yolunun birinci hissəsi, yəni Tseletna küçəsi başlayır. Nove Mesto rayonunun formalaşmasından öncə hələ XIII əsrdə hazırkı yerdə darvazalı digər qüllə yerləşirdi. Mövcud plana əsasən, qüllə Köhnə şəhərin istehkam sisteminə daxil 13 mövcud qüllədən biri olmalı idi, lakin o zamanlar Nove Mestonun inşasından sonra, bu natamam istehkam qüllə öz əhəmiyyətini itirərək tədricən dağılmağa başladı. Dağılmaqda olan tikili elə görkəmsiz görünüşə malik idi ki, yerli sakinlər ona isteza ilə "soyulmuş qüllə" (çex.
Marat Allahverdiyev
Marat Allahverdi oğlu Allahverdiyev (18 may 1941, Bakı – 24 oktyabr 2015) — azərbaycanlı dövlət və siyasi xadim, 1990–1995-ci illərdə Azərbaycan SSR Ali Sovetinin deputatı Marat Allahverdiyev 1941-ci il mayın 18-də Bakı şəhərində anadan olub. Azərbaycan Politexnik Universitetini bitirib. 3 övladı, 6 nəvəsi var. Azərbaycan Milli Məclisinin VI çağırış üzvü Elnur Allahverdiyevin atasıdır. Tikinti sahə rəisliyindən başlayaraq Bakı şəhər komitəsində tikinti instruktoru, dəmir-beton zavodunun direktoru, Azərbaycan Rabitə Nazirliyi rabitə montaj-tikinti trestinin rəhbəri, sonralar Mətbuat və İnformasiya Nazirliyinə çevrilən Azərbaycan Respublikası Dövlət Poliqrafiya və Kitab Ticarəti İşləri Komitəsinin sədr müavini, sədri, məşhur "Bərpaçı" mərkəzinin rəisi, Azərbaycan Mədəniyyət nazirinin müavini, Respublika Xalq Nəzarət Komitəsi sədrinin birinci müavini, Azərbaycan Respublikası Prezidenti yanında Ali Nəzarət İnspeksiyasının sədri vəzifələrində çalışıb. 1990–1995-ci illərdə Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmişdir. Beynəlxalq İctimai Telekommunikasiya Akademiyasının üzvü, akademik, texniki elmlər doktoru olub. 20 may 1990-ci ildə Zaqafqaziya müsəlmanları Ruhani idarəsi və onun qazilər şurasının qərarı, Allahşükür Paşazadənin imzası ilə 1984-1990-ci illərdə 30 qədər məscid o cümlədən “Təzə-Pir”, “Əjdərbəy”, “Maştağa”, “Mərdəkan”, “Bibi-heybət”, “Türbə”, bir sıra pirlər, ovdanlar, bulaqlar, Mir Mövsüm Ağanın məzarının abadlaşdırılması, H.Z.Tağıyevin, Hacı Qurbani məqbərəsi və sair bərpa işlərinə yardım etdiyinə görə təşəkkür edilib.
Marat Haqverdiyev
Marat Haqverdiyev (tam adı: Marat Xanlar oğlu Haqverdiyev; 21 iyul 1938, Bakı) — Azərbaycan yazıçısı, ssenarist, dramaturq, Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi (2018). Marat Haqverdiyev 1938-ci il iyulun 21-də Bakıda sənətkar ailəsində anadan olub.Atası Azərbaycan və Türkmənistanın Əməkdar artisti Xanlar Haqverdiyev və Anası Cahan Əfruz (Dilanova) şairə-dramaturq olub.İki sənətkarın əhatəsində böyüyən Marat uşaqlıqdan rəssamlığa böyük maraq göstərsə də, orta məktəbi bitirərkən memar olmağı qərara alıb və bu istəklə də 1956-cı ildə Azərbaycan Politexnik İnstitutunun memarlıq fakültəsinə daxil olub. Tələbəlik illərində incəsənətə olan marağı ötüb keçməyib, institutun xalq çalğı alətləri ansamblı və estrada orkestrinin solisti kimi sovet respublikalarında qastrol səfərlərində olub. Marat Haqverdiyev təhsilini başa vurandan sonra qısa müddətdə tikinti sahəsində çalışıb. Ömrünün təxminən 40 ilini isə Mədəniyyət Nazirliyinin nəzdində Tarix və Mədəniyyət Abidələrinin Bərpası İdarəsində müxtəlif vəzifələrdə işləyib. Respublikanın tarix və mədəniyyət abidələrinin, o cümlədən Akademik Opera və Balet Teatrı, Rəşid Behbudov adına Mahnı Teatrı, muzeylər, məscidlər, mədrəsələr, qala və türbələrin bərpası ilə məşğul olub. 1970-ci illərdə ədəbiyyata tərcüməçi kimi gələn Marat Haqverdiyev anasının əsərlərini — şeirlərini, poemalarını rus dilinə çevirir. Anası dünyasını dəyişəndən sonra qərara gəlir ki, onun yolunu davam etdirsin. İlk dram əsəri "Ailədə məhkəmə" komediyası olur. Əsər Lənkəran Dövlət Dram Teatrında Baba Rzayevin quruluşunda səhnəyə qoyulur.
Marat Kolşəripov
Marat Kolşəripov (başq. Марат Мәхмүт улы Ҡолшәрипов; 7 yanvar 1941) — Sovet və rus tarixçisi. Tarix elmləri doktoru, professor. Başqırdıstan Respublikasının əməkdar elm xadimi (2001), Salavat Yulayev ordeninin kavaleri (2009), Başqırdıstan Respublikası Elmlər Akademiyasının fəxri üzvü (2016). 7 yanvar 1941-ci ildə Başqırdıstan Sovet Sovet Sosialist Respublikasının Kuqərsen rayonunun Zireklya kəndində anadan olmuşdur. 1967-ci ildə Başqırdıstan Dövlət Universitetinin tarix fakültəsini, 1971-ci ildə isə Moskva Dövlət Universitetinin aspiranturasını bitirir. 1972-ci ildə Lomonosov adına Moskva Dövlət Universitetində "Başqırdıstandakı çarizmin siyasəti (1775–1800)" mövzusunda tarix elmləri namizədi alimlik dərəcəsi üçün tezisini müdafiə edir. 1971-ci ildən Başqırdıstan Dövlət Universitetində müəllim işləyir. 1991–1996-cı illərdə"Ural" Başqırd Xalq Mərkəzinin sədri olur. 1998-ci ildə Başqırdıstan Dövlət Universitetində "Başqırd xalqının milli hərəkatı (1917–1921)" mövzusunda tarix elmləri doktoru dərəcəsi üçün dissertasiyasını müdafiə edir.
Marat Manafov
Marat Manafov (1950-ci illər, Stepanakert) — Çexiyada yaşayan Azərbaycanlı biznesmen, xalq artisti Fəxrəddin Manafovun qardaşıdır. Marat Manafov Xankəndi şəhərində doğulub. 1993-cü ildə Heydər Əliyevlə yaxın münasibətdə olub. Slovakiyada "Marat" futbol klubunu yaradıb. Neft kontraktları ilı bağlı ilkin danışıqları Marat aparıb. Daha sonra müəmmalı şəkildə Çexiyada yoxa çıxıb. Onun boş BMV maşını işlək vəziyyətdə tapıblar. İndiyə qədər nə baş verdiyini heç kim bilmir.
Marat İzmaylov
11 mart
11 mart — Qriqorian təqvimində ilin 72-ci günü. Bu tarixdə ilin sonuna 293 gün (uzun ildə 294 gün) qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 28 fevral tarixinə uyğun gəlir. 1851 — Cüzeppe Verdinin "Riqoletto" operasının ilk tamaşası Venesiyada keçirilib. 1990 — Litva Sovet İttifaqından müstəqilliyini elan edib. 2006 — Çilinin ilk qadın prezidenti olan Mişel Baçeletin andiçmə mərasimi keçirilib. 2020 Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COVID-19 virusunu pandemiya elan edib. Kot-d'İvuar, Qayana, Namibiya, Sent-Vinsent və Qrenadin, Seyşel adaları və Türkiyədə ilk dəfə COVID-19 qeydə alınıb. 1959 — Sumqayıtda ilk dəfə tramvay yolu istifadəyə verilmişdir. 1992 — Azərbaycan, Böyük Britaniya, Qvineya və Nigeriya arasında diplomatik əlaqələr qurulmuşdur.
12 mart
12 mart — Qriqorian təqvimində ilin 73-cü günü. Bu tarixdə ilin sonuna 292 gün (uzun ildə 293 gün) qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 29 fevral tarixinə uyğun gəlir. 1913 — Avstraliyanın gələcək paytaxtı rəsmi olaraq Kanberra adlanıb. 1918 — Sankt-Peterburq 1713-cü ildən paytaxt statusun çox hissəsini saxlamasına baxmayaraq, Moskva yenidən Rusiyanın paytaxtı oldu. 1938 — Anşluss: Almaniya qoşunları Avstriyanı işğal edərək, Almaniyaya birləşdirdi. 1993 — Şimali Koreya Nüvə Silahlarının Qarşısının Alınması Müqaviləsindən çıxacağını elan edir və müfəttişlərin nüvə obyektlərinə daxil olmasına icazə verməkdən imtina edib. 1999 — Keçmiş Varşava Müqaviləsi Təşkilatının üzvləri olan Çexiya, Macarıstan və Polşa NATO-nun üzvü olub. 2009 — Maliyyəçi Bernard Medoff Uoll-Strit tarixinin ən böyük fırıldaqlarından birində günahını etiraf edib. 2011 — Fukuşima-1 AES-də reaktor Senday zəlzələsi və sunamisindən bir gün sonra partlayaraq atmosferə radioaktivlik yayıb.
13 mart
13 mart — Qriqorian təqvimində ilin 74-cü günü. Bu tarixdə ilin sonuna 291 gün (uzun ildə 292 gün) qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 1 mart tarixinə uyğun gəlir. 1781 — Vilyam Herşel Uran planetini kəşf edib. 1988 — Yaponiyanın Aomori və Hakodate şəhərləri arasında dənizaltı seqmenti ilə dünyanın ən uzun tuneli olan Seykan tuneli açılıb. 2016 — Türkiyənin paytaxtı Ankara vilayətinin Kızılay səmtində terror aktı törədilib. 2020 — Efiopiya, Keniya, Kosovo, Qazaxıstan, Qvatemala, Qvineya, Mavritaniya, Sent-Lüsiya, Sudan, Surinam, Uruqvay və Venesuelada ilk dəfə COVID-19 qeydə alınıb. 1909 — "Zənbur" jurnalı ilk dəfə nəşr olunub. 1995 Azərbaycan və Syerra-Leone arasında diplomatik əlaqələr qurulmuşdur. Xüsusi Təyinatlı Polis Dəstəsinin komandiri polkovnik Rövşən Cavadov rəhbərliyində Azərbaycan hərbçiləri dövlət çevrilişinə cəhd ediblər.
14 mart
14 mart — Qriqorian təqvimində ilin 75-ci günü. Bu tarixdə ilin sonuna 290 gün (uzun ildə 291 gün) qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 2 mart tarixinə uyğun gəlir. 1974 — Zair milli futbol komandası Afrika Millətlər Kubokunu qazanıb. 1976 — Mərakeş milli futbol komandası Afrika Millətlər Kubokunu qazanıb. 2020 — Ekvatorial Qvineya, Esvatini, Konqo Respublikası, Mərkəzi Afrika Respublikası və Ruandada ilk dəfə COVID-19 qeydə alınıb. 1996 — Azərbaycan və Seneqal arasında diplomatik əlaqələr qurulmuşdur.
15 mart
15 mart — Qriqorian təqvimində ilin 76-cı günü. Bu tarixdə ilin sonuna 289 gün (uzun ildə 290 gün) qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 3 mart tarixinə uyğun gəlir. 1564 — Moğol İmperatoru Əkbər şah qeyri-müsəlman təbəələrdən cizyə vergisini ləğv edib. 1820 — Men ABŞ-nin 23-cü ştatı olub. 1917 — Rusiya çarı II Nikolay Rusiya taxtından imtina edərək 304 illik Romanovlar sülaləsinə son qoyur. 1990 — Mixail Qorbaçov Sovet İttifaqının ilk prezidenti seçilib. 2011 — Suriyada vətəndaş müharibəsi başlayıb. 2019 — Yeni Zelandiyada Kraystçerç məscidlərinə hücum nəticəsində 51 nəfər həlak olub. 2020 — Baham adaları və Özbəkistanda ilk dəfə COVID-19 qeydə alınıb.
Mart.Crov.
Raul Nereo Martinez Krovetto (isp. Raúl Nereo Martínez Crovetto; 1921, Buenos-Ayres – 1988) — Argentina botaniki. Raul Nereo Martinez Krovetto toxumlu bitkilər üzrə ixtisaslaşmışdır. Raúl Martínez Crovetto. 1996. Zoonimia y etnozoología de los Pilagá, Toba, Mocoví, Mataco y Vilela. Ed. J. Pedro Viegas Barros. BAires: Instituto de Lingüística, Facultad de Filosofía y Letras de la UBA Raúl Martínez Crovetto. 1981.
Mart Nutt
Mart Nutt (21 mart 1962, Tallin – 2 iyun 2019) — estoniyalı siyasətçi və tarixçi. Mart Nutt 1980-ci ildə Tallin Nomme gimnaziyasını bitirdikdən sonra Tartu universitetinə daxil olub. 1985-ci ildə universiteti tarix etnoqrafiya üzrə magistr dərəcəsi ilə bitirib. 1988-ci ildə doktorluq dərəcəsi alıb. 16 dekabr 2011-ci ildə Tallin Politexnik Universitetində " Eston parlamentinin hakimiyyəti, beynəlxalq münasibətlərin formalalaşdırılması və reallaşdırılması" mövzusunda namizədlik dissertasiyası müdafiə edib. 1988-ci ildən 1991-ci ilə qədər Estoniya açıq səma altında muzeyinin elmi rəhbəri olub. 1991-ci ildən 1992-ci ilə qədər o Estoniya Xarici İşlər Nazirliyində şöbə müdiri vəzifəsində fəaliyyət göstərib. 2003-cü ildən 2004-cü ilə qədər Yaan Tonisson İnstitutunda elmi rəhbər olub. 2011-ci ildə İnsan Hüquqları İnstitutunun idarə heyətinin üzvü olmuşdur. 1989-cu ildə azad gənclər təşkilatı olan "Res Publica"-nın üzvü kimi Respublikaçı Milli Koalisiyanın yaranmasında təşəbbüs göstərənlərdən biri kimi tanınmışdır.
Mart hadisələri
Mart soyqırımı və ya Mart hadisələri — 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Göyçay, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və Daşnaksütundan olan erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğın. Azərbaycanın 3-cü prezidenti Heydər Əliyevin 26 mart 1998-ci il tarixli Sərəncamı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur. 1917-ci ildə Rusiyada baş vermiş Oktyabr inqilabının nəticəsində, Stepan Şaumyanın başçılıq etdiyi bolşevik Bakı Soveti Bakı quberniyasında hakimiyyəti ələ keçirmişdir. Etnik erməni olan və Britaniya hökumətindən milyon qızıl rubl məbləğində ilkin yardım alan Stepan Şaumyan, Bakıda azərbaycanlılara qarşı bolşeviklərlə erməni milliyətçilərinin əməkdaşlığını təmin etmişdir. Bakıda rus və erməni silahlı dəstələri Azərbaycan əhalisini qarət etməyə başlayır. Soyğunçuluq, qarmaqarışıqlıq və özbaşına axtarışlar ancaq azərbaycanlıların yaşadığı məhəllələrdə baş veririrdi. Buna etiraz edən müsəlman tacirləri bütün mağazaları bağlamışdılar. 1917-ci il dekabrın 26-da Bakıda türklərin dükan və mağazalarının, demək olar ki, çoxu bağlanmışdı. Hadisələrdən təlaşa düşən azərbaycanlılar narahat olmağa başlayırlar. "İsmailiyyə" binasının qarşısında mitinq keçirilir və buraya 3000 nəfərə qədər türk toplaşır və onlar Müsəlman İctimai Təşkilatları Komitəsindən tələb edir ki, şəhərdə qayda-qanun yaradılması üçün tədbir görsünlər.
Mart inqilabı
Almaniyada 1848-1849-cu illər inqilabı (alm. Deutsche Revolution von 1848/49‎) və ya Mart inqilabı (alm. Märzrevolution‎) — 1848-ci ilin martından 1849-cu ilin yayın axırınadək Alman İttifaqı ərazisində baş verən inqilabi hadisələr, 1848-ci il üsyanlarından biri. Mart inqilabı Mərkəzi Avropanın bir çox ölkələrində baş verən burjua-demokratik inqilabının bir hissəsi idi. Onun əsas məsələlərindən biri Almaniyanın birləşməsi. Knyaz və feodalların təsərrüfat fəaliyyətlərinə müdaxiləsinin qarşısının aınması, siyasi həyata burjuaziyanın buraxılması idi. İnqilab dövründə ümumalman parlamenti — Frankfurt Milli Məclisi yaradıldı və senzura ləğv edildi.
Mart soyqırımı
Mart soyqırımı və ya Mart hadisələri — 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Göyçay, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və Daşnaksütundan olan erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğın. Azərbaycanın 3-cü prezidenti Heydər Əliyevin 26 mart 1998-ci il tarixli Sərəncamı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur. 1917-ci ildə Rusiyada baş vermiş Oktyabr inqilabının nəticəsində, Stepan Şaumyanın başçılıq etdiyi bolşevik Bakı Soveti Bakı quberniyasında hakimiyyəti ələ keçirmişdir. Etnik erməni olan və Britaniya hökumətindən milyon qızıl rubl məbləğində ilkin yardım alan Stepan Şaumyan, Bakıda azərbaycanlılara qarşı bolşeviklərlə erməni milliyətçilərinin əməkdaşlığını təmin etmişdir. Bakıda rus və erməni silahlı dəstələri Azərbaycan əhalisini qarət etməyə başlayır. Soyğunçuluq, qarmaqarışıqlıq və özbaşına axtarışlar ancaq azərbaycanlıların yaşadığı məhəllələrdə baş veririrdi. Buna etiraz edən müsəlman tacirləri bütün mağazaları bağlamışdılar. 1917-ci il dekabrın 26-da Bakıda türklərin dükan və mağazalarının, demək olar ki, çoxu bağlanmışdı. Hadisələrdən təlaşa düşən azərbaycanlılar narahat olmağa başlayırlar. "İsmailiyyə" binasının qarşısında mitinq keçirilir və buraya 3000 nəfərə qədər türk toplaşır və onlar Müsəlman İctimai Təşkilatları Komitəsindən tələb edir ki, şəhərdə qayda-qanun yaradılması üçün tədbir görsünlər.
Marı dili
Marı dili (və ya Düzən-şərq marı dili) — fin-uqor dillərindən biri. marılar arasında, əsasən Marı El və Başqırdıstanda yayılıb. Ruslar XX əsrədək onların dilini yanlış olaraq "çeremis dili" adlandırırdılar. Fin-Perm dilləri qrupuna aiddir. Marı Eldən başqa Vyatka çayı sahillərində və Urala qədər ərazidə yayılıb, bir neçə dialekti vardır. Düzən-şərq mari dili dağ marı dili ilə və rus dili ilə yanaşı Marı El Respublikasının dövlət dillərindən biridir. Təqribi sayı 450 min nəfərdən çoxdur. Marı dilinin əlifbası XVIII əsrin ortalarında yaranıb. İndiki əlifba bir qədər dəyişikliklərlə 1870-ci ildən istifadə edilir. Marı dilində "Ончыко" ("İrəli"), "Пачемыш" ("Arı") jurnalları, "Кугарня" ("Cümə"), "Марий Эл", "Чолман" ("Кama") və "Морко мланде" ("Мorka torpağı") qəzetləri çıxır.
Marı vilayəti
Marı vilayəti (türkm. Mary welaýaty) — Türkmənistan Respublikasında inzibati ərazi vahidi. Vilayətin inzibati mərkəzi etrap hüquqlu Marı şəhəridir. Türkmənistan Dövlət Statistika Komitəsinin 1 yanvar 2014-cü il tarixinə olan rəsmi məlumatına əsasən Marı vilayəti inizbati cəhətdən 12 etrapa və 2 etrap hüquqlu şəhərə (Marı və Bayramalı), 12 etrap 3 etrap tabeli şəhərə (Yolötən, Sərhədabad və Şadlıq), 14 qəsəbə və 157 gənəşliyə bölünür. 157 gənəşlikdə isə 382 kənd yerləşir.
Wal mart
Walmart Inc - (əvvəllər Wal-Mart Mağazalar, Inc adı altında) hipermarketləri fəaliyyət göstərən Amerikada yaranmış çoxmillətli pərakəndə ticarət təşkilatıdır. Baş ofisləri və qərargahı Bentonville, Arkanzas ştatında yerləşən bu şirkət 1962-ci ildə Sam Walton tərəfindən 31 oktyabr 1969-cu ildə təsis edilib. Həmçinin Sam's Club Pərakəndə Anbar şirkətinə də sahibdir. 31 Yanvar 2019-cu il tarixində verilən məlumatlara görə Walmart supermarketlər şəbəkəsi, ümumilikdə 27 ölkədə fəaliyyət göstərməklə - 11348 mağazası vardır. Həmçinin müxtəlif ölkələrdə 21 ad altında fəaliyyət göstərir. Şirkət ABŞ və Kanadada Walmart adı altında, Meksika və Mərkəzi Amerikada Walmart de México y Centroamérica, Birləşmiş Krallıqda ASDA, Yaponiyada Seiyu Qrupu və Hindistanda Best Price adı altında fəaliyyət göstərir. Artıq Argentina, Çili, Kanada və Cənubi Afrikada əməliyyatları tamamilə idarə edir. 2018-ci ilin avqust ayından etibarən isə Walmart marketlər şəbəkəsi, Cənubi Amerikada fəaliyyət göstərən Walmart Braziliya şirkətinin səhmlərinin az hissəsini tutur. 2018-ci ildə Fortune Global 500 siyahısına görə dünyada ən böyük fərdi işəgötürən və 2,3 milyon işçisi olan Walmart, 500 milyard ABŞ dolları gəlirlə dünyanın ən böyük şirkətidir. Şirkət Walton ailəsi tərəfindən idarə olunduğu üçün ictimaiyyətə satılan ailənin sahib olduğu bir işdir.
19 mart
19 mart — Qriqorian təqvimində ilin 80-ci günü. Bu tarixdə ilin sonuna 285 gün (uzun ildə 286 gün) qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 7 mart tarixinə uyğun gəlir. 1895 — Lümyer qardaşları yeni patentləşdirilmiş kinematoqraflarından istifadə edərək ilk kadrlarını çəkirlər. 1945 — İkinci Dünya müharibəsi: Adolf Hitler Almaniyadakı bütün sənaye sahələri, hərbi qurğular, mağazalar, nəqliyyat vasitələri və rabitə vasitələrinin məhv edilməsini əmr edən "Nero Fərmanı" verib. 1982 — Qana milli futbol komandası Afrika Millətlər Kubokunu qazanıb. 2020 — Çad, Fici, Haiti və Nigerdə ilk dəfə COVID-19 qeydə alınıb. 1994 — Bakı metropolitenində terror aktı baş vermişdir.
Barit
Barit (ağır şpat) – Ba [SO4] — rombik sinqoniya. Rast gəlmə tezliyi şkalası: tez-tez rast gələn. Barit ümumiyyətlə ağ və ya rəngsizdir və barium elementinin əsas mənbəyidir. Barit qrupu barit, selestin (stronsium sulfat), bucaqsit (qurğuşun sulfat) və anhidritdən (kalsium sulfat) ibarətdir. Barit və selestin bərk məhlul əmələ gətirir (Ba,Sr)SO4. Selestinobarit (bəzən 28,3%-ə qədər SrO), xokutolit (17-22% PbO), radiobarit (Ra–n·10-7 q/t-dək). Rəng – rəngsiz, qar kimi ağ, sarı, cəhrayı, yaşılımtıl, maviyə çalan, az hallarda qəhvəyi, qırmızı; rəngi çox vaxt zonal olur; Mineralın cizgisinin rəngi – ağ; Parıltı – şüşə parıltısından sədəfiyədək; Şəffaflıq – su kimi şəffafdan yarımşəffafadək; Sıxlıq – 4,3-4,7; Sərtlik – 3,0-3,5; Kövrəkdir; Ayrılma – {001} üzrə mükəmməl, {210} üzrə orta; Sınıqlar – qeyri-hamar; Lüminessensiya – bəzən flüoressensiya, fosforessensiya, termolüminessensiya; Morfologiya – kristallar: yastı, nazik- və qalınlövhəvari; İkiləşmə: nadir rast gəlir, adətən polisintetik; Mineral aqreqatları: dənəvər, sıx, lövhə-, yelpik-, iri vərəq- və torpaqvari ("barit səpələnməsi") kütlələr, kollomorf - zonal əmələgəlmələr, stalaktitlər, druzalar, konkresiyalar, jelvaklar, "qızıl güllər", püruzlar, viterit və kalsit üzrə psevdomorfozalar. Mineralın yataqlarının əksəriyyəti orta- və aşağıtemperaturlu hidrotermal əmələgəlmələrə aid olub, adətən, barit-polimetal, barit-flüorit, barit-kalsit, qızıl-barit, barit-viterit, bəzən, demək olar ki, monomineral barit və s. damarları ilə təmsil olunur. Bəzi əsasi vulkanitlərin badamvari boşluqlarında, sualtı eksqalyasion sulfid əmələgəlmələrində, termal bulaqların çöküntülərində qeyd edilir.
Maria
Maria — ad. Maria Komnenos — Trabzon şahzadəsi, Fəxrəddin Qutlu bəyin xanımı. Maria Adanez — İspaniya aktrisası, rejissoru, ssenaristi və prodüseri. Maria Maqdalena Keveriç — bəstəkar Lüdviq van Bethovenin anası idi. Maria Farantouri — Yunanıstan müğənnisi və ictimai xadimi. Maria Feliks — meksikalı aktrisa. Maria Pedraza — İspaniya aktrisa, model və balerinası.
Mario
Mario (yap. マリオ, ing. Mario) - Yaponiya şirkəti "Nintendo" tərəfindən yaradılmış oyun personajı. Personajın yaradıcısı Şiqeru Miyemotudur. O, eyniadlı video oyun franşizasının baş personajı və Yapon video oyun şirkəti Nintendo-nun maskotu və talismanı sayılır. Mario italyan-amerikan əsilli olan su kəməri işçisidir. "Göbələk krallığı"nda yaşayır. Onun düşməni əjdaha Bouzerdir. Bouzer şahzadə Piçi qaçırmaq və krallığı tutmaq istəyir. Lakin Mario ona bu imkanı vermir.
Mari
Mari (Suriya) — indiki Suriyada qədim sami şəhəri. Mari (şəhər, Suriya) — Suriyada şəhər. Mari (Braziliya) — Mari (Fransa) — Mari (çay) — Mari (ad) — Mari (rus. мари, ing. mari) — səthi 0,5-1,0m yüksəkliyində təpəciklər və tirəciklərlə mürəkkəbləşən və ara­ları cil və mamır-ot bitkiləri ilə örtülü, maili və ya üfqi səthlər.
Co Mahit
Co Mahit (17 iyul 1992, Port Vila) — Vanuatulu cüdoçu. Co Mahit Vanuatunu 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. Co Mahit birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 66 kq çəkidə, 1/16 final mərhələsində Arubanın nümayəndəsi Ceyme Mata ilə üz-üzə gəldi. Həmin görüşdə İbrahim Xələf rəqibinə 0:100 hesabı ilə uduzdu.
Karlos Marin
Karlos Marin (13 oktyabr 1968, Rüsselhaym[d], Hessen – 19 dekabr 2021[…]) — ispaniyalı bariton və İl Divo qrupunun üzvü. Marin Hessendə anadan olmasına baxmayaraq, İspaniyanın Madrid şəhərində böyüyüb. O musiqi karyerasına çox erkən başlayıb, o artıq səs yazmalar ilə məşğul olub və hətta səkkiz yaşında 800 tamaşaçının qarşısında çıxış edib. 12 yaşında İspaniyaya köçüb hansı ki, burada o televiziya proqramlarında bir neçə mükafat qazanıb. O uşaqlığından musiqi sahəsində olub və bir neçə baritondan da dərslər alıb. 2003-cü ilin dekabrında o dörd kişi müğənnidən ibarət beynəlxalq İl Divo qrupuna qoşuldu. Qrupda ondan başqa fransız pop musiqiçi Sebastien İzambard, amerikalı tenor David Miller və isveçrəli tenor Urs Büler yer alırlar. Qrupun ilk albomu İl Divo adlanırdı . Albom 2004-cü ilin noyabrında işıq üzü gördü və bir ildən də az bir vaxtda beş milyondan çox satış həyata keçirildi. İkinci albom — Ankora 7 noyabr 2005-ci ildə Birləşmiş Krallıqda, üçüncü albom Siempre isə 21 noyabr 2006-cı ildə ABŞ-də, 27 noyabr 2006-cı ildə isə beynəlxalq satışa çıxarıldı.
Kurt Marti
Kurt Marti (alm. Kurt Marti‎: Bern, 31 yanvar 1921 – Bern, 11 fevral 2017) — İsveçrəli teoloq və şair. Onun poeziyasında çox vaxt mənəvi və dini məqamlar öz əksini tapırdı. Marti daha çox "ləhcə ədəbiyyatı"nı intellektual keyfiyyətə çatdıran şəxs kimi məşhur olmuşdur. Publications by and about Kurt Marti in the catalogue Helveticat of the Swiss National Library "Literary estate of Kurt Marti". HelveticArchives. Swiss National Library.
Mario Alvarez
Mario Alvarez (5 avqust 1960) — Dominikan Respublikasını təmsil edən stolüstü tennisçi. Mario Alvarez Dominikan Respublikasını 1988-ci ildə Seul şəhərində baş tutan XXIV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu, cüt turnirdə isə 25-ci pillənin sahibi olub.
Mario Bekkaria
Mario Bekkaria (it. Mario Beccaria; d. 18 iyun 1920, Sant-Ancelo Lodicano, İtaliya – ö. 22 noyabr 2003) — İtaliyalı siyasətçi, Xristian Demokratik Partiyasının rəhbərlərindən biri. 1920-ci ildə Sant-Ancelo Lodicanoda anadan olmuşdur. 1969-1964-cü illərdə Sant-Ancelo Lodicano bələdiyyəsinin başçısı olmuşdur. 1968-1972-ci və 1972-1976-cü illərdə İtaliya Deputatlar Palatasının üzvü olmuşdur. Sant-Ancelo Lodicano bələdiyyəsində adına küçə var.
Mario Dragi
Mario Dragi (it. Mario Draghi; 3 sentyabr 1947[…], Roma) — 13 fevral 2021-ci ildən etibarən İtaliya Baş naziri olan italyan iqtisadçı, bankir, akademik və dövlət xadimi. İtaliyada akademik iqtisadçı olaraq fəaliyyətdən sonra, Dragi 1980-ci illərdə Vaşinqtonda Dünya Bankında çalışdı və 1991-ci ildə Romaya qayıdaraq İtaliya Xəzinədarlığının baş direktoru oldu. On ildən sonra "Goldman Sachs"-a qoşulmaq üçün bu postu tərk etdi və 2006-cı ildə İtaliya Bankının sədri təyin olunana qədər orada qaldı. Sədr fəaliyyəti 2008-ci il böhranı ilə üst-üstə düşdü və bununla mübarizə aparmaq üçün seçildi. Maliyyə Sabitliyi Forumunu əvəz edən qlobal standart quram olan Maliyyə Sabitliyi Şurasının ilk sədri. 2011-ci ildə Avropa Şurası tərəfindən Avropa Mərkəzi Bankının Prezidenti vəzifəsinə təyin olunandan sonra bu postu tərk etdi. Avrozona böhranı zamanı quruma başçılıq etdi və avronun düşüşünün qarşısını almaq üçün "lazım olan hər şeyi" etməyə hazır olacağını söyləməklə bütün dünya gündəmində məşhurlaşdı. 2014-cü ildə Dragi "Forbes" jurnalı tərəfindən dünyanın ən güclü səkkizinci adamı olaraq siyahıya alındı. 2015-ci ildə "Fortune" jurnalı onu "dünyanın ən böyük ikinci lideri" olaraq sıraladı.
Mario Draqi
Mario Dragi (it. Mario Draghi; 3 sentyabr 1947[…], Roma) — 13 fevral 2021-ci ildən etibarən İtaliya Baş naziri olan italyan iqtisadçı, bankir, akademik və dövlət xadimi. İtaliyada akademik iqtisadçı olaraq fəaliyyətdən sonra, Dragi 1980-ci illərdə Vaşinqtonda Dünya Bankında çalışdı və 1991-ci ildə Romaya qayıdaraq İtaliya Xəzinədarlığının baş direktoru oldu. On ildən sonra "Goldman Sachs"-a qoşulmaq üçün bu postu tərk etdi və 2006-cı ildə İtaliya Bankının sədri təyin olunana qədər orada qaldı. Sədr fəaliyyəti 2008-ci il böhranı ilə üst-üstə düşdü və bununla mübarizə aparmaq üçün seçildi. Maliyyə Sabitliyi Forumunu əvəz edən qlobal standart quram olan Maliyyə Sabitliyi Şurasının ilk sədri. 2011-ci ildə Avropa Şurası tərəfindən Avropa Mərkəzi Bankının Prezidenti vəzifəsinə təyin olunandan sonra bu postu tərk etdi. Avrozona böhranı zamanı quruma başçılıq etdi və avronun düşüşünün qarşısını almaq üçün "lazım olan hər şeyi" etməyə hazır olacağını söyləməklə bütün dünya gündəmində məşhurlaşdı. 2014-cü ildə Dragi "Forbes" jurnalı tərəfindən dünyanın ən güclü səkkizinci adamı olaraq siyahıya alındı. 2015-ci ildə "Fortune" jurnalı onu "dünyanın ən böyük ikinci lideri" olaraq sıraladı.
Mario Frangulis
Mario Franqulis (yun. Μάριος Φραγκούλης, 18 dekabr 1966, Rodeziya, Zimbabve) — Yunanıstan opera müğənnisi, tenor. O, yunan, italian, ispan, fransız,ingilis dillərində ifa edir, həmçinin həmin dillərdə sərbəst danışır.
Mario Götze
Mario Götze — Alman futbolçusu, Borussiya Dortmund klubunun hücuma meyilli yarımmüdafiəçisi.
Mario Kamus
Mario Kamus (isp. Mario Camus; 20 aprel 1935, Santander – 18 sentyabr 2021, Santander) — İspaniya kinorejissoru, ssenarist və aktyor. İspan kinorejissoru Mario Kamus 1935-ci ildə anadan olmuşdur. Hüquq kollecini bitirdikdən sonra 1956-cı ildə Escuela Oficial de Cinematografía-ya daxil olmuşdur. Oranı bitirərkən diplom işi kimi qısametrajlı "İçki düşkünü" filmini çəkir. Onun ilk tammetrajlı filmlərindən biri "Gənc Sançes" (1963) olur. Mario Kamus Buenos Ayres kinofestivalında "Ən yaxşı film" nominasiyasında mükafata layiq görülmüşdür. Onun ən məşhur filmlərindən biri 1968-ci ildə çəkdiyi "Qoy danışsınlar" musiqili filmi olmuşdur. M. Kamus 80-ci illərdə də ona şöhrət qazandıran və tamaşaçılar tərəfindən böyük uğurla qarşılanan bir neçə filmin rejissoru olmuşdur. Qoy danışsınlar!
Mario Lanza
Mario Lanza (əsl adı: Alfredo Arnold Kakotsa; 31 yanvar 1921, Cənubi Filadelfiya, ABŞ — 7 oktyabr 1959, Roma, İtaliya) — amerikalı müğənni (tenor) və aktyor. Təqaüdə çıxmış hərbçi Antonio Kokotsa və Mariya Kokotsa — Lanza ailəsində anadan olmuşdur. Marionun (balaça Fredi) beş yaşı olanda valıdeyinlərinin uzaq İtaliyadan gətirdikləri qramafon cəlb etdi. Karuzo ve Ruffonun ifalarından ibarət olan musiqi vallarına saatlarla qulaq asardı. Xüsusilə Enriko Karuzonun səsinn sehrinə düşmüşdü. İlbəil müsiqi onun — gənc Fredinin həyatına daxil olmüşdu. Bu artıq uşaqlıq marağı deyildi onun həyatının bir hissəsinə cevrilmişdi. Böyük Karuzonun balaça heyranı ariya, romanslarının hər kicik xirdalıqlarını bele əzbər bilirdi. O təkcə qulas asmırdı — həm də zumzumə edirdi. İlk real oxuma üzrə dərslərini bariton Antonio Skardutsodan aldı.
Mario Mannotsi
Mario Mannotsi (it. Mario Magnozzi [ˈmaːrjo maɲˈɲɔttsi]; 10 mart 1902 və ya 20 mart 1902, Livorno, Toskana – 1970-ci illər, Livorno, Toskana) - İtalyalı keçmiş futbolçu. Mövqeyi hücumçu olub. Oyunçu karyerasını başa vurduqdan sonra məşqçi olub. 1920-ci illərdəki İtalyan futbolunun ulduzlarından biri olub. Mario futbol karyerasına, doğma şəhərinin "Livorno" klubunda başlayır. "Livorno"da 11 il keçirtdikdən sonra "Milan" klubuna gedir. "Milan"da üç il oynadıqdan sonra "Livorno"ya qayıdır və burada karyerasını bitirir. 1925 -ci ildə İtaliya çempionatının bombardiri olub. İki olimpiadanın iştirakçısıdır: 1924 və 1928.
Mario Pyuzo
Mario Püzo (ing. Mario Puzo) — italyan əsilli ABŞ yazıçısı, ssenaristi və tənqidçisi. Mario Püzo 15 oktyabr 1920-ci ildə italyan mühacir ailəsində anadan olmuşdur. İkinci dünya müharibəsi zamanı ABŞ Hərbi Hava Qüvvələrinin tərkibində Şərqi Asiya və Almaniyada xidmət etmişdir. Nyu-York Yeni Məktəbində və Kolumbiya Universitetində oxumuşdur. Təxminən iyirmi il ABŞ-nin Nyu-Yorkda və xaricdəki dövlət idarələrində işləmişdir. 1963-cü ildən o, ştatdankənar jurnalist kimi fəaliyyətə başladı və peşəkar ədəbiyyatçı oldu. Mario Püzonun ilk kitabı "Zülmət meydanı" 1955-ci ildə işıq üzü görmüşdür. Romandakı hadisələr müharibədən sonrakı Almaniyada baş verir. Hadisələrin mərkəzində Amerika əsgəri ilə alman qızının məhəbbəti dayanır.
Mario Püzo
Mario Püzo (ing. Mario Puzo) — italyan əsilli ABŞ yazıçısı, ssenaristi və tənqidçisi. Mario Püzo 15 oktyabr 1920-ci ildə italyan mühacir ailəsində anadan olmuşdur. İkinci dünya müharibəsi zamanı ABŞ Hərbi Hava Qüvvələrinin tərkibində Şərqi Asiya və Almaniyada xidmət etmişdir. Nyu-York Yeni Məktəbində və Kolumbiya Universitetində oxumuşdur. Təxminən iyirmi il ABŞ-nin Nyu-Yorkda və xaricdəki dövlət idarələrində işləmişdir. 1963-cü ildən o, ştatdankənar jurnalist kimi fəaliyyətə başladı və peşəkar ədəbiyyatçı oldu. Mario Püzonun ilk kitabı "Zülmət meydanı" 1955-ci ildə işıq üzü görmüşdür. Romandakı hadisələr müharibədən sonrakı Almaniyada baş verir. Hadisələrin mərkəzində Amerika əsgəri ilə alman qızının məhəbbəti dayanır.
Mario Qomes
Mario Qarsiya Qomes (10 iyul 1985[…], Ridlingen[d], Baden-Vürtemberq) - Hücum mövqeyinde oynayan alman futbolçu. Almaniyanın Ştutqart formasını geyinir. Ştutqartda ikinci dönəmdən əvvəl Volfsburq, Beşiktaş (icarə), Fiorentina, Bayern Münhen və Ştutqart klublarında çıxış edib. O, Bayern Münhenə transferi ilə 2013-cü ilə qədər Alman Bundesliqasının ən bahalı (30 milyon avro) futbolçusu olub. 2006-07 mövsümündə Ştuttqartda göstərdiyi nəticə ilə Almaniyada ilin futbolçusu seçilib. Qomes, peşəkar futbola 2003-04 mövsümündə II Ştuttqart klbunda başlayıb. İki mövsüm aralıqla gah II Ştutqartda gah da Ştuttqartda oynayıb. İki mövsümdə Qomes II Ştuttqartda 43 oyuna 21 qol vurub. Ştuttqartda isə ilk debütünü 9 mart 2004 tarixində UEFA Çempionlar Liqasında Çelsiyə qarşı edib. Bundesliqada isə ilk debütünü 8 may tarixində edib.
Harut və Marut
Harut və Marut (ərəb. هاروت وماروتعدل‎) — Quranda adları çəkilən mələklər. Rəvayətə görə Harut və Marut sehrlə məşğul olur və insanlara sehrin sirrlərini öyrədirdilər. Harut və Marut adları Ərəbcə olmadığı irəli sürülür. Bu adların hansı dildən gəlməsi ilə bağlı fərqli fikirlər irəli sürülmüşdür. Bəzilərinə görə bu adlar Süryanicə, Ermənicə, Hindcə, Əcəmcə və Musəvicə olduğunu deyilsə, də əsas görüş bu adların Sami dilindən gəlməsidir. Bir sıra tədqiqatçılar bu adların ilk dəfə Zərdüştün kitabı olan Avestada HaurVatat və Ameratat şəkildə keçdiyini qeyd edirlər. Ümumiyyətlə İslam dinində bəhs olunan Harut və Marut adları İslamdan əvvəlki din və mədəniyyətlərdə də rastlanılır. Bunlara Şumer, Akkat, Zərdüştlük və Hinduizmi göstərə bilərik. Qurani-Kərimin Bəqərə surəsində bəhs olunan Harut və Marut adları keçmişdən günümüzə qədər mübahisəli bir mövzu olmuşdur.