Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Marengo
Marengo — Fransa imperatoru Napoleon Bonapartın atı. Ata Napoleonun Avstraliyalılara qarşı İtaliyada qələbə qazandığı Marengo müharibəsinə görə Marengo adı verilmişdir. Skleti bu gün Sandhurst Hərbi Akademiyasının muzeyində nümayiş etdirilən Marengo haqqında İngilis mənbələrində saysız-hesabsız əfsanələr danışılır. Austerlitz, Jena, Vagram müharibələrində imperator Napoleon Bonapartı daşımış, bir ara Vyana ilə Semmering arasındakı 80 km yolu ac-susuz keçmiş və ta Moskvaya qədər gedib-qayıtmışdır bu at. Fransız mənbələrinə görə, O, həqiqətən də imperatorun çox sevdiyi bir at olmuşdur. amma bunların hamısını etməmişdi. Napoleon Bonapartın tanınan atlarının sayı 100-ü keçirdi. Aralarında III Səlimin hədiyyə etdiyi, hazırda doldurulmuş olaraq, Muzeydə larmede olan ağ ayğır "Vizir" də vardı. Amma heç birinin şöhrəti Marengonun şöhrəti ilə eyni deyildir. Napoleonun müharibələri dedikdə ağıla gələn ilk at həmişə Marengo oldu.
Maranon çayı
Maranyon (isp. Marañón) — Peru ərazisindən axan çay. Uzunluğu 2000 km təkil edir, hövzəsinin sahəsi 350 000 km²-dir. Amazon çayının sol qoludur. Çay onda ilk dəfə onda naviqasiyanı təşkil etmiş kapitan Maranyonun şərəfinə adlandırılmışdır. kəşf etmiş mənbəyi Boliviyada Mərkəzi Andın şərq ətəklərində yerləşir. Orta axarlarda axının sürəti 340 m³/san təkil edir. Başlanğıcını Patkoca gölündən götürür, Mərkəzi və Şərqi Andın dərin dərələri ilə axaraq Amazon ovalığına çıxır. Orta su sərfiyyatı 15 600 m³/s təşkil edir. 1000 km məsafədə naviqasiyaya yararlıdır (astanalara qədər).
Laura Marano
Lora Marano (29 noyabr 1995, Los-Anceles, Kaliforniya) — Amerikan yeniyetmə aktrisası.Without a Trace və Back to You adlı iki serialda də baş rolu qızı olaraq iştirak etdi. Ulduzunun daha çox parlamasına səbəb olan serial isə hələ də oynamaqda olan Disney Channel serialı Ostin və Elli. Eyni zamanda bacısı Vanessa Marano da aktrisadır. Anası Ellen Marano bir aktrisadır, atası isə xüsusi bir universitetdə profesordu. == Həyatı == Lora Marano ilk rolunu beş yaşındaykən boynuna götürdü. Karierində saysız reklam aktyorluğu və boynuna götürdüyü kiçik rollar var. Daha böyük rollar əldə Without a Trace serialı ilə birlikdə başlamışdır. FOXun oyun şousu olan Are You Smarter "Than a 5th Grader?"də yer almışdır və FOX'un "Back to You" adlı "sitcom" serialında Gracie Carr rolunu oynamışdır. Star işığını ən çox göstərməsini təmin edən Ostin və Elli serialındaki Elli rolu.
Lora Marano

Marano di Napoli
Marano di Napoli — İtaliyanın Kampaniya regionunda şəhər.
Maralgöl
Maralgöl — Azərbaycanın dağ göllərindən biridir. Göygöl yaxınlığında yerləşir. Dəniz səviyyəsindən hündürlüyü 1910 m, uzunluğu 700 m, eni 500 m, sahəsi 23 km²-dir. Ən dərin yeri 60 m-dir. Maralgölə qalxan yol 296 pillədən ibarətdir.
Qaragöz
Qaragöz (Gədəbəy) — Azərbaycanın Gədəbəy rayonunda kənd. Qaragöz (Zəngilan) — Azərbaycanın Zəngilan rayonunda kənd. Qaragöz (Siyəzən) — Azərbaycanın Siyəzən rayonunda kənd.
Göyrüşyarpaqlı yalanqoz
== Təbii yayılması: == Əsasən Qafqazda İraqın Şimalında bitir. == Botaniki təsviri: == Hündürlüyü 20-30 sm-ə çatan, yarpağını tökən ağacdır. Güclü çətiri, silindirvari, möhkəm və güclüdür. Qabığının rəngi tünd boz, çatlıdır. Zoğları əvvəlcə qəhvəyi, sarı, sonradan açıq yaşıl çılpaqdır. Yarpaqları növbəli, 20-45 sm uzunluqda olub budaqda 11-27 ədəd, 7,5-12,5 sm uzunluqda lansetvari və ya oval kürən formalıdır. Kənarları dişli, çılpaq olub, ancaq orta xətləri aşağıdan parlaq olub, yaşıl demək olar ki oturacaq, payızda yarpaqlarının rəngi parlaq sarı olur. Dişi toxumları 30-50 sm uzunluqda, nazik, üst yarpaqlarda növbəti ilə qədər qalır. Erkək toxumlar 15 sm uzunluqda, çətirlərin kənarında yerləşir. Meyvələri dərivari sümüklüdür.
Qanadmeyvə yalanqoz
Qanadmeyvə yalanqoz - (lat. Pterocary pterocarpa (Michx.) Kunth. ex I. Iljinsk) Qozçiçəklilər – (Juglandaceae A.Rich. ex Kunth) fəsiləsinə aid bitki növüdür. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu “Nəsli kəsilməyə həssas olanlar” kateqoriyasına aiddir –VU D2. Azərbaycanın nadir növüdür. == Qısa morfoloji təsviri == Əlverişli bitmə şəraiti boyu 30 m-ə və diametri 200 sm -ə çatan ağacdır. Gövdəsi sıx və çox düz olmayan çətirə malikdir. Yarpaqları mürəkkəb, tək lələkvaridir, üstü tünd-yaşıl, alt tərəfi isə açıq-yaşıldır, yarpaq sağlağı çılpaq və dəyirmidir. Erkəkcik çiçəkləri zoğun aşağı hissəsində sallaq sırğa şəklində, tökülən pulcuqların qoltuğunda yerləşir.
Marenqo (at)
Marengo — Fransa imperatoru Napoleon Bonapartın atı. Ata Napoleonun Avstraliyalılara qarşı İtaliyada qələbə qazandığı Marengo müharibəsinə görə Marengo adı verilmişdir. Skleti bu gün Sandhurst Hərbi Akademiyasının muzeyində nümayiş etdirilən Marengo haqqında İngilis mənbələrində saysız-hesabsız əfsanələr danışılır. Austerlitz, Jena, Vagram müharibələrində imperator Napoleon Bonapartı daşımış, bir ara Vyana ilə Semmering arasındakı 80 km yolu ac-susuz keçmiş və ta Moskvaya qədər gedib-qayıtmışdır bu at. Fransız mənbələrinə görə, O, həqiqətən də imperatorun çox sevdiyi bir at olmuşdur. amma bunların hamısını etməmişdi. Napoleon Bonapartın tanınan atlarının sayı 100-ü keçirdi. Aralarında III Səlimin hədiyyə etdiyi, hazırda doldurulmuş olaraq, Muzeydə larmede olan ağ ayğır "Vizir" də vardı. Amma heç birinin şöhrəti Marengonun şöhrəti ilə eyni deyildir. Napoleonun müharibələri dedikdə ağıla gələn ilk at həmişə Marengo oldu.
Qaragöz (Siyəzən)
Qaragöz — Azərbaycan Respublikasının Siyəzən rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisinin sayı 18 nəfərdir. Əhalini tatlar təşkil edir.
Qaragöz (Zəngilan)
Qaragöz — Azərbaycan Respublikasının Zəngilan rayonunun Ördəkli kənd inzibati ərazi dairəsində kənd.9 noyabr 2020- ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunmuşdur. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd Bəsitçayın sahilində, düzənlikdədir. Mənşəcə turkdilli inanh tayfasının qaragöz qolunun adındandır. Hazırda qaragözlülör İranın Fars əyalətində inanlı tayfa birləşməsinin tərkibində yaşayirlar.
Qaragöz qızılquş
Qarağöz qızılquş (lat. Falco subbuteo) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qızılquşkimilər dəstəsinin qızılquşlar fəsiləsinin qızılquş cinsinə aid heyvan növü. Azərbaycanda təhlükədə olan quşlar siyahısına daxil edilmişdir. == Təsviri == Göyərçin boydadır. Quyruğu uzundur. Bel tərəfi tünd-boz, başı qaramtıl, qarın tərəfi cizgili açıq rəngli, boğazı ağdır. Quyruğunun altı və “tumanı” kürəndir. "Bığları" aydın görünür. == Yayılması == Avropa, Asiya və Şimal-Qərbi Afrikada yayılıb. Azərbaycanda ilk yayılması ağac olan hər yeri əhatə edib.
Adi qaragöz qızılquş
Afrika qaragöz qızılquşu
Gümüşü qarağöz qızılquş
Qaragöz-i Hacıbaba
Qaragöz-i Hacıbaba (fars. ‎قراگوز حاجی‌بابا‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 146 nəfər yaşayır (43 ailə).
Qaragöz və Xacivat
Qaragöz və Xacivat — təqlidə və qarşılıqlı dialoqa əsaslanan iki ölçülü təsvirlərlə bir pərdədə oynadılan kölgə oyunudur. Qaragöz oynadana qurğusal, xəyalbaz deyirlər. Köməkçiləri çıraq, yardaq, dayrezen, sandıqkardır. Oyunda dialoqların dəyişməsi baş rollarla edilir. Bu iki xarakterin həqiqətən yaşayıb yaşamadığı, yaşayıbsa, harada necə yaşadığı dəqiq olaraq bilinmir. Danışılanlar rəvayətlərə əsaslanır, həqiqətən yaşamış olsalar da, böyük ehtimalla bəhs edilən dövrdə tarix kitablarına girəcək qədər əhəmiyyətli görülməyiblər. Folklorşünaslar Qaragözün bəzi oyunlarda qaraçı olduğunu öz dili ilə deməsi və Bulqar qaydası çalmasını əsas götürərək onun Bizans imperatoru Konstantinin qaraçı seyisi Sofyozlu Bali Çələbi olduğunu söyləyirlər. Bir digər rəvayətə görə isə Hacı İvaz Ağa, ya da xalqın bildiyi adı ilə Xacivat və Trakyada yerləşən Samakol kəndindən olan dəmirçi ustası Qaragöz Orxan Qazi dövründə Bursada yaşayan və məscid inşaatında işləyən iki işçidir. Özləri işləmədikləri kimi başqa işçilərin işləməsinə də imkan vermirdilər. Orhan Qazinin "məscid vaxtında bitməsə, kəlləni alaramm" dediyi məscid memarı məscidin inşaatının vaxtında bitməməsinə görə Qaragöz və Xacivatı şikayət edir.
Qaragöz-i El (Urmiya)
Qaragöz-i El (fars. قره گوزايل‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 211 nəfər yaşayır (65 ailə).
Qaragöz-i Səlimağa (Urmiya)
Qaragöz-i Səlimağa (fars. قراگوزسليم اقا‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 182 nəfər yaşayır (47 ailə).