GİRDƏSİFƏT

sif. Sifəti girdə və kök olan. Girdəsifət oğlan. Girdəsifətli qadın.
– İmran girdəsifət, alagöz, güləşqabaq, gözəl bir uşaq idi. Mir Cəlal.
Sürücü qaragöz, qaraqaş, qırmızı, girdəsifət, sağlam bir cavan idi. S.Vəliyev.
Tofiq isə, əksinə, alçaqboylu, sarışın, girdəsifət, ətli-canlı idi. M.Rzaquluzadə.

GİRDƏNƏK
GİRDƏSİFƏTLİ

Digər lüğətlərdə