Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
The Blue Marble
The Blue Marble — Yer planetinin 7 dekabr 1972-ci ildə "Apollon-17" kosmik gəmisinin ekipajı tərəfindən təxminən 29 min km məsafədən çəkilmiş şəkli. NASA-nın işi olaraq ictimai irs hesab olunur və hər kəsə açıqdır. Şəkil Yer planetini tam işıqlanmış şəkildə təsvir edir (Belə ki Günəş astronavtların arxasında yerləşirdi). Bir sıra filmlərdə Yerin kosmosdan təsviri üçün istifadə olunmuşdur. == Fotoşəkil == Astronavtlar üçün kosmosdan Yer mavi oyuncaq şüşə şar (marble) kimi göründüyündən məhz bu adı almışdır. === Fotoşəklin tarixi === Fotoşəkil Apollon-17 gəmisinin startından 5 saat 6 dəqiqə, kosmik apparatın Yerin orbitini tərk etməsindən isə 1 saat 54 dəqiqə sonra çəkilmişdir. Şəklin sağ yuxarı hissəsində Hind okeanı üzərində siklon görünür. Şəklin çəkilməsindən 2 gün əvvəl 5 dekabrda fırtına Hindistanın Tamilnad ştatında su basmasına və güclü küləklərə səbəb olmuşdu. Fotoşəklin NASA-da rəsmi seriyası — AS17–148–22727-dir. İlk əvvəl şəkil çevrilmiş halda idi, belə ki Cənub qütbü yuxarıda, Afrika isə şəklin sağ tərəfində yerləşirdi.
Cenna Marbls
Cenna Marbls (ing. Jenna Marbles) (doğum adı: Cenna Mauri)-amerikalı youtuberdir. Uzun müddət YouTube-də ən tanınan ulduzlardan biri olmuşdur. Youtube kanalında 14 mln. izləyicisi olduğu üçün Youtube-nin ən populyar qız videoblogeri sayılırdı.O, YouTube ulduzu kimi, bir gənc milliyyətçi qadın olmağına dair komik videolar çəkirdi. Youtube kanalından qazandığı gəlir ildə 350.000 dollar təşkil edirdi. == Təhsili və karyerası == Marbls Roçesterdə(New-york ştatında yerləşir)anadan olmuş və böyümüşdür.O, elə oradaca məktəbini bitirmişdi.Bundan sonra o, Boston-a köçdü və orada Suffolk universitetində(eng.Suffolk university) oxumağa başladı.Suffolk-da o,psixologiya sahəsindən elm bakalavrı aldı.Sonra,Boston universitetini bitirən Jenna,İdman psixologiyası və məsləhətləşmə üzrə Magistr dərəcəsi aldı. O, öz karyerasına BarStool Sports ilə başlasa da,bəzən Youtuba, video çəkirdi və bu videolarından biri, "İnsanları necə inandırmaq olar ki, siz yaxşı görünürsünüz" onu Youtubda məşhurlaşdırdı.Video 1 həftə ərzində 5,3 mln izləmə yığdıBundan sonra o, reqular olaraq Youtube-yə videolar çəkməyə başladı və kanalını təkmilləşdirdi. Youtube-dən başqa,Marbls həm də,həm də,kiçik rollar alırdı.Məs:"Epic Rap Battles Of History" (Tarixin epik rep döyüşləri) şousunun 2-ci sezonunun 13-cü bölməsində (Adəm Həvvaya qarşı)Həvva rolunu oynayırdı.O,həmçinin bəzi multfilm personajlarını səsləndirirdi.Məsələn,"Annoying orange" (Bezdirən portağal) multfilminin "yalançı bekon" seriasındakı bananı səsləndirmişdi. === Youtube kanalı haqqında === Əsl adı Jenna Mourey olmasına baxmayaraq,Kanalının adını Jenna Marbles qoyan Jenna soyadının əvəzinə itlərdən birinin adını qoyub.Bunun səbəbi isə, anasının onda youtube kanalının olduğunu bilməsini istəməməsi idi.Lakin,məhşurlaşandan sonra anası onda kanal olduğunu bildi.7 noyabr 2022 tarixinə əsasən 19,8 milyon abunəçisi,1.770.000.000 toplam baxış sayı var.Buna baxmayaraq,Jenna hələ də videolar çəkməyə davam edir və populyarlığını itirmir.Onun videoları hər çərşənbə axşamı və ya çərşənbə çıxır.
Marlea
Alangium (lat. Alangium) — bitkilər aləminin zoğalçiçəklilər dəstəsinin zoğalkimilər fəsiləsinə aid bitki cinsi.
Marsel
Marsel (fr. Marseille) — Fransanın ən iri dəniz limanı Bouches-du-Rhône departamentinin inzibati mərkəzi. Lion körfəzinin (Aralıq dənizi) sahilində yerləşir. == İqtisadiyyatı == Marseldə beynəlxalq hava limanı, iri dəniz limanı kompleksi var. Dəniz limanının illik yük dövriyyəsi 90 milyon tondur. Neft emalı, neft-kimya sənayesi, qəmiqayırma, təyyarə istehsalı müəssisəsləri vardır. Strasburq və Karlsruedən (AFR) keçən transavropa neft kəməri Marseldən başlayır. 1977-ci ildən etibarən Marseldə 24 stansiyaya malik metropoliten fəaliyyət göstərir.
Sarule
Sarule (sardin: Sarùle) — Sardiniyanın Nuoro əyalətindəki kommuna və kiçik şəhər. Sahəsi 52,72 km²-dir. Kommunanın əhalisi 1,696, əhalinin sıxlığı isə bir kvadrat kilometrə 32 nəfərdir. == Qonşu kommunalar == Sarule kommunası aşağıdakı kommunalarla həmsərhəddir: Mamoiada, Ollolai, Olzai, Orani və Ottana.
Şamble
Şamble (fr. Chamblet) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Monmaro kantonuna daxildir. Kommunanın dairəsi — Monlyuson. INSEE kodu — 03052. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 1066 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 685 nəfər (15-64 yaş) arasında 494 nəfər iqtisadi cəhətdən, 191 hərəkətsiz (fəaliyyət göstərici 72.1%, 1999-cu ildə 70.4%) idi. Fəal olan 494 nəfərdən 451 nəfər (241 kişi və 210 qadın), 43 nəfər işsiz (20 kişi və 23 qadın) idi. 191 fəaliyyətsiz şəxsin 33 nəfəri şagird və ya tələbə, 85 nəfər təqaüdçü, 73 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Erble
Erble (fr. Herblay) — Fransada bələdiyyə, region — İl-de-Frans, departament — Val-d'Uaz, rayon — Arjantey, kanton — Erble. Əhalisi — 26 289 nəfər (2009). Bələdiyyə Paris şəhərinin təxminən 21 km şimal-qərbində, Serji bələdiyyəsinin 9 km cənub-şərqində yerləşir.
Maral
Marallar (lat. Cervidae) — cütdırnaqlılar dəstəsiə aid fəsilə. 40 növə malikdir. Avrasiya, Şimali Amerika, Cənubi Amerikada yayılıb, eləcə də insanlar tərəfindən Avstraliya və Yeni Zelandiyaya gətirilib. Azərbaycan folklorunda adı ən çox hallanan heyvanlar arasında maral sözsüz ki, birincilər sırasındadır. Lap qədim dövrlərdən indiyə kimi həmişə insanın bu "dağlar və meşələr gözəli"nə xüsusi marağı olub. Ona görə də məişət və təsərrüfat fəaliyyətində maraldan zaman-zaman istifadə ediblər. Maralın qidalığına görə əti və südü, sənaye əhəmiyyətinə görə isə dərisi və buynuzu əvəzsiz sayılıb. Maral estetik baxımdan və mənəvi tələbatı ödəmək cəhətdən müqayisəolunmazdır. Gözəl təbiət müşahidəçisi, yazıçı-ekoloq Zaman Novruz onu bu cəhətdən belə ifadə edirdi: "Təbiətcə çox da sakit olmayan maralın görkəmindəki zəriflik, baxışlarındakı mehribanlıq, cəlbedicilik, duruşundakı vüqar, əzəmət və incəlik onu gözəllik rəmzi kimi dilə-dişə salmış, adı nağıllara, dastanlara, şeirlərə düşmüş, neçə-neçə maral ünvanlı əfsanə yaranmışdır".
Marke
Marke — İtaliyanın 1948-ci il Konstitusiyası ilə qismən regional muxtariyyət verilmiş 20 regionundan biridir. Ankona şəhəri region mərkəzidir. == Coğrafi mövqeyi == Tətil diyarları və incə qumlu çimərlikləri ilə dünyaca məşhur region Apenin Dağları ilə Adriatik dənizi arasında uzanır. Adriatik dənizinə baxan qisimi daha çox dağlıq və təpələrlə əhatəlidir. == Əhalisi == 1.560.785 milyon nəfərdir. == Sahəsi == 9.694 km²-dir.
Morle
Morle (fr. Morlaix) — Fransada yerləşən, eyni adlı rayonun suprefekturası (region Bretan, departament Finister). Morle — qədim bir şəhərdir, ona yaxın neolit dövrünə aid Barenes kurqanı yerləşir. Tarixi dövrdə liman, İngiltərə və Fransanın mübarizəsinin obyektinə çevrilmişdir. == Tanınmış şəxslər == Mari Brakemon, rəssam. Jan Viktor Moro, komandir. Tristan Korbyer, şair. Pol Serüzye, rəssam. Julyen Qiyomar, aktyor. Brijitt Fonten, müğənni.
Abroma mariae
Abroma (lat. Abroma) — bitkilər aləminin əməköməciçiçəklilər dəstəsinin əməköməcikimilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Abroma augusta (L.) L.f. cinsə aid yeganə növdür. == Arealı == Hind-Çindən Avstraliyaya qədər yayılmışdır. == Sinonimləri == Abroma alata Blanco Abroma angulata Lam. Abroma angulosa Poir. Abroma communis Blanco Abroma denticulata Miq. Abroma elongata Lam. Abroma fastuosa R.Br.
Amerika maralı
Amerika maralı (lat. Odocoileus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin marallar fəsiləsinə aid heyvan cinsi.
Aythya marila
Dəniz qaraördəyi (lat. Aythya marila) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinin qaraördək cinsinə aid heyvan növü.
Carduus mariae
Adi alaqanqal (lat. Silybum marianum) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin alaqanqal cinsinə aid bitki növü. == Botaniki təsviri == Hündürlüyü 1.5 m qədər olan ikiillik ot bitkisidir. Gövdəsi düz, budaqlı, çılpaqdır. Yarpaqları çılpaq, iri, enli lansetvari, damarları boyunca ağ ləkəlidir, diş-dişli və kənarları tikanlıdır. Səbətləri budaqların ucunda, çiçəkləri al qırmızı-bənövşəyi rəngdədir. Aprel-may aylarında çiçəkləyir, may-iyun aylarında meyvə verir. İkiillik ot bitkisi (mədəni şəkildə birillik) olub,düzqalxan gövdəsi60-150 sm hündürlüyündə olmaqla, nişasta tərkiblidir. Yarpaqları növbəli, iri, uzunsov-ellipsşəkilli, lələkvari və ya lələkvari-bölünmüş, dəricikli, tünd-yaşıl, parıltılı, ağ ləkələrlə örtülü parlaq, zolaqlı və ləkəli, damarları, kənar lövhəcikləri və aşağı tərəfi tikanlı, saplaqlı, yuxarı tərəfi isə oturaqdır. Hamaşçiçəklərinin zirvəsi şarşəkilli olub, səbət çiçək qrupuna toplanmışdır.
Devid Marplz
Devid Rocer Marplz (ing. David Roger Marples; 17 oktyabr 1952) — kanadalı tarixçi və Alberta Universitetinin Tarix və Klassika fakültəsinin professorudur. O, Belarus, Rusiya və Ukraynanın tarixi və müasir siyasəti üzrə ixtisaslaşmışdır. == Təhsili == Marplz 1975-ci ildə London Universitetinin bakalavr proqramını fərqlənmə ilə bitirmiş. 1980-ci ildə Alberta Universitetindən tarix üzrə magistr, 1985-ci ildə Şeffild Universitetindən iqtisadi və sosial tarix üzrə fəlsəfə üzrə doktoru dərəcəsini almışdır. Dissertasiya mövzusu "1944-1951-ci illərdə Qərbi Ukraynada kənd təsərrüfatının kollektivləşdirilməsi" olmuşdur. == Karyerası == Marplz 1991-ci ildə Alberta Universitetində fəaliyyətə başlamışdır. Daha əvvəl Almaniyanın Münhen şəhərində Azadlıq Radiosunun Ukrayna xidmətində tədqiqatçı kimi çalışmışdır. Marplz, Şimali Amerika Belarus Tədqiqatları Assosiasiyasının keçmiş prezidenti (2010–2015) (2010–15) və Alberta Universitetində Ukrayna Araşdırmaları İnstitutunda Stasyuk adına Müasir Ukrayna Proqramının sabiq direktorudur (2004–2014). 2014-cü ildə o, Yaponiyanın Hokkaydo Universitetində Slavyan və Avrasiya Tədqiqat Mərkəzində dəvətli professoru kimi çalışmışdır.
Donuz maralı
Donuz maralı (lat. Axis porcinus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin marallar fəsiləsinin aksis cinsinə aid heyvan növü.
Galium murale
Galium murale (lat. Galium murale) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin boyaqotukimilər fəsiləsinin qatıqotu cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Aparinanthus muralis (L.) Fourr.
Herrania mariae
Abroma (lat. Abroma) — bitkilər aləminin əməköməciçiçəklilər dəstəsinin əməköməcikimilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Abroma augusta (L.) L.f. cinsə aid yeganə növdür. == Arealı == Hind-Çindən Avstraliyaya qədər yayılmışdır. == Sinonimləri == Abroma alata Blanco Abroma angulata Lam. Abroma angulosa Poir. Abroma communis Blanco Abroma denticulata Miq. Abroma elongata Lam. Abroma fastuosa R.Br.
Inula mariae
Inula mariae (lat. Inula mariae) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin andız cinsinə aid bitki növü.
Joze Marsole
Joze Marsole (d. 20 noyabr 1973) — Kanadanı təmsil edən su poloçusu. == Karyerası == Joze Marsole, Kanada yığmasının heyətində 2000-ci ildə Avstraliyanın Sidney şəhərinin ev sahibliyində baş tutan XXVII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Qrup mərhələsində beş görüşün sadəcə birində qalib gələn Kanada yığması, Sidney Olimpiadasını beşinci pillədə başa vurdu.
Jurinea mariae
Jurinea mariae (lat. Jurinea mariae) — mürəkkəbçiçəklilər fəsiləsinin jurinea cinsinə aid bitki növü.
Kalamian maralı
Kalamian maralı (lat. Axis calamianensis) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin marallar fəsiləsinin aksis cinsinə aid heyvan növü. Kalamian adası üçün endemik növdür. == Təsviri == Heyvanın bədəninin uzunluğu 105–115 sm, süysününün hündürlüyü 60–75 sm, kütləsi 36–50 kq olur. Maralın yunu qəhvəyi çalardadır və erkəkləri böyüdükcə yununun rəngi tündləşir.
Kul maralı
Kul maralı (lat. Axis kuhlii) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin marallar fəsiləsinin aksis cinsinə aid heyvan növü.
Madalina Manole
Madalina Manole — rumın müğənni Rumıniyanın folk və pop janrında ən çox sevilən müğənnilərindən biri olan Madalina Manole dünən 43 yaşının tamam olduğu ad günündə - 14 iyul 2010-cu ildə zəhərli böcək öldürücü dərman içərək intihar edib.
Makbule Atadan
Makbulə Atadan (1885, Saloniki – 18 yanvar 1956, Ankara), Türk yazıçı və siyasətçidir. Mustafa Kamal Atatürkün bacısıdır. == Həyatı == 1885-ci ildə Salonikidə dünyaya gəlib. Balkan müharibələrindənndan sonra anası Zibeydə xanım ilə birlikdə İstanbula köçüb. Cümhuriyyətin elanından sonra Ankaraya getdi. Bir müddət qardaşı Mustafa Kamal ilə qaldıqdan sonra Çankaya Köşkü ərazisi içində onun üçün inşa edilən Camlı Köşkə yerləşdi. 1930-cu ildə Atatürkün istəyi ilə Fəthi Okyarın qurduğu Sərbəst Cümhuriyyət Firqəsinə girən Makbulə Xanım bir neçə ay sonra partiya bağlandıqdan sonra siyasətdən çəkildi. Atadan əslən Gümülcinəli bir fabrik sahibi olan Ədirnə millətvəkili Məcdi Boysan ilə evləndi və daha sonra boşandı. Qardaşı haqqında xatirələri Böyük Qardaşım Atatürk (1952) ve Qardaşım Mustafa Kamal (1952) adları elə yayımlandı. 18 yanvar 1956-cı il tarixində saat 12:55 də 71 yaşında Camlı Köşk, Ankarada vəfat etdi.
Marilər
Marilər — Fin-uqor xalqlarından biri, Rusiya Federasiyasının subyekti Mari El Respublikasının yerli əhalisi, əsasən Rusiyada yaşayırlar.
Masulə
Masulə — İranın Gilan ostanında yerləşən şəhər. Masulə əhalisinin əksəriyyətini talışlar təşkil edir.