Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ceyms Markus
Ceyms Markus (ing. James Marcus) — Böyük Britaniya aktyorudur. Müxtəlif filmlərdə və seriallarda iştirak etmişdir. Ceyms Markus rejissor Stenli Kubrikin 1971-ci ildə çəkdiyi "Qurulan portağal" filmində Corci rolunu canlandırmış və böyük müvəffəqiyyət əldə etmişdir.
Markus Aurelius
Mark Avreli, Markus Avrelius (lat. Marcus Aurelius Antoninus, 26 aprel 121, Roma, İtaliya[d], Roma imperiyası – 17 mart 180) — Roma imperatoru (161–180), stoaçı filosof. İlk vaxtlar imperiyanı Lutsi Verlə birgə idarə etmişdir. Parfiyalılar (162–166), german və sarmatlarla (166–180, Markoman müharibəsində) hərblər aparmışdır. Stoisizmin ardıcıllarından olan Mark Avreli fəlsəfədə ("Özü ilə təklikdə" əsəri) əxlaqi kamilliyi təbliğ etmiş, siyasi quruluşu təkmilləşdirməyin qeyri-mümkünlüyü ideyasını irəli sürmüşdür. == Həyatı == 139-cu ildə atası vəfat etdikdən sonra imperator Antonin Piy tərəfindən oğulluğa götürüldükdən sonra Mark Avreli Ver Sezar adlandırılmağa başlanmışdır. Gözəl təhsilə yiyələnmiş Avreli fəlsəfəyə və təsviri sənətə böyük maraq göstərmişdir. Dioqnetin, şagirdi olan Avreli fəlsəvi görüşlərinə görə məhz quru taxt üzərində yatar və üstünü heyvan dərisi ilə örtərmiş. Bacarığına görə gənc olmasına baxmayaraq Hadrianın vəfatından yarım il sonra 5 dekabr 138 ci ildə kvestor vəzifəsinə irəli çəkilərək karyerasına inzibati idarəçiliklə başlamışdır. Elə həmin il Antonin Piyin qızı ilə nişanlandıqdan sonra tax-taca varislik əldə edir.
Markus Eriksson
Markus Eriksson (isv. Marcus Ericsson, 2 sentyabr 1990, Kumla[d], Erebru[d]) — İsveç avtoyarışçısı, Yaponiya Formula-3 Çempionatının qalibi (2009), GP2 pilotu (2009–2013). 2014-cü ildən Formula-1-də çıxış edir. == Karyera == === Erkən illər === Markus Eriksson İsveçdəki motor idman mərkəzlərindən birində dünyaya gəldi: Erebru leni, Kumla şəhəri. Markus doqquz yaşında olanda yarış texnikasınında özünü sınadı; kartın sahibi — İsveçli kuzov yarışçısı Fredrik Ekblom — tezliklə dövrəni ən yaxşı nəticələr səviyyəsində keçməyə müvəffəq olan bir gənc onun diqqət çəkdi. Ekblom, oğlanın atası ilə görüşdü və Markusun çıxışları üçün maliyyə mənbələrinin axtarışında iştirak edən bir hissəsi üçün, oğlunun kartinq müsabiqələrində başlamağı ciddi bir şəkildə həll etməyə razı saldı. Bir neçə ildə Erikson Şimali Avropa müsabiqələrində olduqca yaxşı bir tərəqqi etdi və 2007-ci ildə Markus Formulalara transferinə qatqı təmin edən bir başqa məşhur İsveç yarışçısı — Kenni Brakın diqqətini çəkdi. Kenni, İngilis avtomobil yarışları dairələrində əlaqələrini istifadə etdi və Eriksson üçün ilk olaraq İngilis Formula-BMW Çempionatında test etmək üçün imkan təşkil etdi və sonra Fortec Motorsport komandası ilə müqavilə imzalamaq üçün finans tapdı. Brakın seçimi olduqca müvəffəqiyyətli idi — Markus komandanın mühəndisləri ilə ortaq bir dil tapdı və birinci ildə seriyanın qalibi oldu — o on səkkiz yarışdan yeddisində qələbə qazandı. Bəzi yollarda sürətli müvəffəqiyyət bir il sonra ona Britaniya Formula-3 çempionatına keçməyə imkan verdi, burada Markus da fərdi yarışda beşinci yeri tutdu.
Markus Karlsbakk
Markus Seehusen Karlsbakk (7 may 2000-ci ildə Norveçdə anadan olub) — Norveç Eliteserien təmsilçilərindən olan Olesunn klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Norveçli futbolçudur. == Klub karyerası == === Olesunn === Karlsbakk Olesunn akademiyası vasitəsilə inkişaf etmişdir. Karlsbakk öz peşəkar karyerasında debütünü 8 iyul 2017-ci ildə Molde klubuna qarşı oyunda etmişdir. O, 87-ci dəqiqədə Aron Brandarsonu əvəz etmişdir. Həmin görüşdə Olesunn liqa görüşündə rəqibinə 3-0 hesabı ilə məğlub olmuşdur. == Karyera statistikası == === Klub === 19 İyul 2017 tarixində yenilənib 1UEFA Çempionlar Liqası görüşləri daxildir. 2Norveç Superkuboku görüşləri daxildir.
Markus Lie
Markus Lie (d. 21 iyun 1995) — Norveçli üzgüçü. Markus Lie Norveçi 2017-ci ildə XXXVII Su idman növləri üzrə Dünya Çempionatında təmsil etdi. == Karyerası == Markus Lie birinci dəfə Dünya Çempionatına 2017-ci ildə qatıldı. O, Budapeştdə baş tutan XXXVII Su idman növləri üzrə Dünya Çempionatında kişilər 100 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 49.65 saniyəlik nəticəsi ilə 119 üzgüçü arasında 35-ci oldu və yarımfinala vəsiqə qazana bilmədi. Bu nəticə ilə o, 100 m sərbəst stildə Norveç rekordunu yeniləmişdir.
Markus MakQuan
Markus Samuel Maykl MakQuane (/məˈɡweɪn, mæ-/ mə-GWAYN, ma-; 2 fevral 1999-cu ildə anadan olub) — İspaniya təmsilçilərindən olan Barselona B klubunda müdafiəyə meyilli yarımmüdafiəçi kimi çıxış edən İngiltərəli peşəkar futbolçudur.
Markus Morris
Markus Morris (ing. Marcus Morrie; d. 2 sentyabr 1989) — peşəkar amerikan basketbolçu. NBA-də Boston Seltiks komandasında çıxış edir. Kanzasda oxuduğu kollecin basketbol komandasında çıxış etdikdən sonra 2011-ci NBA seçməsində Hyuston Rokets komandası tərəfindən 14-cü sırada seçilib.
Markus Reşford
Markus Reşford (d. 31 oktyabr 1997; Mançester, İngiltərə) İngiltərə Premyer Liqasının Mançester Yunayted klubunda və İngiltərə milli yığmasının heyətində hücumçu mövqeyində çıxış edən ingilis futbolçu. == Həyatı == Markus Reşford 31 oktyabr 1997-ci ildə Mançester şəhərində anadan olmuşdur. Yeddi yaşından bəri Mançester Yunayted futbolçusudur. O, UEFA Avropa Liqasında, Premyer Liqada (Arsenala qarşı), Mançester derbisində və Liqa Kubokunda debüt oyunundaca fərqlənməyi bacarıb. Reşford 2016-cı ilin mayında milli komandanın heyətində də ilk oyununda fərqlənməyi bacarmış, nəticədə öz debüt matçında qol vuran ən gənc ingilis futbolçu olaraq tarixə keçmişdir. İngiltərə milli yığması ilə birlikdə UEFA Avro 2016 turnirində iştirak etmişdir. == Klub karyerası == Mançesterdən olan Markus Rushford 5 yaşından yerli komandada çıxış edir, əvvəllər Ues Braun , Denni Uelbek , Ravel Morrison , Zeki Frayers , Cessi Linqard , Tayler Bleket və Kemeron Bortvik kimi oyunçuların çıxış etdiyi yerli komanda Fletçer Moss Reyncersdə çıxış edir. Cekson . "Everton" , " Liverpul " , "Mançester Siti" və "Mançester Yunayted" akademiyaları Rashfordla maraqlanırdı.".
Markus Volf
Markus Volf (19 yanvar 1923[…], Hexingen[d] – 9 noyabr 2006[…], Berlin) — yazıçı, jurnalist. == Həyatı == Hohenzollern əyalətinin (indi Baden-Württemberg) Hechingen şəhərində anadan olan Wolf yazıçı və həkim Friedrich Wolfun oğlu və rejissor Konrad Wolfun qardaşıdır. Atası Almaniya Kommunist Partiyasının üzvüdür. Adolf Hitler hakimiyyətə gəldikdə, kommunizmə olan meylləri və yəhudi mənşəli olduqlarına görə İsveçrə yolu ilə Fransaya, daha sonra Moskvaya mühacirət etmişdirlər. Sürgün illərində alman Karl Libknext məktəbinə, daha sonra bir rus məktəbinə getmişdi. Moskva Aviasiya İnstitutunun təyyarə mühəndisliyi şöbəsinə daxil olub. Almanlar Barbarossa əməliyyatı ilə Sovet İttifaqına hücum edəndə Alma Ataya qaçdı. Kominternə üzv oldu, düşmən xətlərinin arxasında fəaliyyət göstərmək üçün təlim görmüşdür. İkinci Dünya Müharibəsi başa çatdıqdan sonra, Sovet işğalı bölgəsindəki bir radiostansiyada işləmək üçün Valter Ulbrichtin də daxil olduğu bir qrupla jurnalist kimi Berlinə göndərildi. Nasist liderlərinin mühakimə olunduğu Nürnberq Məhkəmələrini izləyən jurnalistlər arasında idi.
Markus Wolf

Markus Zusak
Markus Zusak (ing. Markus Frank Zusak (d.23 iyun, 1975) — Avstraliyalı yazıçı. == Həyatı == Zusak, Avstarliyanın Sidney şəhərində anadan olub. Onun anası Liza alman, atası Helmut isə avstraliyalıdır. == Yaradıcılığı == O ən çox, beynəlxalq bestseller olan Kitab Oğrusu və Elçi kitabları ilə tanınır. Zusak, beş kitabın müəllifidir. O 1999-2001-ci illərdə yazdığı ilk üç kitabı olan The Underdog, Fighting Ruben Wolfe və When Dogs Cry kitabları ilə beynəlxalq səviyyədə nəşr olundu və bir çox mükafat qazandı. Birinci kitabı olan The Underdog'un nəşri yeddi il ərzində başa çatdı.
Markus Zöder
Markus Zöder (alm. Markus Thomas Theodor Söder‎ 5 yanvar 1967[…], Nürnberq, Bavariya) — 2018-ci ildən Bavariyanın Baş naziri və 2019-cu ildən Bavariyadakı Xristian Sosial Birliyinin (CSU) sədri olan Alman siyasətçisidir. == Həyatı == 1986-cı ildə Gimnaziyanı bitirdikdən sonra 1986-1987-ci illərdə hərbi xidmətdə olmuşdu. Sonra 1987-ci ildən Konrad Adenauer Fondunun təqaüdü ilə Erlangen-Nürnberg Universitetində hüquq təhsili almışdır. 1991-ci ildə ilk dövlət imtahanından keçmiş və eyni universitetin konstitusiya, inzibati və kilsə hüququ kafedrasında tədqiqatçı köməkçisi olmuşdur. 1998-ci ildə hüquq tarixində „Von altdeutschen Rechtstraditionen zu einem modernen Gemeindeedikt: Die Entwicklung der Kommunalgesetzgebung im rechtsrheinischen Bayern zwischen 1802 und 1818.“ adlı başlıqlı bir dissertasiya ilə hüquq doktoru dərəcəsinə layiq görülmüşdür. 1992-1994-cü illərdə Münhendə Bavariya radiosunda praktikant, daha sonra redaktor vəzifəsində çalışıb. 1995- ci ildən Bavariya Parlamentinə seçilərək siyasətlə məşğuldur. Zöder 1994-cü ildən Bavariya əyalət parlamenti olan Landtaqın üzvüdür. 2003-2007-ci illərdə CSU partiyasının baş katibi olub.
Markus Şlesinger
Markus Şlesinger (16 noyabr 1991) — İsrailli üzgüçü. Markus Şlesinger İsraili 2017-ci ildə XXXVII Su idman növləri üzrə Dünya Çempionatında təmsil etdi. == Karyerası == Markus Şlesinger birinci dəfə Dünya Çempionatına 2017-ci ildə qatıldı. O, Budapeştdə baş tutan XXXVII Su idman növləri üzrə Dünya Çempionatında kişilər 50 m kəpənək stildə, təsnifat mərhələsində iştirak etdi. 24.00 saniyəlik nəticəsi ilə 89 üzgüçü arasında 27-ci oldu və yarımfinala vəsiqə qazana bilmədi.
Qill Markus
Qill Markus — CAR Mərkəzi Bankının rəhbəri 2012-ci ildə Beynəlxalq Global Finance təşkilatı bütün dünya üzrə mərkəzi bankların rəhbərlərinin fəaliyyətini qiymətləndirərkən, ona aşağı qiymət olan, "C" qiymətini vermişdir.
Rudolf Markus
Rudolf Markus (Rudolf "Rudy" Artur Markus; 21 iyul 1923, Monreal, Kvebek), Monreal, Kanada) — Kanada əsilli amerikalı kimyaçı, məhlullarda elektronların ötürülməsi nəzəriyyəsinin (Marcus nəzəriyyəsi) banisi, 1992-ci il Kimya üzrə Nobel mükafatı laureatı "Kimyəvi sistemlərdə elektron ötürmə reaksiyaları nəzəriyyəsinə verdiyi töhfələrə görə"). Dövrümüzün görkəmli nəzəri kimyaçılarından biri. Fəlsəfə doktoru (1946 il), 1978-ci ildən dərs dediyi Kaltekdə professor. ABŞ Milli Elmlər Akademiyasının (1970 il) və Amerika Fəlsəfə Cəmiyyətinin (1990 il) üzvü, London Kral Cəmiyyətinin (1987 il), Çin Elmlər Akademiyasının (1998 il) əcnəbi üzvü. == Bioqrafiyası == Ormstounda, Avropadan gələn yəhudi mühacir Meer Markus və Ester Koen ailəsində anadan olub (anası Mançesterdən Kanadaya, atası Kovno əyalətinin Vilkomir şəhərindən Nyu Yorka köçüb). Onun 3 yaşı olanda ailə Detroyta köçdü və 6 il sonra Monreala qayıtdı. Ata Monreal Gazette mətbəəsində, tikiş emalatxanasında gündəlik fəhlə işləyir, Halifax və Ontarioda foto çərçivələrini satır, ərzaq mağazalarında məmur köməkçisi işləyirdi və ailə çox ağır vəziyyətdə yaşayırdı. O, Monrealda fəhlə sinfi yəhudi məhəlləsində Baron Byng Liseyində oxuyub. MakQilla Universitetində təhsil alıb, 1943-cü ildə bakalavr, 1946-cı ildə isə Fəlsəfə doktoru pilləsinə yüksəlib (PhD). Son kursdan bəri o, Bruklin Politexnik İnstitutunda (1951–64 il), daha sonra Şimali Karolina Universitetində işləmiş və burada 1952-ci ildə Rays-Ramsperger-Kassell-Markusun ümumi nəzəriyyəsini inkişaf etdirərək keçid nəzəriyyəsi ilə birləşdirmişdir.1958-ci ildə ABŞ vətəndaşlığını alıb.
Markus Antonius Kretikus
Kritli Mark Antoni (lat. Marcus Antonius Creticus ö. e.ə. 71, Krit, Roma imperiyası) — E.ə. II və I əsrlərdə yaşamış olan, Antoni ailəsinə mənsub Roma siyasətçisi. O, Mark Antoni Oratorun Yuliya Antoniya ilə qurduğu evlilikdən doğulan oğlu və triumvir Mark Antoni, Qay Antoni və Lyusi Antoninin atasıdır. == Tarixi == E.ə 74-cü ildə pretor seçilmişdir və ertəsi il eynilə atasının otuz il öncə aldığı kimi Pont kralı VI Mitridata qarşı mübarizə aparmaq baxımından çox böyük səlahiyyətlər əldə etmişdir. Mark Antoni vəzifədə uğursuz olmaqla yanaşı eyni zamanda oğurluqlardan qoruyacağı əyalətləri də yağmaladı. Dəniz quldurları ilə ittifaq yaradaraq kritlilərə hücum etdi ancaq məğlub oldu və gəmilərindən çoxu batırıldı. Siciliyalı Diodor bu böyük biabırçılıqdan ancaq özünü xilas edə bildi.
Markus Tulio Tanaka
Markus Tulio Tanaka (d. 24 aprel 1981) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 43 oyun keçirib, 8 qol vurub.
Markus Vipsanius Aqrippa
Markus Vipsanius Aqrippa (Marcus Vipsanius Agrippa) {63-12 e.ə} — ilk Roma hərb generalı və siyasətçi.
Dactylorhiza markusii
Roma boşləçəyi (lat. Dactylorhiza romana) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin boşləçək cinsinə aid bitki növü. == Arealı == Aralıq dənizi sahillərindən Mərkəzi Asiyaya qədər yayılmışdır. == Qısa morfoloji təsviri == Çoxillik ot bitkisidir. Kök yumruları 2-4 qanadlıdır, uzunluğu 3 sm-ə qədərdir. Gövdənin hündürlüyü 15-30 sm-dir. Yarpaqları 5-12 sayda olub, gövdənin aşağı hissəsində yerləşir, tərs-yumurtaşəkilli və ya uzunsov-lansetşəkilli, xətvari, uzunluğu 8-12 sm, kütdür, yuxarı yarpaqları ensiz, qısadır. Çiçək qrupu sıx, qısa, silindrik, çoxçiçəkli, bəzən tərs-yumurtaşəkilli, uzunluğu 3-8 sm-dir. Çiçəkləri açıq-sarı və ya tünd-qırmızı, bənövşəyi, bəzən agımtıl rəngdədir. Çiçək dodağı girdə-dördkünclü, üçqanadlı, uzunluğu 5-7 mm, yan tərəfdəki qanadı oval, kənarlar bir qədər dişlidir, orta qanadı kvadratşəkilli, qurtaracağında çıxıntılar var.
Dactylorhiza romana subsp. markusii

Dactylorhiza romana var. markusii

Orchis markusii

Orchis pseudosambucina subsp. markusii

Orchis romana f. markusii

Orchis sulphurea var. markusii

Marks
Marks — soyad Bu soyadı olan tanınmış şəxslər Karl Marks — alman filosofu, siyasətçisi, marksizm-leninizm nəzəriyyəsinin banisi. Marks qardaşları — ABŞ məşhur komediya kvinteti.
Markuş strukturu
Markuş strukturları (-R) və ya Kimyəvi soy strukturları (ing. Markush structure və ya Generic chemical structure) — özləri hər hansı konkret birləşməyə müvafiq olmayan, lakin bir çox birləşməni, bəzən sonsuz sayda bırləşməni, əgər qeyri-müəyyən terminlər saxlayırsa, məsələn heterosikllər, əvəz olunmuş aromatik radikallar və s., özündə birləşdirən ümumiləşdirilmiş kimyəvi strukturlardır. == Patentləşdirmə == Markuş strukturu belə strukturların istifadəsi ilə bağlı "Pirazolon rəngləyicisi və onun əldə olunması prosesi" patentini almaq üçün iddiada qələbə qazanmış Nyu-Cersidə fəaliyyət göstərən "Pharma Chemical Corporation" şirkətinin sahibi, ixtiraçı Yucin Markuşun şərəfinə adlandırılmışdır. Patent müraciəti 9 yanvar 1923-cü ildə edilmiş və ABŞ Patent İdarəsi 26 avqust 1924-cü ildə patenti təsdiq etmişdir. Bu iş kimyəvi soy strukturlarına dair patent müraciətlərində presedentə yol açdı.Markuş strukturu patent sahibinə bir neçə aktiv/effektiv struktur formulu sadalamağa imkan verir. Patent müraciəti edənlərdən tələb olunur ki, onlar öz kəşflərinin tətbiqini ən yaxşı əks etdirən struktur formulunu açıqlasınlar və əgər bu struktur çox qarışıq olarsa, müraciət rədd edilə bilər. == Problemlər == Son iyirmi ildə patent düsturlarında Markuş strukturlarının istifadəsi kimya sahəsində patent hüququ sferasında böhrana gətirib çıxarmışdır. Markuş strukturları ilə bağlı problemlərə onların necə genişmiqyaslı olduğunu sübut edən bir neçə beynəlxalq forumun həsr edilməsinə baxmayaraq, heç bir kimya və ya patentşünaslıq ədəbiyyatında onlar müzakirə olunmamışdır. Markuş strukturları real olaraq alınmamış böyük miqdarda kimyəvi birləşmələri, daha doğrusu, "kağız" kimyasında fenomen yaratmış hipotetik strukturları mühafizə edir. Markuş strukturları, hər hansı qayda ilə məhdudlaşdırılmayaraq, müxtəlif siniflərə (kimyəvi birləşmələrin BPT siniflərinə uyğun olan siniflərə) aid olan böyük miqdarda kimyəvi birləşməni daxil etməyə imkan verir.
Amblyseius martus
Amblyseius martus (lat. Amblyseius martus) — phytoseiidae fəsiləsinin amblyseius cinsinə aid heyvan növü. == İstinadlar == Amblyseius martus Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
Ferdinand Markos
Ferdinand Markos (Ferdinand Emmanuel Edralin Marcos; 11 sentyabr 1917[…] – 28 sentyabr 1989[…], Honolulu) — Filippin siyasətçi və kleptokratı, Yeni Cəmiyyət hərəkatının sağçı üzvü, diktator,1965-1986-cı illərdə Filippin prezidenti. == Həyatı == Ferdinand Markos 11 sentyabr 1917-ci ildə Şimali İlokos vilayətində kiçik bir şəhər olan Sarrat şəhərində anadan olub. Atası Don Mariano Markos, əyalətin əsas şəhərində - Mindanao adasında Davao əyalətinin qubernatoru - müəllim, hüquqşünas və "Pulitiko" (siyasi komandir) idi. Anası, zəngin torpaq sahibinin qızı Dona Josefa Edralin, məzun olduqdan sonra ibtidai məktəbə öyrətdi. Valideynlərinin nümunəsindən sonra Ferdinand Roma Katolik Kilsəsinin cəsarətli tərəfdarı oldu. Heç vaxt çəkməmiş, içməmiş, sağlam həyat tərzi sürmüş, Filippin adətlərinə hörmətlə əməl etmişdir. O, üç dildə danışırdı - doğma ilokan, ispan və ingilis dilləri. === Gəncliyi === 1939-cu ildə Markos Filippin Dövlət Universitetinin Hüquq Kollecini bitirmiş, hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir və həmin il magistr dərəcəsi almaq üçün imtahan verənlərin siyahısında ilk olmuşdur. Markos şagird liderlərindən birinə çevrildi - o, mitinqlərdə yaxşı çıxış etdi, Malakanyanqın prezident sarayına çıxdı, o da dörddə bir əsrdən sonra həll olundu. Məktəbdə olduğu kimi, universitetdə o, demək olar ki, bütün yüksək mükafatlar - natiqliyinə görə Keson medalı, məhkəmə praktikasında mükəmməllik üçün Laurel medal, bacarıqlı polemikalara malik olduğu üçün Avansenyi kuboku və hərbi elmdə uğur qazanmaq üçün qızıl medal qazandı.
Fransiya Markes
Fransiya Markes (isp. Francia Elena Márquez Mina) — Kolumbiyada insan haqları və ətraf mühit üzrə afro-kolumbiyalı fəal. 2019-cu ildə BBC Fransiya Markesi həmin il üçün 100 Qadın siyahısına daxil edir. == Bioqrafiyası == Əsasən Afrika əsilli əhalisi olan Kauka departamentinin şimalındakı Suares bələdiyyəsinə aid Yolombo kəndində anadan olub. O, 13 yaşında bənd tikintisi onun icmasını təhdid edəndə fəal olUR. Santiaqo de Cali Universitetində hüquq təhsili almır. İki uşağın anası olan Fransiya Markes çoxmillətli korporasiyalar tərəfindən hüquqlarına və torpaqlarına edilən hücumlara qarşı La Tomenin Afro-Kolumbiyalı icmasının mübarizəsində liderə çevrilir. 2009-cu ildə onun iştirakı ilə başlayan müqavimət prosesi yerli sakinlərin bu ərazidən zorla çıxarılmasının qarşısını alıb. 2013-cü ildə o, 12 dekabr 2016-cı ilə qədər üzvü olduğu La Toma İcma Şurasının üzvü olur. Kolumbiyada sülh prosesinə qatılan, hökumətin Kubadakı Kolumbiya İnqilabçı Silahlı Qüvvələri qrupu ilə danışıqlarına dəvət edilir. Həm də geniş şəkildə feminist aktivist kimi tanınır.
Marius Unqureanu
Marius Petru Unqureanu (17 may 1994) — Rumıniyalı biatlonçu. Marius Unqureanu Rumıniyanı 2018-ci ildə Cənubi Koreyada təşkil edilən XXIII Qış Olimpiya Oyunlarında təmsil etdi. O, Ölkələrin Paradında Rumıniyanın bayraqdarı olmuşdur. == Karyerası == Marius Unqureanu birinci dəfə Olimpiya Oyunlarına 2018-ci ildə qatıldı. O, Cənubi Koreyada baş tutan XXIII Qış Olimpiya Oyunlarında kişilər 10 km məsafəyə sprint yarışlarında iştirak etdi. Unqureanu 28:59.1 saniyəlik nəticəsi ilə 87 atlet arasında 87-ci yeri tutdu və medalçılar sırasına düşə bilmədi.
Markos Botsaris
Markos Botsaris (yun. Μάρκος Μπότσαρης; təq. 1788, Suli[d] – 21 avqust 1823, Karpenisi[d], Fessaliya və Mərkəzi Yunanıstan) ― yunan general, Yunanıstan İstiqlaliyyət müharibəsinin qəhrəmanı və suliotların kapitanı. Botsaris Yunanıstanın ən tez-tez yada salınan milli qəhrəmanlarından biridir. == Erkən həyatı == Botsaris suliotların aparıcı klanlarından birində, Epirin Suli bölgəsində anadan olmuşdur. O, 1813-cü ildə Əli Paşanın əmri ilə Arta şəhərində öldürülən Kitsos Botsarisin oğlu idi. Botsaris sülaləsi Paramifiya yaxınlığındakı Draqani (indiki Ambelia) kəndindən gəlirdi. == Fransa ordusu və Sulidə repatriasiya == 1803-cü ildə Əli Paşa Sulini ələ keçirdikdən sonra Botsaris və qalan sulitlər İon adalarına keçdilər, burada 11 il Fransa ordusunun alban alayında xidmət etdi və alayın zabitlərindən biri oldu.1815-ci ildə Epirə qayıtdı. 1820-ci ildə digər suliotlarla birlikdə yenidən Epirə qayıtdı və Əli Paşanın başçılıq etdiyi İoannina mühasirəsində osmanlı ordusunda qarşı vuruşdu, lakin qısa müddətdən sonra suliotlar tərəflərini dəyişdilər və köhnə bölgələri Suli əvəzində osmanlılarla çiyin-çiyinə vuruşdular. 1821-ci ildə Xristofer Perrevos Epirə çatdı və suliotlara Fili Eteriyanın mövcudluğu və yaxınlaşan müstəqillik müharibəsi haqqında məlumat verdi.
Martes martes
Meşə dələsi (lat. Martes martes) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin dələlər fəsiləsinin dələ cinsinə aid heyvan növü. Azərbaycanda nəsli kəsilmək üzrə olan növdür. == Təsviri == Daşlıq dələsindən fərqli olaraq bir birinə yaxınlaşmış və iri qulaqlı yumru başa malikdir. Kütləsi 0.5 - 2 kq, bədənin uzunluğu 36 - 58, quyruğu 17 - 26 sm-dir (erkəklər dişilərdən iridir). Xəzin rəngi kürəni çalarlarla tutqun qəhvəyidir. Boğazındakı xal qollarının arasına kimi paz şəklində uzanmış sarı rəngdədir. == Yayılması == Arealı Avropa, Qərbi Sibir və Ön Asiyanı əhatə edir. Təsvir olunmuş 7 yarımnövdən Qafqazda və Kiçik Asiyada ən iri forma (Qafqaz meşə dələsi) yayılmışdır. Dəniz səviyyəsindən 2700 m-dək olan meşə landşaftları ilə sıx əlaqədardır.