Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Hatəmxan ağa
Hatəmxan ağa — Qarabağın adlı-sanlı bəyi, Çəmənli oymağının görkəmli nümayəndəsi. == Həyatı == Hatəmxan ağa XVIII əsrdə yaşamış, 1698 ildə anadan olmuş, uzun illər Çəmənli oymağının başında durmuşdur. Sələflərindən xələflərinə ötürülən məlumata görə, o, yüz il ömür sürmüş, qeyri-adi bacarığa malik, hazırcavab, qonaqpərvər insan kimi tanınmış, Qarabağda mahir at çapması ilə yaddaşlarda qalmışdır. Hatəmxan ağa Qarabağ xanlığının qurucusu Pənahəli xanın, onun oğlu İbrahimxəlil xanın hakimiyyətləri dövründə Qarabağın hörmətli, qoçaq, ədalətl insanlarından sayılmışdır. Mirzə Fətəli Axundovun "Müsyö Jordan və dərviş Məstəli şah" əsərindəki Hatəmxan ağa surəti Çəmənli Hatəmxan ağanın protipidir. Görkəmli Azərbaycan şairi Molla Vəli Vidadi Molla Pənah Vaqiflə deyişmələrinin birində Hatəmxan ağanın adını çəkmişdir: Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Qasım bəy Zakir şeirlərindən birində Qarabağın vəziyyətini, insanlarını təhlil edərkən Hatəmxan ağanın adını ehtiramla yad etmişdir: O, başqa bir şeirində də Hatəmxan ağanın adını xatırlamışdır. Hatəmxan ağa 1798 ildə Çəmənli oymağında vəfat etmişdir. == Xələfləri == Nadirqulu bəy Hatəmxan ağa oğlu (...-1848) Çəmənli oymağında dünyaya gəlmişdir. Hatəmxan ağadan sonra uzun illər Çəmənli oymağının yüzbaşısı olmuşdur. Fars, rus dillərini bilmişdir.