Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Çaundur
Çaundur - öz mənbəyini Qapıcıq dağının zirvələrindən götürür. == Ümumi məlumat == Çaundur Oxçu dərəsi və Süsən dağın vadisi boyunca axaraq Mincivan yaxınlığında Araza tökülür. Oxçu dərəsi axarında Oxçu çay, Qatar, Qavarat və Qalizur mis mədənlərinin yanından keçərkən isə Mədən çay adlanır. Böyük qolları Gığı çay və Əcənan çaydır. Hal- hazırda Oxçu çayı olduqca artıq çirklənmişdir. Qafan mis zavodlarının bütün çirkab suları, ağır metallar və ola bilsin ki, radioaktiv maddələr ermənilər tərəfindən bilərəkdən (Araz hövzəsini çirkləndirmək məqsədilə) Çaundur çaya axıdılır. == Sözün mənası == Çaundur sözünün mənası çox güman ki, bu ərazilərdə XII əsrdən başlayaraq, məskunlaşan Çavındır türklərinin (səlcuqlar) adı ilə bağlıdır.
Sander
Sıf (lat. Sander) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin xanıkimilər dəstəsinin xanılar fəsiləsinə aid heyvan cinsi.
Yaunde
Yaunde — Kamerunun paytaxtı və Dualadan sonra ən böyük şəhəri. Yaundedə 2005-ci ildə 1.430.000 nəfər yaşayırdı. == Mənbə == ASE, V cild, Bakı, 1981, səh.
Marder
Marder ("Marder" – "Sansara") – Almaniyanın piyada döyüş maşını (PDM).
Saunders Sahili
Saunders Sahili (ing. Saunders Coast) — Kolbek burnu və Brinnan nöqtəsi arasındakı Qərbi Antarktida sahillərinin Meri Berd Torpağında yerləşən hissəsidir. Qərbində Şireys sahili, şərqində Rapirst sahili var.
War Thunder
War Thunder — İkinci dünya müharibəsindən ilhamlanaraq istehsal olunmuş onlayn oyun.
Bruno Manser
Bruno Manser (25 avqust 1954[…], Bazel – 10 mart 2005, Kalimantan) İsveçrə ətraf mühit aktivisti olub. 1984-cü ildən 1990-cı ilə kimi Malasiyanın Penan qəbiləsində (Sarawak ştatı) yaşayıb və ağac tədarükü edən şirkətlərə qarşı dəfələrlə mübarizələr təşkil edib. 1990-cı ildən başlayaraq o, tropik meşələrin qorunması və yerli xalqların, xüsusən də Penanlıların insan hüquqları uğrunda ictimai fəaliyyətə başladı və bu fəaliyyəti onunla Malaziya hökuməti arasında münaqişəyə səbəb oldu. O, 1991-ci ildə İsveçrə qeyri-hökumət təşkilatı (QHT) Bruno Manser Fondunu yaradır. Bruno Manser 2000-ci ilin mayında Sarawaka son səfəri zamanı yoxa çıxır və ölü olduğu qəbul olunur. == Gənclik illəri və təhsili == Bruno Manser 25.08.1954-cü ildə Bazeldə çox uşaqlı ailədə doğulub. Manser gənclik illərində müstəqil düşüncəli insan olub. Manser Mahatma Qandinin (Satyagraha) şiddətə qarşı olan idelogiyalarının dönməz tərəfdarları olaraq İsveçrə ordusunda məcburi hərbi xidmət keçməkdən imtina etdiyi üçün 19 yaşında 3 ay Lucerne həbsxanasında qalmalı olmuşdur. 1973-cü ildə həbsxananı tərk etdikdən sonra o, İsveçrə Alp otlaqlarında 12 il xırda və iri buynuzlu maldarlıqla məşğul olur. Manser bu dövrdə əl işləri, müalicə və mağaralar ilə maraqlanır.
Mahder Assefa
Mahder Assefa (d. 5 oktyabr 1987, Əddis-Əbəbə) — aktrisası.
Mauser C96
Mauser C96 — 1896-1937-ci illərdə Alman silah istehsalçısı Mauser tərəfindən istehsal edilmiş yarı avtomatik tapança. Silahın lisenziyasız nüsxələri XX əsrin birinci yarısında İspaniya və Çində istehsal edilmişdir.C96-nın fərqli xüsusiyyətləri tətiyin qarşısındakı ayrılmaz maqazin, uzun lülə, ona qısa lüləli tüfəngin dayanıqlığını təmin edən və qobur və ya daşıma qutusu kimi istifadə olunan taxta stokdur. Uzun lüləsi və yüksək sürətli patronu ilə Mauser C96 öz dövrünün digər tapançalarından daha üstün diapazona və daha yaxşı nüfuza malik idi. Mauser şirkəti təqribən bir milyon C96 tapançası istehsal etmişdi, İspaniya və Çində istehsal edilən tapançaların sayı çox olsa da, dəqiq say yoxdur.
Peter Maurer
Peter Maurer (20 noyabr 1956, Tun[d], Bern kantonu[d]) — İsveçrə diplomatı, Beynəlxalq Qızıl Xaç Komitəsinin sədri. O, bu vəzifəyə 1 iyul 2012-ci ildə təyin edilmişdir. == Həyatı == Peter Maurer Berndə tarix və beynəlxalq münasibətlər üzrə təhsil almış və tarix elmləri namizədi alimlik dərəcəsi almışdır. O, 1987-ci ildə İsveçrə diplomatik korpusuna qoşulmuş və Berndə, Pretoriyada müxtəlif vəzifələrdə çalışmışdır. Maurer nəhayət 1996-cı ildə Nyu-Yorka köçmüş və burada İsveçrənin Birləşmiş Millətlər Təşkilatındakı Nümayəndəliyinin rəhbərinin müavini təyin edilmişdir. O, 2000-ci ildə Berndə İsveçrə Xarici İşlər Nazirliyinin İnsan Təhlükəsizliyi İdarəsinin rəisi vəzifəsinə təyin edilmişdir.Maurer 2012-ci ildən Beynəlxalq Qızıl Xaç Komitəsinə rəhbərlik edir. Onun rəhbərliyi altında tarixi büdcə artımı yaşanmış, komitənin büdcəsi 1,1 milyarddan 2,4 milyard İsveçrə frankına qədər (2022-ci ilə qədər) yüksəlmişdir. == Titullar == 2014 – Fəxri doktor, Bazel Universiteti. 2018 – Fəxri doktor, Vaseda Universiteti.
Sander Paavo
Sander Paavo (d. 27 avqust 1998) — Estoniyalı üzgüçü. Sander Paavo Estoniyanı 2019-cu ildə XVIII Su idman növləri üzrə Dünya Çempionatında təmsil etdi. == Karyerası == Sander Paavo birinci dəfə Dünya Çempionatına 2019-cu ildə qatıldı. O, Kvanjuda baş tutan XVIII Su idman növləri üzrə Dünya Çempionatında kişilər 5 km məsafəyə açıq hovuz üzgüçülüyü yarışlarında iştirak etdi. 1:00:05.8 saniyəlik nəticə ilə 53-cü yeri tutdu və yarışı başa vurdu.
Sander lucioperca
Adi sıf (lat. Sander lucioperca) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin xanıkimilər dəstəsinin xanılar fəsiləsinin sıf cinsinə aid heyvan növü. == Morfoloji əlamətləri == Bədəni uzunsov və yanlardan basıqdır. Çənələrində və damaq sümüklərinin üzərində köpək dişləri yerləşir. Qəlsəmə qapağı pulsuqlarla tam örtülüdür. Rostrumu uzun və enlidir. Bel üzgəcləri bir-birinə yaxın durur və ya toxunurlar. Bədənin rəngi yaşımtıl-bozdur. Yanlarında eninə yerləşən 8-12 ədəd qonur-qara rəngli zolaqlar, belində və quyruq üzgəcinin üzərində bir neçə sırada yerləşən tünd ləkələr olur. Yerdə qalan üzgəcləri açıq sarı rəngdə olur.
Sander marinus
Dəniz sıfı (lat. Sander marinus) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin xanıkimilər dəstəsinin xanılar fəsiləsinin sıf cinsinə aid heyvan növü. == Təsviri == Bədəni uzunsov və yanlardan basıqdır. Çənələrində və damaq sümüklərinin üzərində köpək dişləri yerləşir. Qəlsəmə qapağı pulcuqlarla tam örtülüdür. Rostrumu uzun və enlidir. Bədəninin rəngi açıq bozdur, üzərində tünd rəngli 12-13 köndələn ləkə olur. Birinci bel üzgəcində 12-14 şaxəsiz, ikinci bel üzgəcində 1-3 şaxəsiz, 14-16 şaxəli, anal üzgəcində isə 2 şaxəsiz, 11-12 şaxəli şüa vardır. Yan xətt pulcuqlarının sayı 78-84 arasında dəyişir. == Yayılması == Xəzər dənizinin orta və cənub hissələrində yayılmışdır.
Sander vitreus
Sarı sıf (lat. Sander vitreus) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin xanıkimilər dəstəsinin xanılar fəsiləsinin sıf cinsinə aid heyvan növü. == Təsviri == Bədəninin malksimal uzunluğu 107 sm, çəkisi isə 11,3 kq təşkil edə bilir. Bədəöni uznunsovdur. Yetkinləşdikcə yanlardan sıxılmış formasını alır. Böyük ağıza sahibdir. Köpək diçlərinə bənzər dişləri vardır. İki bel üzgəcinə sahibdir. İki bel üzgəcinə sahibdir. Onurğasında 44–48 fəqərə olur.
Sander volgensis
Volqa sıfı (lat. Sander volgensis) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin xanıkimilər dəstəsinin xanılar fəsiləsinin sıf cinsinə aid heyvan növü. == Morfoloji əlamətləri == Bel üzgəcləri sıfdakıdan daha hündürdədir və bir-birinə toxunur. Yanları pulcuqla örtülüdür. Köpək dişləri yoxdur. Bədəni rəngi daha açıqdır. Tünd köndələn zolaqlar daha kəskin seçilir. == Yayılması == Xəzər, Azov və Qara dəniz hövzələri çaylarının orta və aşağı axarlarında, əsas su anbarlarında yayılmışdır. Volqada və onun delta hissəsində çoxsaylıdır. Uralda, Terekdə, Sulakda və Samurda azdır, Kürdə yoxdur.
Stivi Uander
Stivi Hardavey Morris Uander (ing. Stevland Hardaway Morris Wonder 13 may 1950[…], Saqino[d], Miçiqan) — məşhur Amerika musiqiçisi.
Stivi Vander
Stivi Hardavey Morris Uander (ing. Stevland Hardaway Morris Wonder 13 may 1950[…], Saqino[d], Miçiqan) — məşhur Amerika musiqiçisi.
Ueli Maurer
Ueli Maurer (1 dekabr 1950, Vetsikon[d]) — İsveçrə Maliyyə departamentinin üzvü; İsveçrə Konfederasiyasının Prezidenti.
Vilhelm Mauzer
Vilhelm Mauzer (d. 2 may 1834 – ö. 1882) == Həyatı == Vilhelm Mauzer 1834-cü il may 2-də Almaniyanın Vürttemberg Krallığında anadan olub. Onun atası silah zavodunda usta işləyirdi. Mauzer 1867-ci ildə qardaşı Peter Paul ilə birlikdə yeni dizaynda tüfəng və tapança yaradır. Bu qardaşların ilk ən uğurlu işi idi. 1870-ci ildən, onlar fəal şəkildə Avstriya və Prusya zavodlarında kiçik silah istehsalının dizaynını həyata keçirir. Beləliklə, 23 dekabr 1872-ci ildə Peter və Vilhelm öz adları ilə eynilik təşkil edən "Peter və Vilhelm qardaşları" adlı silah firmasını təsis etdilər. Vilhelm Mauzer fəal şəkildə tez-tez Avropa ölkələrinə səyahət edərək öz istehsal etdiyi silahı bu ölkələrin silah zavodlarına təklif edirdi. Sonralar onların istehsal etdiyi silahlardan I və II dünya müharibəsində Almaniya ordusu çox yararlandı.
Dora Maurer
Dora Maurer (11 iyun 1937[…], Budapeşt) — yaradıcılığı 50 illik karyerasını əhatə edən macar rəssamdır. O, demək olar ki, kino və fotoqrafiyadan tutmuş rəssamlığa və heykəltəraşlığa qədər incəsənətin bütün sahələrində çalışır. Maurer 1970-ci illərdə avanqard işi ilə tanınmağa başlamışdır. Onun sənəti riyazi və mürəkkəb sistemli proseslərə əsaslanır. Maurerin işinin çoxu tamaşaçı seçimlərini və tamaşaçının bu seçimlərlə nə edə biləcəyini göstərmək mövzusunu izləyir. Bundan əlavə, Dora Maurer Budapeştdə Gözəl Sənətlər Fakültəsinin professoru və kurator kimi çalışmışdır. == Həyatı == Maurer 1950-ci illərdə qrafika rəssamı kimi təhsil alıb. 1970-ci illərdə o, fotoqrafiya və hərəkətli təsvirlərə diqqət yetirməyə başladı, tez-tez musiqiçilər ilə əməkdaşlıq etdi. O, həmçinin yaradıcı ifaçılıq emalatxanalarında dərs demişdir. 1970-ci illərdə o, getdikcə daha çox həndəsi və mücərrəd təsvirlər və rəsmlər yaradırdı.
JF-17 Thunder
JF-17 Thunder (urdu جے ایف-17 گرج) və ya FC-1 Xiaolong — yüngül çəkili, tək mühərrikli, çoxməqsədli dördüncü nəsil qırıcı-bombardmançı təyyarədir. Qırıcı Pakistanın "Pakistan Aeronautical Complex" (PAC) və Çinin "Chengdu Aircraft Corporation" (CAC) şirkətləri tərəfindən birgə istehsal olunur. JF-17 hava kəşfiyyatı aparmaq, yer hədəflərinə qarşı hücum və qarşı tərəfin hava hədəflərinin tutulması və ya məhv edilməsi məqsədləri ilə hazırlanmışdır. Təyyarənin adındakı "JF" abreviaturasının açılışı "Joint-Fighter" (Vahid Qırıcı), "Thunder" isə "İldırım" mənasını verir. Çində təyyarə "FC-1 Xiaolong" adı ilə tanınır. "FC" abreviaturasının açılışı "Fighter-China" (Çin Qırıcısı), "Xiaolong" isə "Qəddar Əjdaha" mənasını verir. JF-17 döyüş təyyarəsi müxtəlif növ hava-hava və hava-yer tipli raketlər, həmçinin 23 mm çaplı QŞ-23–2 avtomatik topu ilə silahlanmışdır. Maksimum sürəti 1.6 maxa bərabər olan Guizhou WS-13 və ya Rusiya istehsalı RD-93 mühərriki ilə təchiz olunub. Bu təyyarələrin yaxın müddət ərzində Pakistan Hərbi Hava Qüvvələrinin "onurğa sütunu" olacağı və uçuş göstəriciləri təxminən eyni olan, lakin texniki xidməti təqribən iki dəfə baha başa gələn F-16 qırıcılarını da əvəzləyəcəyi gözlənilir. Pakistan HHQ ilk JF-17 eskadrilyasını 2010-cu ilin fevral ayında silahlanmaya qəbul etmişdir.
K-9 Thunder
K-9 Thunder Cənubi Koreya istehsalı özüyeriyən artilleriya qurğusudur. Bu artilleriya qurğusu Cənubi Koreya Silahlı Qüvvələrində istismar olunan K-55 artilleriya sistemini əvəz etmək məqsədilə hazırlanmışdır. K-9 haubitsası K-10 avtomatik mərmi təchizat maşını ilə birlikdə fəaliyyət göstərir. == İxrac == İlk dəfə texnologiya transferi Türkiyəyə həyata keçirilmiş və 2004-cü ildən etibarən T-155 Fırtına adı ilə lisenziya altında istehsal olunmağa başlamışdır. Bu texnologiya transferi qarşılığında Türkiyə Cənubi Koreyaya 1 milyard ABŞ dolları ödəmişdir. Türkiyə 2011-ci ilə qədər 300 ədəd Fırtına istehsal etməyi planlaşdırmışdır. 2015-ci ilin sentyabrında "Larsen və Toubro" konqlomeratı Hindistan ordusunu 100 ədəd K-9 haubitsası ilə təmin etmək üçün 800 milyon $ dəyərində müqavilə imzalamışdır. Hindistan üçün istehsal olunmuş K-9 Vajra-T xüsusilə ölkənin Pakistanla sərhəd ərazilərində səhra şəraitində istifadə üçün nəzərdə tutulmuşdur. 2016-cı ilin iyulunda Finlandiya müdafiə naziri açıqlanmayan sayda K-9 haubitsasının alınması məqsədilə Cənubi Koreya ilə danışıqların davam etdiyini açıqlamışdır. 2017-ci ilin fevralında isə ölkənin müdafiə naziri növbəti açıqlamasında 2017-ci ildən başlayaraq yeddi il ərzində Finlandiyanın 48 ədəd K-9 alacağını bildirmişdir.
Oklahoma City Thunder
Oklahoma-Siti Tander — NBA-də Qərb Konfransında, Şimal-Qərbi qrupunda yer alan Oklahoma Siti, Oklahomanı təmsil edən peşəkar basketbol klubu. Klub ev oyunlarını 18.203 tutumlu Chesapeake Energy Arenada oynamaqdadır. Həmçinin NBA İnkişaf Liqasında mübarizə aparan "Oklahoma-Siti Blu" adında ehtiyat (əvəzedici) komandası var. 2014-cü ildən etibarən Forbesin araşdırmalarına görə 590 milyon dollarlıq dəyəri ilə NBA-nın ən dəyərli on birinci komandasıdır.
Ander Herrera
Ander Herrera (14 avqust 1989[…], Bilbao, Basklar ölkəsi) İngiltərənin Mançester Yunayted klubunda və İspaniya milli yığmasında çıxış edən ispan yarımmüdafiəçidir. O, peşəkar futbolçu karyerasına İspaniyanın Real Zaraqoza klubunda başlamış, 2011-ci ildə Atletik Bilbao klubuna və sonradan 2014-cü ildə isə 36 milyon avro qarşılığında Mançester Yunayted klubuna transfer olmuşdur. Ander Herrera 2016-17 sezonunda möhtəşəm çıxışına görə Mançester Yunayted klubunda ilin futbolçusu mükafatına layiq görülmüşdür. O, İspaniya milli yığmasının aşağı yaş qruplarında bir sıra müsabiqələrdə qalib olmuş və Londonda keçirilən 2012-ci il Yay Olimpiya Oyunlarında ölkəsini təmsil etmişdir. Milli yığmada isə ilk oyununa 2016-cı ilin noyabr ayında Uembli Stadionunda İngiltərə millisinə qarşı çıxmışdır. == Şəxsi həyatı == Ander Herreranın atası Pedro Maria da futbolda yarımmüdafiəçi mövqeyində çıxış etmişdir. O, Real Zaraqoza və Selta Viqo klublarında çıxış etmiş, futbolçu karyerasını bitirdikdən sonra isə hər iki klubda da baş menecer vəzifəsində xidmət etmişdir.
Marie Under
Marie Under (est. Marie Under 27 mart 1883[…], Tallin – 25 sentyabr 1980[…], Stokholm) — Eston, rus, isveç şairəsi və tərcüməçisi. == Bioqrafiyası == Maria Under 25 sentyabr 1883-cü ildə müəllim ailəsində anadan olur. Valideynləri Hiyumaa adasından idi. 1891–1900-cü illərdə Reveldəki xüsusi alman qadın məktəbində oxuyur. 1902-ci ildə evlənir və 1906-cı ilə qədər yaşadığı Moskvaya yollanır. Bundan sonra Revelə qayıdır. On dörd yaşında şeir yazmağa başlayır. Alman dilində yazdığı şeirlərini yaxın dostu, eston sənətçisi Ants Laykmaaya təqdim edir. Laykmaa şairi estonca yazmağa həvəsləndirir.
Cengiz Ünder
Cengiz Ündər (türk. Cengiz Ünder; 14 iyul 1997, Sındırqı[d], Balıkəsir ili) — İtaliya A Seriyası təmsilçilərindən olan Roma klubunda hücumçu kimi çıxış edən peşəkar Türkiyə li futbolçu. == Karyerası == === Klub karyerası === Ünder öz peşəkar karyerasına Altınordu klubunda start vermişdir. O, peşəkar karyerasında debütünü 28 dekabr 2014-cü ildə Birinci Liqa görüşündə Manisaspor klubuna qarşı oyunda etmişdir. Cengiz Ündər ilk qolunu 15 fevral 2015-ci ildə Dənizlispor klubuna qarşı oyunda vurmuşdur.O, 2016-cı ildə Türkiyə Super Liqası təmsilçilərindən olan Başakşehir klubuna transfer olunmuşdur. O, klubu ilə debütünü 28 iyul 2016-cı ildə UEFA Avropa Liqasının təsnifat mərhələsində Xorvatiya təmsilçisi olan Riyeka klubuna qarşı oyunda etmişdir.14 iyul 2017-ci ildə Cengiz Ündər €14 milyon qarşılığında İtaliya A Seriyası təmsilçilərindən olan Roma klubuna transfer olmuşdur. === Milli karyerası === Ünder bir müddət Türkiyə gənclər milli futbol komandasının U-18 və U-19 millilərində çıxış etmişdir. O, son vaxtlar Türkiyə U-21 milli futbol komandasına çağırılır. Cengiz ilk dəfə Türkiyə millisinə 2016-cı ilin noyabr ayında Kosovo millisi ilə oyun üçün çağırılmışdır.Ünder Türkiyə millisində ilk qolunu 2017-ci ilin mart ayında Moldova millisinə qarşı oyunda vurmuşdur. == Karyera statistikası == === Milli komanda === 11 İyun 2017 tarixində yenilənib === Milli komanda qolları === Nəticələr və qollar Türkiyə hesablamasının birinci siyahısındadır.