Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
MediaTek
MediaTek Inc. (çin. 聯發科技股份有限公司; pinyin: Liánfā Kējì Gǔfèn Yǒuxiàn Gōngsī) — Tayvan fabriksiz yarımkeçirici şirkəti olub, simsiz şəbəkə,yüksək dəqiqlikli televiziya,smartfonlar,planşetlər kimi əldə tutulan mobil cihazlar,naviqasiya sistemləri,DSL və optik disk qurğuları üçün çiplər istehsal edir. Baş qərargahı Tayvanın Hsinchu şəhərində yerləşən şirkətin, dünya üzərində 25 ofisi var və 2016-cı ildə dünyada üçüncü ən böyük fabriksiz inteqral sxem dizayneri idi. Yaradıldığı 1997-ci ildən etibarən, MediaTek qlobal bazar üçün çipsetlər istehsal edir. == Fəaliyyəti == İlk zamanlar MediaTek United Microelectronics Corporation (UMC) tərkibində ev əyləncə məhsulları üçün çipsetlər dizayn edən bir bölmə idi. 28 May 1997-ci ildə bölmə ayrılaraq şirkət yaradıldı. MediaTek 23 İyul 2001-ci ildə "2454" kodu ilə Tayvan Fond Birjasına (TSEC) çıxarıldı. Şirkət optik disk qurğuları üçün çipsetlər dizayn etməyə başladı və sonradan genişlənərək DVD oxuducular, rəqəmsal TVlər,mobil telefonlar,planşetlər üçün çiplərə keçdi. == Məhsulları == === Smartfon prosessorları === ==== 2003–7 ==== ==== 2009–12 ==== ==== 2013 və sonra (ARMv7) ==== ===== Dual-core ===== ===== Quad-core ===== ===== Hexa-core, octa-core və deca-core ===== ==== ARMv8 ==== ===== Quad-core ===== ===== Octa- və deca-core ===== === Geyinilən cihaz SoCları === === Əşyaların İnterneti (IoT) SoCları === === GNSS modulları === Peyk naviqasiyası sistemi (GNSS) modulları.
Pyrus asiae-mediae
Adi armud (lat. Pyrus communis) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin armud cinsinə aid bitki növü. Aşağıda qeyd edilən 2 növ armudun təbabətdə istifadə edilməsi barədə məlumat verilir. Adi armud və ya mədəni armud və Qafqaz armudu. Armud. Onun hündürlüyü 20 – 30 m-ə qədər olan ağac bitkisidir. Meyvəsinin qabığının qırmızı, qəhvəyi, qızılı rəngdə olması ilə başqa növlərindən fərqlənir. O, Azərbaycanın bir çox rayonlarında geniş becərilir. Qafqaz armudu. Bu çətiri budaqlı ağacdır.
Allium sativum subsp. asiae-mediae
Sarımsaq (lat. Allium sativum) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin nərgizçiçəyikimilər fəsiləsinin soğan cinsinə aid bitki növü. Sarımsaq ağımtıl rəngli soğanaqlı bitkidir. Dadı çox kəskin yandırıcı olmaqla yanaşı, özünəməxsus ətirli iyi vardır. Sarımsaqdan Şərq təbabətində çox qədim zamanlardan dərman kimi bir sıra xəstəliklərə qarşı istifadə olunur. Məsələn, xroniki mədə-bağırsaq xoralarının müalicəsində, zəiflikdə, avitaminozda, zob xəstəliklərində və s. Tərkibində "fitonsid" maddəsinin mövcudluğundan, sarımsaq son dərəcə qüvvətli bakterisid təsirə malikdir. Sarımsaqdan alınan "allisin" maddəsinin çox qüvvətli bakterisid təsiri vardır. Onun on mində bir nisbətini su ilə durulaşdırdıqda belə yenə də bakteriyalara öldürücü təsir göstərir, onların inkişafını dayandırır. Son illərdə aparılan tədqiqatlar nəticəsində sarımsağın tərkibində bir sıra müalicə əhəmiyyətli maddələrin olduğu müəyyən edilmişdir.