Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Bulbophyllum melleum
Bulbophyllum melleum (lat. Bulbophyllum melleum) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü.
Anatoli Miller
Anatoli Filippoviç Miller (16 fevral (1 mart) 1901 və ya 1901, Novorossiysk – 3 oktyabr 1973 və ya 1973, Moskva) — rus türkoloqu. == Həyatı == Anatoli Filippoviç Miller 1 mart 1901-ci ildə Novorossiysk şəhərində anadan olmuşdu. 1926-cı ildə Moskva Şərqşünaslıq institutunun türk şöbəsini bitirmişdi. 1943-cü ildə "Mustafa paşa Bayraktar. XIX əsrin birinci yarısında Osmanlı imperiyası" adlı doktorluq dissertasiyasını müdafiə etmişdi. Elə həmin ildə də professor adı almışdı. Anatoli Miller 3 oktyabr 1973-cü ildə Moskva şəhərində vəfat edib. == Əsərləri == Турция. М., 1937 (A. Melnik təxəllüsü ilə). Мустафа паша Байрактар.
Artur Miller
Artur Miller (ing. Arthur Miller; 17 oktyabr 1915[…], Nyu-York, Nyu-York ştatı – 10 fevral 2005[…]) — ABŞ dramaturqu. == Həyatı == Amerika, ümumilikdə dünya dramaturgiyasının klassiki və əfsanəsi Artur Miller 1915-ci ilin 17 oktyabrında Nyu-Yorkda anadan olub. Millerin 1943–1999-cu illər, yəni yarım əsrdən artıq bir müddəti əhatə edən pyes yaradıcılığı onun XX əsr dünya dramaturgiyasındakı yerini müəyyən etdi. Və şübhəsiz ki, onun yeri birincilər sırasındadı. Millerin dramları Amerikanın və Avropanın ən nüfuzlu teatrlarında oynanılıb, ədəbi tənqidçilər və teatrşünaslar indi bu əsərləri XX əsrin sənət hadisəsi adlandırırlar. Teatr təbii ki, vizual sənətdi, amma Millerin pyesləri hardasa dramaturgiya ilə nəsrin vəhdətində, daha doğrusu, sərhədlərində yazılıb. Çünki dialoqlar obrazların daxili aləmin psixoloji vəziyyətini açmağa yönəlib. Artur Millerin pyesləri əsasən sosial yönümlü olsa da, ABŞ-dəki böyük depressiyadan bəhs etsə də, dramaturqun qəhrəmanları bu mövzunu bəşəri mövzu anlamı səviyyəsinə qaldıra bilirlər. Məşhur dramaturqun 1968-ci ildə yazılmış "Qiymət" pyesi illüziyalar və gerçəklər, həqiqət və yalan, yaxın adamların bir-birinə doğmalığı və yadlığı haqqındadır.
David Miller
David Miller (14 aprel, 1973, San Dieqo, Kaliforniya, ABŞ) — amerikalı tenor və İl Divo qrupunun üzvü. == Həyatı == Miller San Dieqoda anadan olsa da, Koloradoda böyüyüb. 1991-ci ildə orta məktəbi qurtarıb. Atasının təkidinə baxmayaraq, o hərbiyə getməyərək Oberlin Musiqi Konservatoriyasına daxil olur. 1995-ci ildə Konservatoriyanı mükəmməl qiymətlərlə və vokal və opera ifaçısı olaraq bitirir. 1996 −1997-ci illərdə Miller Pittsburq Opera Mərkəzinin üzvü idi. 1997-ci ildə Vaşinqtondakı çıxışından sonra diqqət mərkəzinə düşən Millər artıq 6 may 1998-ci ildə Ağ Evdə Bill Klinton qarşısında çıxış edir. Bundan sonrakı illərdə də onun çoxlu uğurlu çıxışları davam edib. == İl Divo == 2003-cü ilin dekabrında o dörd kişi müğənnidən ibarət beynəlxalq İl Divo qrupuna qoşuldu. Qrupda ondan başqa fransız pop musiqiçi Sebastien İzambard, ispaniyalı bariton Karlos Marin və isveçrəli tenor Urs Büler yer alırlar.
Doris Miller
Doris Miller (12 oktyabr 1919, Vako[d], Texas – 24 noyabr 1943, Gilbert adaları[d]) — Pyörl-Harbora hücum zamanı göstərdiyi igidliyə görə Donanma Xaçı medalı ilə təltif edilən ilk afroamerikalı. Onun əməlləri qara dərililərin mətbuatında geniş formada təbliğ olunmuşdu və bu onu ABŞ-də afroamerikalılar üçün № 1 qəhrəmana çevirdi. Pörl Harbordan 2 il sonra o, Makin döyüşü zamanı olduğu gəminin yapon sualtı qayığı tərəfindən batırılması nəticəsində həlak olmuşdu. == Həyatı == Miller, 1919-cu ilin 12 oktyabrında Texas ştatının Uako şəhərində Konneri və Henrietta Millerlərin ailəsində dünyaya göz açmışdır. O, 4 oğul arasında 3-cüsü idi və həyətyanı əraziyə nəzarət edər, yeməklər bişirər və camaşırla məşğul olar, eləcə də ailəsinə məxsus fermada işləyərdi. Miller yaxşı tələbə idi və Uakodakı A. C. Mur adına Ali Məktəbin futbol komandasında müdafiəçi idi. 1937-ci ilin 25 yanvarında 17 yaşlı Miller 8-ci dərəcədə yenidən iştirak etməyə başladı. Növbəti il təkrarlamağa məcbur oldu və Miller məktəbdən çıxmağı qərara aldı. O, 22 kalibrli tüfənglə dələ ovu üzrə vaxtını doldurdu və qiyabi kursunu başa vurdu. Vətəndaş Konservasiya Korpusuna qoşulmaq üçün çalışdı, lakin onun tələbi qəbul edilmədi.
Filip Miller
Filip Miller (ing. Philip Miller, 1691[…], Qriniç[d], Kent qraflığı – 18 dekabr 1771, Çelsi, Böyük London) — şotland əsilli Böyük Britaniya botaniki. == Əsas işləri == "The Gardener’s and Florists Dictionary or a Complete System of Horticulture" — 1724. "The Gardener’s Dictionary containing the Methods of Cultivating and Improving the Kitchen Fruit and Flower Garden" .
Frank Miller
Frenk Miller (27 yanvar 1957[…], Olney[d], Merilend) — amerikalı komiks rəssamı və yazıçısı. Onun müəllifi olduğu komikslərə "Daredevil: Born Again", "The Dark Knight Returns", "Batman: Year One", "Sin City" və "300" daxildir. Miller noir və manqa üslublu komiksləri ilə tanınır. == Həyatı == Miller 27 yanvar 1957-ci ildə ABŞ-nin Merilend ştatında anadan olub. Uşaqkən həyatını komikslərin içində keçirib. Vaxtının çoxunu qorxu romanları və komikslər oxumağa sərf edirdi. Komiks yazmağa başlayanda vəziyyəti o qədər də ürəkaçan deyildi. == Karyerası == İlk hekayəsi 1977-ci ildə "Alatoran bölgəsi" (The Twilight Zone) adlı komiks jurnalında yayımlandı. 1979-cu ildə "Darevil"i yazmağa başlayanda diqqətləri öz üzərinə çəkdi. "Darevil"ə münasibət müxtəlif cür oldu.
Frenk Miller
Frenk Miller (27 yanvar 1957[…], Olney[d], Merilend) — amerikalı komiks rəssamı və yazıçısı. Onun müəllifi olduğu komikslərə "Daredevil: Born Again", "The Dark Knight Returns", "Batman: Year One", "Sin City" və "300" daxildir. Miller noir və manqa üslublu komiksləri ilə tanınır. == Həyatı == Miller 27 yanvar 1957-ci ildə ABŞ-nin Merilend ştatında anadan olub. Uşaqkən həyatını komikslərin içində keçirib. Vaxtının çoxunu qorxu romanları və komikslər oxumağa sərf edirdi. Komiks yazmağa başlayanda vəziyyəti o qədər də ürəkaçan deyildi. == Karyerası == İlk hekayəsi 1977-ci ildə "Alatoran bölgəsi" (The Twilight Zone) adlı komiks jurnalında yayımlandı. 1979-cu ildə "Darevil"i yazmağa başlayanda diqqətləri öz üzərinə çəkdi. "Darevil"ə münasibət müxtəlif cür oldu.
Merton Miller
Merton Miller (ing. Merton Howard Miller) (16 may 1923 - 3 iyun 2000) — amerikalı iqtisadçı. 1990-cı ildə Harri Markovits və Vilyam Şarpla birlikdə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür. Merton Miller Boston şəhərində vəkil Col Miller və evdar xanım Silviya Millerin övladı olaraq anadan olub. II Dünya müharibəsi dövründə Xəzinə Nazirliyinin vergi tədqiqatları bölməsində iqtisadçı olaraq işlədi və 1952-ci ildə Con Hopkins Universitetində iqtisadiyyat üzrə doktorluq dərəcəsinə yüksəldi. Doktorluq dərəcəsinə yüksəldikdən sonra ilk akademik vəzifəsini London İqtisadiyyat məktəbində köməkçi qonaq olaraq yerinə yetirdi. Merton Miller 1958-ci ildə Karnegi Texnologiya İnstitutunda (indiki Karnegi Mellon Universiteti) həmkarı Franko Modilyani ilə birgə "Kapital xərcləri, Təşkilati maliyyə və İnvestisiya nəzəriyyəsi" (ing. The Cost of Capital, Corporate Finance and the Theory of Investment) adlı bir məqalə yazmışdı. Bu məqalədə ənənəvi təşkilati maliyyə düşüncəsinə son nəticədə qarşı çıxırlar, ənənəvi yanaşmaya görə bir qurum düzgün borc/kapital nisbətini taparaq kapital xərclərini azalda bilər. Miller-Modilyani teoreminə görə isə düzgün nisbət yoxdur, beləliklə qurum idarəçiləri vergi borcunu azaldaraq, qurumun dəqiq kapitalını maksimallaşdırmağa çalışmalıdırlar.
Miller indeksləri
Miller indeksləri-üç tam ədəddən ibarət, kristal qəfəsdə atom müstəvilərini və istiqamətləri işarə etmək üçün istifadə olunan bir simvol Bazis vektorları a → 1 , a → 2 , a → 3 {\displaystyle {\vec {a}}_{1},{\vec {a}}_{2},{\vec {a}}_{3}} olan bir qəfəs üçün Miller indekslərini təyin edək. Bunun üçün kordinat oxlarını uyğun olaraq a → i {\displaystyle {\vec {a}}_{i}} vektorları boyunca və qəfəsin ixtiyari bir düyün nöqtəsini koordinat başlanğıcı olaraq seçək. Belə bir koordinat sistemində, koordinat oxlarından s 1 , s 2 {\displaystyle s_{1},s_{2}} və s 3 {\displaystyle s_{3}} parçaları kəsən bir müstəvi aşağıda Şəkil1-də ştrixlənmiş olaraq göstərilmişdir. Bu, miller indekslərini təyin etmək istədiyimiz atom müstəvisi olsun Kristalloqrafiyada qəbul olunmuş qəfəs sabitləri a , b , c {\displaystyle a,b,c} -lərin köməyiylə s i {\displaystyle s_{i}} parçalarının yerinə adsız s 1 a , s 2 b {\displaystyle {\frac {s_{1}}{a}},{\frac {s_{2}}{b}}} və s 3 c {\displaystyle {\frac {s_{3}}{c}}} ədədlərini alıb, onların tərs qiymətlərini ( a s 1 b s 2 c s 3 ) {\displaystyle {\Bigl (}{\frac {a}{s_{1}}}{\frac {b}{s_{2}}}{\frac {c}{s_{3}}}{\Bigr )}} şəkildə yazaraq atom müstəvisinin Miller indekslərini əldə etmək olar. Göstərmək olar ki, bu şəkildə təyin olunmuş Miller indekslərini həmişə üç tam ədədlə ifadə etmək mümkündür və onun ( h k l ) {\displaystyle (hkl)} şəklində yazılması qəbul edilmişdir. Doğrudan da a s 1 : b s 2 : c s 3 {\displaystyle {\frac {a}{s_{1}}}:{\frac {b}{s_{2}}}:{\frac {c}{s_{3}}}} nisbətlərini alıb onları üç ən kiçik tam ədədlərin nisbətinə gətirərək, a s 1 : b s 2 : c s 3 = h : k : l {\displaystyle {\frac {a}{s_{1}}}:{\frac {b}{s_{2}}}:{\frac {c}{s_{3}}}=h:k:l} şəkildə yazmaq olar. Məsələn, tutaq ki atom müstəvisi a → 1 {\displaystyle {\vec {a}}_{1}} 1istiqamətindəki oxdan a 2 {\displaystyle {\frac {a}{2}}} parçasınə və a → 2 , a → 3 {\displaystyle {\vec {a}}_{2},{\vec {a}}_{3}} istiqamətlərində isə, uyğun olaraq b , c {\displaystyle b,c} parçalarını kəsmmişdir. O zaman belə bir müstəvinin Miller indeksləri, qəbul olunan qaydada ( a s 1 b s 2 c s 3 ) = ( a a / 2 b c c c ) = ( 211 ) {\displaystyle {\Biggl (}{\frac {a}{s_{1}}}{\frac {b}{s_{2}}}{\frac {c}{s_{3}}}{\Biggr )}={\Biggl (}{\frac {a}{a/2}}{\frac {b}{c}}{\frac {c}{c}}{\Biggr )}=(211)} , yəni üç tam ədədolacaq. Sadə kubik qəfəsdə bir neçə atom müstəvilərinin Miller indeksləri Şəkil2-də verilmişdir. Əgər s i {\displaystyle s_{i}} parçalarından hər hansı biri mənfi olarsa, o işarə uyğun Miller indeksinin üstündə yazılır.
Philip Miller
Filip Miller (ing. Philip Miller, 1691[…], Qriniç[d], Kent qraflığı – 18 dekabr 1771, Çelsi, Böyük London) — şotland əsilli Böyük Britaniya botaniki. "The Gardener’s and Florists Dictionary or a Complete System of Horticulture" — 1724. "The Gardener’s Dictionary containing the Methods of Cultivating and Improving the Kitchen Fruit and Flower Garden" .
Qail Miller
Qail Miller (d. 30 noyabr 1976) — Avstraliyanı təmsil edən su poloçusu. Qail Miller, Avstraliya yığmasının heyətində 2000-ci ildə baş tutan XXVII Yay Olimpiya Oyunlarına qatılıb və qızıl medal qazanıb. Qail Miller, 2000-ci ildə Avstraliya yığması ilə birgə XXVII Yay Olimpiya Oyunlarına qatıldı. Yarışların həlledici, final görüşündə Birləşmiş Ştatlar yığmasını 4:3 hesabı ilə məğlub edən Avstraliya yığması, XXVII Yay Olimpiya Oyunlarının çempionu oldu.
Qlenn Miller
Alton Qlenn Miller (1 mart 1904[…] – 15 dekabr 1944[…] və ya 15 fevral 1944, La Manş boğazı) — Amerikalı big band musiqiçisi, aranjmançı, bəstəkar və swing dövründə bir musiqi qrupu lideri. 15 dekabr 1944-cü ildə gecə Londondan Parisə getmək üçün mindiyi NORSEMAN C-64 tipli təyyarə,La Manş dənizi (English Channel) üzərində itmişdir. Qeydləri 1939-cu ildən 1943-cü ilə qədər ən çox satınlanlar siyahısının üst əsnasında yer almış və ən tanınmış big band qruplarından birinə liderlik etmişdir. Ən çox bilinən qeydləri arasında, "In the Mood", "Moonlight Serenade", "Pennsylvania 6-5000 (mahnı)", "Chattanooga Choo Choo "," [[A String of Pearls (mahnı) "," At Last "," (I've Got a Gal In) Kalamazoo "," Amerika Patrol "," Tuxedo Junction", və" Little Brown Jug (song)"vardır.
Stiv Miller
Stiv Miller5 oktyabr 1943, Miluoki, Viskonsin - 5 oktyabr 1943-cü ildə Miluoki Vislosində ABŞ-də anadan olan amerikalı gitarist.O, 12 yaşında Blyuz-rok gitar qrupunu yaradır.O çoxlu dəyişikliklərdən sonra “The Steve Miller Band”-qrupunu təsis edir. Onun ən məşhur mahnısı “ Abracadabra”-dır Stivin karyerası, 1955 -ci ildə başladı, Les Paulun(atasının tanıdığı) təsiri altında öz musiqi qrupunu yaratdı. 1960-cı illərin sonlarında Miller, Çak Berri ilə işləyən və yazılarında Paul MakKartneyin özü də iştirak etdiyi tanınmış bir rok musiqiçisi idi. 1972 -ci ildə qəza keçirdi, boynu qırıldı və hepatitə yoluxdu. Xəstəliyi zamanı zarafatla "The Joker" adlı sadə bir mahnı yazdı və onu sinql olaraq buraxmağa qərar verdi.u pop yönümlü mahnı Billboard Hot 100-də bir nömrəyə yüksəldi. Böyük bir hit oldu. 17 il sonra İngiltərədə yayımlandı və reklam çarxında çəkildikdən sonra milli qrafiklərdə də birinci oldu.Mahnının sözlərində, sonradan gənclik subkulturasına daxil olan mənasız sevgi pompatusu (İngilis dili) ilk dəfə səsləndi. 1996 -cı ildə qəhrəmanları bu sirli ifadənin mənşəyini və mənasını müzakirə edən "Sevgi Pompatusu" adlı bir film belə çəkildi."The Joker" in uğurundan təsirlənən Miller, ən geniş auditoriya üçün oxşar üslubda yazmağa davam etmək qərarına gəldi. Onun "Fly Like a Eagle" (1976) və "Books of Dreams" (1977) albomları milyonlarla nüsxə satdı və "Rock'n Me" adlı sinql hit oldu. Musiqi tənqidçiləri Millerə psixedik blues roka xəyanət etdiyinə görə pis fikirlər söyləsələr də, o, bəzən həm MakKartney, həm də The Eagles ilə birlikdə çıxış etməyə davam etdi.
Vsevolod Miller
Vsevolod Fyodroviç Miller (rus. Все́волод Фёдорович Ми́ллер), 1848-1913) — Rusiya tarixçisi, etnoqraf, dilçi. Görkəmli alim Vsevolod Miller yazır ki, «bəzi müəlliflərin saklar adlandırdıqları çar skifləri türkdilli olmuşdur». O, tatlar və yəhudilər haqqında da material toplamışdır. Böyük tarixi material 40 il əvvəl V.F.Miller tərəfindən “Materiallar” əsərinin “Giriş” hissəsində verilmişdir. Bu materialda Qafqazda yaşayan yəhudilər haqqında, onların islam dini tərəfindən sıxışdırılmasından, yəhudilərin Xəzər çarlığı ilə münasibətindən, yəhudilərin Midiyadan (İran Azərbaycanından) törəməsindən və s. bəhs edilir. Миллер Всеволод Федорович Vsevolod Fedorovich Miller: kratkii ocherk ego zhizni; s portretom i bibliografiei.
Corc Kusunoki Miller
Corc Miller (16 sentyabr 1993, Osaka) digər adları ilə Joji, Filthy Frank və Çəhrayı oğlan (ing. Pink Guy) — Yapon müğənni-söz yazarı, səsyazma prodüseri, müəllif və keçmiş İnternet şəxsiyyəti, YouTuber və komediyaçıdır. Miller YouTube karyerasını yaratdığı 3 kanalla başlatdı : DizastaMusic, TVFilthyFrank, və TooDamnFilthy. Bunlar rep mahnıları, söyüşlər, həddindən artıq problemli məsələlər, ukulele çıxışları və Filthy Frankın titul xarakteri daxil olmaqla Millerin canlandırdığı əsas personajların əksəriyyəti ilə Filthy Frank Show adlı yumor şousundan ibarət idi. TVFilthyFrank kanalını tamamlamaq üçün Miller, The Filthy Frank Showda zentay geyən təkrarlanan bir simvol olan Pink Guy təxəllüsü altında komediya rolu və hip hop musiqiləri hazırladı. Bir çox YouTube şəxsiyyəti h3h3Productions, iDubbbz, JonTron, Maykl Stiven və PewDiePie daxil olmaqla Filthy Frank Showda çıxışlar etmişdi.
Corc Miller (kriketçi)
Corc Miller (19 avqust 1929 – 1 yanvar 2017) — Şotlandiyalı kriketçi. 1955-ci ildə o, birinci sinif kriket idmançısı olmuşdur. Şotlandiya Milli Kriket komandasında bir neçə oyunda iştirak etmişdir. 1966-cı ildən 1976-cı ilə qədər Şotlandiya Kriketçilər Birliyinin katibi vəzifəsini icra etmişdir.
Corc Miller Bird
Corc Miller Bird (8.5.1839, Konnektikut ştatı, Montvil – 23.1.1883, Nyu-York) — Amerika nevropatoloqu. == Fəaliyyəti == Andoverdə (Massaçusets ştatı) Fillips Akademiyasında (1854–58) və Yel Universitetində (1862) təhsil almışdır. 1866-cı ildən Nyu-Yorkda Tibb-Cərrahiyyə kollecində, 1868-ci ildən Nyu-York Universitetində işləmişdi. Əsas əsərləri elektriklə müalicə, sinir və psixi pozuntu məsələlərinə aiddir. 1869-cu ildə gərgin fəaliyyət nəticəsində sinir yorulması vəziyyətini (Bird xəstəliyi adlandırılan) təsvir etmiş, onun adlandırılması üçün 1880-ci ildə nevrasteniya terminini irəli sürmüşdü. Dəniz xəstəliyi simptomlarının təsvirini ilk dəfə o vermiş və onun müalicəsini göstərmişdi (1881). Çoxsaylı elmi-kütləvi kitabların, o cümlədən "Spiritizmin psixolo giyası" (1878), "Psixi xəstəliklərin problemləri" (1880), "Amerika əsəbiliyi, onun səbəbləri və nəticələri"nin (1881) müəllifidir.
David Miller (tenor)
David Miller (14 aprel, 1973, San Dieqo, Kaliforniya, ABŞ) — amerikalı tenor və İl Divo qrupunun üzvü. == Həyatı == Miller San Dieqoda anadan olsa da, Koloradoda böyüyüb. 1991-ci ildə orta məktəbi qurtarıb. Atasının təkidinə baxmayaraq, o hərbiyə getməyərək Oberlin Musiqi Konservatoriyasına daxil olur. 1995-ci ildə Konservatoriyanı mükəmməl qiymətlərlə və vokal və opera ifaçısı olaraq bitirir. 1996 −1997-ci illərdə Miller Pittsburq Opera Mərkəzinin üzvü idi. 1997-ci ildə Vaşinqtondakı çıxışından sonra diqqət mərkəzinə düşən Millər artıq 6 may 1998-ci ildə Ağ Evdə Bill Klinton qarşısında çıxış edir. Bundan sonrakı illərdə də onun çoxlu uğurlu çıxışları davam edib. == İl Divo == 2003-cü ilin dekabrında o dörd kişi müğənnidən ibarət beynəlxalq İl Divo qrupuna qoşuldu. Qrupda ondan başqa fransız pop musiqiçi Sebastien İzambard, ispaniyalı bariton Karlos Marin və isveçrəli tenor Urs Büler yer alırlar.
Keyt Miller-Haydki
Keyt Miller-Haydki (ing. Kate Miller-Heidke; d. 16 noyabr 1981, Brisben, Kvinslend, Avstraliya) — Avstraliya müğənnisi, bəstəkar və aktrisası. Klassika üslubunda təhsil almasına baxmayaraq, Keyt öz karyerasını pop musiqisi ilə davam etmişdir. O, "Zero Gravity" mahnısı ilə Avstraliyanı İsrailin Tel-Əviv şəhərində keçirilən 2019 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. == Erkən illəri == Keyt Miller-Haydki 16 noyabr 1981-ci ildə Avstraliyanın Kvinslend vilayətinin paytaxtı Brisben şəhərində anadan olmuşdur. O, 1998-ci ildə Müqəddəs Aydanın Anqlikan qızları məktəbinin məzunu olmuşdur. Daha sonra isə Keyt Kvinslend Musiqi Konservatoriyasına daxil olmuş, orada klassika üzrə təhsil alaraq konservatoriyanı bakalavr dərəcəsi ilə bitirmişdir. O, eyni zamanda Kvinslend Texnologiya Universitetində musiqi təhsili almışdır. Klassika üslubunda ifa edən müğənni kimi Keyt bir neçə mükafata layiq görülmüşdür: "Elizabet Muir" mükafatı (2000), "Donald Penman" mükafatı (2001), "Linda Edit Allen Memorial" mükafatı (2002) və "Horas Kits" mükafatı (2002).
Mett K. Miller
Metyu Kermit "Mett" Miller (ing. Matt K. Miller; 2 fevral 1960) — ABŞ aktyoru, "Oskar" mükafatı laureatı.
Miller-Diker Sindromu
Miller-Diker Sindromu — anadangəlmə qüsurlarla xarakterizə olunan sindromdur. Doğuş qüsurları körpədə doğulanda tapılan fiziki qüsurlardır və beyin, ürək, ağciyər, qaraciyər, sümük və ya bağırsaq daxil olmaqla bədənin bir çox fərqli hissəsini təsir edə bilər. MDS bitişik gen sindromudur, bir-birinə bitişik çoxsaylı gen lokuslarının silinməsi nəticəsində yaranan bir xəstəlikdir. Xəstəlik 17p xromosomun kiçik qolunun bir hissəsinin (LIS1 və 14-3-3 epsilon genlərini əhatə edən) silinməsi səbəbindən meydana gəlir və bu da qismən monosomiya ilə nəticələnir. Balanssız translokasiyalar ola bilər (məsələn, 17q: 17p və ya 12q: 17p) və ya halqanın 17 olması. Bu sindromu, əlaqəsi olmayan nadir bir genetik xəstəlik olan Miller sindromu və ya Guillain-Barré sindromunun bir forması olan Miller-Fisher sindromu ilə qarışdırmaq olmaz. MDS, sindromun xarakterik xüsusiyyəti olan lissensefalidən məsul olan 17-ci xromosomda geninin itkisi ilə əlaqəli sindromdur. 17-ci xromosom bölgəsində başqa bir gen olan YWHAE-nin itirilməsi Miller-Diker sindromlu xəstələrdə lissensefalinin şiddətini artırır. Uzaq bölgədəki əlavə genlərin Miler-Diker sindromunun müxtəlif xüsusiyyətlərinə töhfə vermə ehtimalı böyükdür. Reproduktiv hüceyrələrin əmələ gəlməsi zamanı və ya fetusun inkişafının əvvəllərində və ya xromosom translokasiya adlanan ailənin xromosomal yenidən təşkili nəticəsində təsadüfi bir hadisə ola bilər.
Vane Xorn-Miller
Vane Xorn-Miller (d. 30 noyabr 1975) — Kanadanı təmsil edən su poloçusu. Vane Xorn-Miller, Kanada yığmasının heyətində 2000-ci ildə Avstraliyanın Sidney şəhərinin ev sahibliyində baş tutan XXVII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Qrup mərhələsində beş görüşün sadəcə birində qalib gələn Kanada yığması, Sidney Olimpiadasını beşinci pillədə başa vurdu.
Dyobner-Miller reaksiyası
Dyobner-Miller reaksiyası- nominal kimyəvi reaksiya, aromatik aminlərin hansı ki, məhlulda kondesləşmiş reagent kimi iştirak edən tərkibində sink xlorid və ya xlorid turşusu sərbəst orto-vəziyyətdə olan aldehid və ketonların tsiklokondensasiyası ilə xinolinin törəmələrinin alınma metodu. 1881-ci ildə alman kimyaçıları O.Dyobner və V.Miller tərəfindən kəşf edilmişdir. Reaksiya mexanizmi Skrayp reaksiya mexanizminə oxşardır == Mexanizm == Reaksiya mexanizmi anilin və doymamış aldehid nümunəsi üçün verilmişdir. Reaksiya əvvəlində anilin amino qrupu (1) ikiqat rabitəli C-C əlaqəsinə (C=C) hücum edir (2) Bu, enolat meydana gəlməsinə gətirib çıxarır (3).Hidrogen protonu amin qrupdan ayrılaraq enol qrupunun oksigeninə birləşir (4) Bundan sonra keton keto-enol tautomerizmi nəticəsində əmələ gəlir (5). Məhlulda olan hidrogen ionlarının təsiri ilə oksigen və azot atomları protonlaşır və qeri sabit ion(6) alınır ki, bu da molekuldaxili elektrofil birləşmə nəticəsində tərkibində iki tsikl olan maddə əmələ gətirir (7).O pratonu ayıraraq daha davamlı formaya keçir (8). Sonra qızdırıldıqda birləşmənin dehidratlaşması baş verərək ikiqat rabitəli əmələ gəlir (9).Reaksiya birləşmənin oksidləşməsi nəticəsində xinolin törəməsinin alınması ilə tamamlanır. Verilmiş konkret şəraitdə oksidləşdirici kimi elementar yod, havanın oksigeni və aromatik aminlə karbonil birləşməsinin qarşılıqlı təsiri nəticəsində Şiff əsaslı birləşmə ola bilər. [2][3]. Dyobner - Miller reaksiyasının mexanizmi Skrayp reaksiya mexanizminə yaxındır. Lakin fərqli cəhəti ondadır ki, göstərilmiş sintezdə doymamış karbonil birləşmələri fərqli bir şəkildə əmələ gəlir.
Əmillər
Əmillər — Azərbaycan Respublikasının Şuşa rayonunun inzibati ərazi vahidində kənd. 1992-ci ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Əmillər kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan Respublikasının nəzarətinə qayıtmışdır.
Feillər
Feil — ümumqrammatik mənasına görə iş, hal və hərəkəti bildirib, zaman, şəxs və kəmiyyətcə təsriflənən əsas nitq hissəsidir. Feillər müxtəlif forma və zamanlarda işlədilərək "nə etmək?", "nə etdi?", "nə etmişdir?" "nə edir?", "nə edəcək?", "nə edər?" və s. suallarına cavab olur şəxsə və kəmiyyətə görə dəyişir təsdiq və inkar, təsirli və təsirsiz olur. == Feilin mənaca növləri == İş feilləri: yağla(maq), tik(mək), rənglə(mək), kəs(mək), yaz(maq) bişir(mək), qur(maq) və s… Nitq feilləri: danış(maq), dinlə(mək), qulaq as(maq), sus(maq), pıçılda(maq) və s. Hərəkət feilləri: get(mək), düş(mək), en(mək), qalx(maq) gəl(mək) qaç(maq) və s… Təfəkkür feilləri: duy(maq), xatırla(maq), zənn et(mək), duyğulan(maq), sevin(mək), dərk et(mək) və s… Hal-vəziyyət feilləri: ağar(maq), gözəlləş(mək), nərildə(mək), gül(mək), fərəhlən(mək) və s… == Feilin quruluşca növləri == Sadə feillər: Ancaq bir kökdən və qrammatik şəkilçidən ibarət olan feillərə sadə feillər deyilir. Məsələn: al, oxu(yur), get, al(dı), gəl(ir) və s. Düzəltmə feillər: Kökə və sözdüzəldici (leksik) şəkilçiyə malik olan feillər düzəltmə feillər adlanır. Məsələn: baş-la(maq), ağ-ar(ır), iş-lə(mək), gör-üş(mək) və s. Mürəkkəb və tərkibi feillər: İki sözün birləşməsindən əmələ gələn feillər mürəkkəb feillər adlanır. Məsələn: deyir-gülür, ölçdü-biçdi, bəzənib-düzənir, atılıb-düşür və s.
Yucin Miller Van Rid
Yucin Miller Van Rid (ing. Eugene Miller Van Reed; 17 may 1835, Ridinq, Pensilvaniya – 2 fevral 1873, Sakit okean) – hollandəsilli ABŞ biznesmeni, macəraçısı və diplomatı. Havay krallığının Yaponiyadakı birinci konsulu olmuşdur. Yucin Miller Van Rid 1858-ci ildə San-Fransisko şəhərində yapon dənizçi Cozef Heko ilə tanış olmuş və 1859-cu ildə ABŞ-nin Yaponiyadakı konsulluğunun katibi kimi onunla Yaponiyaya getməyə qərar vermişdir. O, 1859–1872-ci illərdə Yaponiyanın Yokohama və Tokio şəhərlərində yaşamış, 1866–1873-cü illərdə Havay krallığının Yaponiyadakı birinci baş konsulu olmuşdur. Satsuma hanı ilə yaxın biznes əlaqələri quraraq ABŞ diplomatlarını təəccübləndirmişdir. Yaponiyada "Yokohama Shimpo" qəzetini və "Moshio-gusa" jurnalını nəşr etdirmişdir. Van Rid müxtəlif biznes sahələri ilə məşğul olmuş, 1868-ci ildə Havay krallığına göndərilmiş ilk yapon işçi qrupunu təşkil etmişdir. Onun başçılığı altında 148 yapon Havay adalarındakı şəkər plantasiyalarında işləməyə göndərilmişdir. Van Rid, Havay hökuməti və yapon işəgötürənləri arasında olan razılıq Yaponiya, ABŞ və Havay arasında siyasi çətinliklərə səbəb olsa da, bu məsələ ABŞ-nin Yaponiyadakı səfiri Çarlz De Lonqun müdaxiləsindən sonra həll olunmuşdur.