Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Men
Men (ing. Maine (/meɪn/)) - Şimal-şərqi ABŞ-nin ən şimal ştatı. 50 ABŞ ştatından Men ərazisinə görə ən kiçik 12-ci, ən az əhalisi olan 9-cu və ən az əhali sıxlığına malik 13-cüdür. Yeni İngiltərədə yerləşir, qərbdə Nyu-Hempşir, cənub-şərqdə Atlantik okeanı və şimal-şərqdə və şimal-qərbdə müvafiq olaraq Nyu-Bransuik və Kvebek adlı Kanada əyalətləri ilə həmsərhəddir. Men başqa bir tək ştatla həmsərhədd olan yeganə ştatdır, kontinental ABŞ-nin ən şərqidir və Böyük göllərin şərqindəki ən şimal ştatdır. Men nahamar, qayalı sahil xətti, alçaq, dərəli-təpəli dağları, sıx meşəli daxili və mənzərəli su yolları, həmçinin dəniz məhsulları mətbəxi, xüsusən də omar və molyusk ilə tanınır. Ştatın əksər hissəsində, o cümlədən sahilyanı ərazilərdə rütubətli kontinental iqlim mövcuddur. Men ən çox əhaliyə malik şəhəri Portlend, paytaxtı Oqastadır. Min illər boyu yerli xalqlar indiki Men ərazisinin yeganə sakinləri idi. Avropalılar indiki Menə gəldiyi zaman ərazidə bir çox Alqonkin dilli xalq yaşayırdı.
Men Tıva men
Men — Tıva Men (Mən tıvayam / Mən tıvalıyam) (tıvaca: Мен — Тыва Мен; rusca: Я — Тувинец, Ya tuvinets) Tıva Respublikasının himni. Yazıçısı Olonbayar Qantomir, bəstəkarı Bayantsaqaan Ooxiydir.Tıva Respublikasının Böyük Xuralı (parlamenti) tərəfindən rəsmi olaraq qəbul edilmişdir, və respublikanın köhnə himni olan Tooruktuğ Dolqay Tañdım himnini 11 avqust 2011-ci il tarixindən etibarən əvəz etmişdir.
Men-Tszı
Mеn-Tszı (çin. 孟子) (e.ə. 372, Tszou[d], Çjou sülaləsi – e.ə. 289) — Çin filosofu. == Fəlsəfəsi == Konfutsinin davamçısı Mеn-Tszı (е.ə. 372–289) bеlə bir nəzəriyyə irəli sürürdü ki, insanın həyatı ilahi iradəyə tabеdir, bilik isə insanda anadangəlmə-dir. İnsan anadan olanda bilik ilahi, "Hüdudsuz ruh" tərəfindən ona vеrilir. İnsan bu biliklərin köməyi ilə həyatın bütün suallarına cavab vеrməlidir. O, insanları bütün müvəffəqiyyətsizliklərin və bədbəхtliklərin səbəbini müəy-yənləşdirməyə, dözümlü və mərhəmətli olmağa çağırırdı.
Men Adası
Men adası (ing. Isle of Man [aɪl ɒv mæn], men Ellan Vannin [ˈɛlʲən ˈvanɪn]) — Britaniyanın taxt-tac ərazisi. İngiltərə, İrlandiya, Şotlandiya və Uelsdən təxminən eyni məsafədə İrland dənizində yerləşir. Men adasında dünyanın ən qədim parlamentlərindən biri mövcuddur (Tinvald) — 979-cu ildən. 1973-cü ildə Birləşmiş Krallıq (Böyük Britaniya) Cəbəli-Tariq ilə birlikdə Aİ-yə üzv oldu. Men adası, Cersi adası və Gernsi Aİ-yə qoşulmadı. Men adasının simvolu — triskelion — bir nöqtədən qaçan üç ayaq. Triskelion, adanın şüarında əks olunan sabitliyi simvollaşdırır. Adanın bayrağı və gerbində də təsvir edilmişdir. == Adın etimologiyası == Adanın adının dəqiq etimologiyası məlum deyil.
Men adaları
Men adası (ing. Isle of Man [aɪl ɒv mæn], men Ellan Vannin [ˈɛlʲən ˈvanɪn]) — Britaniyanın taxt-tac ərazisi. İngiltərə, İrlandiya, Şotlandiya və Uelsdən təxminən eyni məsafədə İrland dənizində yerləşir. Men adasında dünyanın ən qədim parlamentlərindən biri mövcuddur (Tinvald) — 979-cu ildən. 1973-cü ildə Birləşmiş Krallıq (Böyük Britaniya) Cəbəli-Tariq ilə birlikdə Aİ-yə üzv oldu. Men adası, Cersi adası və Gernsi Aİ-yə qoşulmadı. Men adasının simvolu — triskelion — bir nöqtədən qaçan üç ayaq. Triskelion, adanın şüarında əks olunan sabitliyi simvollaşdırır. Adanın bayrağı və gerbində də təsvir edilmişdir. == Adın etimologiyası == Adanın adının dəqiq etimologiyası məlum deyil.
Men dili
Men dili - Men adasında yayılmış, kelt dillərinə aid, hazırda ölü dillərdən hesab olunan dil.
Men körfəzi
Men körfəzi (ing. Gulf of Maine) — Şimali Amerika sahillərində yerləşən körfəz. Körfəz Keyp-Kod və Yeni Şotlandiya yarımadaları arasında yerləşir. Maksimal dərinliyi 329 metrdir. Şimal-şərqində Fandi körfəzi yerləşir. Cənub-qərbində isə digər iri Massaçusets körfəzi qərarlaşır. Mərkəzi sahilində Men ştatının iri Portlend şəhəri yerləşir. Sahillərində ən iri limanlar — Boston, Portlend (ABŞ), Sent-Con (Kanada). Körfəzə axan iri çaylar — Annapolis, Kennebank, Kennebek, Sako, Sent-Krua, Merrimak, Penobskot, Sent-Con, Piskataqa çayı və s. Bura tökülən çayların hövzəsinin sahəsi 179 008 km² təşkil edir.
Duqlas (Men adası)
Duqlas (ing. Douglas, men dilində Doolish) — Men adasının 1863-cü ildən paytaxtı, adanın nəqliyyat və iqtisadi mərkəzi. Əhalisi — 26218 nəfər (2006-cı il siyahıyalanması), ada əhalisinin üçdə birini təşkil edir. Şəhərdə dünyada yeganə atlı tramvay nəqliyyat növü işləyir. Duqlasda dünyada ən qədim parlamentlərdən biri - Tinvald fəaliyyət göstərir. == Coğrafiyası == Duqlas iki çayın Du və Qlassın qovuşmasında yerləşir. Şimal-qərbdən və cənub-şərqdən onu təpələr əhatə edir.
Men adası funtu
Men adası funtu (ing. Manx pound) — Böyük Britaniyanın və Men adasının pul vahidi. Men adası hökuməti tərəfindən buraxılır. 1 Men funtu = 100 pens. Simvolu: £ , bank kodu: IMP (Isle of Men Pound). Dövriyyədə 1, 5, 10, 20, 50 funtluq əskinazlar; 1, 2, 5, 10, 20, 50 pensli və 1, 2, 5 funtlu sikkələr vardır.
Men və Luara
Men və Luara (fr. Maine-et-Loire, bret. Maine e Léger) — Fransanın qərbində yerləşən, Pei-de-la-Luar regionun departamentlərindən biri. Sıra nömrəsi — 49. İnzibati mərkəzi — Anje. Əhalisi — 808 298 nəfər (departamentlər arasında 27-ci yer, 2010-cu ilin məlumatları). == Coğrafiyası == Ərazisi — 7166 km². Departamentin ərazisi Luara çayının yaxınlığında yerləşir. Departamentə 4 rayon, 41 kanton və 363 kommun daxildir. == Tarixi == Maine və Loire - 1790-cı ilin mart ayında Anju əyalətinin ərazisində Böyük Fransa İnqilabı zamanı yaranmış ilk departamentdən biridir.
Men ştatının səhrası
Men ştatının səhrası (ing. Desert of Maine) — meşələrlə əhatələnmiş olan və qumluqlardan ibarət olan ABŞ-nin Men ştatı Kamberlend dairəsində yerləşən səhra. Men şəhərindən 4 km qərbdə yerləşir. == Tarixi == 1783-ci ildə Vilyam Tattl ərazidə 300 ha torpaq sahəsi alır. 10 illərlə o, öz heyvanlarını normal şəkildə otarırdı. Onun törəmələri qoyuna sahib olaraq heyvanlarının sayını artırırlar. Heyvanların sayı artdiqca intensiv otarılma torpaqların eroziyaya məruz qalmasına səbəb olur. Səbəb isə sonuncu buzlaşma zamanı, buzlar əraziyə 27 metr qalınlığında qum toplanışdır. İlk əvvəllər kiçik bir ərazi səhralaşmışdı. Son əsrlər zamanı isə əraziyə avropadan çoxlu sayda insan köçürülmüşdür.
Men’s Health
Men's Health — kişilər üçün aylıq jurnal. Əsası 1987-ci ildə ABŞ-də qoyulmuşdu. Jurnal dünyanın 45 ölkəsində çap olunur. == Tarix == == Jurnalın əsas rubrikaları == Seks və əlaqə Orqanizm Dieta Stress Karyera Macəra Şəxsi məşqçi «Dəmir» texnika üzrə gid moda üzrə gid == Digər ölkələrdə çap == Men's Health ABŞ-də yaranmasınabaxmayaraq, bu gün bu jurnal bütün dünyada nəşr edilərək, dünyanın ən böyük brend kişilər üçün jurnala çevrilmişdi. Jurnalın dünya üzrə oxuyucuların sayı 20 milliondan çoxdur. Men's Health dünyanın 45 ölkəsində buraxılır. Aşağıda 2013-cü ilə ölkələr üzrə jurnalın çap göstərilmişdir: == Auditoriya == Jurnalın əsas oxuyucuları — 20-dən 44 yaşa gədər, ali savadlı və yüksək qəlirli kişilərdir. Onlardan: 38,1 % — 25-dən 35 yaşa kimi insanlar; 75,5 % — kişilər; 45,0 % — ali təhsilləri var; 76,6 % — daimi əsaslarla işləyirlər; 60,8 % — yüksək gəlirlidirlə (С и С+); 49,7 % — işə götürənlər, mütəxəssislər və işçilər. == İstinadlar == == Web links == Website der deutschen Ausgabe Website der US-amerikanischen Ausgabe (engl.) Men's Health, verschiedene Ausgaben bei Google Books Detailed article on Men's Health magazine at magsdirect.com Arxivləşdirilib 2006-06-23 at the Wayback Machine. Academic article comparing Men's Health with women's magazines at maglab.org.uk Arxivləşdirilib 2013-10-01 at the Wayback Machine.
Kim Men-Ce
Kim Men-Ce (15 noyabr 1996, Thonyon[d], Kyonsan-Namdo[d]) — Cənubi Koreyalı futbolçu, "Napoli" klubunun və Koreya Respublikası millisinin mərkəz müdafiəçisi. == Karyera == Kim karyerasına 2016-cı ildə Koreyanın "Kyoncu" klubunda başlayıb. O, altı ay klubda oynadıqdan sonra, Koreya Respublikasının əsas liqasında yarışan "Jeonbuk Hyundai Motors" klubuna keçib.2019-cu ilin yanvar ayında Çinin "Beijing Guoan" klubuna keçib. Çin klubu müdafiəçi üçün 3,5 milyon funt sterlinq ödəyib. Çin klubunda 2 il qaldıqdan sonra Kim Avropa klubuna keçmək qərarına gəlib. 2021-ci ilin yayında o, Türkiyənin o dövrün ən yaxşı klublarından biri olan "Fənərbaxça" ilə müqavilə imzaladı. 16 avqust 2021-ci ildə baş tutan transfer üçun "Fənərbaxça" 3 milyon avro ödəyir. İlk mövsümdə Türkiyə Superliqasında 30 matça çıxıb, 1 qol vuraraq klubun əsas mərkəz müdafiəçisi olub. 2022-ci ilin iyulunda o, 18 milyon avroya, klubdan ayrılan Kalid Kulibalini əvəz etmək üçün "Napoli"yə keçdi. 15 avqust 2022-ci ildə "Hellas Verona"ya qarşı oyunda "Napoli"də debüt etdi.
Yen-Men qalasının mühasirəsi
Yen-Men qalasının mühasirəsi — Çin-Suy sülaləsi Yanq-tinin bu gün Taiyuan adı ilə bilinən şəhərin qalasında Şərqi Göytürk xaqanlığı ordusu tərəfindən 615-ci ildə mühasirəyə alınmasıdır. Mühasirədən sonra Suy sülaləsinin ölkə içərisindəki nüfuzu tamamilə zəifləmiş və sülalə devrilmişdir. == Mühasirənin səbəbi == İmperator Yanq-ti və oğlu vəliəhd şahzadə Yanq Çien qızlıq imperiya sarayında qalmaq üçün Şansiyə hərəkət etməyi düşünürdü. Bu səyahət zamanı imperator öz sarayında bir müddət qaldıqdan sonra Çin səddini keçərək şimaldakı hüdud torpaqlarını ziyarət etməyə qərar verdi. Türk xaqanının çinli şahzadəylə evli olub, türklərlə çinlilərin sülh dövründə olmasına rəğmən, Yanq-tinin Serbi xaqanın gücündən çəkinməsi və onu ortadan qaldırmaq üçün planlar hazırlaması iki dövlətin arasını açdı. Çin imperatoru İçkin Şada xaqanlıq və Çin şahzadəsi təklif edib, onu Şərqi Göytürk dövlətinin cənub hissəsinə yerləşdirmək istəmişdi. Ancaq İçkin Şad Çinin bu təklifini qəbul etmədi. Vəziyyətdən xəbərdar olan Serbi Çin tərəfindən öldürülən Soqd mənşəli dövlət adamı və ətrafının da qısasını almaq üçün Çinə müharibə elan etdi. Hökmdarın müharibə qərarı Çin kökənli xatun İçinq tərəfindən qısa zamanda Çin imperatoruna çatdırıldı. == Mühasirə == Çin ilə əlaqələrdə Göytürk hakimiyyətinin müşavirliyini edən soqdların öldürülməsi və sonrasında alınan müharibə qərarını duyan Sui sülaləsi göytürklərə "soqdlar sizə üsyan qaldırmaq üçün bizdən yardım istəmişdi.
Kane & Lynch: Dead Men
Kane & Lynch: Dead Men (azərb. Keyn və Linç: Ölümə məhkumlar‎) — IO Interactive tərəfindən yaradılan və üçüncü-şəxs atıcı janrında olan oyun. Geympleydə iki nəfər, bir-birindən xasiyyətcə tamamilə fərqli qəhrəmanların birgə hərəkətləri ideyası dayanır. PC ilə yanaşı oyun həmçinin PlayStation 3, Xbox 360 və mobil telefonlar üçün buraxılıb. Videooyun sənayəsində ən keyfiyyətli və təsirli oyunlardan biri olmuş və yüksək rəy alaraq ikinci hissəsi yaradılmışdır. == Oyun prosesi == Bütün birnəfərli oyun iki əsas qəhrəmanın sıx əməkdaşlığı ilə gedir. Oyun boyu oyunçu Keyni, süni intellekt isə Linçi idarə edir. Kane & Lynch-də həmçinin kooperativ oyun imkanı da var ki, burada qəhrəmanların hər ikisini oyunçular idarə edir. Fərdi kompüterdə birgə oyun ən azı bir Xbox 360 kontrolleri olduqda mümkündür. Yaradıcıların əsas ideyası qəhrəmanların xasiyyətini oyundakı hərəkət tərzinə keçirməkdir.
Ped Men (film, 2018)
Ped Men — rejissor R. Balkinin 2018-ci ildə çəkilmiş filmidir. == Süjet xətti == Hindistanın Tamil Nadu əyalətindən olan fəal Arunaçalam Muruqanantham haqqında olan bioqrafik filmdir. Arunaçalam Muruganantham, Hindistanın kəndlərində yoxsul qadınlara ucuz gigiyenik salfetlər təqdim etmək üçün sanitar salfet maşını yaradır.
X-Men: Birinci sinif
İks-adamlar: Birinci dərəcə (ing. X-Men: First Class) — 2011-ci ildə istehsal olunmuş ABŞ filmi. Metyu Vonnun rejissorluq etdiyi filmin baş rollarında Ceyms MakEvoy, Maykl Fassbender və Cennifer Laurens çəkilmişlər.
Men adasında COVID-19 pandemiyası
Men adasında 19 martda ilk koronavirus xəstəsi təsdiqləndi. == Gedişat == Men adasında 19 martda ilk koronavirus xəstəsi təsdiqləndi. Bu şəxs İspaniyadakı futbol matçından sonra Men adasına qayıtmışdı. 23 martda hökumət bütün tədbirləri gördü və fövqəladə vəziyyət elan etdi. Bir neçə aylıq məktəbləri bağladı. 27 martda tibb işçilərindən başqa çölə çıxan bütün insanlara pul cəzası verilməsi barədə qərar qəbul etdi. Men adasında hər şey bağlandı.
Men adasında koronavirus pandemiyası 2020
Men adasında 19 martda ilk koronavirus xəstəsi təsdiqləndi. == Gedişat == Men adasında 19 martda ilk koronavirus xəstəsi təsdiqləndi. Bu şəxs İspaniyadakı futbol matçından sonra Men adasına qayıtmışdı. 23 martda hökumət bütün tədbirləri gördü və fövqəladə vəziyyət elan etdi. Bir neçə aylıq məktəbləri bağladı. 27 martda tibb işçilərindən başqa çölə çıxan bütün insanlara pul cəzası verilməsi barədə qərar qəbul etdi. Men adasında hər şey bağlandı.
X-Men vs. Street Fighter
X-Men vs. Street Fighter — "Capcom" tərəfindən hazırlanan və nəşr olunan krossover faytinq videooyunu. Bu, "Capcom" şirkətinin içərisində "Marvel" personajları olan üçüncü faytinq oyunudur və "Marvel vs. Capcom" videooyun seriyasındakı 1-ci əsas epizoddur. Videooyunda "Marvel" nəşriyyatının İks-adamlar və "Capcom" şirkətinin "Street Fighter" seriyasının personajları var. Videooyun ilk dəfə 1996-cı ildə arkada oyunu kimi buraxılmışdır. Videooyun daha sonra 1997-ci ildə Sega Saturn, 1998-ci ildə isə PlayStation üçün satışa çıxarılmışdır. "X-Men vs. Street Fighter" videooyununun geympleyi "Street Fighter" videooyun seriyasına çox oxşayır, ancaq cüt personaj seçimi və teq-tim əsaslı döyüş mexanikasına sahibdir. Hər bir oyunçu iki personaj seçir ki, təkbətək teq-tim komanda döyüşündə iştirak etsinlər və rəqib komandanı məğlub etsinlər.
Adnan Menderes
Adnan Menderes (1899[…], Aydın, Aydın vilayəti, Osmanlı imperiyası – 17 sentyabr 1961[…], İmralı, Bursa vilayəti) — Türkiyə Respublikasının 9-cu və CXP-li olmayan ilk baş naziri (1950–1960). == Uşaqlıq və gənclik illəri == 1899-cu ildə Aydınlı torpaq sahibi varlı bir fermerin oğlu olaraq doğulmuşdur. Doğulduğu yerə aid məlumata görə Aydında doğulmuşdur, lakin şəxsiyyət vəsiqəsində İzmir yazılıb və bir çıxışında izmirlilərə dəyərli yerlilərim deyə müraciət etmişdir, lakin bunun sadəcə bir xitab şəkli olduğu da güman edilir. Kırım tatarı əsilli olan babası Hacı Əli Paşa Konyadan köç etmişdir. Atası İbrahim Etem bəy, anası Tevfika xanımdır. Ana və atasını kiçik yaşlarında itirmiş, nənəsinin himayəsində yaşamışdır. Bacısı Məlikə də kiçik yaşlarında vəfat etmişdir. Birinci Dünya Müharibəsi illərində futbolçu olmuşdur. Təhsilə İzmir İttihad və Tərəqqi Məktəbində başlayan Adnan Menderes, Qızılçulu Amerikan Kollecində oxuyarkən missionerlərlə başına dərd açdığı üçün, müxtəlif yerlərə müraciət etmişdi. Müraciət etdiyi yerlərdən birinin başında Cəlal Bayar dururdu.
Adnan Menderes Hava Limanı
Adnan Menderes Hava Limanı (türk. Adnan Menderes Havalimanı) — Türkiyənin İzmir ilinə xidmət verən beynəlxalq havalımanı. Şəhər mərkəzindən 14 km (8.7 mil) cənubda, Qaziemir ilçəsi sərhədlərindədir. Adını 1950-1960-cı illər arasında baş nazir işləyən Adnan Menderesdən (1899-1961) alır. Hava limanının sahibi Dövlət Hava Limanları İdarəsidir, operator TAV Hava limanlarıdır. 2018-ci ildə 13.410.378 sərnişin və 91.447 təyyarə qəbul edən Adnan Menderes Hava limanı, ölkənin ən məşğul beşinci hava limanıdır. Yük daşınması baxımından 11,889 ton ilə ölkənin hava limanları arasında üçüncü yeri tutur. == Tarixçəsi == Əvvəlki adı Cüməovası Hava Limanı olan bu hava limanı inşa edilməmişdən öncə, İzmirdə bütün mülki uçuşlar Çiğli Hava Limanında həyata keçirilirdi. Çiğli Hava Limanı təmirə girəndə Cüməovası Hava limanı istifadəyə verildi. Lakin texniki çatışmazlıqlar səbəbindən gecə uçuşları həyata keçirilmədi və böyük təyyarələr uçuş zolağına enə bilmədi.
Aleksandr Menşikov
Menşikov Aleksandr Sergeyeviç (25 avqust (5 sentyabr) 1787, Sankt-Peterburq – 19 aprel (1 may) 1869, Moskva) — Rusiya diplomatı, knyaz, general-adyutant, admiral. == Həyatı == Aleksandr Menşikov 1787-ci ildə anadan olmuşdur. I Nikolayın yaxın adamlarından olmuşdur. İran elçiliyinə rəhbərlik etmiş, bu zaman diplomatik uğursuzluğa düçar olmuş, rus-İran müharibəsinin başlanmasını sürətləndirmişdi. Müharibənin başlanmasına görə o, düşmən dövlətin elçisinə çevrilmiş, çox çətinliklərdən sonra sağ-salamat geri dönə bilmişdi. 1853–1856-cı illər Krım müharibəsində baş komandan kimi də fərasətsizliyini göstərmişdi. 1869-cu ildə 82 yaşında ölmüşdür. == Ədəbiyyat == Отрывки из писем и бумаг Меньшикова, относящихся главным образом ко времени Крымской войны, напечатаны в "Русском Архиве" (1881 г., кн. II, стр. 361–379) и в "Русской Старине" (1875 г., т.
Aleksandr Menşikov (I)
Aleksandr Daniloviç Menşikov (6 noyabr 1673, Moskva[…] – 2 noyabr 1729, Beryozovo[d], Sibir quberniyası[d]) — Rusiya diplomatı, knyaz ya hersoq. Aleksandr Menşikov yeganə rus zadəganıdır ki, “İjor hersoqu” titulunu daşımışdır. == Həyatı == Əsgərlik və idarəçilik istedadı sayəsində yüksək bir mövqeyə çatmasına rəğmən, həddən aşırı acgözlüyü və istəkləri ilə öz sonunu hazırlamışdır. Yoxsul və sıradan bir ailədəndi. Gələcəyin Böyük Pyotrunun sərbəst və macəralı uşaqlıq dönəmində xalq arasından çıxan dostlarından biri olan Menşikov, 1686-cı ildə onun əmir əri oldu; qısa sürədə Pyotrun gözünə girərək sərkərdəliyə qədər yüksəldi. Preobrajenski alayının üzvi olaraq Azov səfərlərinə (1695-96) və Qərbi Avropadaki "Böyük vəzifə"ə qatıldı (1697-98). 1703-cü ildə İngriyada daha yeni fəth edilən bölgələrə vali göndərildi və Peterburqun inşasını edarə etdi. İdarəçilik və əsgəri öndərlik istedadı nəticəsində sürətli bir yüksəlmə göstərdi; 1705-ci ildə general rütbəsinə yüksəldi, 1700-cü ildən sonra İsveçlilərə qarşı yürüdülən II Şimal Savaşında Kalisz zəfərini qazandı (1706), 1707-ci ildə knyaz ünvanı aldı, Poltavada savaşdı (1709) və feldmarşal rütbəsi aldı. Daha sonra gətirildiyi yönətim görəvlərində yolsuzluqlar üzündən sürəkli kovuşdurmalara uğradı; onun açgözlülüyü və pul yiyiciliğından düş qırıxlığına uğrayan Böyük Pyotr, 1713-cü ildən sonra onu xaricə göndərmədi. Haqsız qazançlar sağladığı və qanunlara aykırı torpaqlar və sərflər ədindiği ortaya çıxınca, Yekaterinanın müdafiəsinə rəğmən, 1717-24 illər arasında başında bulunduğu Savaş kolejindən uzaqlaşdırıldı.
Ana Mena
Ana Mena Rojas (25 fevral 1997, Estepona[d], Əndəlüs) — İspaniya müğənnisi və aktrisası. Karyerasına 2009-cu ildə "Marisol, la película" teleserialı ilə başlamışdır.
Antonela Mena
Antonela Mena (d. 28 fevral 1988; Buenos-Ayres, Argentina) — Argentinanı təmsil edən həndbolçu. == Karyerası == Antonela Mena Argentina yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarına qatıldı. Qrup mərhələsində baş tutan beş oyunun hamısında məğlub olan Argentina yığması, Rio-de-Janeyro Olimpiadasını sonuncu, 12-ci yerdə başa vurdu.
Antonella Mena
Antonela Mena (d. 28 fevral 1988; Buenos-Ayres, Argentina) — Argentinanı təmsil edən həndbolçu. == Karyerası == Antonela Mena Argentina yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarına qatıldı. Qrup mərhələsində baş tutan beş oyunun hamısında məğlub olan Argentina yığması, Rio-de-Janeyro Olimpiadasını sonuncu, 12-ci yerdə başa vurdu.
Antonio de Mendoza
Antonio de Mendoza — (isp. Antonio Hurtado de Mendoza) İspaniyalı səyyah və konkistador.
Arctostaphylos mendocinoensis
Arctostaphylos mendocinoensis (lat. Arctostaphylos mendocinoensis) — bitkilər aləminin erikaçiçəklilər dəstəsinin erikakimilər fəsiləsinin ayıqulağı cinsinə aid bitki növü.
Aseptik meningit
Aseptik meningit (ing. Aseptic meningitis) — beyin və onurğa beynini əhatə edən membranın serebrospinal maye testinin nəticəsi mənfi olan xəstələrdə beyin qişasının iltihabı. Aseptik meningitə viruslar, mikobakteriyalar, spiroketlər, göbələklər, dərmanlar və bədxassəli xəstəliklər səbəb olur.Həm meningit, həm də aseptik meningit üçün testlər əsasən eynidir. Bel ponksiyonu vasitəsilə serebrospinal maye nümunəsi götürülür və infeksiyanın olub olmadığını müəyyən etmək üçün leykositlərin hüceyrələrinin sayı üçün yoxlanılır və faktiki səbəbi görmək üçün əlavə testlər götürülür. == Etiologiyası == Etiologiyasına görə aseptik meningit 2 növ olur: yoluxucu və qeyri-infeksion. Bu günə qədər diaqnozun qoyulmasında bütün irəliləyişlərə baxmayaraq, dəqiq etiologiya yalnız 30-65% hallarda müəyyən edilə bilib. Qalan etiologiyası naməlum hallar "idiopatik" kimi adlanır. Yoluxucu səbəblər baxımından ən çox yayılmış agent virusdur, həmçinin bakteriyalar, göbələklər və parazitlər də daxildir. Xəstəliklərin yarıdan çoxu enteroviruslar tərəfindən törədilir (məs. Koksaki virusu), sonra herpes simplex-2 virusu, Qərbi Nil və suçiçəyi virusları.
Aydın Menderes
Aydın Menderes (5 may 1946, Ankara – 23 dekabr 2011, Ankara) — Türk siyasətçisi == Həyatı == Aydın Menderes 1946-cı ildə Ankarada doğulub. 1968-ci ildə Ankara İqtisadi və Ticari Elmlər Akademiyasının məzunu olub. Siyasətə 1970-ci ildə Demokratik Partiyanın vilayət başçısı kimi daxil olan Menderes, 1977-ci ildə Ədalət Partiyasından Konya millət vəkili seçilib. 12 Sentyabr dövlət çevrilişindən sonra 10 il siyasətdən kənarlaşdırılan Menderes, 1993-cü ildə banisi olduğu Böyük Dəyişiklik Partiyasının başçısı seçilir. 1994-cü ildə Demokrat Partiyanın başçısı olur. 1995-ci ildə Rifah Partiyasından İstanbul millət vəkili seçilən və 1996-cı ildə bu partiyada başqan müavini vəzifəsinə gətirilən Aydın Menderes, 1999-cu ildə Fəzilət Partiyasından İstanbul millət vəkili olub. Menderes elə həmin il Fəzilət Partiyasından istefa verib. 3 noyabr 2002-ci il tarixində Doğru Yol Partiyasından (DYP) millət vəkilliyinə namizəd olub, ancaq DYP baryeri keçə bilmədiyi üçün siyasətdən uzaqlaşdığını elan edən Menderes, tərcüməçiliklə məşğul olub və "Yeni Əsr" qəzetində köşə yazısı hazırlayıb. Edam edilən keçmiş baş nazir Adnan Menderesin son oğulu olan Aydın Menderes, keçirdiyi yol qəzası nəticəsində qismən iflic olub. Menderes 2011-ci ilin dekabrın 23-də 1 aydır müalicə gördüyü Ankara Atatürk Təhsil və Araşdırma Xəstəxanasında vəfat edib.
Azərbaycan Turizm və Menecment Universiteti
Azərbaycan Turizm və Menecment Universiteti — Azərbaycan Respublikasında ali təhsilin bütün pillələrində turizm və menecment sahələri üzrə kadr hazırlığını həyata keçirən ali təhsil müəssisəsi. == Tarixi == === Azərbaycan Turizm İnstitutu === Universitetin tarixi Azərbaycan Turizm İnstitutunun yaranma tarixindən başlayır. Azərbaycan Respublikası Prezidentinin 25 avqust 2005-ci il tarixli 972 saylı sərəncamına əsasən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 fevral 2006-cı il tarixli 45 saylı qərarı ilə təsis edilmişdir. İnstitut dövlət təhsil sistemi standartına uyğun olaraq Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin nəzdində yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin 5 iyul 2006-cı il tarixli, 1556 nömrəli Sərəncamına əsasən Cəfər Məmməd oğlu Cəfərov Azərbaycan Turizm İnstitutunun rektoru təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 22 dekabr 2014-cü il tarixli, 945 nömrəli Sərəncamına əsasən Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin Turizm İnstitutunun bazasında ali təhsilin bütün pillələrində turizm və menecment sahələri üzrə kadr hazırlığını həyata keçirən Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində Azərbaycan Turizm və Menecment Universiteti yaradılmışdır. == Rektorlar == Universitetin ilk rektoru Cəfər Məmməd oğlu Cəfərov olmuşdur. O, Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2014-cü il tarixli, 976 nömrəli Sərəncamına əsasən Azərbaycan Turizm və Menecment Universitetinin rektoru vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 11 sentyabr 2017-ci il tarixli Sərəncamı ilə İlham İsa oğlu Mədətov Azərbaycan Turizm və Menecment Universitetinin rektoru vəzifəsinə təyin edilmişdir.
Banksia menziesii
Banksia menziesii (lat. Banksia menziesii) — bitkilər aləminin proteyaçiçəklilər dəstəsinin proteyakimilər fəsiləsinin banksiya cinsinə aid bitki növü.
Benedetto Menzini
Benedetto Menzini (29 mart 1646, Florensiya – 7 sentyabr 1704, Roma) — italyan şairi. == Həyatı == Benedetto Menzini 1646-cı ildə yoxsulluq içində dünyaya gəlmişdir. Keşiş olmuş, natiqlik üzrə dərs demişdir. Papa XII İnnokenti və XI Klimentin qayğısı sayəsində hörmət və firavanlıq qazanmışdır. O, şüurlu olaraq marinizmdən uzaqlaşır. Onun "Poeziya sənəti" adlı kitabı Bualonun əsəri kimi klassisizmin əsas müddəalarının şərhinə həsr olunmuşdur. Bir klassisist kimi Mendizini sənətkarın vəzifəsini "dərin həqiqətləri aydın və yüksək formada əks etdirməkdə" görmüşdür. Tasso və Kyabrera kimi sənətkarların ədəbi irsinə əsaslanan ədib italyan klassisizminin nəzəriyyəçisi və qanunvericisi kimi şöhrət tapmışdır. Onun 1680-ci ildə çap olunmuş "Lirik şeirlər" kitabında klassisizm ədəbiyyatına məxsus meyllər aydın şəkildə nəzərə çarpır. Benedetto Menzini 1704-cü ildə vəfat edib.
Benjamin Mendi
Benjamin Mendi (17 iyul 1994) — Liqa 1 təmsilçilərindən olan Monako FK klubunda müdafiənin sol cinahında çıxış edən peşəkar Fransa futbolçusudur. == Klub karyerası == === Le Havr === 24 iyul 2011-ci ildə Mendi Le Havr klubu ilə üç illik müqavilə imzalamışdır. Bu müqavilə onun ilk peşəkar müqaviləsi idi. Mendi öz peşəkar karyerasında debütünü Le Havr klubu ilə 9 avqust 2011-ci ildə etmişdir. Həmin görüşdə Le Havr Liqa Kuboku görüşündə Amiyen klubuna 1–2 hesabı ilə məğlub olmuşdur. === Marsel === 8 iyul 2013-cü ildə Mendi Liqa 1 təmsilçilərindən olan Olimpik Marsel klubu ilə müqavilə imzalamışdır. === Monako === 22 iyun 2016-cı ildə Mendi Olimpik Marsel klubundan ayrıldıqdan sonra Liqa 1 təmsilçilərindən olan Monako klubu ilə beş illik müqavilə imzalamışdır. == Milli karyerası == === Gənclik === Mendi Fransanın gənclər komandalarından U-16 və U-17 gənclər yığmalarında çıxış etmişdir. 2011-ci ildə U-17 millisi ilə FİFA U-17 Dünya Çempionatının 1/4 final mərhələsinin iştirakçısı olmuşdur. === Peşəkar === Mendi 2017-ci ilin mart ayında Lüksemburq və İspaniya komandası ilə oyunlar zamanı oynamaq üçün Fransa millisinə çağırılmışdır.
Berin Menderes
Fatma Berrin Menderes (1905, İzmir, Aydın vilayəti – 22 aprel 1994, Ankara) Türkiyənin sabiq baş naziri Adnan Menderesin həyat yoldaşı. == Həyatı == Evliyazadə Hacı Mehmet Əfəndinin qızı Naciye Xanım ilə Yemişçibaşı İzzət Bəyin ən kiçik övladı olaraq 1905-ci ildə İzmirdə anadan olub. Ana tərəfindən ailəsi Evliyazadələr İzmirin öndə gələn ailələrindən biri idi. Aydın ilində kənd təsərrüfatı ilə məşğul olan Adnan Menderes ilə 1929-cu ildə evlənmişdi. Həyat yoldaşının Cümhuriyyət Xalq Partiyasından (CHP) millət vəkili seçilməsindən sonra 1931-ci ildə birlikdə Ankaraya köçdülər. Ailə qurmalarından sonra Yüksel (1930–1972), Mutlu (1937–1978) və Aydın (1946–2011) adında üç oğulları dünyaya gəldi. Həyat yoldaşı Demokrat Partiyası (DP) ilə 10 il hakimiyyətdə təmsil olundu və Türkiyədə dövlət çevrilişindən sonra 17 sentyabr 1961-ci ildə İmralı adasında edam edildi. Berrin Menderes 1972-ci ildə böyük oğlu Yüksel Menderesi itirdi. 1975-ci ildə böyük bacısı Güzin Dülger, 1978-ci ildə ortancıl oğlu Mutlu vəfat etdikdən sonra həyatına kiçik oğlu Aydınla davam etdi. Qardaşı Samim Yemişçibaşı 1985-ci ildə dünyasını dəyişib.
Bidens menziesii
Bidens menziesii (lat. Bidens menziesii) — mürəkkəbçiçəklilər fəsiləsinin üçbarmaq cinsinə aid biki növü.
Bricit Mendler
Bricit Kler Mendler (18 dekabr 1992) — Amerika aktrisası, müğənni, musiqiçi və söz yazıçısıdır. Ən məşhur rolu isə Uğurlar, Çarli!dəki Teddi Dankan roludur. Və ən məşhur film rolu isə, Limonadlı ağızdakı Oliviya Vayt roludur. Musiqi sahəsində isə, 2012 üçün Hollivud Rekords şirkəti ilə razılaşmışdır.
Bridgit Mendler
Bricit Kler Mendler (18 dekabr 1992) — Amerika aktrisası, müğənni, musiqiçi və söz yazıçısıdır. Ən məşhur rolu isə Uğurlar, Çarli!dəki Teddi Dankan roludur. Və ən məşhur film rolu isə, Limonadlı ağızdakı Oliviya Vayt roludur. Musiqi sahəsində isə, 2012 üçün Hollivud Rekords şirkəti ilə razılaşmışdır.
Bulbophyllum menghaiense
Bulbophyllum menghaiense (lat. Bulbophyllum menghaiense) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü.
Bulbophyllum menglunense
Bulbophyllum menglunense (lat. Bulbophyllum menglunense) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü.
Bulbophyllum mentiferum
Bulbophyllum mentiferum (lat. Bulbophyllum mentiferum) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü.
Bulbophyllum mentosum
Bulbophyllum mentosum (lat. Bulbophyllum mentosum) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü.
Carcharias menisorrah
Carcharhinus amblyrhynchos (lat. Carcharhinus amblyrhynchos) — heyvanlar aləminin xordalılar tipinin qığırdaqlı balıqlar sinfinin karxarinkimilər dəstəsinin karxarinlər fəsiləsinin karxarin cinsinə aid heyvan növü.
Catolesia mentiens
Catolesia (lat. Catolesia) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi.
Sen-Mem
Sen-Mem (fr. Saint-Maime, oks. Sant Maime) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Forkalkye kantonuna daxildir. Kommunanın dairəsi — Forkalkye. INSEE kodu — 04188. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 114 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 540 nəfər (15-64 yaş) arasında 388 nəfər iqtisadi cəhətdən, 152 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 71.9%, 1999-cu ildə bu göstərici 69.1%). Fəal olan 388 nəfərdən 346 nəfəri (178 kişi və 168 qadın), 42 nəfəri işsizdir (21 nəfər və 21 qadın).
Sen-Menu
Sen-Menu (fr. Saint-Menoux) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Suvinyi kantonuna daxildir. Kommunanın dairəsi — Mulen. INSEE kodu — 03247. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 979 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 595 nəfər (15-64 yaş) arasında 442 nəfər iqtisadi cəhətdən, 153 hərəkətsiz (fəaliyyət göstərici 74.3%, 1999-cu ildə 69.2%) idi. Fəal 442 nəfərdən 399 nəfər (209 kişi və 190 qadın) işləyir, 43 nəfər işsizdir (22 kişi və 21 qadın). 153 hərəkətsiz 32 nəfər arasında şagird və ya tələbə, 67 nəfər pensiyaçı, 54 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Men ştatındakı dik atılan fransız sindromu
Men ştatındakı dik atılan fransız sindromu (ing. Jumping Frenchmen of Maine) - 1878-ci ildə amerikalı nevropatoloq Georq Börd tərəfindən aşkarlanmış müəmmalı xəstəlik. Nevropatoloq müşahidə edib ki, Men ştatında meşələrdə ağac qıran və odun tədarükü görən kanadalı fransızlar belə xəstəliyin daşıyıcılarıdır. Onlar Men ştatının şimalındakı Mushed gölünün yanındakı meşələrdə çalışırdılar. Yekəpər, cüssəli kanadalılar qəflətən yerlərində dik atılır və bərk qorxmuş adamlar kimi qışqırırdılar. Həkimlər hesab edirlər ki, indi də yüzlərlə adamın mübtəla olduğu bu xəstəlik ifrat qorxu refleksi ilə bağlıdır. Üstəlik, xəstəlik yalnız kanadalılar arasında müşahidə olunub. Xəstələrdən bəzilərində eşidilən söz və ifadələrin avtomatik təkrarı olan exolalliya sindromu da var. Amerikalı psixiatrların fikrincə, xəstəlik Turett sindromunun xüsusi forması ilə bağlıdır. Bu sindrom xəstələrində mərkəzi əsəb sistemində ciddi fəsadlar müşahidə olunur.
Mon-Sen-Mişel
Mon-Sen-Mişel (fr. Mont Saint-Michel; pronounced [mɔ̃ sɛ̃ mi.ʃɛl]) — Fransanın şimal-qərbində ada-qalaya çevrilmiş kiçik qayalıq ada.
Mon-Sen-Marten (İzer)
Mon-Sen-Marten (fr. Mont-Saint-Martin) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Sent-Eqrev kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38258. Kommunanın 1999-cu il üçün əhalisi 98 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 405 ilə 700 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 480 km cənub-şərqdə, Liondan 85 km cənub-şərqdə, Qrenobldan 11 km şimal-qərbdə yerləşir.
Sen-Marten-de-Len
Sen-Marten-de-Len (fr. Saint-Martin-de-Lenne, oks. Sent Martin) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Kampanyak kantonuna daxildir. Kommunanın dairəsi — Miyo. INSEE kodu — 12239. Kommuna təxminən Parisdən 500 km cənubda, Tuluza şəhərindən 155 km şimal-şərqdə, Rodezdən isə 33 km şərqdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 268 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 125 yaş arasında (15-64 yaş arasında) 94 nəfər iqtisadi cəhətdən, 31 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi - 75,2%, 1999-cu ildə 66,4%).
Sen-Satyurnen-de-Len
Sen-Satürnen-de-Len (fr. Saint-Saturnin-de-Lenne, oks. Sent Adornin) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Kampanyak kantonuna daxildir. Kommunanın dairəsi — Miyo. INSEE kodu — 12247. Kommuna təxminən Parisdən 500 km cənubda, Tuluza şəhərindən 160 km şimal-şərqdə, Rodezdən isə 37 km şərqdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 359 nəfər təşkil edirdi. == Görməli yerlər == Sen-Satürnen kilsəsi (XIII əsr).
Sen-Satürnen-de-Len
Sen-Satürnen-de-Len (fr. Saint-Saturnin-de-Lenne, oks. Sent Adornin) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Kampanyak kantonuna daxildir. Kommunanın dairəsi — Miyo. INSEE kodu — 12247. Kommuna təxminən Parisdən 500 km cənubda, Tuluza şəhərindən 160 km şimal-şərqdə, Rodezdən isə 37 km şərqdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 359 nəfər təşkil edirdi. == Görməli yerlər == Sen-Satürnen kilsəsi (XIII əsr).
Mon-Sen-Viktor (Pol Sezan)
Mon-Sen-Viktor (fr. Mont Sainte-Victoire) — fransız rəssamı Pol Sezanın əsərlərindən biri. Əsər Nyu-Yorkun Metropoliten İncəsənət Muzeyində saxlanılır.
Sen-Marten-dyu-Mon (En)
Sen-Marten-dyu-Mon (fr. Chavornay) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Şampan-an-Valrome kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01097. == Cöğrafiyası == Kommuna Paris şəhərinin 420 km cənub-şərqində, Lion şəhərindən 70 km şərqdə yerləşir və Burk-an-Bres şəhərindən 55 km cənub-şərqdə yerləşir. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 199 nəfər təşkil edirdi. == İqritisadiyyatı == 2010-cu ildə əmək qabiliyyətli 131 nəfər (15-64 yaş arasında) 93 nəfər iqtisadi cəhətdən, 38 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 71.0%, 1999-cu ildə 68.8%). Fəaliyyət göstərən 93 sakindən 90 nəfəri (40 kişi və 50 qadın), 3 nəfər işsiz (3 kişi və 0 qadın) idi.
Amen
Amon və yaxud Ammon, Amoun, Amun, Amen — qədim Misir dini-əfsanəsinə görə külək və bərəkət (məhsuldarlıq) tanrısı (ilahisi). Bu tanrı (allah) (ilahi) Ra — nın əlavə adı Ameni ilə səhv salınmamalıdır. == Mənşəyi == İlk olaraq Misirin mərkəzi əyalətində Amon tanrı kimi qəbul edilmişdir. XI sülalə dövründə Teben şəhərində əyalət tanrısı qəbul olunurdu. Hermontis ailəsi ölkə daxili çəkişməni öz xeyrinə həll etdikdən sonra Tebeni legitimləşdirir. XII sülalə düvründə yeni paytaxt Teben şimala köçürülür. Bundan sonra firon I Senusert Amon məbədi tikdirir. == Təsviri == Amon Amarna dövründən qabaq taclı və əsalı insan obrazında təsvir olunmuşdur. Ammarnadan sonrakı dövrdə isə mavi rəngdə olan tovuz quşu lələyindən ibarət olan qoşa tacla təsvir edilmişdir. Mavi dəri küləyi və yaranışı, lap qədim xalq inacına görə qoçu tərənnüm edirdi.
Ben
Ben — ad. Ben Sanqare — Ben Afflek — Amerikalı aktyor və kinorejissor Ben Kinqsli — İngilis aktyoru Ben Conson — ingilis dramaturqu, şair, dram nəzəriyyəçisi. Ben Mudi — ABŞ-lı gitaraçı Ben Nevis — Britaniyanın ən yüksək dağıYaşayış məntəqələriBen (komunna) — Ben (şəhər) — Ben (Yuxarı Provans Alpları)DigərBen (mahnı) — Ben (albom) — Ben (hərf) — Ben-Balben — İrlandiyada dağ.
Mən-roman
Mən-roman (私小説, şişosetsu) – Yaponiyada bədii ədəbiyyat janrı. Bu janrda əsər müəllifin həyatında baş verən hadisələrə əsaslanır və avtobioqrafik etiraf xüsusiyyəti daşıyır. Belə romanlarda hadisələr birinci və ya üçüncü şəxsin təkindən nəql oluna bilər. Bu janrın kökləri Tayama Katainin 1907-ci ildə nəşr olunmuş "Yorğan" romanına gedib çıxır. Bu roman ortayaşlı bir rəssamla onun gənc qız tələbəsi arasındakı münasibətlərdən bəhs edir və müəllifin şəxsi təcrübələrinə əsaslandığı güman olunur. 1910-cu illərdə intellektual sfera öz şəxsi narahatlıqlarını daha əhəmiyyətli olduğunu vurğulamağa başladığından bu janr da getdikcə populyarlaşmağa başlayıb. Bu dövrdə mən-roman janrına müraciət edən əsas yazıçılar Çikamatsu Şuko, Şimazaki Toson, "Ağ ağcaqayın" məktəbinin nümayəndələri Muşanokoci Saneatsu və Şiqa Naoya idilər. "Mən-roman" terminin geniş şəkildə işlənməyə başladığı və ayrıca janr kimi təşəkkül tapdığı dövr isə 1920-ci illərə təsadüf edir. Qəbul olunmuş fikirlərə görə bu janrda ənənəvi hekayə və məzmun tələbləri rədd edilir və müəllifin daxili reallığına daha çox önəm verilirdi. Mən-romanın bu konsepsiyası 1920-ci illərdə Marksist ədəbiyyatının güclənməsi və kütlə mədəniyyətinə dair bir neçə janrın yaranması ilə əlaqədər ədəbi dünyadakı çevrilmələrə qarşı reaksiya kimi qəbul oluna bilər.
Mən Azərbaycanlıyam
Mən Azərbaycanlıyam — milli bilik yarışması 2009-cü ildən etibarən Azərbaycan Televiziyasında yayımlanır. == Məzmun == Yarışmada yaşı 15-dən 29-a qədər olan bütün ölkə gəncləri iştirak edə bilər. Yarışmada bu günə kimi onlarla Azərbaycan gənci qalib olub. Hər verilişin qalibinə Gənclər və İdman naziri Azad Rəhimov tərəfindən imzalanmış diplom və Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən notbuk hədiyyə olunur.
Mən kiməm?
Mən kiməm? (film, 1998) Mən kiməm? (film, 2004) Mən kiməm? (film, 2009) Mən kiməm? (film, 2010) Mən kiməm?
Mən Kubayam
"Mən Kubayam" (rus. Я — Куба; isp. Soy Cuba) — rejissor Mixail Kalatozovun 2 seriyalı filmi. == Məzmun == Film bir neçə novelladan ibarətdir. Hər bir hekayədə Kuba adasındakı inqilabi hadisələr zamanı insanların taleyi haqqında söhbət açılır. Gülərüz meyvə satıcısı qonşu qız Mariyaya aşiq olur. Lakin sonra öyrənir ki, o, Betti ləqəbli fahişədir. Betti bir tikə çörək üçün bədənini varlı Amerika turistlərinə satır. Qoca kəndli Pedro sahibkardan öyrənir ki, torpaq "Yunayted Frut" Amerika şirkətinə satılıb. Bundan sonra o, böyük zəhmət hesabına yetişdirdiyi şəkər qamışı sahəsini yandırır.