şən-şadman
şən-şərafət 2021
OBASTAN VİKİ
Şən Azərbaycan
Şən Azərbaycan — Azərbaycan bəstəkarı Polad Bülbüloğlunun şair Məstan Günərin şeirinə bəstələdiyi mahnı. Mahnı Rast muğamı əsasında dəyişkən 6/8 (3/4) xanə ölçüsü ilə yazılmışdır. Şən rəqs xarakterlidir. Sovetlər dönəmində vətənpərvərlik mövzusunda yazılmış mahnı Azərbaycan Sovet Sosialist Respublikasına həsr olunmuşdur və müasir Azərbaycanda da olduqca məşhurdur. Mahnı 1970-ci ildə ərsəyə gəlmişdir. Həm rus, həm də Azərbaycan dillərində səsləndirilib. Qoy mən yenə söhbət açım ilk baharımdan, Nəğməm ilə bir də keçim öz diyarımdan. Nəqərat: Bol bəhrəli Muğan düzü, Mil düzü, Şirvan düzü, Gəl-gəl deyir şən Azərbaycan. Tər gülləri şəfalıdır, Göygöl nə səfalıdır, Hər yanı gülşən Azərbaycan! El qızları düzüm-düzüm Kür qırağında, Min gül açır Gəncəmizin hər budağında.
Şən Rocer
Şən Rocer (ing. Jolly Roger) — ingilis dilində ənənəvi olaraq XVIII əsrdə dəniz quldurlarının bayrağına deyilən ad. Bayraqda adətən kəllə sümüyü və iki çarpazlaşmış sümükdən ibarət olan simvol əks olunurdu.
Şənər Şən
Şənər Şən (26 dekabr 1941) — Türk aktyor, müəllim. 26 dekabr 1941-ci ildə Adanada o zamanlar dülgər işləyən məşhur kino aktyoru Əli Şənin ailəsində doğulmuşdur. Sənət həyatına İstanbul Şəhər Bələdiyyəsi Teatrlarında səhnəyə çıxaraq başladı. Atası kimi film aktyoru olmaq istəməyən Şənər Şən, özünü teatr aktyoru olaraq görürdü. Radio teatrlarında da oynadı. Amma teatrdan əldə etdiyi gəlir az olduğuna görə məcbur olub film aktyorluğuna keçdi. Film aktyorluğunda ilk addımlarını ara rollarında oynamaqla başlamışdı. Karyerasında məşhurluğu isə "Hababam Sinfi" filmində bədən tərbiyə müəllimi rolunda Badi Əkrəm obrazı ilə olmuşdu. Ən çox oynadığı filmlər isə məşhur türk film aktyoru Kamal Sunalla olmuşdur.
İlhan Şən
İlhan Şen (1987) Türk aktyor və model'dir. Bu günə qədər bir çox film və seriallarda rol almışdır. Aktyor'luq və eynilə model'lik kariyeralarında çox böyük uğur əldə etmişdir. İlhan Şen 19 dekabr 1987-ci ildə Bolqarıstanda türk ailəsində anadan olmuşdur. Onun iki yaşı olanda ailəsi Bolqarıstan'dan Türkiyə'yə köçmək məcburiyyətində qalmışdır. Uşaqlıqdan basketbol və futbol klublarında (Fənərbaxça və s.) peşəkar gənc idmançı kimi çıxış etmişdir. İbtidai və orta təhsilini İstanbul'da başa vurduqdan sonra Yıldız Texniki Universitetində təhsil almışdır, oranı inşaat mühəndisi ixtisası üzrə bitirmişdir. 17 yaşından modelliyə başlamışdır.2008-ci ildə Best Model of Turkey yarışmasına qatılmışdır və "Ən yaxşı üzgüçülük paltarı model'i" mükafatını almışdır. 2009-cu ildə yenidən müsabiqəyə qayıtmışdır və bu dəfə birinci yeri qazanaraq "Best Model of Turkey 2009" adını qazanmışdır. Bolqarıstan'ın paytaxtı Sofiya'da keçirilən "Best Model of The World 2009"da Türkiyəni təmsil etmişdr və "Best Model of Europe" olmuşdur.
Şən Əhvalatlar (1963)
Film heyvanları həddən çox sevən bir ailədən bəs edir.
Bizim Şən Yayımız (1967)
Bizim şən yayımız filmi rejissor Kamil Mirzəyev tərəfindən 1967-ci ildə çəkilmişdir. "Peşətexfilm" studiyasında istehsal edilmişdir. Filmdə peşə-texniki təhsil sistemi şagirdlərinin təhsildən sonra Göy-göldə necə dincəlmələrindən danışılır. == Məzmun == Filmdə peşə-texniki təhsil sistemi şagirdlərinin təhsildən sonra Göy-göldə necə dincəlmələrindən danışılır. == Mükafatlar == 1969-cu ildə həvəskar filmlərin Respublika müsabiqəsində film özfəaliyyət kino sənətinin fəal təbliğinə görə qalib olmuşdur. 1969-cu ildə film Azərbaycan LGKİ MK-nın Fəxri Fərmanına layiq görülmüşdür.
Şən və Hazırcavablar Klubu
KVN ("Şən və hazırcavablar klubu"; rus. Клуб весёлых и находчивых) — müxtəlif komandalarının iştirak etdiyi televiziya yumor oyunları.
Şən əhvalatlar (film, 1963)
Film heyvanları həddən çox sevən bir ailədən bəs edir.
Bizim şən yayımız (film, 1967)
Bizim şən yayımız filmi rejissor Kamil Mirzəyev tərəfindən 1967-ci ildə çəkilmişdir. "Peşətexfilm" studiyasında istehsal edilmişdir. Filmdə peşə-texniki təhsil sistemi şagirdlərinin təhsildən sonra Göy-göldə necə dincəlmələrindən danışılır. == Məzmun == Filmdə peşə-texniki təhsil sistemi şagirdlərinin təhsildən sonra Göy-göldə necə dincəlmələrindən danışılır. == Mükafatlar == 1969-cu ildə həvəskar filmlərin Respublika müsabiqəsində film özfəaliyyət kino sənətinin fəal təbliğinə görə qalib olmuşdur. 1969-cu ildə film Azərbaycan LGKİ MK-nın Fəxri Fərmanına layiq görülmüşdür.

Digər lüğətlərdə