MİMİKA
MİN-MİN
OBASTAN VİKİ
Min
Min (rəqəm) — Min (bir min), say sistemində saylardan biridir. Doqquz yuz doxsan doqquzdan sonra, min birdən əvvəl gəlir. Ən kiçik dördrəqəmli ədəddir. Min (mifologiya) — Qədim Misir mifologiyasına görə məhsuldarlıq allahı. Minkənd – Azərbaycan Respublikasının Laçın rayonu inzibati ərazi vahidində kənd.
Min (allah)
Min - Qədim Misir mifologiyasına görə məhsuldarlıq allahı.
Min (dəqiqləşdirmə)

Min (mifologiya)
Min - Qədim Misir mifologiyasına görə məhsuldarlıq allahı.
Min (rəqəm)
Min (bir min) — say sistemində saylardan biri. Doqquz yuz doxsan doqquzdan sonra, min birdən əvvəl gəlir. Ən kiçik dördrəqəmli ədəddir. Mürəkkəb ədəddir. Belə ki, 1, 2, 4, 5, 8, 10, 20, 25, 40, 50, 100, 125, 200, 250, 500 və 1000 ədədlərinə qalıqsız bölünür. Biz Nuhu öz tayfasına (peyğəmbər) göndərdik. Nuh onların arasında min ildən əlli əskik (doqquz yüz əlli il) qaldı. Onlar zülm edərkən tufan onları yaxaladı. Sən onları (yəhudiləri) bütün insanlardan, hətta müşriklərdən də daha artıq yaşamağa həris görərsən. Onlardan hər biri istər ki, min il yaşasın, halbuki (uzun ömür etmək) onların heç birini axirət əzabından uzaqlaşdırmaz.
Min (tanrı)
Min - Qədim Misir mifologiyasına görə məhsuldarlıq allahı.
Min Si
Min Si (çin. 奚梦瑶; 8 mart 1989, Şanxay) — Çin modeli. 2009-cu ildə qatıldığı bir televiziya müsabiqəsindən sonra peşəkar model karyerası başlamışdır. 2011-ci ildə Givenchy Yüksək Yaz Şousunda debüt edərək beynəlxalq model kimi fəaliyyət göstərməyə başlamışdır. 2011-ci ildə Givenchy brendinin bir kolleksiyası üçün modellik etmiş, brendin payız/qış reklam kampaniyasının siması olmuşdur. Si 2013-cü ildə Victoria's Secret Dəb Şousunda modellik etmişdir. 2008-ci ildə Si Dragon Television kanalında yayımlanan "Get! Şərq mələkləri" müsabiqəsində iştirak etmişdir. Bu onun televiziyadakı ilk əsas çıxışı idi. Kollecdən məzun olduqdan 2 il sonra Elite Model Look müsabiqəsinə qatılmışdır.
Min Yan
Min Yan (20 fevral 1963) — İtaliyanı təmsil edən stolüstü tennisçi. Min Yan İtaliyanı 2004-cü ildə Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü, cüt turnirdə isə 25-ci pillənin sahibi olub.
Min Yoongi
Min Yunqi (kor. 민윤기; 9 mart 1993, Tequ) — Səhnə adı ilə Suga, solo sənətçi olaraq Agust D Cənubi Koreyalı K-pop musiqi qrupu olan BTS-də reper, bəstəkar, prodüserdir. Min Yunqi 1993-cü il 9 mart tarixində Daeguda , Cənubi Koreyada dünyaya gəlib. İki qardaşın ən kiçiyi olan Yunqi Taejeon ibtidai məktəbində, Gwaneum orta məktəbində və Apgujeong liseyində təhsil alıb. O, Stony Skunk'un "Reggae Muffin" əsərini eşitdikdən sonra bunun əvvəllər eşitdiyi hər şeydən fərqli olduğunu bildirib və rep ilə maraqlanmağa başlayıb. Onun repper olmaq qərarına gəlməsinə isə Epic High qrupu səbəb olub. 13 yaşından musiqi sözləri yazmağa və MIDI haqqında öyrənməyə başlayan Yunqi 17 yaşında səsyazma studiyasında yarımgünlü işləyib və elə o vaxtdan artıq musiqi bəstələməyə və tərtib etməyə, rep deməyə və səhnədə çıxış etməyə başlayıb. Yunqi Daeguda yaşadığı zaman "Gloss" adı altında underground repper kimi fəaliyyət göstərib. 2010-cu ildə isə hip-hop qrupu D-Townun bir hissəsi olaraq fəaliyyət göstərdiyi zaman Kvanju üsyanının xatirəsinə "518–062" adlı mahnı hazırlayıb. Şirkətə musiqi prodüseri kimi qatılan Suga Jung Hoseok və Rap Monster üzvləri ilə birlikdə üç il Big Hit Entertainment-də (Hybe Corporation) stajer kimi çalışdıqdan sonra ilk albomları 2 Cool 4 Skool -dan olan "No More Dream" adlı mahnı ilə Mnet-in M Countdown səhnəsində BTS-in üzvü kimi debüt etmişdir.
Min Yunqi

Min sülaləsi
Min sülaləsi — 1368-1644-cü illərdə Çində iqtidarda olmuş sülalə. Min sülaləsi 1368-1644-cü illərdə Çində hakimiyyətdə olmuşdur. Bu sabitlik, firavanlıq və Çinin Şərqi Asiyada təsirinin bərpası dövrü idi. Ədəbiyyat, elm və incəsənət bu dövrdə yenidən inkişaf etməyə başlamışdı. İmperiya birbaşa hökumətə tabe olan qubernatorların idarə etdiyi 15 əyalətə bölünmüşdü. İmperator Tay-tszu, hökuməti Tan sülaləsi prinsiplərinə uyğun qurmuşdu. O, konfutsi ideyalarına qayıdış elan edərək hakimiyyətin mərkəzləşməsinə çalışırdı. Tay-tszu dövlət işlərini təkbaşına həll etmək istəyirdi, lakin onun buna gücü yetmədi. Buna görə də o, ətarfına vicdanlı məmurları yığıb Böyük katiblik yaratmalı oldu. İnzibati aparat dövlət imtahanı əsasında formalaşırdı.
Yao Min
Yao Min (çin. 姚明; pinyin. Yáo Míng; d. 12 sentyabr 1980) — çinli sabiq NBA oyunçusu. Ən son Hyuston Rokets komandasında oynamışdır. 2,29 m (7 ft 6 in) boyuyla NBA tarixinin ən uzun oyunçuları arasında yer alır. Çində "Şanxay Şarks" adlı komandada oynamışdır. 2002-ci ildə NBA Seçmələrində Hyuston Rokets tərəfindən 1-ci sıradan seçilmişdir. 8 dəfə NBA All-Star heyətinə seçilməklə böyük bir uğura imza atmışdır. Boyu 2.31 m olan Yao Minin çəkisi 141 kq-dır.
Ho Şi Min
Ho Şi Min və ya Xo Şi Min (vyet. Hồ Chí Minh; 19 may 1890[…], Kim Lien[d], Annam (Fransa protektoratı), Fransa Hind-Çini – 2 sentyabr 1969[…], Hanoy, Şimali Vyetnam) — Vyetnam siyasətçisi. == Həyatı == == Siyasi fəaliyyəti == İkinci dünya müharibəsi bitər-bitməz vyetnam xalqının istiqlaliyyət mübarizəsi genişləndi. Mübarizəyə Xo Şi Minin rəhbərliyi ilə Hind-Çin kommunist partiyası və onun 1941-ci ildə yaratdığı Vyet-min cəmiyyəti (Vyetnam istiqlaliyyət cəmiyyəti – o, Vahid Milli Azadlıq Cəbhəsi kimi tanınırdı) başçılıq edirdi. İstiqlal mübarizəsinin silahlı müqavimət hərəkatı forması alması Yaponiyanın məğlubiyyətinin labüdlüyü bəlli olan dövrə təsadüf edir. Vyet-minin başçılıq etdiyi qüvvələr yapon işğalına və fransız müstəmləkə zülmünə qarşı apardığı əməliyyatlar nəticəsində müəyyən əraziləri ələ keçirmişdilər. Avqustun 16-da Vyet–min milli konqresi çağrıldı və müvəqqəti hökumət– Xo Şi Min başda olmaqla Vyetnam Milli Azadlıq Komitəsi yaradıldı. Xalq avqustun 19-da Xanoyda, 23-də Xüeldə, 25-də Sayqonda hakimiyyəti ələ keçirdi. Xo Şi Min 1945-ci il sentyabrın 2-də Xanoyda Vyetnam Milli Azadlıq Komitəsi adından İstiqlal Bəyannaməsini və Vyetnam Demokratik Respublikasının (VDR) yaradıldığını elan etdi. Avqust inqilabı adı almış hadisələr nəticəsində Vyetnam istiqlala qovuşdu.
Jung So-min
Jung So-min (16 mart 1989, Busan) — Cənubi Koreya aktrisası. == Həyatı == Jung So-min 16 mart 1989-cu ildə Cənubi Koreyanın Busan şəhərində anadan olub.
Kim Min-Su
Kim Mi-soo (16 mart 1992, Cənubi Koreya – 5 yanvar 2022) — Cənubi Koreyalı aktrisa və model. == Karyera == O, "Lipstick Revolution" və "Kyungmi's World" filmlərindəki işi ilə tanınırdı.O, həmçinin "Hi Bye, Mama!" dramında göründü.Kim bu yaxınlarda JTBC-nin "Snowdrop" (2021–22) filmində tələbə Conmin (ing. Jung-min) obrazı ilə diqqət çəkib. == Ölümü == 5 yanvar 2022-ci ildə Kim Mi-su naməlum səbəblərdən 29 yaşında öldü.Mi-Sunun ölümü onun ikinci dərəcəli personajı canlandırdığı JTBC-nin "Snowdrop" adlı romantik dramı ilə üst-üstə düşdü. Mi-Sunun ölümündən əvvəl 16 epizoddan yeddisi yayımlanmışdı və "Snowdrop" əvvəlcədən hazırlanmış serial olduğundan çəkilişlər başa çatmışdı. Ölümündən əvvəl Mi-Su "Disney+"-un "Kiss Six Sense" dramında çəkilişlərə başlayıb. "Kiss Six Sense" filmi Kim Mi-sunun qəfil ölümünə görə planlaşdırılan çəkilişləri ləğv etdi.
Kim Yun-min
Kim Yun-min (13 noyabr 1999-cu ildə Cənubi Koreyada anadan olub) — Avstriya Birinci Liqa təmsilçilərindən olan Liferinq klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Cənubi Koreyalı futbolçudur. == Klub karyerası == === Liferinq === Yun-min Kvanju akademiyası vasitəsilə inkişaf etmişdir. Yun-min öz peşəkar karyerasında debütünü 3 mart 2018-ci ildə Ried klubuna qarşı oyunda etmişdir. O, 71-ci dəqiqədə Məhəmməd Kamara ilə əvəz olunmuşdur. Həmin görüşdə Liferinq liqa görüşündə rəqibi ilə 1-1 hesabı ilə bərabərə qalmışdır. == Karyera statistikası == === Klub === 12 mart 2018 tarixində yenilənib 1UEFA Çempionlar Liqası görüşləri daxildir. 2Avstriya Superkuboku görüşləri daxildir.
Li Min-Hi
Li Min-Hi (d. 4 fevral 1980) — Cənubi Koreyanı təmsil edən həndbolçu. == Karyerası == Li Min-Hi Cənubi Koreya yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarına qatıldı. Bürünc medal uğrunda oyunda Macarıstan yığmasını 28:33 hesabı ilə məğlub edən Cənubi Koreya yığması, XXIX Yay Olimpiya Oyunlarını 3-cü yerdə başa vurdu və bürünc medal qazandı.
Min Hye-So
Min Hye-So (d. 15 mart 1970) — Cənubi Koreyanı təmsil edən həndbolçu. Min Hye-So Cənubi Koreya yığmasının heyətində 1992-ci ildə İspaniyanın Barselona şəhərinin ev sahibliyində baş tutan XXV Yay Olimpiya Oyunlarına qatıldı. Final oyununda Norveç yığmasını 22:28 hesabı ilə məğlub edən Cənubi Koreya yığması, Barselona Olimpiadasını 1-ci yerdə başa vurdu və qızıl medal qazandı. Min Hye-Sonun həyat yoldaşı həndbolçu Ço Çi-Hyodur.
Min Hye-suk

Min bir gecə
Min bir gecə (fars. هزار و يك شب‎ hezār o yek šab; ərəb. كتاب ألف ليلة وليلة‎ kitāb 'alf layla wa layla) — Yaxın Şərq xalqlarının min illərdən bəri yaratdıqları və çoxsaylı müəllif, tərcüməçi və tətqiqatçılar tərəfindən toplanmış nağıllar toplusu. Orijinal əlyazmasının heç vaxt tapılmamasına baxmayaraq bu nağıllar toplusunun bizim eranın 800–900-cü illərinə aid olduğu söylənilir. Nağıllar bir qayda olaraq Şəhrizadə tərəfindən əri və şahı Şəhriyara min bir gecəlik zaman müddətində nəql edilir. Şəhriyar arvadlarından birinin xəyanətindən dərin sarsılır və yer üzünün bütün qadınlarını da etibarsız elan edir. O qadınlardan özünəməxsus şəkildə qisas alır. Belə ki evləndiyi qadını hər gecənin səhərində qətlə yetirir. Növbə vəzirin gözəl və ağıllı qızı Şəhrizadəyə çatır. Ağıllı Şəhrizadə şahının niyyətini gözəl anlayır və evləndikləri gecə şaha maraqlı bir nağıl danışır, lakin onu səhərə yaxın ən maraqlı yerində yarımçıq bitirir.
Min möhtəşəm günəş
Min möhtəşəm günəş (ing. A Thousand Splendid Suns) — əfqan əsilli ABŞ yazıçısı Xalid Hüseyninin 2007-ci ildə çapdan çıxmış ikinci romanı. Roman Əfqanıstanı darmadağın edən müharibənin qurbanı olmuş iki əfqan qadınının həyatından bəhs edir: əfqanlı zəngin birisinin nikahdankənar qızı, uşaqlıqdan ailə sevgisindən məhrum olmuş Məryəm və mehriban ailənin sevimli qızı, maraqlı və rəngarəng həyat arzusunda olan Leyla. Onların arasında ümumi heç nə yoxdur, ayrı-ayrı dünyalarda yaşayırlar, amma müharibə onların həyat yolunu birləşdirir. Özləri də bilmir onlar kimdir – rəqib, rəfiqə, yoxsa bacı. Təklikdə orta əsr desportizminə, amansızlığa qarşı dura bilməyəcəklərini başa düşüb birlikdə mübarizə aparırlar, ağır sınaqlardan keçirlər. “Min möhtəşəm günəş” güclü, dramatik, lirik romandır – oxucu qəlbini riqqətə gətirən ağrısı, sevinci ilə, nəcib məqsədi, sonsuz lütfü ilə. Xəbərdarlığın sonu Xalid Hüseyni Xalid Hüseyninin "Min möhtəşəm günəş" tamaşası Min möhtəşəm günəş PDF forması Arxivləşdirilib 2020-08-05 at the Wayback Machine Rəsmi facebook səhifəsi (ing.) "MİN MÖHTƏŞƏM GÜNƏŞ – Xalid Hüseyni" (az.). qanun.az. 2014-10-05 tarixində orijinalından arxivləşdirilib.
Min nəfərin ekspedisiyası
Min nəfərin ekspedisiyası (it. Spedizione dei Mille) — inqilabi general Cüzeppe Qaribaldinin 1860-1861 il kampaniyası. Min nəfərlik dəstə ilə İtaliyanın cənubuna enən Haribaldi, “Hər iki Siciliya krallığını” məğlubiyətə uğradır, nəticədə onun ərazisi Sardiniya krallığı tərəfindən zəbt olunur və birləşmiş İtaliya krallığına daxil olur. Ekspedisiya, “Sardiniya krallığının” baş naziri Kamillo Kavurun ilhamverdiyi, İtaliyanın birləşdirilməsi kampaniyasının bir hissəsi idi. 1860-cı ilin martında krallığ öz ərazisinə “Mərkəzi İtaliyanın birləşmiş vilayətlərini” birləşdirdi. Birləşmə kampaniyasının növbəti mərhələsi, Appenin yarımadasının güney hissəsini və Siciliyanı əhatə edən Hər iki Siciliya krallığının ərazisinin zəbt edilməsi idi. Ekspedisiya çox təhlükəli və riskli idi. Çünki ekspedisiya iştirakçılarını sayı cəmi min nəfər ikən qarşı tərəf olan İki Siciliya krallığı daha böyük nizami orduya və daha güclü donanmaya sahib idi. Lakin ekspedisiya uğurlu oldu və sonda keçirilən referendumla Siciliya, Cənubi İtaliya Sardiniya krallığına birləşdirildi, İtaliya krallığının yaradıldığı elan edildi. Ekspedisiya təşəbbüsü italyan millətinin "dörd qurucu ata"sı hesab edilən Haribaldi, Mazzini, II Viktor Emanuel və Kamillo Kavur tərəfindən ortaq olaraq hazırlanmışdı.
Monkombru-le-Min
Monkombru-le-Min (fr. Montcombroux-les-Mines) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Le-Donjon kantonuna daxildir. Kommunanın dairəsi — Vişi. INSEE kodu — 03181. 2008-ci ildə əhalinin sayı 416 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 257 nəfər arasında (15-64 yaş arasında) 165 nəfər iqtisadi cəhətdən fəal, 92 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici - 64,2%, 1999-cu ildə 65.6%). Fəal olan 165 nəfərdən 140 nəfər (77 kişi və 63 qadın), 25 nəfər işsiz (14 kişi və 11 qadın) idi. Aktiv olmayan 16 nəfər arasında şagird və ya tələbə, 37 nəfər təqaüdçü, 39 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Pak Min Yon
Park Min-young (Hangul: 박민영; 4 mart 1986, Seul) — Cənubi Koreyalı aktisa və model. Park Min Young 1986-cı il 4 mart tarixində Seul'da anadan olub. Dongguk Universiteti Teatr və Kino şöbəsinin məzunudur. Sungkyunkwan Scandal, City Hunter , Healer kimi dünya çapında məşhur olan seriallarda rol alıb. Park Min Young SK Telecom reklam filmi ilə 2005-ci ildə əyləncə dünyasına ilk addımını atır. Bir il sonra aktrisalıq karyerasına Unstoppable High Kick! serialı ilə başlayır. 2007-ci ildə Gangster qızı "Eun Byul" rolunda oynadığı I'm Sam serialı ilə ulduzu parlamağa başlayır. Ardınca 2008-ci ildə "Gumiho" rolu ilə KBS kanalı serialı Hometown of Legends' da rol aldı. 2009-cu ildə Nangnang Krallığının Şahzadəsi "Nak Rang" rolunda Princess Ja Myung Go serialında və eyni ildə "Running Gu" serialında iki çalışqan maraton qaçışçılarının sevgisi arasında qalmış "Moon Haeng Joo" rolunu üstləndi.
Pak Çi Min
Park Jimin (kor. 박지민; 13 oktyabr 1995, Busan) — səhnə adı ilə Jimin Cənubi Koreyalı müğənni, söz yazarı və rəqqasdır. 2013-cü ildə Big Hit Entertainment (Hybe Corporation) tərəfindən yaradılan Cənubi Koreyalı oğlan qrupu "BTS"-in ana rəqqası və vokalistidir. Çimin BTS ilə birlikdə üç solo mahnı buraxdı: 2016-cı ildə "Lie", 2017-ci ildə "Serendipity" və 2020-ci ildə "Filter" Cənubi Koreyanın Gaon Rəqəmsal cədvəlində yer alıb. 2018-ci ildə o, ilk müstəqil mahnısını, həm yazıb, həm də bəstələdiyi "Promise" adlı rəqəmsal trekini buraxdı. O, 2022 TvN dramı "Our Blues" üçün saundtrekdə göründü və Ha Sun-vun ilə duet olan "With You" mahnısını oxudu. Çimin 13 oktyabr 1995-ci ildə Busan, Cənubi Koreya-da anadan olmuşdur. Uşaq ikən Busanın Hodong İbtidai məktəbində və Yonsan Orta məktəbində oxuyurdu. Ortaməktəb illərində Just Dance Akademiyasına qatılıb "Popping və locking" (rəqs növü) öyrənib. Stajyer olmamışdan əvvəl, Busan Lisey İncəsənət Məktəbində çağdaş rəqsi üzrə dərs aldı.
Dözümlü Minarələr (1991)
== Məzmun == Film mədəniyyət abidələri olan məscidlərdən bəhs edir. Kinolentdə Azərbaycanın müxtəlif bölgələrində — Şamaxıda, Qubada, Lənkəranda, Zaqatalada, Bakıda və onun ətraf kəndlərindəki məscidlərin tarixi, memarlıq xüsusiyyətləri və bugünkü vəziyyəti əks etdirilmişdir. Burada, yeri gəldikcə, arxiv sənədlərindən və rəsm əsərlərindən də istifadə edilmişdir. == Film haqqında == Film Qafqaz Müsəlmanları Ruhani İdarəsinin sifarişi ilə çəkilmişdir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Yavər Rzayev Ssenari müəllifi: Toğrul Cuvarlı Operator: Nizami Abbas Səs operatoru: Şamil Kərimov == Sponsor == Qafqaz Müsəlmanları Ruhani İdarəsi == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh.
Dözümlü minarələr (film, 1991)

E-dövlətin analizi texnologiyaları: text mining və sosial şəbəkələr
E.ə. 1-ci minillik
E.ə. I minilliyin əvvəlləri Azərbaycanda Manna quldarlıq dövləti meydana gəlmişdir. Bu dövlət Urmiya gölü hövzəsində yaranmışdır. Manna bu yerlərdə məskun olmuş yerli kuti, lullubi, hürrilər və başqa soyların və soy birləşmələrinin varisi idi. Manna qonşu Assuriya və Urartu quldar dövlətlərinin tez-tez hücumlarına məruz qalırdı. İşğalçılar şəhər qalalarını dağıdır, çoxlu əsir və qənimətlər ələ keçirirdilər. E.ə. IX–VIII əsrlərin hüdudunda artıq güclü bir dövlətə çevrilmişdi. Dövlətin paytaxtı möhkəmləndirilmiş İzirtu şəhəri idi.
E.ə. 2-ci minillik
E.ə. II minilliyin I yarısı Turukki və su tayfalarının siyasi fəliyyəti başlamışdır. Onlar Urmiya gölü hövzəsində yaşayırdılar. Əvvəlki illərdə Aratta, sonra isə Kutium və Lullubum dövlətlərinin tərkibinə daxil idilər. Sonralar ikiçayarası hadislərinə müstəqil surətdə qarışmağa başladılar. Hürrilərlə iqtisadi, mədəni əlaqələr qura bilmişdilər. == Faktlar == E.ə. II minilliyin əvvələrində Mesopotamiyada Babil adlı şəhər-dövlət mövcud olmuşdur. Gürcüstan tarixi təxminən E.ə. II minillikdən etibarən başlandığı təxmin edilir.
E.ə. 3-cü minillik
E.ə. III minilliyin I yarısı Aratta dövləti qurulmuşdur. Azərbaycan ərazisində yaranan ilk dövlət quruluşu idi. Urmiya gölünün cənub-şərqində yerləşirdi. Mesopotamiyanın Şumer şəhər dövlətləri ilə iqtisadi, siyasi və mədəni əlaqlərə saxlayırdı. Bu dövltə haqqında ən dəyərli məlumatlar Şumer dastanlarından əldə edilmişdir. Paytaxtı Aratta şəhəri idi. Şumerdə olduğu kimi Arattada da çox allahlılıq mövcud idi. Arratanı "en", "enen" adlanan hökmdar idarə edirdi. Bu dövləti türk dilli tayfaların yaratdığı ehtimal olunur.
E.ə. III minillik

E.ə. II minillik
E.ə. II minilliyin I yarısı Turukki və su tayfalarının siyasi fəliyyəti başlamışdır. Onlar Urmiya gölü hövzəsində yaşayırdılar. Əvvəlki illərdə Aratta, sonra isə Kutium və Lullubum dövlətlərinin tərkibinə daxil idilər. Sonralar ikiçayarası hadislərinə müstəqil surətdə qarışmağa başladılar. Hürrilərlə iqtisadi, mədəni əlaqələr qura bilmişdilər. == Faktlar == E.ə. II minilliyin əvvələrində Mesopotamiyada Babil adlı şəhər-dövlət mövcud olmuşdur. Gürcüstan tarixi təxminən E.ə. II minillikdən etibarən başlandığı təxmin edilir.
E.ə. I minillik
E.ə. I minilliyin əvvəlləri Azərbaycanda Manna quldarlıq dövləti meydana gəlmişdir. Bu dövlət Urmiya gölü hövzəsində yaranmışdır. Manna bu yerlərdə məskun olmuş yerli kuti, lullubi, hürrilər və başqa soyların və soy birləşmələrinin varisi idi. Manna qonşu Assuriya və Urartu quldar dövlətlərinin tez-tez hücumlarına məruz qalırdı. İşğalçılar şəhər qalalarını dağıdır, çoxlu əsir və qənimətlər ələ keçirirdilər. E.ə. IX–VIII əsrlərin hüdudunda artıq güclü bir dövlətə çevrilmişdi. Dövlətin paytaxtı möhkəmləndirilmiş İzirtu şəhəri idi.
Euphorbia minima
Dirrik südləyəni (lat. Euphorbia peplus) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin südləyən cinsinə aid bitki növü. == Sinonimləri == Anisophyllum peplis (L.) Haw. Chamaesyce maritima Gray Chamaesyce peplis (L.) Prokh. Esula minima Haw. Esula peplus (L.) Haw. Esula rotundifolia (Lam.) Gray Euphorbia calabrica Huter, Porta & Rigo Euphorbia chamaepeploides Lotsy Euphorbia dichotoma Forssk. Euphorbia minima (Haw.) Mart. Euphorbia oleracea Pers. Euphorbia peplus var.
Euphorbia minxianensis
Acı südləyən (lat. Euphorbia esula) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin südləyən cinsinə aid bitki növü. == Sinonimləri == Esula angustifolia Haw. Esula ararica (Jord.) Fourr. Esula dalechampii Haw. Esula major Garsault [Invalid] Esula pseudocyparissias (Jord.) Fourr. Esula riparia (Jord.) Fourr. Esula salicetorum (Jord.) Fourr. Esula vulgaris Fourr. Euphorbia androsaemifolia Schousb.
Euseius minutisetus
Euseius minutisetus (lat. Euseius minutisetus) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin euseius cinsinə aid heyvan növü.
Firudin bəy Mina
Mina Firudin bəy Avşar (?-1819) — azərbaycanlı şair. == Həyatı == Firudin bəy Urmiya civarında anadan olmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. Ünlü ədəbiyyatşünas və bioqraf Məhəmmədəli Tərbiyət "Danişməndani-Azərbaycan" kitabında yazır: "Fətəli xan Avşar Urməvinin qulamzadələrindəndir. Isfahanda uşaqlığında Fətəli xanın oğlanları Rəşid bəy və Cahangir xanla bir yerdə böyüyüb, boya-başa çatmış, bu ölkədə Dərviş Məcid, Azər, Hatif, Səbahi, Aşiq və Müştaq kimi şeir və ədəbiyyat sevən şəxslərdən tərbiyə alıb, görkəmli şeirşünas və söz ustası olmuşdur. onun bir sıra gözəl məzmunlu və məlahətli şeirləri vardır. Firidun bəy bir müddət İsfəhanda müəllifin ("Nigaristan-Dara əsərinin müəllifinə işarədir) yanında olmuş, daha sonra Azərbaycana, Urmiya şəhərinə gəlib, Hüseynqulu xan Bəylərbəyi Avşarın yanında xidmət etmiş və hicri qəməri 1235 (1819)-ci ildə orda vəfat etmişdir. == Mənbə == Ənvər Çingizoğlu, Aydın Avşar. Avşarlar. Bakı: "Şuşa", 2008, 352 səh.
Firuzə (mineral)
Firuzə — mineral, kimyəvi tərkibi (CuAl6[PO4]4(OH)8·4H2O) olan çox nadir və qiymətli daş. Fars dilindən tərcümədə, firuzə — "xoşbəxtlik daşı" deməkdir. Çox zaman "firuzə" sözünü fars dilindən "Piruz", yəni, "qalib gələn" kimi də tərcümə edirlər. Qədim dövrlərdən zərgərlikdə istifadə edilən firuzə bərəkət və var-dövlət rəmzi hesab edilirdi. Rəngi açıq mavidən, göy, yaşıl və tünd yaşıl çalarlara qədər olur. Sıxlığı 2,6–2,8-dir. Firuzə mineralının çıxarıldığı yataqlar: Misir, Sinay yarımadası, İran, Əfqanıstan, Tacikistan, Türkmənistan. Dünyada süni firuzə mineralının istehsalı geniş yayılmışdır ki, bu mineralları əsil firuzədən yalnız mütəxəssislər ayıra bilirlər. Su tərkibli olan fosfar və alüminium birləşməsi sayılır. Kimyəvi tərkibi olduğu kimi qalmır və durmadan dəyişikliyə uğrayır; CuO — 9,57%, Al2O3–36,84%, Pb2O3–34,12%, H2O — 19,47%.
Gagea minima subsp. intermedia
Gagea fragifera (lat. Gagea fragifera) — bitkilər aləminin zanbaqçiçəklilər dəstəsinin zanbaqkimilər fəsiləsinin qazsoğanı cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Hündürlüyü 8-20 sm olan bitkidir. Soğanağı kiçik olub, yumurtaşəkillidir, tünd-qonur və ya açıq-qonur rəngli qınlarla örtülüdür, ikincisi çox kiçikdir. Kökətrafı yarpaqları bir (bəzən iki ədəd) ədəddir, dar xətvaridir, eni 2,5–3 mm-dir, adətən, çiçək qrupunu ötüb keçir. Çiçək qrupunun altındakı yarpaqlar demək olar ki, qarşı-qarşıya düzülmüşdür; onlardan aşağıda yerləşənlər neştərvaridir, qaidəsinə doğru genişlənmişdir, çiçək qrupu ilə eyni və yaxud onu ötüb keçir; çiçək qrupunun altındakı yerdə qalan yarpaqları kiçiləndir və çiçək qrupundan qısadır. Çiçək qrupu bərabər olmayan, çılpaq və ya tüklü saplaqda yerləşmiş 1-4 ədəd çiçəkdən ibarətdir. Çiçək yanlığının yarpaqcıqları 5–20 m uzunluqdadır, neştərvariellipsşəkili və ya demək olar ki, neştərvaridir, sivritəhərdir, nəzərə çarpan damarları vardır, yaşıl və ya sarımtıl-yaşıl rəngdədir. Erkəkcikləri çiçək yanlığının yarpaqcıqlarından qısadır. May-iyul aylarında çiçəkləyir.
Gicitkanyarpaq minaçiçəyi
Gicitkənyarpaq minaçiçəyi (lat. Verbena urticifolia) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin minaçiçəyikimilər fəsiləsinin minaçiçəyi cinsinə aid bitki növü.
Gips (mineral)
Gips – CaSO4 •2H2O — monoklinik sinqoniya. Rast gəlmə tezliyi şkalası: tez-tez rast gələn. == Xassələri == Rəng – rəngsiz, qar kimi ağ, qatışıqlarından asılı olaraq boz, sarımtıl, mavi, narıncı, qırmızı, qəhvəyi, qara rənglər alır; Mineralın cizgisinin rəngi – ağ; Parıltı – ayrılma müstəvilərində şüşə, sədəfi, lifli aqreqatlarında – ipəyi; Şəffaflıq – şəffafdan yarımşəffafadək; Sıxlıq – 2,32; Sərtlik – 1,5–2; Vərəqləri əyilgəndir, lakin elastik deyil; Ayrılma – {010} üzrə tam mükəmməl; {100} üzrə orta; Sınıqlar – kristallarda – pilləli, xırdadənəli aqreqatlarda – hamar, çubuqvarı əmələgəlmələrdə – tikanlı; Başqa xassələr – suda 1 hissə gips : 2 hissə su nisbətində hiss olunacaq dərəcədə həll olur; Morfologiya – kristallar: lövhə- və sütunvarı, prizmatik; İkiləşmə: {100} və {101} üzrə tez-tez qaranquş quyruğunu xatırladan təmas ikiləşmələri rast gəlir; nadir hallarda xaç şəkilli qarşılıqlı nüfuzetmə ikiləşməsi qeyd edilir; Mineral aqreqatları: bütöv, dənəvər, sıx, lifli, vərəq- və torpaqvari kütlələr, konkresiyalar, druzalar, "gips-qızılgülü" şəklində kristal bitişikləri, anhidrit, halit və kalsit üzrə psevdomorfozalar, ontoditlər, helektitlər və s. Gips müxtəlifliklikləri: alebastr – incədənəli massiv, bəzən mərmərə bənzər Gips; selenit – parallel-lifli yarımşəffaf Gips; atlas şpat–lifli, ipək parıltılı Gips; poykilit Gips – çoxlu (75%-dək) qum möhtəviləri saxlayan kristallik qumlu Gips. == Mənşəyi və yayılması == Müxtəlif mineraləmələgəlmə proseslərinin məhsuludur. Dəniz hövzələrinin tam tədric olunmamış ayrılmış sahələrində buxarlanma yolu ilə halogenezin başlanğıc mərhələlərində karbonatlardan sonra xemogen-çökmə yolla ilk kristallaşan minerallardan biridir. Müxtəlif çökmə süxurlarda – əhəngdaşları, mergel, gillərdə və b. nazik laycıqlar əmələ gətirir. Gipsin iri yataqlarının böyük əksəriyyətinin formalaşması səthəyaxın zonada (100–150 metrədək) aşağı xarici təzyiq şəraitində ("gips papaqları" və s.) çökmə süxur qatlarında anhidritin hidratlaşması ilə əlaqədardır. Sulfid yataqlarının oksidləşmə zonalarında, müxtəlif süxurların aşınma qabığında sulfat məhlullarının karbonat əmələgəlmələrinə təsiri nəticəsində də kristallaşır.
Grevillea miniata
Grevillea miniata (lat. Grevillea miniata) — bitkilər aləminin proteyaçiçəklilər dəstəsinin proteyakimilər fəsiləsinin qrevilleya cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Hakea miniata (W.Fitzg.) Christenh.
Gənzə mineral bulağı
Gənzə mineral bulağı — Ordubad rayon mərkəzindən 6 km şimal-şərqdə Anabad kəndi yaxınlığında Gənzə çayının sahil qumlarından çıxır. Suyu şəffaf, turşməzə, ləzzətli və içməklə doymaq olmur. Su orta dərəcədə minerallaşmış, Rusiyanın (Şimali Qafqaz) “Jeleznovodsk” mineral suyunun analoqudur. Gənzə mineral bulaqlarından (bir neçə bulaq vardır) Ordubad rayonunda ən yaxşısı olmaqla, süfrə suyu kimi istifadə olunur. == Mənbə == Bağırov, Feyruz Abdulla oğlu. Naxçıvanın təbii sərvətləri- Naxçıvan, 2008.
Hedera helix var. minima
Adi daşsarmaşığı (lat. Hedera helix) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin araliyakimilər fəsiləsinin daşsarmaşığı cinsinə aid bitki növü. == Təbii yayılması == Təbii halda Qərbi Avropada meşələrdə bitir. == Botaniki təsviri == Hündürlüyü 25 m-ə çatır. Həmişəyaşıl sarmaşan bitkidir. Yarpaqları növbəli düzülüşlü, sadə və ya mürəkkəb olub, qalın dərivaridir, tünd-yaşıl və parlaqdır. Birillik zoğlarda olan yarpaqlar beşdilimlidir, yaşlı yarpaqları isə bütövdür. Çiçəkləri qalxanvari çətirdə, başlıqda və ya salxımda yerləşir, beş üzvlüdür, ləçəkləri beşdir, meyvəsi giləmeyvədir. Payızda çiçəkləyir. Uc qələmləri ilə və ya zoğlarla çoxaldılır.
Hedera minor

Heliotrop (mineral)
Heliotrop (qanlı daş) — rast gəlmə tezliyi şkalası: nadir. == Haqqında == Heliotrop xalsedonun yaşıl fonda «qan damcısı»nı xatırladan parlaq-qırmızı püruzları olan tünd-yaşıl, mavi-yaşıl növ müxtəlifliyidir. Bəzən sarı rəngli ləkələr müşahidə olunur. Adətən püruzlar heliotropun yaşıl kütləsində qeyri-bərabər paylanır. Onların paylanma xarakterindən və ölçülərindən asılı olaraq yaranan rəsmlərə görə heliotropun xırda- və irirəsmli və zonal növ müxtəliflikləri ayrılır. Heliotrop adətən qeyri-şəffaf, nazik qırıntılarda yarımşəffaf, bəzən işıqkeçirən olur. Badamcıq, jeoda, damarcıq, qeyri-düzgün formalı xırda yığınlarına, əsas etibarilə, effuziv süxurlarda rast gəlinir. Onun əmələ gəlməsi əsasən hidrotermal proseslərlə bağlıdır. Onu əqiq, seladonit, kalsit, xlorit, maqnetit, hematit və b. müşayiət edir.
Hemerocallis minor
Kiçik günotu (lat. Hemerocallis minor) - günotu cinsinə aid bitki növü.
Henrix Minkeviç
Henrix Minkeviç — Katın qırğınında öldürülən Polşa Ordusunun generalı.
Herman Minkovski
Herman Minkovski (ing. Hermann Minkowski; 22 iyun 1864[…], Aleksotas[d] – 12 yanvar 1909[…], Göttingen) — Alman riyaziyyatçısı və fizikidir; həndəsəyə, ədədlər nəzəriyyəsində həndəsi üsullara, riyazi fizikaya hidrodinamikaya aid əsərlərin müəllifidir; xüsusi nisbilik nəzəriyyəsinin kinematikasının həndəsi şərhini vermişdir (Minkovski fəzası). == Həyatı == Herman Minkovski 1864-cü ildə doğulub. 1909-cu ildə vəfat edib.

Digər lüğətlərdə