Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Yozef Mengele
Yozef Mengele (alm. Josef Mengele‎; 16 mart 1911[…], Güntsburq[d], Bavariya Krallığı, Almaniya imperiyası – 8 fevral 1979[…], Bertioqa[d], San-Paulu ştatı), Ölüm mələyi (alm. Todesengel‎) və ya Ağ mələk (alm. der Weisse Engel‎ və ya Weißer Engel)) — SS-Hauptşturmfürer (kapitan) rütbəli Almaniya zabiti və İkinci Dünya müharibəsində xidmət etmiş hərbi həkim. Tarixdə daha çox Auşvitz həbs düşərgəsindəki fəaliyyəti ilə yadda qalıb. Mengele həbs düşərgəsində məhbuslar üzərində ölümcül eksperimentlər aparmış, eləcə də qaz kamerasında öldürülən qurbanların seçilməsində iştirak etmiş həkim qrupunun üzvü olmuşdur. Qızıl Ordu qoşunlarının Polşa ərazisindən keçməsi ilə Mengele Sovet qüvvələrinin Auşvitzə gəlməsindən cəmi 10 gün əvvəl, 1945-ci il yanvarın 17-də Auşvitzdən 280 kilometr (170 mil) uzaqlaşdırılaraq Qross-Rozen həbs düşərgəsinə göndərilmişdir. Müharibədən əvvəl Mengele antropologiya və tibb sahəsində doktorluq dərəcəsi almış və tədqiqatçı kimi karyerasına başlamışdır. 1937-ci ildə Nasist Partiyasına, 1938-ci ildə isə SS-ə üzv olmuşdur. İkinci Dünya müharibəsinin ilk illərində bir taborun hərbi həkimi vəzifəsinə təyin edilən Mengele sonralar 1943-cü ilin əvvəllərində nasist həbs düşərgələrinə göndərilir və təyinatı Auşvitzə verilir.
Karl Menger
Karl Menger (alm. Carl Menger‎; 23 fevral 1840[…], Novı-Sonç, Kiçik Polşa voyevodluğu[d] – 26 fevral 1921, Vyana) — 27 fevral 1921, Vyana, Avstriya) — Avstriya iqtisadçısı. Avstriya məktəbinin ilkin yaradıcılarından biri K. Menger olmuşdur. O, "Xalq təsərrüfatı haqqında elmi prinsiplər", ictimai elmlərin, xüsusən "Siyasi iqtisadın metodları haqqında tədqiqat" (1883) və s. əsərlərin müəllifidir. Bununla belə onun son faydalıqla bağlı nəzəri baxışları əsasən "Siyasi iqtisadın əsasları" (1871) əsərində irəli sürülmüşdür. Bu əsərdə K. Menger Avstriya məktəbi nümayəndələri içərisində ilk dəfə sərvətin faydalığının onun az tapılmasından (nadirliyindən) asılılığını göstərməyə çalışmış, faydalığın azalması prinsipini əsaslandırmışdır. Bu prinsipə üyğun olaraq məhsulun dəyəri təklifin həcmindən asılıdır və onun sərəncamda (ehtiyatda) olan son vahidinin, yəni az vacib olanının faydası ilə müəyyən olunur. Son faydalılıq prinsipinə tərif verərək K. Menger göstərirdi ki, onun nəzəriyyəsi sərvətlər və insanlar arasında olan münasibətlərə həsr edilmişdir. Bu münasibətlərdə isə ən mühüm məsələ hər hansı bir məhsulun tələbatlar sırasında tutduğu yerdir.
Mənbərə
Mənbərə (fars. منبره‎) iranın Qəzvin ostanının Əlburz şəhristanının Mərkəzi bəxşinin ərazisinə daxil olan kənd. 2016-cı ilin məlumatına görə kənddə 113 nəfər yaşayır (42 ailə).
Məngənə
Məngənə — hissələrinin emalından tərpənməz bərkidilməsi üçün tətbiq olunan tərtibat. O, əsasən aralarında hissə bərkidilən tərpənməz və hərəkətli dodaqlardan ibarətdir. Dodaqların üzərinə yeyilmənin qarşısını almaq üçün əlavə olaraq emal olunan hissəyə uyğun formaya malik xüsusi lövhələr bərkidilir. Məngənə həm əl işlərinin (yivaçma, mişarlama, bülövləmə, təmizləmə), həm də dəzgahlarda (burğulama, frezləmə) aparılan əməliyyatların yerinə yetirilməsində geniş tətbiq olunur. Dəzgahlarda tətbiq olunan məngənələr yüksək dəqiqliyi, sərtliyi ilə fərqlənir. Məngənələrdə bərkitmə üçün lazım olan güc həm tənzimləyici vintin köməyi ilə əl ilə, həmçinin hidravlik ötürmədən istifadə etməklə yaradıla bilir. Şəkildə göstərildiyi kimi, məngənədə bərkidilmiş hissəni dəzgahın işçi sahəsində müəyyən bucaq altında döndərməklə onun bir çox səthlərini mexaniki emal etməyə şərait yaradılır. Boruların emalı üçün verilmiş ölçüyə sazlanabilən xüsusu boru məngənələrindən istifadə olunur. Onun üstün cəhəti ondan ibarətdir ki, burada yumşaq materialdan olan boruların deformasiya olunmadan emalını aparmaq olur. Rezo Əliyev.
Mənqəbə
Mənqəbə – Ərəb sözü olan mənqəbə kəlməsinin cəmi mənaqibdir. Bu kəlmə lüğətdə bir insanın fəzilət, məziyyət, hünər kimi öyüləcək vəsflərini ifadə edir. İstilahda isə tarixi şəxsiyyətlər, peyğəmbər, məzhəb imamları və sufilərin tərif ediləcək fəzilət və məziyyətlərini ehtiva edən rəvayətlərdir. Mənqəbə təsəvvüf cərəyanı ilə birlikdə yaranıb yayılan məfhum olub, təsəvvüf tarixində "sufilərin göstərdikləri fövqəladə hadisə" demək olan kəramətləri nəql edən hekayələr mənasında IX əsrdən etibarən istifadə olunmuşdur. Bu şəkildə mənqəbələrin əsasını kəramətlər təşkil edir. Mənqəbələrin toplandığı əsərlərə Mənaqibnamələr adı verilmişdir. Mənaqibnamələri araşdıran tarixçi A. Y. Ocaq bu məsələ ilə əlaqədar yazır: "Türk mədəniyyətinin, İslami dövrdə ortaya qoyduğu əhəmiyyətli ədəbi məhsullardan biri olan övliya mənqəbələrinin, bu mədəniyyətin tarixi, psixoloji, sosioloji və folklor baxımından tədqiq edilməsində mənbə rolunu oynaması çox əhəmiyyətlidir. Ancaq övliya mənqəbələri təəsssüf ki, indiyə qədər bu yöndən tədqiqə və təhlilə cəlb edilməmişdir. Təsəvvüf tarixçisi H. K. Yılmaz da "Bu rəvayətlər bəzən həddən artıq məhəbət və bağlılığın nəticəsi kimi çox qabarıq şəkildə yazılmış olsa da, onlarda çox vaxt etibarlı məlumatlar da görülür. Odur ki, təsəvvüfi şəxsiyyətlərin həyatları tədqiq edilərkən, kəramətlərlə bəzədilmiş ifadələrlə dolu olan bu əsərlərdən uzaq qalmaq mümkün deyildir" – deyir.
Mənzərə
Peyzaj (fr. Paysage, pays - ölkə) ya da Mənzərə (fars. منظره‌‎)— təsviri incəsənətdə landşaftın, təbii mənzərənin rəsmi. Dənizin tabloda əks olunduğu mənzərələr isə "marina" adlanır, onu çəkənlər isə "marinist". Səttar Bəhlulzadə (1909-1974) - "Suraxanının qədim odları" (1971), "Gülüstan" (1965), "Qızbənövşəyə gedən yol" (1953), "Göyçay" (1972), "Bilgəh" (1962), "Torpağın arzusu" (1963) və s., Bəhruz Kəngərli (1892-1922) - "Türbə" (1919), "Naxçıvan, Sınıq minarəli məscid" (1920), "Nuhun məzarı" (1921), "Naxçıvanda rus kilsəsi" (1920), "Atabəyin türbəsi" (1919) və s., Nəcəfqulu İsmayılov (1923-1990) və b.
Mənzərə Məmmədova
Mənzərə Məmmədova - Filologiya elmləri namizədi, dosent Mənzərə Məmmədova 1934-cü ildə martın 25-də İrəvan şəhərində anadan olub. 1940-50-ci illərdə İrəvanda 16 nömrəli orta məktəbi bitirib. 1951-56-cı illərdə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) filologiya fakültəsinin Şərq şöbəsində oxuyub. 1957-1964-cü illərdə Azərbaycan EA-nın Əlyazmaları fondunda kiçik elmi işçi vəzifəsində çalışıb. 1964-1967-ci illərdə Azərbaycan EA-nın Əlyazmaları fondunda aspiranturada oxuyub. 1968-ci ildə “XI-XVII əsr fars dilinin izahlı lüğətlərinin əsas tərtib prinsipləri” mnövzusunda dissertasiya müdafiə edib. 1969-cu ildən Azərbaycan Dövlət Universitetində (indiki BDU) dosent vəzifəsində işləyir. 1969-cu ildən ADU-da (indiki BDU) İran filologiyası, Fars dili, Fars dili tədrisinin metodikası, Mətnşünaslıq, Mənbəşünaslıq, Ümumi və İran dilçiliyinin əsasları mövzularında mühazirələr aparır. Mənzərə Məmmədova İran filologiyası sahəsində tədqiqat aparır. O, 41 məqalənin, 1 dərsliyin müəllifidir.
Maqere-Burq
Maqere-Burq körpüsü — Amstel çayı üzərində yerləşən körpüsüdür. Körpü Kerkstraat və Nive-Kerkstraat şəhərlərini birləşdirir. Tamamilə ağ rəngdə boyanmış körpü 1691-ci ildə tikilmiş və 1871-ci ildə istifadəyə verilmişdir. 2003-cü ildə bütün nəqliyyat üçün açıqdır. O cümlədən piyada və velosiped yolları vardır. Maqere Burqun mərkəzi hissəsi ağ rəngli ağacdan hazırlanmış bir baskül körpüsüdür.
Hüseynabad-i Kəngəre (Qürvə)
Hüseynabad-i Kəngəre (fars. حسين آباد كنگره‎) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 101 nəfər yaşayır (25 ailə). Əhalisini kürdlər təşkil edir.
Yağışdan sonra Overdə mənzərə
"Yağışdan sonra Overdə mənzərə" (fr. Paysage d'Auvers après la pluie, nid. Landschap bij Auvers na de regen) və yaxud "Arabayla və qatarla mənzərə" (fr. Paysage avec chariot et train, nid. Landschap met rijtuigje en trein) — məşhur holland rəssamı Vinsent van Qoqun 1890-cı ildə çəkdiyi rəsmi. Moskvada yerləşən A.S.Puşkin adına Dövlət təsviri incəsənət muzeyinə məxsusdur. XIX–XX əsr Avropa və Amerika ölkələrinin incəsənət qalereyasında saxlanılır. Rəsmin ölçüləri 72 x 90 sm-dir. "Overdə yağışdan sonra peyzaj" rəsmi 1890-ci ildə, rəssamın ölümündən əvvəl çəkilmişdir. Sonra o, qardaşı Teoyaya keçib.