1. MƏNZƏRƏ Mənsur ..ətrafdakı mənzərəyə tamaşa eləyirdi (H. Abbaszadə); AXAR-BAXAR ..kəndin çox gözəl və qəşəng axar-baxarı vardı (Ə.Vəliyev); LANDŞAFT Kiprin .. landşaftı bir növ bizim Abşeron yarımadasını xatırladır (Qəzetlərdən); GÖRKƏM, GÖRÜNÜŞ, PERSPEKTİV.
2. MƏNZƏRƏ, PANORAMA (mənzərə janrı), PEYZAJ
3. MƏNZƏRƏ (təbiəti əks etdirən şəkil), TƏSVİR, LÖVHƏ