Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Meymənd
Meymand (Fars)
Neybənd (Qürvə)
Neybənd (fars. ني بند‎) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 298 nəfər yaşayır (70 ailə). Əhalisini azərbaycan türkləri təşkil edir.
Dərbənd
Dərbənd (rus. Дербент, azərb. Dərbənd / Дәрбәнд‎, ləzg. Кьвевар, yəni "iki (кьве) divar (вар)", Дербенд və Цал, aqul. Цал və Дербенд) — Dağıstan Respublikasında şəhər. Xəzər dənizi ilə Qafqaz sıra dağları arasında yerləşir. Rusiyanın şəhər statusunu daşıyan ən cənub yaşayış məntəqəsidir. Dərbənd şəhəri eyni adlı rayonun inzibati mərkəzidir, Mahaçqala şəhərindən cənub – şərq istiqamətində 121 km uzaqlıqda yerləşir.Şəhər tarixdə Bab əl-Əbvab ("qapılar qapısı") və Dəmirqapı adlarıyla da tanınırdı. == Etimologiya və digər tarixi adları == Dərbənd tarixi Rusiyanın qədim şəhərlərindən biridir, hazırda Dağıstan Respublikasının tərkibində yerləşir. Bu şəhər üçün "Dərbənd" adı ilk dəfə 7-ci əsrə aid mənbələrdə qeyd olunmuşdur.
Kəlbənd
Kəlbənd — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Kəlbənd rayon mərkəzindən 26 km cənub qərbdə, Burnovuldağ silsiləsinin cənub ətəyində yerləşir. Əhalisi kənd təsərrüfatı və heyvandarlıq ilə məşğul olur. Kənddə orta məktəb, klub, kitabxana, tibb məntəqəsi vardır. == Əhalisi == Əhalisi 385 nəfərdir ki onunda 188 nəfəri kişi, 197 nəfəri qadındır. === Şəhidləri === 1. Azər Əsgər oğlu Mürsəlov 1974-05.07.1993 2.
Məymənd
Məymənd - İranın Kirman ostanında yerləşən qədim kənd, Şəhr Babək şəhristanının Məymənd qəsəbəsində yerləşib. Əhalisi 150 nəfərdir. 2005 ildə kənd, Melina Merkury beynəlxalq mükafatın(UNESCO-Yunanistan) qazanıb(Təxminən $ 20,000).
Qərbənd
Qərbənd — Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi vahidində kənd. == Etimologiyası == Orta əsrlərdə Qarabağda yaşamış Qarıbənd oymağının adını əks etdirir. Bəzi mənbələrdə oymağın əsl adı Qarıbənddir. Bu oymaq İrəvan əyalətində “Yıxılmış“ və Kəlbəcərdə Taxtabaşı adlı yerlərdə yaylayır, Qarabağın Arazbar nahiyəsində Biləqan və Qələmə kəndləri arasında qışlayır və əkinçiliklə məşğul olurdu. Cavanşir tayfasının digər bir oymağı da Qarıbənd adlanırdı. Həmin oymaq Yuxarı Qarabağda Şaparti adlı yerdə qışlayır, İrəvan əyalətinə Zilxaç, Kilsəqayası və Ağtəpə adlı yerlərdə yaylayır, Qarabağın Dizaq (indiki Füzuli və Cəbrayıl rayonları) nahiyəsində “Şahbad“ adlı arxın kənarında və Bayat torpağında (indiki Ağcabədi rayonu) Həsənəkən çayının kənarında əkinçiliklə məşğul olurdu. Ona görə də Qarabağda “Qərvənd“ formasında bu oymaqların adları bir sıra kənd adlarında qalmışdır: Baş Qərvənd, Ayaq Qərvənd, Orta Qərvənd, Şıx Qərvənd, İmarət Qərvənd və Xan Qərvənd. == Toponimikası == Qərbənd oyk. Füzuli r-nunun Dövlətyarlı i.ə.v.-də kənd, Qarabağ silsiləsinin ətəyindədir. == Tarixi == 27 sentyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin uğurlu əməliyyatı nəticəsində kənd işğaldan azad edilmişdir.
Mərənd
Mərənd — İranın Doğu Azərbaycan Bölgəsinda şəhər, Mərənd şəhristanının inzibati mərkəzi. Təbrizin şimal-qərbində yerləşir. Mərənd Şərqi Azərbaycan ostanının iri şəhərlərindən biridir. Şəhər ostanın şimal hissəsində yerləşir. Bağlı-bağatlı, saf suyu və havası, məhsuldar torpağı olan yerdir. Bu şəhər cənubdan Təbrizlə, şimaldan Zunuz, Ələmdar və Culfa vasitəsilə Arazla, qərbdən Xoy və Maku ilə, şərqdən isə Əhər şəhəri (Qaradağ mahalı) ilə həmsərhəddir. Təbii iqlim şəraitinə görə Mərəndin ərazisinin 2/3 hissəsi qeyri-hamardır. Mərənd dəniz səviyyəsindən 1300-1400 metr yüksəklikdədir. Təbrizlə Mərənd arasındakı məsafə 71 km, Culfa (NMR) ilə isə 60 km-dir. Mərənd tranzit yolu üzərində yerləşir.
Rəbənd
Rəbənd — Azərbaycan Respublikasının Zəngilan rayonunun Yenikənd kənd inzibati ərazi dairəsində kənd.1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib.25 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.
Rəvənd
Rəvənd (lat. Rheum) — qırxbuğumkimilər fəsiləsinə aid çoxillik bitki cinsi. == Növləri == === Azərbaycanın dərman bitkiləri === Tanqut rəvəndi (Rheum tanguticum Maxim.) (=Rheum palmatum L. var.) Qarağat rəvəndi (Rheum ribes L.) Qaya rəvəndi (Rheum rupestre Litv. ex Losinsk.) (=R.turcestanicum Janisch.) Türkmənistan rəvəndi (Rheum turcestanicum Janisch.) === Digər növləri === Rheum nobile Rheum officinale Rheum palaestinum Rheum rhabarbarum Rheum rhaponticum == Tibbi faydaları == Rəvənd haqqında ilk məlumatlar eramızdan əvvəl 2700-cü ilə gedib çıxır. Rəvəndi Rusiyaya 1873-cü ildə məşhur səyyah Nikolay Prjevalski gətirib. Soyuğadavamlı bitki olan rəvəndin vətəni Tibet və Çin hesab edilir. XIX əsrin axırlarında qurmanlar onu yetişdirməyin yeni texnologiyasını işləyib hazırlayıblar. Onlar bitkini istixanada yetişdirərək məhsulunu şam işığında toplayırdılar. Həmin şəraitdə rəvənd yarım metrdən artıq boy atır, özünəməxsus dadını isə qoruyub saxlayırdı. İndiyə qədər hər ilin fevral ayında İngiltərənin Yorkşir qraflığında rəvənd festivalı keçirilir.
Məbəd
Məbəd (tapınaq, ibadətxana və ya ibadətgah) — bütün inanc sistemlərində insanların dini sitayiş üçün istifadə etdiyi məkan. Məbəd insanların müqəddəs saydıqları yerdə inşa edilir. Təbii məbədlər olaraq da qayalar üzərinə oyulmuş olan və ya təbii mağaralardan istifadə edilmişdir. Texniki olaraq kilsələr, məscidlər, sinaqoqlar və paqodalar da umumi ad olan Məbəd kateqoriyasına daxil edilir. Bir çox başqa dində ibadət məkanı(ibadətgah) üçün xüsusi isim bilinmədikdə və ya təyin olunmadıqda Məbəd sözündən istifadə olunur. Məsələn Buddist məbədi və ya Şintoist məbədi. == Məbəd tikililəri == Qədimlərdən bu günə qədər memarlıqda ən məsuliyyətli tikililər içərisində məbəd tikililəri əsas yer tutur. Çünki bu tikililər insanları sadəcə estetik yox həm də şüuraltı təsirləndirməli, ilahi məhiyyətini büruzə etməlidir. Digər tərəfdən bu binalar ibadət üçün idisə deməli memarın qarşısında qeyri-adi problem qoyulur – ibadətin düzgün alınması. Çünki ibadət zamanı insanların fəzaya buraxdıqları vibrasiyalarla kosmosun biovibrasiyaları üst-üstə düşməlidir ki bu da ilahi qatla birbaşa əlaqə deməkdir.
Dərbənd-namə
Dərbəndnamə — Dərbənd şəhəri haqda tarixi kitab. Kitabda V–XI əsrlərdə Dağıstan və Şirvan tarixi ilə bağlı qiymətli məlumatlar da var. == Tərtibatı == Dərbəndnamənin müəllifi məlum deyil. Variantlar Azərbaycan, ərəb və fars dillərində saxlanılır. Onlar tamlığın, məzmunun və vaxtın miqyasında fərqlənirlər. == Tarixi == Dərbənd haqqında bəzi hadisələrin təsviri Türk tarixçisi Muinəzim Başinin qısaldılmış versiyasında qorunan "Dərbənd tarixi" ilə bənzərdir. Bəlkə Dərbənd adı "Dərbəndin tarixi" nin qısaldılmış versiyasıdır. Tərcümənin qorunub saxlanılan Azərbaycan əlyazması 1815–1816-cı illərdə tərtib edilmişdir. Bu, 17-ci əsrin sonlarında Farsca bir siyahıya əsaslanan Məhəmməd Avabi tərəfindən tərcümə olunan tərcümənin əlyazmasıdır. Əlyazma özü Moskvada Rusiya Dövlət Kitabxanasında saxlanılır və Dərbəndnamənin ən qədim versiyalarından biridir.
Dərbənd (Dol)
Dərbənd (fars. دربند‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 359 nəfər yaşayır (60 ailə).
Dərbənd (Həştrud)
Dərbənd (fars. دربند‎) — İranın Şərqi Azərbaycan ostanının Həştrud şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 239 nəfər yaşayır (46 ailə).
Dərbənd (Sulduz)
Dərbənd (fars. دربند‎‎) - İranın Qərbi Azərbaycan ostanının Sulduz şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 208 nəfər yaşayır (44 ailə).
Dərbənd (Urmiya)
Dərbənd (fars. دربند‎) - İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 465 nəfər yaşayır (85 ailə).
Dərbənd (Xudabəndə)
Dərbənd (fars. دربند‎) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 218 nəfər yaşayır (39 ailə).
Dərbənd (dəqiqləşdirmə)
Dərbənd — Dağıstan Respublikasında şəhər. Dərbənd rayonu — Rusiya Federasiyasının Dağıstan Respublikasında inzibati-ərazi vahidi. Dərbənd (Urmiya) — Dərbənd (kənd) — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Düzkənd (Axuryan) rayonunda kənd.
Dərbənd (kənd)
Dərbənd - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Düzkənd (Axuryan) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 15 km məsafədə yerləşir. 1937-ci ilə kimi Leninakan rayonunun tabeliyində olmuşdur. «İrəvan əyalətinin icmal dəftəri»ndə qeyd edilmişdir. Toponim fars dilində «keçid, boğaz, sədd, sərhəd bölgələri, dağlar arasından çətinliklə keçilən yer» mənasında işlənən dər və bənd sözlərindən əmələ gəlmişdir. Relyeflə bağlı yaranan mürəkkəb quruluşlu toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 26.IV.1946-cı il fərmanı ilə kəndin adı dəyişdirilib Karmrakar qoyulmuşdur.
Dərbənd (qəzet)
«Dərbənd» qəzeti — Dağıstanda, azərbaycan, rus dillərində buraxılan ictimai və siyasi mətbu orqan. Bu qəzetdə Dağıstanda baş verən ictimai və siyasi hadisələr, azərbaycan türklərinin tarixi və mədəniyyəti haqqında materiallar dərc edilir. Qəzet 1920-ci ildə «Şurai Dağıstan» adı ilə dərc olunmağa başlamışdır. 1922-ci ildən isə «Dağıstan fuqarası» (ərəb əlifbası ilə) adı ilə dərc olunur. 1931-ci ilin oktyabr ayından qəzet «Kolxoz yolu» («Kolxoz jolu»), 1932-ci ilin martından isə «Lenin bayrağı» («Lenin вajraƣь/Ленин байрағы/Ленин бајрағы») adı ilə nəşr olunur. 1960 - 1963-cü illərdə isə qəzetin buraxılışı dayandırılır. Sonradan «Kənd mayakı» («Кәнд маjaкы»). Daha sonradan isə «Leninçi» («Ленинчи») adını alır. 1990-cı illərin əvvəllərindən isə bu gün ki adını alır. 1920 - 1922-ci illərdə Buynakskda, 1922 və 1924 - 1930-cu illərdə Maxaçqalada, 1923 və 1930-cı ildən Dərbəndə dərc olunur.
Dərbənd (rayon)
Dərbənd rayonu — Rusiya Federasiyasının Dağıstan Respublikasında inzibati-ərazi vahidi. Xəzər dənizinin sahilində yerləşir. == Ərazisi == Dərbənd rayonunun ərazisi 821 км² (daha dəqiq 820,97 км²)- dir. Ümumi ərazisinin 32,000 hektarı kənd təsərrüfatına yararlıdır. Rayon 1921-ci ildə təşkil edilmişdir. İnzibati mərkəzi Dərbənd şəhəridir. Rayon ərazisinin şimaldan cənuba uzunluğu 73 km, şərqdən-qərbə eni isə 15 km-30 km-dir. Rayon ərazisi Xəzər dənizi ilə 70 km uzunluğunda sahil xəttinə sahibdir, ərazisinin 60%-i düzənliklərdən, 40%-isə dağətəyi sahələrdən ibarətdir. Rayon ərazisinin 20%-dən çoxu meşələrlə örtülmüşdür. Rayon ərazisindən Rubas, Ulluçay və Darvaq kimi nisbətən iri çaylar və onlarla kiçik çaylar axır.
Dərbənd Camaatı
Meşə Qardaşları (1905-1906)
Dərbənd FK
«Dərbənd» — Rusiyaın Dərbənd şəhərində fəaliyyət göstərən futbol klubu. Klub 1966-cı ildə təsis edilmişdir. 1992-ci ildə Futbol üzrə Rusiyanın II liqasının 1-ci zonasında 18-ci yeri tutmuşdur.
Dərbənd Haşimiləri
Dərbənd əmirliyi — Dərbənd ərazisində olan qədim dövlət. == Dərbəndin ərəblər tərəfindən işğalı == Azərbaycanı tutmuş ərəblər "Bab əl-Əbvab" (və ya "əl-Bab" -"qapılar qapısı") adlandırdıqları sərhəd şəhəri Dərbəndi Xilafətin Qafqazdakı iri istinad məntəqəsinə çevirdilər. Uzun müddət bu şəhəri xəlifənin təyin etdiyi ərəb sərkərdələri idarə edirdilər. Onların başlıca vəzifəsi şimaldan olan hər bir hücumun, xüsusilə xəzərlərin müdaxiləsinin qarşısını almaq idi. IX əsrin ortalarınadək bu vəzifə xüsusi təyinatla yerinə yetirilirdi, lakin 851-ci ildə xəlifə əl-Mütəvəkkil Dərbəndi və onun ətraf vilayətlərini o zaman Azərbaycan, Arran və Ərminiyə hakimi olan Məhəmməd ibn Xalid ibn Yəzid əş-Şeybaniyə iqta payı kimi bağışladı. 861-ci ildə xəlifənin ölümündən sonra türklərin Bağdaddakı fəaliyyəti ilə əlaqədar Xilafət ərazisində çaxnaşmalar baş verdi. Müstəqilliyə can atan bir çox feodallar, o cümlədən Məhəmmədin mərkəzi hakimiyyətlə əlaqəsini tamam kəsərək, Şirvanı müstəqil elan etmiş qardaşı Heysəm ibn Xalid bundan istifadə etdilər. 869-cu ildə, qiyam etmiş türk əmirlərinə qarşı Xilafət mərkəzində mübarizə aparıldığı bir zamanda, Haşim ibn Suraka əs-Suləmi Dərbəndin müstəqil idarə edilməsinə nail oldu. O dövrün hadisələrini bizə çatdıran qaynaqda deyilir: "Əl-Mütəvəkkil öldürüldükdən sonra Xilafət parçalandığına, türk məvaliləri dövlətin idarəsini ələ keçirtdiklərinə görə, əl-Bab əhalisi və sərhədyanı vilayətlərin qazıları (yəni din uğrunda döyüşən əsgərləri) bir yerə yığılaraq, Haşimi öz əmirləri etdilər, ona böyük itaət göstərdilər" Ərəb və yerli qaynaqların başqa məlumatlarından aydın olur ki, Haşimin sulaym nəslinə mənsub, mənşəcə ərəb olan sələfləri hələ VIII əsrin I yarısında Dərbənd şəhərinin siyasi həyatında fəal rol oynamış, onlardan biri Əsəd ibn Zafir əs-Suləmi 736-cı ildə xəlifənin fərmanı ilə Dərbənd hakimi təyin edilmişdi. Onun digər xələflərinin, Harun ər-Rəşidin hakimiyyəti dövründə Dərbənd hakimi olmuş Nəcm ibn Haşimin və onun Azərbaycan və Ərminiyənin ərəb hakiminə qarşı üsyan etmiş oğlu Həyyunun adları bu dövrdə Azərbaycanda baş vermiş böyük hadisələrlə bağlıdır.
Dərbənd dairəsi
Dərbənd dairəsi (rus. Дербентский округ) — Dağıstan MSSR tərkibində, 25 iyun 1952-ci ildən 24 aprel 1953-cü ilədək mövcud olmuş 4 inzibati–ərazi vahidindən biri. İnzibati mərkəzi Dərbənd şəhəri idi. Dərbənd dairəsinin ərazisi 10 rayon (Ağul, Axtı, Dərbənd, Doqquzpara, Qasımkənd (indiki Süleyman-Stal), Qürah, Məhərrəmkənd, Rutul, Tabasaran, və Xiv rayonları) və 1 şəhərdən (Dərbənd şəhəri) ibarət idi.
Dərbənd döyüşü
Dərbənd döyüşü — Dərbənd şəhərinin Narınqala adlı gücləndirilmış məntəqəsinə yiyələnmək məqsədi ilə həyata keçirilən əməliyyat. Qədim şəhər geosiyasi baxımdan olduqca əlverişli yerdə yerləşirdi. Şərqdən Xəzər dənizi, qərbindən isə Qafqaz dağları ilə əhatələndiyindən bir keçid rolunu oynayırdı. == Arxaplan == 1795-ci ildə Qacar dövlətinin başçısı Ağa Məhəmməd şah Qacar Azərbaycan xanlıqları və Kartli-Kaxetiya çarlığı üzərinə yürüş təşkil edir. 12 sentyabr 1795-ci ildə Tiflis şəhərini işğal edir. Rusiya tərəfi 1783-cü ilin Georgiyevsk müqaviləsini əsas gətirərək Azərbaycan xanlıqları üzərinə yürüşə çıxır. Bu yürüş üçün 1796-cı ildən Dağıstanın şimalındakı Qızılyardan güclü rus korpusu hazırlanır. İki piyada və iki kavaler briqadası şəxsən imperatriçanının şəxsi əmri ilə general-mayorlar: knyaz Pavel Dmitriyeviç Sisianov, Sergey Alekseyeviç Bulaqov, Aleksandr Mixayloviç Rimskiy, baron Leontiy Keinteviç Beginsen, qraf Stepan Apraksin və Matvey İvanoviç Platov təyin edilir. Ordu komandanlığı isə Valerian Zubova həvalə edilir. Sonra Zubov general İvan Dmitriyeviç Savelyevin izi ilə hərəkət edir.
Dərbənd istehkamları
Dərbənd istehkamları – Dərbənd şəhərini müdafiə edən qədim qala divarları. Böyük Qafqazın Calğan dağ silsiləsi Xəzərə üç kilometrdən bir az çox qalmış qurtarır və sahilboyu düzənlikdən ibarət dar keçid yaranır. Dərbənd səddi başlanğıcında bu keçidi qapayırdı. Hələ e.ə. VI əsrdə antik müəlliflər Mada (Midiya) sərhədlərini təsvir edərkən “Kaspi qapısı” adlı keçidi xatırlamışdılar. Sonralar ayrı-ayrı qaynaqlarda “Xəzər qapısı”, “Alban qapısı”, “Hun keçidi”, “Qafqaz qapısı”, “Dərbənd qapısı” kimi müxtəlif adlar daşımış həmin keçidin qədim dövr və orta əsrlərdə böyük hərbi-strateji əhəmiyyəti olmuş, onu əldə saxlamaq bu regionun dövlətlərinin həmişə diqqət mərkəzində dayanmışdı. Hunların ən qüdrətli çağında – Avropanın yarısını fəth etdikləri V əsrdə onlara qarşı yaradılan Dərbənd səddi Dərbənd qalası və Dağbandan ibarətdir. Narınqalanın cənub-şərq bucağından başlayan Dağbarı meşəlik və yarğanlı keçilməz dağlarla qərbə – Qafqaz dağlarının zirvə, düz və keçidlərinə doğru uzanırdı. Bu nəhəng istehkamın qalıqlarının uzunluğu indi 40 km-dən çoxdur. Qala kənd, qala, qalaça, uzun divarlar, qüllə, bürc və xəndəklərdən ibarət olan Dağbarı bütün ətraf ərazini nəzarət altında saxlayırdı.