Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Meyxanə
Meyxanə (türk. Meyhâne) — Türkiyədə asudə vaxtı spirtli içkilər qəbul etmək üçün ənənəvi içkixana. == Etimolgiya == Meyhane sözü türk dilinə farscadan gəlmişdir. Mürəkkəb sözdür. Mey şərab mənası, Hane isə ev, yer mənası verən 2 sözdən əmələ gəlmişdir. Meyhane sözünün bir çox sinonimi də köhnə dildə işlənmişdir. Bu səbəblə harâbât, humhane, hâne-i hammâr, der-i mugan, sahn-ı harâbât, bezm-i harâbat sözləri də meyhane sözünü əvəz edir və sinonim kimi istifadə olunur.Şeir və ədəbiyyat tarixində meyxanəlar mistik mənasında da istifadə olunurdu. Meyxanə, mistisizm mənasında şeyxin mistikasıdır. Şərab sevginin şərabı kimi nəzərdə tutulurdu. Qeyri-dini ədəbiyyatda isə meyxanə, sözün əsl mənasında, içki içənlər və şərab içənlərin oturub-içdikləri, söhbət etdikləri, yəni toplandıqları bir məkandır.
Meyxana
Meyxana — Azərbaycana məxsus, zərb alətinin müşayiəti ilə oxunan və ya deklamasiya edilən metrikləşdirilmiş musiqi-poetik janrı. Meyxanada iki və daha artıq meyxanaçı müşairə şəklində bədahətən söyləyir. Meyxananın quruluş xüsusiyyətləri bayatı, qoşma, gəraylı və başqa xalq, eləcə də, aşıq poeziyasının formalarına dəqiq olmasa da, meyxanının özünəməxsusluğu janra əlvanlıq artırır. Meyxanaya bu təkraredilməz görkəmi verən amil – müşayiətdə zərb alətinin metroritmik əsasının ostinat formullu təşkilidir. == Etimologiya == "Meyxana" sözü iki söz — "mey" (fars dili dialektlərinin birində "şərab", "sərxoşluq") və "xana" ("otaq" anlamı verir) sözlərinin birləşməsindən ibarətdir. == Tarixi == === XX əsrin erkən illəri === Meyxanaçı Kərimin sözlərinə görə, meyxananın tarixi XVIII əsrin axırında yazıçı Seyid Hüseyn Sadiqin qardaşı Mirpaşa ilə bağlıdır. Bəzi musiqi mütəxəssisləri meyxananın təşəkkül tarixinin qədimlərə getdiyini bildirirlər. Tarix elmləri doktoru Təvəkkül Səlimov meyxanaların "ən azı 550–600 illik ənənəyə söykəndiyini" qeyd edir. Professor Nizami Tağısoy isə meyxanaların qam-şaman ənənələrindən və ozan-aşıq sənətindən yarandığını bildirir: Meyxana ilə təmaslaşan elementlər xalq tamaşalarından olan "Kos-kosa" oyununda da müşahidə edilir. Novruz bayramı ilə əlaqədar ifa olunan "Kosa-kosa" kimi yığcam süjet və struktur əlamətləri ilə seçilən xalq tamaşasında əksini tapan, incə yumorla cilalanan mətn, mətnə oynaq və emosional təsir aşılayan ritm, xüsusən də ifanın təkrarlanan nəqərat hissəsi meyxanaya məxsus elementləri yada salır.Tənqid-təbliğ teatrı səhnəsində 1922–1923-cü illərdə söylənilmiş meyxanalar – Əliağa Vahid və Bağır Cabbarzadə, daha sonralar Mirpaşa və Əli İslam, Ağasəlim Çildağ və Həkim Qəni duetləri deyişmənin ən gözəl nümunələri hesab edilə bilər.
Məymanə
Məymanə ㅡ Əfqanıstanın Fəryab vilayətində şəhər. Mayoru Əhməd Cavid Qayvandır. == Tarix == Məymanə xanlığı: Buxara - Herat yolunun üzərində yerləşdiyindən asılı olaraq, fövqəladə bir strateji önəmi var.Əhalisi iki yüz mindən çoxdur ki bunun da hamısı Özbəklərdir.İnzibati mərkəz Məymanə şəhəridir. Bu yer 1874-cü ildə mühasirə döyüşləri ilə məşhur idi. Şəhərin ticarət önəmi getdikcə artaraq, Buxaraya açılan qapı rolunu oynayır.. == Əhalisi == XIX əsrdə şəhərin əhalisi 15-18 min nəfər idi.1958-ci ildə şəhərdə 30 min, 1979-cu ildə - 38.250, 1982-ci ildə - 56.973 nəfər yaşayırdı..2004-cü ildə şəhərin əhalisi 75.900 nəfər, 2015-ci ildə isə 149.040 nəfərə çatıbdır.. === Milli tərkibi === Məymanədə yerli Özbəklər üstünlük təşkil etsə də, az sayda Türkmənlər, Taciklər, Puştunlar və Bəluclar da yaşayırlar.
Mehmanə
Mehmana — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Çıldıran kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun Mehmana kəndi Kəlbəcər rayonunun inzibati tərkibinə verilmişdir. Kənd 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. == Tarixi == Yaşayış məntəqəsinin əvvəlki əhalisi yunanlar (rus. "qreki") olduğu üçün kənd əvvəllar Qreklər adlandırılırdı. Çar Rusiyasi Azərbaycanın şimalını işgal etdikdən sonra burada gəlmə erməni ailələri yerləşdirilmişdi. Güman etmək olar ki, kəndin adı meyməna sözündəndir. Meyməna və ya barangar Səfəvilər dövründə ordunun sağ cinahina deyilirdi. == Tarixi == Mehmana kəndi əvvəllər Dağlıq Qarabağ Muxtar Vilayətində Ağdərə rayonu inzibati ərazisinə aid idi, lakin 1992-ci ildə Ağdərə rayonu ləğv edilərək ərazisi qonşu Ağdam, Tərtər və Kəlbəcər rayonları arasında bölüşdürüldü. Mehmana kəndi də Kəlbəcər rayonuna birləşdirilən kəndlərdən biridir.
Meymand
Meymand (Fars)
Meydan
Meydan — binalarla və yaşıllıqlarla əhatə olunmuş, xüsusi memarlıqla layihələndirilmiş açıq şəhər sahəsi. Aşağıdakı meydanlar vardır: piyada meydanları: teatr, ticarət, memorial meydanları. nəqliyyat meydanları: vağzal, müəssisə qarşısı və s. kiçik yaşayış məskənləri meydanları: kənd, qəsəbə və s.
Miyanə
Miyanə (yerli əhali arasında həmçinin Miyana və Miyanıc olaraq da adlanır) (fars. میانه‎) — İranın Şərqi Azərbaycan ostanında şəhər, Miyanə şəhristanının inzibati mərkəzi. Tehrandan 439 km şimal-qərbdə, Təbrizdən isə 187 km cənub-şərqdə yerləşir. Əhalisi 200 min nəfərə yaxındır. Təbriz və Marağadan sonra Şərqi Azərbaycan ostanının üçüncü iri şəhəridir. 1828-ci ilin məşhur Türkmənçay müqaviləsinin imzalanma yeri olan Türkmənçay kəndi də məhz indiki Miyanə şəhristanının tərkibində, Miyanə şəhəri yaxınlığında yerləşir. == Etimologiyası == Bölgənin adı çox güman ki farsca "orta, mərkəz" mənalarını daşıyan "miyan" sözüylə bağlıdır; belə halda "Miyanə" adını "mərkəzdə yerləşən şəhər / mərkəzi şəhər" kimi açıqlamaq olar. Azərbaycanlı publisist-politoloq Reyhan Mirzəzadənin fikrincə, şəhər öz adını üç dağın — Büzgüm, Qaflantı və Üçtəpə dağlarının arasında yerləşdiyinə görə, rusiyalı tarixçi Vasili Bartoldun fikrincə erkən orta əsrlərdə bölgədəki iki ən böyük şəhərin — Ərdəbil və Marağanın arasında, hər iki şəhərdən təxminən eyni məsafədə (təxminən 20 fərsəx) aralı yerləşdiyinə görə, orta əsrlər tarixçisi Yaqut əl-Həməviyə görə isə Marağa və Təbriz arasında yerləşdiyinə görə və onlarla birlikdə bir üçbucaq təşkil etdiyinə görə almışdır. == Tarixi == Miyanə Azərbaycanın ən əski şəhərlərindən biridir. Əsası kənd kimi qoyulan bu şəhər tarixi Gərmərud (digər adı Gərməri) mahalının mərkəzi olub, vaxtilə Sərab xanlığının parçası olub.
Şeyxan
Şeyxan qəzası
Abay meydanı
Abay Meydanı (qaz. Абай алаңы) Qazaxıstanın Almatı şəhərindəki bir meydandır. Meydan Abay Kunanbayevin adını daşıyır. Meydanda ümumi bir bağ və fəvvarələr var. Meydan Respublika Sarayının qarşısında yerləşir. Ətrafında Qazaxıstan oteli, Arman kinoteatrı və Kök Töbe Parkına birləşdirən kanat dayanacağı var.Abay meydanında tez-tez xalq yığıncaqları, mərasimlər və konsertlər keçirilir. == Tarixi == Meydan 19-cu əsrin sonunda yaradılmışdır. Abay və Lenin Küçələrinin küncündə 1960-cı ildə Abay Kunanbayevə abidə qoyulmuşdur. Sonrakı illərdə "Arman" kinoteatrı və Kök Töbe kanat stansiyası ilə birlikdə binalar tikildi. 1970-ci ildə Lenin Sarayı (indiki Respublika Sarayı), ardından Qazaxıstan oteli və fəvvarələrlə təchiz olunmuş hovuz tikildi.Meydana adı verilən Abay Kunanbayev, 19-cu əsrin sonlarında yaşamış bir Qazax türkü idi.
Azadi meydanı
Azadi meydanı (fars. میدان آزادی; Meydane Azadi‎) — Azadlıq meydanı mənasını daşıyan meydan, İranın paytaxtı Tehranın simvollarından biridir. 50 m hündürlüyü olan Azadi qülləsi meydanın mərkəzində yerləşir. İran İslam İnqilabından əvvəl Şahyad meydanı (fars. شهیاد‎) "Şahın yadı" meydanı adlandırılırdı.
Azadlıq meydanı
Azadlıq meydanı (Bakı) — Bakının ən böyük və mərkəzi meydanı.
Azneft meydanı
Azneft meydanı – Bakı şəhərinin Səbail rayonunda meydan. == Tikililəri == === Seyid Mirbabayevin sarayı === Azneft meydanında yerləşən və vaxtilə Azərbaycanın neft milyonçularından biri olan Mirtağı Babayevə məxsus olmuş saraydır. === Four Seasons Hotel Baku === Azneft meydanında yerləşən və gözəl memarlıq üslubuna malik tikililərdən biri də dəbdəbəli Four Seasons otelidir. === Heydər Əliyev Fondu === === Bakı bulvarı === Azneft meydanının cənub hissəsi Bakı bulvarına açılır.
Babək meydanı
Babək meydanı — Naxçıvan şəhərində dəmiryolu vağzalının qarşısında, Əliqulu Qəmküsar küçəsi və Əlincə məhəlləsinin kəsişdiyi ərazidə yerləşir == Haqqında == 1989-cu ildən Babək meydanı adlandırılmışdır. Meydanda Babəkin at üstündə abidəsi ucaldılmışdır (heykəltaraş Naxçıvan Muxtar Respublikasının əməkdar incəsənət xadimi E.Cəfərovdur). Babək meydanında dəmiryol işçiləri parkı, məişət, iaşə, ticarət və s.xidmət obyektləri var. == Mənbə == Naxçıvan Ensiklopediyası. Bakı. 2002. səh. 54-55. ISBN 5-8066-1468-9.
Bayraq Meydanı
Dövlət Bayrağı Meydanı
Bazar Meydanı
Sıratağlı dini-memarlıq kompleksi, Bazar meydanı və ya Xanəgah kompleksi — İçəri Şəhərdə yerləşən və ölkə əhəmiyyətli abidə olan sıratağlı dini-memarlıq kompleksi. Qız Qalasının şimаl tərəfində 1964-cü ildə aparılan arxeoloji qazıntı işləri zаmаnı mаrаqlı quruluşа mаlik sıratağlı аbidə аşkаr оlunmuşdur. == Quruluşu == Abidənin hər tərəfdən səki və sütunlu tağlarla əhatə olunması Məscidül-Həramı xatırladır. Aparılan arxeoloji qazıntılar nəticəsində bu ərazidən 52 qəbir aşkar olunmuşdur. Qəbirlərin əksəriyyəti "əmanət meyitlər"dir. Abidə ərazisində və tağlar altında olan qəbirlər yəqin ki, başqa yerdən gətirilən "əmanət meyitlər"ə məxsus olmuşdur. Müsəlman adətlərinə görə bəzi şəxslər öldükdən sonra müqəddəs yerlərdə basdırılmalarını vəsiyyət edirdilər. Nəzərdə tutulmuş müqəddəs yer çox uzaq olduqda meyiti əmanət olaraq yaxın yerlərdə basdırırdılar. Həyətin ortasında, qəbirlərin yanında silindrik formalı bir quyu və ondan bir qədər aralı cənub-şərq tərəfdə səkkizguşəli böyük bir sütun aşkar olunmuşdur. Sütün daşla hörülmüş səkkizguşəli, üç pilləli səki üzərində dayanmışdır.
Corc meydanı
Corc meydanı (ing. George Square) — Qlazqonun mərkəzində yerləşən meydan.
Cıdır meydanı
Cıdır meydanı, və ya ippodrom (yun. ἱππόδρομος) — at yarışları və araba yarışları üçün qədim yunan stadionu. == Tarixi == Yunan ippodromu Roma sirkinə bənzər idi.
Dakar meydanı
Dakar meydanı və ya Dakar dairəsi — Bakı şəhərində yerləşən meydanlardan biri. "Neftçilər" metrostansiyasının yaxınlığında, Rüstəm Rüstəmov küçəsi və Qara Qarayev prospektinin kəsişməsində yerləşir. Bakı sakinləri onu daha çox "Neftçilər dairəsi" kimi tanıyırlar. Meydan, Bakı ilə qardaşlaşmış şəhər olan Seneqalın paytaxtı, Dakar şəhərinin şərəfinə adlandırılmışdır. İki şəhər 1967-ci ildə qardaşlaşmışlar. 1987-ci ilin sentyabrında Dakar şəhərinin əsasının qoyulmasının 100 illiyi münasibətilə Dakar şəhər bələdiyyəsinin nümayəndə heyəti Bakıda səfərdə olmuş və Dakar meydanına baş çəkmişdir. Meydanın mərkəzində mozaikalarla, göyərçin və salamlaşma təsvirləri ilə bəzədilmiş türbəşəkilli abidə, şərq tərəfində isə iki şəhərin gerblərini əks etdirən və fransızca "Cités Unies" (azərb. "Qardaşlaşmış şəhərlər"‎) sözləri yazılmış mozaikalı panno yerləşir.
Füzuli meydanı
Füzuli meydanı — Bakının mərkəzi meydanlarından biri. Meydan Dram Teatrının önündə, Şıxəli Qurbanov küçəsinin Mirzəağa Əliyev küçəsi ilə kəsişdiyi yerdə yerləşir. Meydanın mərkəzini Füzulinin heykəl kompozisiyası bəzəyir. Meydan ön tərəfdən Qış Bulvarına açılır, arxası isə Dram Teatrına söykənir.
Kallao meydanı
Kallao meydanı — (İspanca: plaza del Callao) İspaniyanın paytaxtı Madrid şəhərinin mərkəzində yerləşir. Meydan Kalle del Karmen küçəsinin sonunda yerləşir. Digər küçə, Kaller Prekiados, bu meydanın kəsişməsindən sonra açılır. Meydanı əhatə edən üçüncü küçə isə Qran Viyadır. == Tarixi == 1861-ci ildə salınmış meydan, 1866-cı ildə rəsmi olaraq açıldı. Onun adı 1866-cı ilin mayında Casta Méndez Nunez və Peru ordusu altındakı İspan donanması arasında baş vermiş Kallao döyüşünü xatırladır. Meydan 21-ci əsrdə əsaslı və təcavüzkar bir şəkildə islah edildi. İslahat, metro stansiyasına giriş və böyük ağaclar istisna olmaqla, o dövrdə mövcud olan bütün elementləri sökdü, meydanı piyada və homojen bir məkana çevirdi, məhdud sayda şəhər mebeli əlavə etdi.
Kızılay Meydanı
Qızılay meydanı və ya 15 Temmuz Kızılay Milli İrade Meydanı (türk. Kızılay Meydanı) — Ankaranın mərkəzində yerləşən meydan. == Tarixi == Əvvəllər Taşhan meydanı olaraq adlandırılan meydan 1920-ci illərdən sonra bugünkü adıyla xatırlanmağa başlanmışdır. 15 iyul 2016-cı ildə hərbi çevriliş cəhdindən sonra, Ankara Bələdiyyəsinin verdiyi qərarla meydanın adı 15 İyul Qızılay Milli İradə Meydanı (15 Temmuz Kızılay Milli İrade Meydanı) olaraq rəsmi şəkildə dəyişdirilmişdir. == Xüsusiyyətləri == Şərqdən Ziya Göyalp Prospekti (Kollec, Qurtuluş), qərbdən Qazi Mustafa Kamal Bulvarı (Qısaca GMK Bulvarı) (Demirtəpə, Maltəpə, Tandoğan), şimal-cənub oxunda isə Atatürk Bulvarı (Sıhhiyə, Ulus, Bakanlıklar, Kavaklıdərə) yollarının kesişimindedir.
Lenin meydanı
Lenin meydanı — Vladimir İliç Leninin adı verilmiş meydanlar. Lenin meydanı (İşimbay) — İşimbay şəhərində meydan. == Adı dəyişdirilənlər == Lenin meydanı — Bakı şəhərindəki Azadlıq meydanı. Lenin meydanı — Tbilisi şəhərindəki Azadlıq meydanı.
Leylanə (Sərdəşt)
Leylanə (fars. ‎ليلانه‎) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 428 nəfər yaşayır (67 ailə).
Meydanək (Komican)
Meydanək (fars. میدانک‎) — İranda, Mərkəzi ostanında, Komican şəhristanının Mərkəz bəxşinin Vəfs dehestanında kənd. 2011–ci il siyahıyaalınmasına əsasən kəndin əhalisi 99 ailədə 162 nəfəri kişilər və 163 nəfəri qadınlar olmaqla cəmi 325 nəfərdir. Kəndin əhalisini türklər təşkil edir, türkcə danışırlar və şiə müsəlmandırlar.
Meymand (Fars)
Meymənd — İranın Fars ostanının Firuzabad şəhristanının Meymənd bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 8,615 nəfər və 2,138 ailədən ibarət idi.