AZDIRMAQ

f.
1. İtkin salmaq, evdən uzaqlaşdırmaq, rədd etmək. İti azdırmaq. Pişiyi azdırmaq.
2. Düz yoldan çıxarmaq, yanlış istiqamətə yönəltmək, pis yola sövq etmək.
Atalar doğru deyiblər ki, dövlət adamı azdırar. İ.Musabəyov.

// məc. Qəsdən sapdırmaq, fikrini yayındırmaq, çaşdırmaq.
Yenə bir para ata-analarına lənət olmuşlar başlayıblar millətimizi çaşdırmağa, azdırmağa. C.Məmmədquluzadə.
[Tahir:] Mənim fikrimi azdırma, mən cəbhəni demirəm.
Oranın öz qayda-qanunu var. M.Hüseyn.

3. Başqa tərəfə, başqa istiqamətə çevirmək, yönəltmək.
Əbəs göstərmə sən məscid təriqin Seyyidə, zahid; Onu azdırmaq olmaz bir dəxi meyxanə rahindən. S.Ə.Şirvani.
Bəziləri paya kəsib hazırlayır, çayın içinə salınmış iri daşların dalına sancıb şəl basır, çayın ağzını əkinlərin üzərindən azdırırdılar. Ə.Vəliyev.

4. məc. Arzu edilməyən bir şəxsdən yaxa qurtarmaq üçün onu cürbəcür vasitələrlə özündən uzaqlaşdırmaq. Hərifi azdır getsin, qulağımızı apardı.
5. Korlamaq, pis öyrətmək, ərköyün öyrətmək, qudurtmaq. Uşağı azdırmışsınız, sözə də baxmır.
6. Bir sıra isimlərə qoşularaq müxtəlif ifadələr və mürəkkəb feillər düzəldilir; məs.: ağlını azdırmaq, danışığını azdırmaq, iz azdırmaq.

Sinonimlər (yaxın mənalı sözlər)

  • AZDIRMAQ 1. AZDIRMAQ, DÜZ YOLDAN ÇIXARMAQ, PİS YOLA SÖVQ ETMƏK. 2. azdırmaq bax sapdırmaq

Etimologiya

  • AZDIRMAQ Bu sözün azıtmaq variantı da var. Hər ikisi azmaq feilindən əmələ gəlib. Birinci sözdə -dır şəkilçisi təsirsiz feili təsirliyə çevirib (qız və qızdır
AZDIRMA
AZDIRTMAQ

Digər lüğətlərdə

заклёвывать ну во́т перекра́сть уда́вленник филисти́мляне бедня́чка волше́бник геологосъёмочный грему́чники каракулево́д макроцефа́л муштрова́ть подру́женька упоря́доченность ерофеич шивыдранец anourous aureola heliosphere oil varnish зарыдать клевер наверх напоминать факельный