Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Mişkinaz Cavid
Cavid Mişkinaz Molla Hüseyn qızı (1902, Naxçıvan – 16 noyabr 1976, Bakı) — məşhur xəttat, Görkəmli Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin həyat yoldaşı. Mişkinaz Cavid H. Cavidin ilk oxucusu olmuş, onların üzünü köçürmüşdür. "İblisin intiqamı" pyesinin onun xətti ilə köçürülmüş surəti olmasaydı, böyük şair və dramaturqun repressiya qurbanı olmuş başqa əsərləri kimi, bu əsər də itəcəkdi. Hüseyn Cavidin həbsindən sonra tikiş artelində işləmiş, mənzilləri əlindən alınmış, məşəqqətli günlər yaşamışdır. Lakin bu qeyrətli qadın bütün əzab-əziyyətlərə mərdliklə sinə gərərək dahi ərinin şərəf və ləyaqətini uca tutmuşdur. Hüseyn Cavidlə bağlı xatirələrinin bir qismi çap olunmuş, bir qismi isə böyük şairin Bakıdakı ev-muzeyində saxlanılır. Məzarı Naxçıvan şəhərindədir. Şair Hüseyn Cavidin həyat yoldaşıdır. Turan Cavidin anasıdır. Ərtoğrol Cavidin anasıdır.
Səbinə Mikina
Səbinə Kərimova (qızlıq soyadı: Mikina; 24 oktyabr 1987, Bakı) — Azərbaycanı təmsil edən qılıncoynadan. Səbinə Kərimova 1987-ci il oktyabrın 24-də anadan olub. 2005-ci ildən idmanla məşğul olur. Ailəlidir. Bir oğlu var. Səbinə Mikina birinci uğurlarına FIE Qran-Pri turnirinin Azərbaycan mərhələlərində imza atdı. 2009-cu ildə turnirin qalibi olan Səbinə Mikina 2010-cu ildə turniri gümüş medalla başa vurdu. Səbinə Mikina Azərbaycanı 2012-ci ilin avqustunda Birləşmiş Krallıqın London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil elədi. Avqustun 1-də qadınların sablya turnirində çıxış edən Səbinə Mikina olimpiadanın 1/16 final mərhələsində Almaniya nümayəndəsi Alexandra Bujdoso ilə üz-üzə gəldi. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Səbinə Mikina rəqibi üzərində 15:14 hesabı ilə qələbə qazandı və turnirin 1/8 final mərhələsinə adladı.
Miskincə
Miskincə- (Miskicka) (ləzgi dilində Məscid (Miski) + yeri (cka) deməkdir) ləzgi kəndidir, Dağıstanın Doqquzpara rayonunun ən böyük yaşayış məntəqəsidir. Burada 1000 təsərrüfat, 7500-dən çox əhali yaşayır. Miskincənin tarixi- müharibələr tarixi olduğu üçün Qacar xalqının tarixinə qəhrəmanlıq səhifələri yazmış Dadaş, Sübhan, Lələ və Qənbər kimi xalq sərkərdələrinin adları xatirələrdə qalıb, onlar vətənin azadlıq və müstəqilliyini qoruyub saxlayıblar. 738-ci ildə Dərbəndin ərəb döyüşçülər üçün əmək haqqı ödəmək haqda sərkərdə Mərvan İbn Mahmud Kuri və Miskincdən 14 min batman buğda və 40 min dirhəm aldı. 1409-cu ildə Miskincə məscidində onun yetirmələrindən biri tərəfindən böyük şair – Şərqin mütəfəkkiri Sədinin “Gülüstan” kitabının bir hissəsi ərəb dilinə köçürüldü. Tərkibində 8 minə yaxın əhalisi olan minə yaxın həyəti-ailəni birləşdirən böyük dağ mahalının inzibati mərkəzi olduğu zaman Miskincə kəndinin 1800-cü il maraqlı statik məlumatı. Bu Qacar elinin böyük icması idi. Kəndin özü icma daxili tabeçiliyi olan 7 yaşayış məntəqəsi (qazmalar) xüsusi müdafiə- təsərrüfat funksiyalarını yerinə yetirirdi. XIX əsrin ortalarında Miskinclilər Qafqazda Rus dövlətinin maraqlarını təmin edən müharibələrdə fəal iştirak ediblər. Bu müharibələrdə Miskinclilər böyük qurbanlar (insan itkiləri) verib və ona qədər döyüş qardaşlığı sədaqəti nümunəsi nümayiş etdiriblər.
Miskinli
Miskinli — Təxəllüs. Miskinli Vəli — Azərbaycan aşığı. Fəzail Miskinli — Azərbaycan aşığı. Miskinli (Gədəbəy) — Azərbaycanın Gədəbəy rayonunun inzibati ərazi vahidində kənd (əvvəlki adı "Rüstəm Əliyev"). Miskinli (Şəmkir) — Azərbaycanın Şəmkir rayonunun inzibati ərazi vahidində kənd.
Əskinaz
Əsginas — dördbucaqlı kağız, xüsusi qalın parça, əsasən ipək, metal və plastik materialdan hazırlanan pul vahidi; Milli valyuta əsginaslar hər ölkənin mərkəzi bankı tərəfindən buraxılır və de-yure bütün ölkə ərazisində ödəniş vasitəsi kimi qəbul edilməyə məcburidir. Əsginaslar tədavüldə olan qızıl sikkənin əvəzedicisi kimi meydana gəlmişdir. Ən qədim əsginas IX əsrdə (812-ci il)Çin ərazisində Tan sülaləsi tərəfindən buraxılıbdır. Əsginasların buraxılması hüququnu dövlət öz üzərinə götürür. Buraxılmış pulun nominal dəyəri ilə onların buraxılş dəyəri arasındakı fərq (kağıza çap edilməsinə çəkilən xərclər) xəzinənin emissiya gəlirini təşkil edir. İlk mərhələdə əsginaslar qızıl pullarla yanaşı buraxılırdı və onları tədavülə yeritmək üçün qızıl sikkələrə dəyişdirirdilər. Əsginaslar banknotlardan bir neçə xüsusiyyətinə görə fərqlənir. Əsginaslar tədavül funksiyasını yerinə yetirir, banknotlar isə tədiyə vasitəsidirlər. Əsginasları dövlət buraxır, banknotları isə mərkəzi emissiya bankları çap edir. Ən maraqlı əsginaslar / banknotlar (az.) Pul ilə əlaqədar olan bu məqalə qaralama halındadır.
Mışkin
Mışkin — Rusiya Federasiyasında yerləşən şəhər Yaroslavl vilayətinə daxildir
Fəzail Miskinli
Fəzail Cəfər oğlu Orucov (12 mart 1976, Çaldaş, Gədəbəy rayonu) — Azərbaycan aşığı; sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent; Azərbaycan Aşıqlar Birliyinin və Yunus Emre kültür mərkəzinin (2000) üzvü. == Həyatı == Fəzail Orucov 12 mart 1976-cı ildə Gədəbəy rayonunun Çaldaş kəndində qulluqçu ailəsində doğulmuşdur. 1984-cü ildə Gədəbəy rayonunda keçirilən "Gədəbəyin yazı – aşığın sazı" adlı müsabiqənin laureatı olmuşdur. 1993-cü ildə orta məktəbi bitirib və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin bədii yaradıcılıq fakültəsinin teatr-rejissorluğu ixtisasına daxil olmuşdur. 1997-ci ildə universitetin bakalavr pilləsini bitirib, teatrşünaslıq ixtisası üzrə magistraturaya qəbul olmuşdur. 1999-cu ildə magistraturanı bitirib, teatrşünaslıq ixtisası üzrə aspiranturaya qəbul olmuşdur. 2000-ci ildən etibarən Yunus Emre kültür mərkəzinin üzvüdür. Xarici ölkələrdə Almaniyada, Fransada, İspaniyada, Malayziyada, Özbəkistanda, İranda, Çində, Qazaxıstanda, Macarıstanda, Maltada, Belarusiyada, Qırğızıstanda, Rusiyada, Bosniyada, Azərbaycan aşıq musiqisini təmsil etmişdir. == Elmi-pedaqoji fəaliyyəti == 1999-cu ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyətlə məşğul olmuşdur. Eyni zamanda AMEA Folklor İnstitutunda laborant, elmi işçi vəzifələrində çalışmışdır.
Miskinli (Gədəbəy)
Miskinli (əvvəlki adı: Rüstəm Əliyev) — Azərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 25 oktyabr 2011-ci il tarixli, 223-IVQ saylı Qərarı ilə Gədəbəy rayonunun Rüstəm Əliyev kənd inzibati ərazi dairəsi tərkibindəki Rüstəm Əliyev kəndi Miskinli kəndi adlandırılmış və Rüstəm Əliyev kənd inzibati ərazi dairəsi Miskinli kənd inzibati ərazi dairəsi hesab edilmişdir. Miskinli kəndinin əsl və tarixi adı Qarabulaq və ya Böyük Qarabulaq olmuşdur. Miskinli çuxuru adlanan coğrafi ərazinin ən böyük yaşayış sahəsidir. Kəndin ərazisi tarixi abidələrlə, xüsusilə də qəbir abidələri ilə zəngindir. Son tunc dövrünü əhatə edən Xocalı-Gədəbəy mədəniyyəti bu ərazilər üçün də xarakterikdir. Kəndin cənub-qərb hissəsini əhatə edən yüksəklikdə yerli əhali tərəfindən Koroğlu qalası adlandırılan müdafiə tikilisi vardır. Kənd dağlıq ərazidə, orta və yüksək hündürlüklü lələkvari dağlar arasında yerləşir. İqlimi mülayim soyuq və mülayim isti xarakterlidir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 2140 nəfər əhali yaşayır.
Miskinli (Şəmkir)
Miskinli – Azərbaycan Respublikasının Şəmkir rayonunun inzibati ərazi vahidində kənd. Kənd əhalisi 352 nəfərdir ki, onunda 197 nəfəri kişi, 155 nəfəri isə qadınlar təşkil edir. Əsas təsərrüfatı heyvandarlıq və əkinçilikdir.
Miskinli Vəli
Bayramov Vəli Alı oğlu (Miskinli Vəli) (1894, Miskinli, Yelizavetpol qəzası – 21 dekabr 1995, Gədəbəy rayonu) — Azərbaycan aşığı. Miskinli Vəli 1894-cü ildə Gədəbəy rayonunun Böyük Qarabulaq (indiki Miskinli) adlanan kənində yoxsul bir ailədə doğulmuşdur. Atası Vəlinin 2 yaşı olanda vəfat edib. O, doqquz yaşında ikən muzdurluğa başlamış, sonralar bir müddət çobanlıq etmişdir. 19–20 yaşlarında aşıqlığa başlamışdır. Onun ustadı olmayıb. Saz çalmağı, məclis aparmağı və ümumiyyətlə, aşıqlıq sənətinin sirlərini müstəqil öyrənib. Aşıq Vəli təhsil almadığından yazıb-oxumağı bacarmasa da, güclü hafizəsinin köməyi ilə Azərbaycan el ədəbiyyatından saysız-hesabsız şeirləri, dastanları və folklor nümunələrini yadda saxlamışdır. Miskinli Vəlinin şerləri janrca müxtəlifdir. Onun qoşma, qoşayarpaq qoşma, gəraylı, təcnis, dodaqdəyməz, gedərgəlməz təcnis, müxəmməs, divani, qıfılbənd və s.
Miskinli bələdiyyəsi
Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Mislina Gözükara
Mislina Gözükara (20 dekabr 1997, Qəhrəmanmaraş) — Türkiyə doğumlu azərbaycanlı futbolçu. O, hücumçu mövqeyində oynayır və hazırda Türkiyə Birinci Liqasında Nuh Spor klubunun və Azərbaycan qadın milli komandasının üzvüdür. == Klub karyerası == Gözükara, 23 oktyabr 2012-ci ildə Maraşgücüspor klubundan lisenziyasını əldə etdi, bu, bir qadın futbol baş məşqçisi tərəfindən bir neçə ay əvvəl doğulduğu şəhərdə qurulan ilk qadın futbol klubudur və 2012–2013-lüqeydində iştirak etməyə başladı. İlk sezonlarından başlayaraq beş mövsüm boyu İkinci və Üçüncü ləqəbdə 66 oyunda 102 qol vurdu. 4 dekabr 2016-cı ildə 60-cı oyunda 100-cü qolunu vurdu. Komandasının kapitanı kimi xidmət etdi. 2017–2018 mövsümündə ikinci ləqəbdə oynayan Gaziantep əsaslı ALG Spor klubuna transfer oldu. Mövsümün sonunda komandası Birinci Lige yüksəldi. 2020-ci ilin əvvəlində Gözükara İstanbul əsaslı Fatih Vatan Spor klubuna transfer oldu. sentyabr 2020-də təlim zamanı çapraz bağların zədələnməsi səbəbindən əməliyyat keçirdi.
Miskin Abdal
Miskin Abdal (1430, Zərgərli – 1535, Zərgərli, Çuxursəəd) — Səfəvilərin görkəmli dövlət xadimi, diplomat, Şah İsmayıl Xətainin mürşidi, "Ricalül-Qeyb" ("Qeyb Ərəni"), böyük Övliya, Sufi şeyxi, sərkərdə, sufi-şair, ozandan aşığa (Haqq aşiqliyinə), qopuzdan saza keçidin banisi, çoxsaylı aşıq havalarının müəllifi, Ocaq-Pir sahibi. Miskin Abdal adı ilə tarixə düşən Seyid Hüseyn Məhəmməd oğlu 1430-cu ildə Göyçə mahalının Sarıyaqub (Zərgərli) kəndində anadan olub. Hüseynin mənsub olduğu "Zərgərli" tayfası o dövrün tanınmış tayfalarından biri idi. Hüseynin ulu babası Yaqubla Şeyx Səfi arasında qırılmaz dostluq əlaqələri olmuş, bu mənəvi yaxınlıq sonralar hər iki nəslin törəmələri arasında davam etmişdir. Hüseynin babası Cəfər, atası Məhəmməd Ərdəbil şeyxlərinin ən sınanmış müridləri kimi Göyçədə sufiliyin təriqət ideyalarının yaranmasına hamilik etmişdilər. Belə bir mühitdə böyüyən Hüseyn müqəddəs nəslin tarixi və mənəvi-dini missiyasını ləyaqətlə daşıyır. Miskin Abdal adı ilə aşıq-sufi ədəbiyyatının binasını qoyur, Zərgərli şəcərəsinin Mövlana Miskin Abdalı — ruhun memarı kimi tanınıb şöhrət tapır. Təriqət ideologiyası ilə ədəbiyyata, aşıq sənətinə büllurluq, müqəddəslik gətirir. Əksər Haqq Aşiqləri kimi Miskin Abdala da yuxusunda Təbriz şəhərindən olan Sənubər adlı qıza buta verilmiş, Təbrizə gedib, butasına qovuşmuş, onunla evlənmişdir. Bir müddət sonra bədbəxt hadisə nəticəsində Sənubər vəfat etmiş, bundan sonra o uzun müddət evlənməmiş, yalnız 50 yaşından sonra İrəvandan tacir qızı Həlimə ilə evlənmiş, bu nikahdan onların 4 övladı – Şadman, Əli və Həsən adlı oğulları, Məleykə adlı qızı olmuşdur.
Miskin Qələm
Miskin Qələm (ing. Mishkín-Qalam) - XIX əsrdə yaşamış məşhur kalliqrafiya ustası və rəssam. Miskin Qələm eyni zamanda bəhai dinin qəbul edərək dinin əsas təbliğatçılarından birinə çevirilmişdir. Bəhai dinində Bəhaullahın 19 həvarisindən biri hesab olunur. Miskin Qələm dünyada ən geniş yayılmış bəhai simvollarından olan ismí al-a'zamın (azərb. ən uca ad‎) kalliqrafik müəllifi kimi tanınır. Miskin Qələm 1826-cı ildə Şiraz şəhərində anadan olmuşdur. Bəhailik dinin yayılmasını xəbərini alanda İsfahan şəhərində yaşayırdı. Bir necə il sonra Bağdad şəhərinə gedərək burada digər bir bəhai həvarisi Nəbili-Əzəm ilə görüşmüş və dinin təməl prinsipləri ilə daha ətraflı tanış olmaq imkanı əldə etmişdir. Miskin Qələmin Ədirnə şəhərinə gedərək burada Bəhaullah ilə də görüşdüyü məlumdur.
Miskin Vəli
Bayramov Vəli Alı oğlu (Miskinli Vəli) (1894, Miskinli, Yelizavetpol qəzası – 21 dekabr 1995, Gədəbəy rayonu) — Azərbaycan aşığı. Miskinli Vəli 1894-cü ildə Gədəbəy rayonunun Böyük Qarabulaq (indiki Miskinli) adlanan kənində yoxsul bir ailədə doğulmuşdur. Atası Vəlinin 2 yaşı olanda vəfat edib. O, doqquz yaşında ikən muzdurluğa başlamış, sonralar bir müddət çobanlıq etmişdir. 19–20 yaşlarında aşıqlığa başlamışdır. Onun ustadı olmayıb. Saz çalmağı, məclis aparmağı və ümumiyyətlə, aşıqlıq sənətinin sirlərini müstəqil öyrənib. Aşıq Vəli təhsil almadığından yazıb-oxumağı bacarmasa da, güclü hafizəsinin köməyi ilə Azərbaycan el ədəbiyyatından saysız-hesabsız şeirləri, dastanları və folklor nümunələrini yadda saxlamışdır. Miskinli Vəlinin şerləri janrca müxtəlifdir. Onun qoşma, qoşayarpaq qoşma, gəraylı, təcnis, dodaqdəyməz, gedərgəlməz təcnis, müxəmməs, divani, qıfılbənd və s.
Məhəmməd Cəfər Miskin
Məhəmməd Cəfər Miskin (XIX əsr, Şəmkir) — XIX əsr Azərbaycan şairi və satirikçisi. Məhəmməd Cəfər Miskin Şəmkirdən idi. O, lirik şeirlərlə yanaşı, zadəganları, bəyləri və şah idarəçilərini ifşa etdiyi satirik əsərlər də yazmışdır. Miskin kəndlilərə vurduqları zərəri təsvir edərək rüşvətxor çar məmurlarını qınayırdı. Şair dini xarakterli müqayisələrdən də istifadə etmiş, burada məmurları İmam Hüseynin qatilinə bənzətmişdir. Ф. С. Касимзаде. Очерки по истории азербайджанской литературы XIX века. Баку: Азернешр. 1962.