Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Minzələ
Minzələ və ya Menzelinsk (tatar. Минзәлә; rus. Мензелинск) — Rusiya Federasiyasında yerləşən şəhər Tatarıstan Respublikasına daxildir.
Qəhrəman Binnətli
Qəhrəman Binnətli — (d. 04.03.1942 — ö. 01.01.2004) Azərbaycan fiziki, fizika-riyaziyyat elmləri doktoru, professor Binnətli Qəhrəman Hümmət oğlu Gürcüstan Respublikasının Marneuli rayonunun Kürüstü Kəpənəkçi kəndində dünyaya gəlmiş və Bakı şəhərində vəfat etmişdir. 1964 Azərbaycan Dövlət Pedaqoji Universitetini bitirmişdir. 1964–1992 Azərbaycan Politexnik İnstitutunda (indiki ATU) müəllim işləmişdir. 1990 Fizika-riyaziyyat elmləri doktoru adını almışdır. 1991 Fizika üzrə Professor olmuşdur. 1992–1997 Azərbaycan Memarlıq və İnşaat Universitetində kafedra müdiri işləmişdir. 1995–1997-ci illərdə Türkiyənin Kütahya şəhərində yerləşən Dumlupınar Universitetində elmi ezamiyyətdə olmuşdur. 1997–2002 Azərbaycan Memarlıq və İnşaat Universitetində kafedra müdiri və eyni vaxtda Qafqaz Universitetində tədris işləri üzrə prorektor vəzifələrində çalışmışdır.
Rövşən Binnətli
Rövşən Binnətli (26 dekabr 1958, Mirəşəlli, Ağdam rayonu)– idman jurnalisti və futbol şərhçisi. İdman TV-nin hazırkı direktoru, Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının baş katibi. 2000-ci ildən 2012-ci ilədək "Lider" Televiziyasında şərhçilər qrupunun rəhbəri, televizyanın baş idman şərhçisi olub. 2012-ci ildən 2015-ci ilədək "Baku Post" qəzetində şöbə müdiri, ardınca qəzetin Azərbaycan dili bölməsinin redaktoru işləyib. 2015-ci ildən 2019-cu ilədək "CBC Sport" telekanalının informasiya xidmətinin şef redaktoru kimi çalışıb. Rövşən Tahir oğlu Novruzov 26 dekabr 1958-ci ildə Ağdam rayonu Mirəşəlli kəndində anadan olub. 1976-cı ildə Ağdam şəhər 8 saylı orta məktəbi bitirib. 1977–1979-cu illərdə, Moskvada Sovet Ordusu sıralarında hərbi xidmətdə olub. 1987-ci ildə Azərbaycan Dövlət Universitetinin "jurnalistika" fakültəsini bitirərək "jurnalist" ixtisasına yiyələnib. Əmək fəaliyyətinə 1976-cı ildə Ağdam rayon 43 nömrəli Səyyar Mexanikləşdirilmiş Dəstədə fəhlə kimi başlayıb.
Minzələ rayonu
Minzələ rayonu (tatar. Минзәлә районы) — Rusiya Federasiyası, Tatarıstan Respublikasının ərazisinə daxil olan inzibati rayon. Rayon respublikanın şimal-şərqində yerləşir. Respublikanın Alabuqa rayonu və Udmurtiya (Alnaş, Qraxov rayonları), Nijnekamsk su anbarı ilə isə Tatarıstanın Tukay və Əgerce rayonları ilə həmsərhəddir. Rayonun inzibati mərkəzi Minzələ şəhəridir. Respublikanın Aktanış, Müslüm, Sarman, Tukay, Əgerce rayonları və Udmurtiya (Karakulinski rayonu) ilə həmsərhəddir. Sahəsi 1919.75 km²-dir. Bu, bütün Tatarıstanın 2.8% ərazisidir. Əkin sahələri ümumi ərazinin 45% -ni, meşə 12% -ni, otlaqlar 8% -ni, çəmənliklər 24% -ni təşkil edir. Nijnekamsk su anbarının qurulması nəticəsində rayon torpaqlarının bir hissəsi su altında qalmışdır.
Məhəmmədkərim xan Minnət
Minnət Məhəmmədkərim xan Qasımlı-Avşar - XVIII əsr şairi, hakim. Minnət Məhəmmədkərim xan Qasımlı-Avşar İsfahan şəhərində anadan оlmuşdu. Nadir şah Qırxlı-Avşarın hakimiyyəti dönəmində Tehran şəhərinin hakimi idi. Bir çоx müharibələrdə böyük igidliklər göstərmişdi. Əmiraslan xan Qırxlı-Avşar оnu Məhəmmədisa xan Qasımlı-Avşarın yеrinə Urmiyaya hakim təyin еtmişdi. 1745-ci ildə Urmiyanın hakimi оlarkən Nadir şaha qarşı çıxdığından tutulub kоr еdilmişdir. Məhəmmədkərim xan şair idi. Minnət təxəllüsü ilə incə təbli şеirlər yazırdı.
Davide Minnella
Davide Minnella (2 iyun 1979, Qallipoli[d], Apuliya) — italyan rejissoru və ssenaristi.