Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Mizoen
Mizoen (fr. Mizoën) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Bur-d'Uazan kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38237. Kommunanın 1999-cu il üçün əhalisi 163 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 955 ilə 2964 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 520 km cənub-şərqdə, Liondan 130 km cənub-şərqdə, Qrenobldan 36 km şimal-qərbdə yerləşir.
Sitozin
Sitozin — Sitosin adenin, quanin və timin (RNT-də urasil) ilə birlikdə DNT və RNT-də olan dörd əsas əsasdan biridir. Heterosiklik aromatik halqalı və bir-birinə qoşulmuş iki əvəzedici (4-cü vəziyyətdə amino qrupu və 2-ci vəziyyətdə keto qrupu) olan bir pirimidin törəməsidir. Sitozin nukleosidi sitidindir. Vatson-Krik baza cütləşməsində, guanin ilə üç hidrogen əlaqəsi meydana gətirir. == Tarixi == Sitozin, 1894-cü ildə dana timus toxumasından hidroliz edildikdə Albret Kossel və Albert Neumann tərəfindən kəşf edildi və adlandırıldı. Quruluş 1903-cü ildə təklif edilmiş və eyni il laboratoriyada sintez edilmişdir (və beləliklə təsdiq edilmişdir). 1998-ci ildə Oksford Universitetinin tədqiqatçıları Deutch-Joss alqoritmini iki kubitlik bir nüvə maqnit rezonans kvant kompüterində (NMRQC) tətbiq etdikdə, kvant məlumatlarının işlənməsinin erkən nümayişində sitozin istifadə edildi. 2015-ci ilin mart ayında NASA alimləri kosmik laboratoriya şəraitində pirimidindən urasil və timinlə birlikdə sitozin meydana gəldiyini bildirdilər, bunun mənşəyi bilinməsə də meteoritlərdə pirimidin olduğu üçün maraq doğurur. == Kimyəvi reaksiyalar == Sitosin DNT-nin, RNT-nin və ya nükleotidin bir hissəsi kimi tapıla bilər. Sitidin trifosfat (STP) olaraq fermentlər üçün kofaktor rolunu oynaya bilər və adenozin difosfatı (ADP) adenozin trifosfata çevirmək üçün fosfatı nəql edə bilər.
Violin
Skripka — simli musiqi aləti. Dolğun və axıcı səslənən alətdir. İnstrumental ansamblların və orkestrlərin əsas tərkib hissəsi və solo alət kimi yayılmışdır. ka == Tarixçə == Skripka XVI əsrdə meydana gəlmiş, XVII əsrdə geniş yayılmışdır. Tarixin ən məşhur skripka ustası Antonio Stradivari olmuşdur. Onun skripkaları hələ də ən məşhur skripkalardır və onların qiyməti milyonlarla ölçülür. Skripkanı Azerbaycana ilk dəfə Ceyhun Bədəlbəyli gətirmişdir. == Quruluşu == Mükəmməl cilalanmış armuda oxşar qutu üzərində gərilmiş olan dörd teldən və əlavə saptan ibarətdir. Forması akustik hesablarla təyin olunmuşdur. Gövdəsi xarakter oval formaya malikdir, uzunluğu çox zaman 38 sm olur, qrifi üzərinə dörd sim çəkilmişdir.
Cizzin
Cizzin — (ərəb. جزين‎) Livanın cənub əyalətində bir şəhərdir. == Haqqında == 2005-ci il siyahıyaalınmasında 13,476 nəfər əhalisi olan bir şəhərdir.
Mizon
Mizon (fr. Mison, oks. Mison) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Sisteron kantonuna daxildir. Kommunanın dairəsi — Forkalkye. INSEE kodu — 04123. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 985 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 636 nəfərin (15-64 yaş arasında) 468 nəfəri iqtisadi cəhətdən, 168 nəfər hərəkətsiz (fəaliyyət göstərici 73.6%, 1999-cu ildə 71.3%) idi. Fəal olan 468 nəfərdən 425 nəfər (240 kişi və 185 qadın), 43 nəfər işsiz (17 kişi və 26 qadın) idi.
Mobin
“Mobin” İranın çoxməqsədli yerüstü idarəeməyə malik pilotsuz uçuş aparatıdır. Bu PUA ilk dəfə 27 avqust 2019-cu ildə Rusiyanın Jukovski beynəlxalq hava limanında keçirilən MAKS aviaşousunda nümayiş etdirilib. Mobin düşmənin müdafiəsinə nüfuz edən raketləri ələ keçirmək üçün hazırlanıb. 2018-ci ildə İranda silahlanmaya qəbul edilən “Mobin” ixrac üçün də nəzərdə tutulub. == Qabiliyyətləri == “Mobin” həm zərbə, həm də kəşfiyyat PUA-sı kimi fəaliyyət göstərə bilər və radarlara gürünməyən stels xüsusiyyətlərə malikdir. 3 m qanad uzunluğuna malik PUA-nın EPR-i 0,1 m²-dən azdır. Korpusun burun hissəsindəki xüsusi bölmədə 120 kq-lıq (260 funt) müxtəlif döyüş başlıqlarının quraşdırılması mümkündür. Raketin yük bölməsinin həcmi 116 litrdir. Qısa, orta və uzun məsafələr üçün yanacaq idarəetmə sistemi mövcuddur. 450 kilometr (280 mil) döyüş radiusuna malik PUA-nın çəkisi 670 kiloqramdır (1480 funt).
Mozir
Mozır (belar. Мазы́р) — Belarusda şəhər. Qomel vilayətində yerləşən şəhər Mozir rayonunun inzibati mərkəzidir. Mozir şəhəri vilayətin mərkəzi olan Qomel şəhərindən 133 km qərbdə, paytaxt Minsk şəhərindən isə 220 km cənub-şərqdə yerləşir.
Dayan Murzin
Dayan Fatqolbayan oğlu Murzin (tatar. Dayan Fätqolbayan ulı Murzin, Даян Фатколбаян улы Мурзин; 20 yanvar 1921, Köhnə Balıqlı, Ufa quberniyası – 9 fevral 2012, Ufa) — İkinci Dünya müharibəsi və Müqavimət hərəkatının iştirakçısı. == Həyatı == Dayan Fatqolbayan oğlu Murzin 20 yanvar 1921-ci ildə Ufa quberniyasının Köhnə Balıqlı kəndində (indiki Başqırdıstanın Bakalı rayonu) anadan olub. Məktəbi əla qiymətlərlə bitirmişdir. Milliyyətcə tatardır. Müharibədən əvvəl Kuşnarenkovo ​​pedaqoji məktəbini bitirib. Köhnə Balıqlı kəndində kənd müəllimi işləyib, ardınca Taktaqulovskaya natamam orta məktəbinin direktoru olub. 1941-ci ilin mayında Riqa Hərbi Məktəbini bitirmiş, Baltik Hərbi Dairəsinin 10-cu Piyada Diviziyasında taqım komandirinin köməkçisi vəzifəsində çalışmışdır. 1941-ci il iyunun 22-dən cəbhəyə yola düşmüşdür. 10-cu piyada diviziyasında taqım komandiri kimi döyüşmüşdür.
Miomir Muqoşa
Miomir Muqoşa (d. 23 iyul 1950, Çetinye, Monteneqro, Yuqoslaviya) — Monteneqronun paytaxtı Podqoritsa şəhərinin meri (2000-ci ildən). == Həyatı == 23 iyul 1950-ci ildə Çetinye şəhərində anadan olmuşdur. İbtidai və orta təhsilini Podqoritsa şəhərində almışdır. Belqrad Universitetinin tibb fakültəsini bitirmişdir. 2000-ci ildən Monteneqronun paytaxtı Podqoritsa şəhərinin meridir.
Miskin Abdal
Miskin Abdal (1430, Zərgərli – 1535, Zərgərli, Çuxursəəd) — Səfəvilərin görkəmli dövlət xadimi, diplomat, Şah İsmayıl Xətainin mürşidi, "Ricalül-Qeyb" ("Qeyb Ərəni"), böyük Övliya, Sufi şeyxi, sərkərdə, sufi-şair, ozandan aşığa (Haqq aşiqliyinə), qopuzdan saza keçidin banisi, çoxsaylı aşıq havalarının müəllifi, Ocaq-Pir sahibi. == Həyatı == Miskin Abdal adı ilə tarixə düşən Seyid Hüseyn Məhəmməd oğlu 1430-cu ildə Göyçə mahalının Sarıyaqub (Zərgərli) kəndində anadan olub. Hüseynin mənsub olduğu "Zərgərli" tayfası o dövrün tanınmış tayfalarından biri idi. Hüseynin ulu babası Yaqubla Şeyx Səfi arasında qırılmaz dostluq əlaqələri olmuş, bu mənəvi yaxınlıq sonralar hər iki nəslin törəmələri arasında davam etmişdir. Hüseynin babası Cəfər, atası Məhəmməd Ərdəbil şeyxlərinin ən sınanmış müridləri kimi Göyçədə sufiliyin təriqət ideyalarının yaranmasına hamilik etmişdilər. Belə bir mühitdə böyüyən Hüseyn müqəddəs nəslin tarixi və mənəvi-dini missiyasını ləyaqətlə daşıyır. Miskin Abdal adı ilə aşıq-sufi ədəbiyyatının binasını qoyur, Zərgərli şəcərəsinin Mövlana Miskin Abdalı - ruhun memarı kimi tanınıb şöhrət tapır. Təriqət ideologiyası ilə ədəbiyyata, aşıq sənətinə büllurluq, müqəddəslik gətirir. Əksər Haqq Aşiqləri kimi Miskin Abdala da yuxusunda Təbriz şəhərindən olan Sənubər adlı qıza buta verilmiş, Təbrizə gedib, butasına qovuşmuş, onunla evlənmişdir. Bir müddət sonra bədbəxt hadisə nəticəsində Sənubər vəfat etmiş, bundan sonra o uzun müddət evlənməmiş, yalnız 50 yaşından sonra İrəvandan tacir qızı Həlimə ilə evlənmiş, bu nigahdan onların 4 övladı – Şadman, Əli və Həsən adlı oğulları, Məleykə adlı qızı olmuşdur.
Miskin Qələm
Miskin Qələm (ing. Mishkín-Qalam) - XIX əsrdə yaşamış məşhur kalliqrafiya ustası və rəssam. Miskin Qələm eyni zamanda bəhai dinin qəbul edərək dinin əsas təbliğatçılarından birinə çevirilmişdir. Bəhai dinində Bəhaullahın 19 həvarisindən biri hesab olunur. Miskin Qələm dünyada ən geniş yayılmış bəhai simvollarından olan ismí al-a'zamın (azərb. ən uca ad‎) kalliqrafik müəllifi kimi tanınır. Miskin Qələm 1826-cı ildə Şiraz şəhərində anadan olmuşdur. Bəhailik dinin yayılmasını xəbərini alanda İsfahan şəhərində yaşayırdı. Bir necə il sonra Bağdad şəhərinə gedərək burada digər bir bəhai həvarisi Nəbili-Əzəm ilə görüşmüş və dinin təməl prinsipləri ilə daha ətraflı tanış olmaq imkanı əldə etmişdir. Miskin Qələmin Ədirnə şəhərinə gedərək burada Bəhaullah ilə də görüşdüyü məlumdur.
Mizian Maolida
Mizian Maolida (14 fevral 1999-cu ildə anadan olub) — Liqa 1 təmsilçilərindən olan Nitsa klubunda hücumçu kimi çıxış edən peşəkar Fransa futbolçusudur. == Klub karyerası == === Lyon === Maolida Lyon akademiyası vasitəsilə inkişaf etmişdir. O, öz peşəkar karyerasında debütünü Lyon klubu ilə 5 avqust 2017-ci ildə etmişdir. O, 76-cı dəqiqədə Marianonu əvəz etmişdir. Liqa 1 görüşündə Lion Strasburqa 4-0 hesabı ilə qalib gəlmişdir. O, karyerasında ilk qolunu 23 noyabr 2017-ci ildə Apollon Limassol klubuna qarşı UEFA Avropa Liqası görüşündə vurmuş və komandası rəqibinə 4-0 hesabı ilə qalib gəlmişdir. O, Liqa 1-də ilk qolunu üç gün sonra Nitsa klubuna qarşı oyunda vurmuş və komandası 5-0 hesabı ilə qalib gəlmişdir. === Nitsa === 13 avqust 2018-ci ildə Maolida Liqa 1 təmsilçilərindən olan Nitsa klubu ilə müqavilə imzalamışdır. == Milli karyerası == Maolida Fransada anadan olmuşdur. Valideynləri isə Komor adaları vətəndaşlarıdır.
Myocin-şo
Myocin-şo (明神礁) — Beynesu Qayası vulkanına daxil olan su altı krater. Tokio şəhərindən 450 km cəbubda, 50 metr dərilikdə yerləşir. Krater İzu adaları qrupuna daxildir. İlk dəfə 1869-cu ildə aktivliyi müşahidə edilmiş. Püskürmə zamanı bir çox adaların məhvi və ya yenisinin meydana gəlməsi müşahidə olunur. == Adlandırılması == Vulkanın püskürməsini ilk dəfə Myocin-Maru No.11 adlı balıqçı qayığı müşahidə etdiyindən belə adlandırılmış.
Piyer Mişein
Piyer Françoiz Andre Mişein(Fransızca tələffüz: [pjɛʁ fʁɑ̃swa ɑ̃dʁe meʃɛ̃];16 Avqust 1744 – 20 Sentyabr 1804)— səma obyektlərinin və kometlərin öyrənilməsinə böyük töhfələr vermiş Fransız astronomu və mərz çəkəni == Həyatı == Piyer Mişein Laonda tavan dizayneri və suvaqçı Piyer François Mişein və Mariya-Marqarita Rozanın oğlu olaraq anadan olub. Riyaziyyat və Fizikaya yüksək istedadı olmasına baxmayaraq o imkansızlıq səbəbindən təhsilini davam edə bilmir. Buna baxmayaraq onun Astronomiya sahəsinə olan istedadı dostu və ikinci kitabının sınaq oxucusu olduğu Jerom Laland tərəfindən aşkar olunur. Laland daha sonra Onu Versaldakı Xəritələr və Diaqramlar Dəniz Deposunda hidroqraf köməkçisi vəzifəsində çalışmasını təmin edir, burada O, 1770-ci illərdə hidroqrafik iş və sahil xəttinin tədqiqi ilə məşğul olur. Məhz bu müddət ərzində (təxminən 1774-cü ildə) o, Çarlz Mesye ilə tanış olur və daha sonra onlar dost olurlar. Elə həmin il O, ilk astronomik işi olan Əldebaranın Ay tərəfindən örtülməsi məqaləsini hazırladı və Elimlər Akademiyasına təqdim etdi. 1777-ci ildə Versaldakı işindən tanıdığı Barbi-Terez Marjou ilə evləndi. Onların 1780-ci ildə doğulan Jerom ve 1784-ci ildə doğulam Avqustin adında iki oğulları ve bir kızları oldu. Piyer Mişein 1782-ci ildə Frana Elmlər Akademiyasına qəbul edilmiş və 1785-1792-ci illərdə "Connaissance des Temps" jurnalının redaktoru olmuşdur; Bu jurnal digər qabaqcıl işləri ilə yanaşı, həmdə ilk dəfə Messier obyektlərinin siyahısını dərc edən jurnal idi.1789-cu ildə O, London Kral Cəmiyyətinin üzvü seçildi .
Tomokazu Myocin
Tomokazu Myocin (d. 24 yanvar 1978) — Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 26 oyun keçirib, 3 qol vurub.
Miskin Vəli
Bayramov Vəli Alı oğlu (Miskinli Vəli) (1894, Miskinli, Yelizavetpol qəzası – 21 dekabr 1995, Gədəbəy rayonu) — Azərbaycan aşığı. == Həyatı == Miskinli Vəli 1894-cü ildə Gədəbəy rayonunun Böyük Qarabulaq (indiki Miskinli) adlanan kənində yoxsul bir ailədə doğulmuşdur. Atası Vəlinin 2 yaşı olanda vəfat edib. O, doqquz yaşında ikən muzdurluğa başlamış, sonralar bir müddət çobanlıq etmişdir. 19–20 yaşlarında aşıqlığa başlamışdır. Onun ustadı olmayıb. Saz çalmağı, məclis aparmağı və ümumiyyətlə, aşıqlıq sənətinin sirlərini müstəqil öyrənib. Aşıq Vəli təhsil almadığından yazıb-oxumağı bacarmasa da, güclü hafizəsinin köməyi ilə Azərbaycan el ədəbiyyatından saysız-hesabsız şeirləri, dastanları və folklor nümunələrini yadda saxlamışdır. Miskinli Vəlinin şerləri janrca müxtəlifdir. Onun qoşma, qoşayarpaq qoşma, gəraylı, təcnis, dodaqdəyməz, gedərgəlməz təcnis, müxəmməs, divani, qıfılbənd və s.
Mioz
Mioz (miosis: yun. μείωσις — kiçilmə, daralma) — göz bəbəyinin (diametri 2,5 mm dən az) daralması. Göz bəbəyini daraldan əzələnin yığılmasından ya da göz bəbəyini genişləndirən əzələnin iflicindən əmələ gəlir.
Kreyq Mazin
Kreyq Mazin (ing. Craig Mazin) — ABŞ ssenaristi və kinorejissoru. == Erkən həyatı == Nyu York şəhərinin Bruklin bölgəsində doğulub. Staten-Aylend bölgəsində böyümüşdür.
Laqoa-Mirin
Laqoa-Мirin (port. Lagoa Mirim, isp. Laguna Merín) — Braziliya cənubunda, Uruqvayın isə şərqində olan şirinsulu göl. Uruqvarda göl Laquna-Merin olaraq adlanır. Uzunluğu 220 km, maksimal eni 42 km təşkil edir. Ümumi sahəsi 3750 km² olan göl dünyada sahəsinə görə 54-cüdür. Atlantik okeandan bataqlılaşmış qumlu sahə ilə ayrılır. Ensiz San-Qonsalo axarı Laqoa-Mirin gölünü Patus gölü ilə birləşdirir. Dayazdır. Gölə tökülən ən iri çay Jaquarandır.
Mark Mitin
Mark Borisoviç Mitin (rus. Марк Борисович Митин; 22 iyun (5 iyul) 1901, Jitomir, Volın quberniyası[d], Rusiya imperiyası – 15 yanvar 1987, Moskva) — SSRİ filosofu, ictimai xadim, SSRİ Dövlət mükafatı laureatı (1943). == Həyatı == === İlk illəri === Mark Borisoviç Mitin Rusiya imperiyasının Volın quberniyası tərkibində olan Jitomir şəhərində (indiki Ukrayna) anadan olmuşdur. === Elmi fəaliyyəti === Mark Mitin Kommunist Tərbiyəsi Akademiyası direktorunun müavini və Fəlsəfə İnstitutunun direktorunun müavini kimi çalışmışdır. O, 1956–1960-ci illərdə Ümumittifaq Siyasi və Elmi Bilikləri Yayan Cəmiyyətin idarə heyətinin sədri, 1960–1967 "Voprpsı filosofii" jurnalının baş redaktoru olmuş, 1967-ci ildən SSRİ EA Rəyasət Heyətinin İctimai elmlər bölməsi yanında xarici ideoloji cərəyanlar problemləri Elmi şurasının sədri kimi çalışmışdır. Mitin marksist fəlsəfənin inkişafında Lenin mərhələsi, fəlsəfənin partiyalılığı, dövlət və sosialist demokratiyası, nəzəriyyəsi məsələləri və s. ilə məşğul olmuşdur. === Siyasi fəaliyyəti === Mark Mitin 1919-cu ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü olmuşdur. O, 1939–1944-cü illərdə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi yanında Marksizm-Leninizm İnstitutunun direktoru olmuşdur. Mitin Sovet İttifaqı Kommunist Partiyasının XVIII–XX qurultaylarında Mərkəzi Komitə üzvü seçilmişdir.
Sizin-Azadlıq
Your-Freedom (Azərbaycanca Sizin-Azadlıq) proqramı istifadəçilərin internetə anonim şəkildə daxil olmağını təmin edir. O, bunun üçün istifadəçilərin sorğularını əvvəlcə "Your-Freedom" serverlərindən göndərir və bu serverlərdən geri çatdırır. "Your-Freedom" veb brauzerlə işləyir, lakin onu elə nizamlamaq olur ki, kompüterdəki digər internetə daxil olan proqramlarla, məsələn SMS və ya ani mesajlaşma proqramları ilə də işləsin.
Minin şxeri
Minin şxeri — şxerlərdən ibarət olan arxipelaq. Kiçik adalar qrupu Kara dənizi ərazisində, Taymır yarımadasından bir qədər aralıda, Pyasin çayının mənsəbində yerləşir. Adalar şturman Fyodr Alekseyeviç Mininin şərəfinə adlandırmışdır. O, Böyük Şimal Espedisiyasının Ob-Yenisey dəstəsinə rəhbərlik etmişdir. Adalar 1740-cı ildə kəşf edilmişdir. Minin isə adaları «Kamennıe» adlandır. İnzibati cəhətdən Krasnoyarsk diyarı ərazisinə daxildir. Şxerlər tundra ilə örtülüdür. Ərazisi Böyük Arktik qoruğu ərazisinə daxildir.
Modin burnu
Modin (birm. Mawtin Zun, ing. Cape Negrais) — Myanma ərazisdində yerləşən burun. Ölkənin cənub-qərb qutqracağını təşkil edir. İnzibati cəhətdən İravadi dairəsi, Panteyn rayonu ərazisinə daxildir. Burun Benqal körfəzi ilə Andaman dənizi arasında təbii sərhəd rolunu oynayır. Hindistanın Andaman və Nikobar adaları ərazisindən 193 km aralıda yerləşir. Buradan Rakhayn silsiləsi başlayır. Burunda eyni adlı şəhər yerləşir (ing. Mawdin).
Morin Tiqrett
Morin Tiqrett (ing. Maureen Tigrett), birinci nikahdan Starki (ing. Starkey), doğularkən Meri Koks (ing. Mary Cox); 4 avqust 1946, Liverpul, Böyük Britaniya — 30 dekabr 1994, Vaşinqton, ABŞ) — "The Beatles" qrupunun barabançısı Rinqo Starın keçmiş həyat yoldaşı və onun üç uşağının anası. == Erkən illəri == Merki Koks 4 avqust 1946-cı ildə, Liverpulda, (İngiltərə, Böyük Britaniya) Cozef Koks və Florens Koksun (qız soyadı Barrett (ing. Barrett) ailəsində doğulub. Ailədə yeganə uşaq olub. 14 yaşı olarkən kilsə-məktəbi tərk edərək öz adını Meridən Morinə dəyişib və özünün doğma şəhəri Liverpulda saç ustası və manikürçü kimi işləməyə başlayıb.. == Rinqo Star == Koks, 15 yaşında olarkən mütəmadi olaraq “Cavern Club”a getdiyini və ora daxil olmaq üçün "The Beatles" fanatları arasındakı rəqabəti və uzun müddətli növbələri xatırlayırdı: "Mən heç vaxt açılışa iki yaxud üç saat qalmış növbədə dayanmazdım, çünki bu məni qorxudurdu. Nə zaman ki qapılar açılırdı qızlar arasında dava düşürdü." Bir dəfə Morin mərc etdiyi üçün Pol Makkartnini öpmüşdü, ancaq onun Rinqo Stardan xoşu gəlirdi.
Morin Uoroblevitz
Morin Uoroblevitz (alm. Maureen Wroblewitz‎; d. 22 iyun 1998, Ər-Riyad, Səudiyyə Ərəbistanı) — Filippin-alman əsilli moda modeli. 2017-ci ildə "Asia's Next Top Model" müsabiqəsində Filippini təmsil edərək qalib gəlmişdir. == Həyatı == 22 iyun 1998-ci ildə Səudiyyə Ərəbistanının paytaxtı olan Ər-Riyad şəhərində anadan olmuşdur. Atası alman, anası isə filippinlidir. Ailədə 4 bacıdan üçüncüsüdür. Ər-Riyadda 12 il yaşamışdır. Anasının vəfatından bir il sonra Almaniyaya köçmüşlər. 15 yaşında ikən onun "Instagram"da yerləşdirdiyi şəkillər bir moda agenti tərəfindən marağa səbəb olmuş və bundan sonra model kimi karyerasını davam etdirmək üçün 2016-cı ilin sentyabrında Filippinə köçmüşdür.
Mışkin
Mışkin — Rusiya Federasiyasında yerləşən şəhər Yaroslavl vilayətinə daxildir
Mozır
Mozır (belar. Мазы́р) — Belarusda şəhər. Qomel vilayətində yerləşən şəhər Mozir rayonunun inzibati mərkəzidir. Mozir şəhəri vilayətin mərkəzi olan Qomel şəhərindən 133 km qərbdə, paytaxt Minsk şəhərindən isə 220 km cənub-şərqdə yerləşir.
Mömin
Mömin (Allahın adı) — Allahın adlarından biri. İman gətirən — dildə demək, qəlbində dilinə gətirdiyini təsdiq etmək, əməldə dediklərini göstərməkdir.
Mömin xan Mömin
Mömin xan Mömin (1800–12 may, 1851) (urdu مؤمن خان مؤمنؔ‎) — urdu şairi. == Həyatı == Mömin xan Mömin 1800-cü ildə Dehli şəhərində doğulmuşdu. Atası Qulamnəbi xan və babası həkim Namdar xan Böyük Moğollar imperiyasının tanınmış şəxslərindən idi. Mömin xan Mömin urdu şeirinin ustad şairlərindəndir. Bir çox şagirdlər yetirib. Onlardan biri də Qurbanəli bəy Salikdir. Mömin xan Mömin Dehli ədəbi mühitində sayılıb-seçilən şairlərdən idi. O, Mirzə Əsədulla xan Qaliblə dostluq edirdi. Kəlbəli xan Faiq yazır: "Mömin, sadəcə şairliklə məşhur olmayıb eyni zamanda tibb, astronomiya və sahmatla da məşğul olur, bir çox peşə və sənətdə zamanəsinin öndə gələn şəsiyətlərindən idi. Onun evi sənət ərbabının mərkəzi durumuna çevrilmişdi.