Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Mirseyid Mirbabayev
Seyid Mir Tağı Mirbabayev (1867, Bakı – 1953, Tehran) — XIX əsrin sonu - XX əsrin əvvəli Azərbaycan xanəndəsi, neft sənayeçisi. Seyid Mirbabayevin prototipi bəstəkar Cahangir Cahangirovun "Xanəndənin taleyi" (1978) operasında yaradıb. == Həyatı == Seyid Mirbabayevin əsl adı Mir Tağı idi. 1867-ci ildə mərsiyəxan ailəsində doğulub, atası və böyük qardaşları kimi mərsiyəxanlıqla məşğul olurdu. Sonralar xalq məclislərində xanəndə kimi şöhrət qazanıb; 1910-cu ilə kimi Bakının musiqi həyatında mühüm rol oynayırdı. Teatr tamaşalarının fasilələrində və Şərq konsertlərində mahir müğənni kimi yaxından iştirak edir və 1906-cı ildə "Qrammofon" şirkəti tərəfindən Riqaya səsinin vala yazılması üçün dəvət almışdı.Xanəndə toylarda da oxumuşdu. Toyların birində Seyid Mirbabayev elə oxumuşdu, ki ona "Bala Şoranlıq" deyilən yerdə neft quyusu hədiyyə eləmişdilər. Tezliklə Mirbabayevin "Bala Şoranlıq" quyudan neft fontanı vurdu və xanəndə millionçu oldu. Neft sənayesinin nümayəndələri və milyonerlərdən biri olan Mirbabayev musiqi fəaliyyətindən uzaqlaşır. Varlanan xanəndə əvvəlki peşəsindən utanır, və Varşavada səsi salınmış valları bir-bir baha qiymətə alır sındırır.
Miryusif Mirbabayev
Yusif Mirbabayev — Azərbaycanlı alim. Miri Yusif — Azərbaycanlı müğənni və repçi.
Seyid Mirbabayev

Seyid Mirbabayevin sarayı
Seyid Mirbabayevin sarayı – Bakı şəhərində, Azneft meydanında, Niyazi küçəsi 1 üçvanında yerləşən və vaxtilə Azərbaycanın neft milyonçularından biri olmuş xanəndə Seyid Mirbabayevə məxsus olmuş saraydır. Bina Fransız intibah memarlığı üslubunda memar Pavel Şternin layihəsi əsasında inşa edilmişdir. Fasadın zəngin plastikası, memarlıq detallarının forması, daşın işlənməsinin fərdi xüsusiyyətə malik olması, mükəmməl səbiyyəyə çatdırılmış tikinti mədəniyyəti binanın obrazında vacib estetik mühiti formalaşdırmışdır. Bina, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli, 132 nömrəli qərarı ilə yerli əhəmiyyətli memarlıq abidəsi kimi qeydiyyata alınmışdır. == Tarixi == Binanın layihəsi 1893–cü il may ayının 25-də təsdiq olunur, ayın sonlarından isə binanın tikintisinə başlanılır. Bina Aramyan soyadlı sahibkarın sifarişi ilə inşa edilir. Lakin, Aramyan vaxtını qumar oynamaqla keçirir və o zaman Bakı milyonçularının bir çoxunun qumar oynamaq üçün toplaşdığı "İngilis klubu"nda keçirilən oyunlardan birində yenicə inşa edilmiş bu binanı da uduzur. Lakin, Tiflisdən gəlmiş həyat yoldaşı zinət əşyaları ilə evin dəyərini ödəyərək onu xilas edə bilir. Buna baxmayaraq qısa müddət sonra Aramyan binanı satmalı olur.Bakı daşınmaz əmlak hərracında binanı almaq istəyən tapılmır və o, evinə müştəri tapmaq üçün Tiflisə yola düşür. Bu zaman bina yenivcə varlanmış azərbaycanlı xanəndə Seyid Mirbabayevin diqqətini cəlb edir.
Yusif Mirbabayev
Mirbabayev Yusif Abbas oğlu (Miryusif Mirabbas oğlu Mirbabayev; d. 1889, İrəvan — ö. 1951, Bakı) — filologiya elmləri namizədi, Azərbaycan SSR Elmlər Akademiyası Dil İnstitutunun direktoru. Lüğətin bir hissəsinin müəllifi və elmi redaktoru. == Həyatı == Miryusif Mirbabayev 1889-cu ildə İrəvan şəhərində anadan olmuşdur. İrəvan ziyalılarınnın tanınmış nümayəndələrindən olan Mirabbas Mirbabayev İrəvan şəhər Dumasının üzvü olmuşdur. Miryusif Mirbabayev ilk təhsilini İrəvan rus-tatar məktəbində və gimnaziyasında almışdır. O, 1916-cı ildə Moskva Universitetinin hüquq fakültəsini bitirmişdir. Azərbaycan Xalq Cümhuriyyəti qurulduqdan sonra M. Mirbabayev Azərbaycanın İrəvandakı diplomatik nümayəndəliyində öncə katib əvəzi, sonra katib işləmişdir. Miryusif Mirbabayev 1918–1920-ci illərdə İrəvan Müsəlman Milli şurasının üzvü kimi, ermənilərin İrəvan quberniyasında törətdikləri qırğınların qarşısının alınması üçün həm Azərbaycanın, həm Ermənistanın xarici işlər nazirliklərinə, həm də Cənubi Qafqazdakı müttəfiq qoşunların komandanlığına müraciətlər etmişdir.
Mirbala Rəsulov
Mirbala Əmirağa oğlu Rəsulov (17 oktyabr 1989; Şabran rayonu, Azərbaycan SSR — 6 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Mirbala Rəsulov 1989-cu il oktyabrın 17-də Şabran rayonunun Rəhimli kəndində anadan olub. Ailəli idi. 2 qızı yadigar qaldı. == Hərbi xidməti == Azərbaycan Ordusunun kiçik giziri olan Mirbala Rəsulov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Mirbala Rəsulov oktyabrın 6-da Füzulinin azad edilməsi zamanı şəhid olub. Şabran rayonunun Rəhimli kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Mirbala Rəsulov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Mirbala Rəsulov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Mirbala Rəsulov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.
Mirbala Səlimli
Səlimli Mirbala Seyidəsgər oğlu (5 aprel 1963, Qubalı, Hacıqabul rayonu, Azərbaycan SSR) — teatr və kino rejissoru, ssenarist, 1990-cı ildən ATXİ-nin, 2005-ci ildən Kinematoqrafiya İttifaqları Konfederasiyasının və AKİ-nin, 2006-cı ildən isə Rusiya Kinorejissorları Gildiyasının üzvü. == Həyatı == Mirbala Səlimli 1963-cü il aprelin 5-də indiki Hacıqabul rayonunun Qubalı kəndində anadan olmuşdur. 1985-ci ildə M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun kino və dram aktyorluğu şöbəsini, 1995-ci ildə B. V. Şukin adına Moskva Ali Teatr Məktəbinin teatr rejissorluğu şöbəsini və 2001-ci ildə isə Moskva Ali Ssenaristlər və Rejissorlar kursunun kinorejissorluğu şöbəsini fərqlənmə diplomları ilə bitirmişdir. Məşhur rus kinorejissoru AlekseyYuriyeviç Germanın (Алексей Юревич Герман) tələbəsidir və onun çəkdiyi "Allah olmaq çətindir" filmində təcrübə keçmişdir. 2003–2004-cü illərdə AVANTI proqramı (İsveçrə) çərçivəsində kinorejissor K. Zanussi (Polşa) və kinodramaturq D. Benkedən (Almaniya) və 2006–2007-ci illərdə İFA-SC proqramı (İsveçrə) çərçivəsində kinodramaturq Kler Daunzdan (Böyük Britaniya) ustad dərsləri almışdır. 1985-ci ildən Şəki Dövlət Dram Teatrında işləyir və hazırda bu teatrın baş rejissorudur. Teatr rejissoru kimi Azərbaycan və dünya dramaturgiyasının incilərindən sayılan 30-dan çox dram əsərinə quruluş vermişdir. Jan Batist Molyerin "Xəsis" komediyasının quruluşuna görə Azərbaycan Teatr Xadimləri İttifaqının təsis etdiyi "Qızıl Dərviş" (2009) mükafatına, İlyas Əfəndiyevin "Sevgililərin cəhənnəmdə vüsalı" tamaşasına görə Azərbaycan Mədəniyyət Nazirliyinin təsis etdiyi "Zirvə" (2014) mükafatına, Haldun Tanerin "…Və dəyirman dönərdi" tamaşasına görə TÜRKSOY-un təsis etdiyi Haldun Taner medalına (2015) layiq görülmüşdür. 2000-ci ildən "Mir iskusstva" (Moskva) Yaradıcılıq birliyi ilə əməkdaşlıq edir və rejissor, ssenarist və operator kimi burada 20-dən çox sənədli film çəkmiş, beynəlxalq festivalların diplomlarını almışdır. 2002-ci ildə kinorejissor və ssenarist kimi "Debüt" studiyasında "Odla qol-boyun" adlı qısametrajlı bədii film çəkmişdir.
Mirbala Səlimov

Mirabad
Mirabad (Səlmas) —
Birbaşa göndərmə
Birbaşa göndərmə (ing. Drop shipping) – satıcının müştərilərin sifarişlərini qəbul etdiyi, lakin məhsulları müştəriyə stokda saxlamadan birbaşa göndərdiyi pərakəndə ticarət növü. Bu ticarətdə heç bir saxlama prosesi yerinə yetirilmir. == Gedişat == Bu iş modeli məhlul mağazası tələb etmir. Tamamilə ləğv edilə bilər və ya göndərilən sifarişin yerinə yetirilməsi iş modeli ilə birləşdirilə bilər. Fiziki pərakəndə satıcı, potensial açılan göndərilən əşyaları sərgidə saxlaya bilər, poçt sifarişi qaydaları haqqında məlumatları kataloqu ilə təmin edə bilər və ya yalnız onlayn mövcud olan məlumatları olan vebsayt saxlaya bilər. Virtual pərakəndə satış şirkətinin yalnız vebsaytı olur. == İnkişaf == 2006-cı ildən bəri Çində bir çox birbaşa göndərmə şirkəti meydana çıxdı, bunların çoxu həm şirkətlərə, həm də fərdlərə topdansatış və endirmə xidmətləri təklif edir. == Fırıldaqçılar == Drop Shipping internet əsaslı ev biznesi fırıldaqlarında da nəzərə çarpırdı. Fırıldaqçılar bu işi gəlirli bir "evdən iş imkanı" olaraq təbliğ edəcəklər hansıki bu qurbanlara satışa göndərilən sifarişlərinin verilə biləcəyi müəssisələrin siyahısı satılacaq.
Birbaşa köçürmə
Birbaşa köçürmə - mətnin Copy-paste (və ya buna oxşar) əmri vasitəsi ilə köçürülməsidir. Bu köçürmədə yeni mətnlə mənbə tamamilə üst-üstə düşür. == Ədəbiyyat == Əliquliyev R.M., Ağayev N.B., Alıquliyev R.M., Plagiatlıqla mübarizə texnologiyaları // Bakı. İnformasiya Texnologiyaları nəşriyyatı. 2015.
Birbaşa tədbiqetmə
Birbaşa tətbiqetmə — Avropa İttifaqının hüququna aid anlayış. Bu, xüsusən tənzimləmə ilə əlaqəlidir. Birbaşa tətbiqetmə Lissabon Müqaviləsi ilə düzəliş edilmiş Avropa İttifaqının Fəaliyyətinə dair Müqavilənin 288-ci maddəsində qeyd olunmuşdur.Birbaşa tətbiq olunan tənzimləmələr fərdi üzv dövlətlər daxilində əlavə qanunvericilik tələb etmir, çünki qaydalar Avropa Komissiyası tərəfindən dərc edildikdən dərhal sonra qüvvəyə minir. Birbaşa tətbiqetmə tez-tez birbaşa təsir ilə qarışdırılır, lakin üzv ölkələrdə yalnıztənzimləmələr birbaşa tətbiq edilə bilər. Avropa Ədliyyə Məhkəməsinin erkən hüququ qanununda "birbaşa təsir" birbaşa tətbiqetmənin nəticəsi kimi qeyd edilir, lakin birbaşa təsir doktrinasına direktivlər və digər tədbirlərin daxil edilməsi ilə genişləndirilməsi birbaşa tətbiqetmə ilə arasında fərq yaratdı. İndi birbaşa tətbiqetmə, tənzimləmələrin daxili tətbiqini tələb etmir.
Birbaşa tətbiqetmə

Birbaşa çıxma
Birbaşa çıxma (α, R. A. — ing. Right Ascension) — Göy ekvatoru qövsü. Birbaşa çıxma ekvatorial koordinat sistemlərindən biridir.
Diribaba türbəsi
Diribaba türbəsi — Qobustan rayonunun Qobustan şəhərində, dağın döşündə tikilmiş ikimərtəbəli türbə. Diribaba türbəsi həm də xatirə məscidi vəzifəsini daşıyır. == Tarixi == Türbənin mərtəbələrini bir-birindən ayıran dekorativ yazı kəmərində onun tikilmə tarixi haqqında belə bir məlumat əks olunmuşdur: "Hicri 805-ci ildə (eramızın 1402-ci ilində) Şirvanşah Şeyx İbrahimin əmri ilə tikilib." Şirvanı qonşu ölkələrə bağlayan karvan yolunun yaxınlığında yerləşən Diri baba bir çox səyyahların diqqətini özünə cəlb etmişdir. XVII əsrin 30-cu illərində Qolştin səfirliyinin İran şahlığından elçisi Adam Oleari, holland səyyahı (XVII əsrin axırlarında Mərəzədən keçmişdir) Kornelius Devrin və digər səyyahlar yol qeydlərində həmin abidə haqqında yazmış və hətta türbənin rəsmini də çəkmişlər. Qeyd etmək lazımdır ki, həmin rəsmlərdə türbənin təsviri tam olduğu kimi göstərilmişdir. Lakin zaman keçdikcə abidə öz xarici görkəmini dəyişmişdir. XVII əsrdə abidə ilə bağlı bəzi məlumatların yoxlanılması üçün Rusiya imperiyasından xüsusi səlahiyyətli şəxslər gəlmiş, özlərinin maraq dairəsində abidəni tədqiq etmişlər. Qafqazın qədim keçmişinin araşdırmaçılarından olan Y.Bartolomeyin təlimatı əsasında XIX əsrdə rusiyalı akademik B.Dorn da abidə ilə maraqlanmışdır. Vaxtı ilə məşhur alim Məşədixanım Nemətova bu türbə haqqında tədqiqat işi aparmışdır. Məşədixanım Nemətova yazır ki, türbənin daş kitabəsi Petroqrad şəhərində , Ermitaj adlanan muzeydə saxlanılır.
Merhaba Həyat
Mərhaba həyat — Türkiyənin Fox (Türkiye) telekanalında nəşr olunmuş teleserial. 13 fevral 2013 tarixində sona çatmışdır. == Məzmun == Həkim Dənizin Ankaradakı müvəffəqiyyətli karierinə son verərək İstanbuldakı bir doğum klinikasında işə başlayır. Yaşadığı bir hadisə Dənizin çalışdığı xəstəxana ilə ipləri kopartmasına və universitetdən yaxın yoldaşının İstanbuldakı klinikasında işi qəbul etməsinə səbəb olar. Dənizin indi doğulub böyüdüyü İstanbula, evim dediyi şəhərə geri dönməsi, klinikteki yeni iş yoldaşlarıyla birlikdə işi öyrənməsi, hər gün yeni xəstələrə həyat verməyə çalışması lazım olacaq. Həyatla mübarizəsi gənc yaşda başlayan bu cəsur qadının, özünə uzadılan kömək əlini itələmə tutmağı öyrənməsi asan olmayacaq. Ölümlə həyatın, dostluqla aşan bir-birinin içinə keçəcəyi bu yeni səfərdə Dənizin kompası həmişə həyatı gösterecekken, gün gələcək dostluqla eşq arasında bir seçki etməsi lazım olacaq. Bu seçkilərdən sonra heç bir şey nə Deniz nə Kliniği işçiləri nə də ən yaxınları üçün köhnəsi kimi olmayacaq.
Mirabad (Dəşt)
Mirabad (fars. ميراباد‎) - İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 75 nəfər yaşayır (15 ailə).
Mirabad (Mərgavar)
Mirabad (fars. ‎‎‎‎ميراباد‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı, Mərgavar dehistanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 635 nəfər yaşayır (98 ailə).
Mirabad (Sulduz)
Mirabad (fars. ميراباد‎) - İranın Qərbi Azərbaycan ostanının Sulduz şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 345 nəfər yaşayır (72 ailə).
Mirabad (Səlmas)
Mirabad (fars. ميراباد‎) - İranın Qərbi Azərbaycan ostanının Səlmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 104 nəfər. yaşayır (24 ailə).
Mirabad (Urmiya)
Mirabad (fars. ميراباد‎) - İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 130 nəfər yaşayır (25 ailə).
Mirabad (Çaldıran)
Mirabad (fars. ميراباد‎) - İranın Qərbi Azərbaycan ostanının Çaldıran şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 354 nəfər yaşayır (65 ailə).
Mirabad (Üşnəviyyə)
Mirabad (fars. ميراباد‎) - İranın Qərbi Azərbaycan ostanının Üşnəviyyə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,041 nəfər yaşayır (185 ailə). Əhalisini kürdlər təşkil edir.
Mirabbas Aslanov
Aslanov Mirabbas Seyidağa oğlu (d.1923) — filoloq, jurnalist, pedaqoji elmlər namizədi (1962), Beynəlxalq Padaqoji Akademiyanın həqiqi üzvü (1999). == Həyatı == == Fəaliyyəti == Uzun müddət Hacıbəyovun həyatının və jurnalistlik fəaliyyətinin tədqiqi ilə məşğul olmuşdur. Bu haqda bir sıra məqalələr, 2 monoqrafiya "Ü.Hacıbəyov (Gənсlik illəri)", (1977) və "Üzeyir Hacıbəyov — jurnalist", 1985], "Üzeyir Haсıbəyov gündəlik yazmış olsaydı" elmi-kütləvi kitabını (1994) yazmışdır. Hacıbəyovun müxtəlif dövrlərdə yazdığı felyetonları toplayaraq "Ordan-burdan" başlığı ilə çap etdirmiş (1981), birсildlik "Seçilmiş əsərləri"nin (1985) tərtibçisi olmuşdur. "Üzeyir Haсıbəyov" biblioqrafiyasının (1976, 1985) müəlliflərindəndir. C.Məmmədquluzadənin pedaqoji fəaliyyəti, *Molla Nəsrəddin" jurnalında xalq maarifi, təhsil, təlim və tərbiyə məsələlərinə dair məqalələr dərc etdirmişdir. == İstinadlar == == Mənbə == Cəlil Məmmədquluzadə Ensiklopediyası. Bakı: 2008, səh.51.
Mirabbas Mirbağırzadə
Mirbağırzadə Mirabbas Mirhüseyn oğlu (1880, İrəvan) — jurnalist, tacir, diplomat, iqtisadçı, alim. == Həyatı == M.Mirbağırzadə İrəvanda doğulub. İrəvan gimnaziyasını bitirib. Alverlə məşğul olan M.Mirbağırzadə daha çox kitab ticarətinə üstünlük verib. İrəvanda "Umud" kitab mağazası açıb. == Fəaliyyəti == Mirabbas Mirbağırzadə 1909-da Bakıya gəlib və burada da yeni kitab mağazası açıb. 19 iyun 1905-də "Həyat" qəzetindəki ilk yazısından sonra 1905-1929-uncu illər arasında elmi yazılarından başqa 200-ə yaxın publisist məqaləsi, xəbəri, bədii tərcüməsi işıq üzü görüb. İlk çağlar "Həyat" və "İrşad" qəzetiylə sıx əlaqələr quran M.Mirbağırzadə sonralar "Təzə Həyat", "Tərəqqi", "Yeni İrşad", "İqbal", "Sədayi-həqq"… qəzetləriylə də yaxından əməkdaşlıqda bulunub. Ən çox işlətdiyi gizli imzası "Nadi"dir. Onun jurnalistlik fəaliyyəti sonrakı illərdə də dayanmayıb.
Mirabbas Qasımov
Mirabbas Göycə oğlu Qasımov (11 iyul 1939, Şamaxı rayonu – 6 sentyabr 2008, Bakı) — görkəmli sovet və Azərbaycan riyaziyyatçısı, fizika-riyaziyyat elmləri doktoru (1967), professor (1968), Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü (1989) olmuşdur. == Həyatı == Mirabbas Qasımov 11 iyul 1939-cu ildə Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur. 1956-cı ildə Qasımov Bakı Dövlət Universitetinin Fizika-riyaziyyat fakültəsinə daxil olmuş, 1958-ci ildə göstərdiyi yüksək nəticələrə görə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin uyğun fakültəsinə köçürülmüşdür. 1961-ci ildə təhsilini başa vurduqdan sonra MDU-nun aspiranturasında saxlanmışdır.Bu dövrdən Mirabbas Qasımovun elmi fəaliyyəti başlayır (elmi rəhbəri F.A.Berezin olur) və əsasən özünün müəllimi saydığı B.M.Levitanın tədqiqatından ibarət olur. B.Levitan da öz növbəsində Mirabbas Qasımovun işlərinə yüksək qiymət verir, ona özünün ən istedadlı tələbəsi olaraq xüsusi məhəbbətlə yanaşır. == Elmi fəaliyyəti == Mirabbas Qasımovun əsas işləri müxtəlif sinif diferensial operator sinifləri üçün spektral analizin tərs məsələlərinə və öz-özünə qoşma olmayan operatorlar nəzəriyyəsinə aid olmuşdur.1964-cü ildə M.Q.Qasımov MDU-nun Mexanika-riyaziyyat fakültəsinin Elmi Şurasında "Şturm-Liuvill tənliyinin iki spektra görə həlli" namizədlik disertasiyasını müdafiə etmişdir. Elmi şuranın xüsusi qərarına əsasən iş "Görkəmli iş" olaraq qiymətləndirilmişdir. Həmin ildə o Moskvanın Fiziki-Texniki İnstitutuna assistent vəzifəsinə işə girir və 1965-ci ildə müsabiqə yolu ilə F.E.Dzerjinski adına Hərbi-Mühəndislik Akademiyasının Riyaziyyat kafedrasına baş müəllim təyin olunur və 1965-1968-ci illərdə bu vəzifədə çalışır.1967-ci ildə M.Qasımov Moskva Dövlət Universitetində "Öz-özünə qoşma və öz-özünə qoşma olmayan diferensial operatorların bəzi məsələləri" mövzusunda fizika-riyaziyyat elmləri üzrə doktorluq disertasiyasını müdafiə edir və bu iş ABŞ-də ingilis dilinə tərcümə edilir. Dissertasiyanın rəsmi opponentləri məşhur riyaziyyatçılar A.Q.Kostyuçenko, V.A.Marçenko, M.A.Naymark olmuşdur. 1968-ci ilin sentyabrından o Azərbaycan Dövlət Universitetinin professoru vəzifəsini almışdır.
Mirpaşa Miriyev
Mirpaşa Miriyev (Tam adı: Mirpaşa Mirismayıl oğlu Miriyev; 24 iyun 1920, Bakı – 12 iyun 2007) — İdman jurnalistikasının banilərindən biri. Əməkdar jurnalist, Prezident təqaüdçüsü. == Həyatı == Mirpaşa Miriyev 1920-ci il iyunun 24-də Bakıda anadan olub. 132 saylı orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin filologiya fakultəsinin qiyabi şö­bəsinə daxil olub. Orada təhsil aldığı müddətdə «Azərnəşr»də korrektor vəzifəsində çalışıb, «Gənc işçi» qəzeti ilə əməkdaşlıq edib, bu qəzetin səhifələrində ilk yazılarını nəşr etdirib. 2007-ci il iyunun 12-də, 87 yaşında vəfat edib. Müxtəlif diplomlarla, tərifnamələrlə təltif olunan M.Miriyev həmçinin respublikanın əməkdar jurnalisti və prezident təqaüdçüsü adlarını daşıyıb. == Fəaliyyəti == İkinci Dünya mü­haribəsi başlayanda Azərbaycanda redaksiyaların çoxu bağlandı. ”Gənc işçi” qəzeti də fəaliyyətini dayandırmalı oldu. Redaksiyanın üç işçisi - redaktor İsrafil Nəzərov, redaktor müavini Bö­yü­kağa Həsənov və Mirpaşa Miriyev radio verilişləri komitəsinə, cəbhəyə yollanan işçiləri əvəz etməyə göndərildilər.
Mirpaşa Sadıqov
Mirpaşa Sadıqov (d. 18?? — ö. 1921, Azərbaycan SSR, SSRİ) — azərbaycanlı meyxanaçı və aktyor. O, Azərbaycan Xalq Cümhuriyyəti dönəmində Azərbaycan Dövlət Teatrının aktyoru idi. O, 1921-ci ilin fevralında Dağlıq Qarabağın Keşiş kəndində Əbülhəsən Anaplı ilə birgə ermənilər tərəfindən qətlə yetirilmişdir. Yazıçı Seyid Hüseyn qardaşı.
Mirzağa Əliyev
Mirzəağa Əli (Əmi) oğlu Əliyev (1883, Hövsan – 24 oktyabr 1954, Bakı) — Azərbaycan teatr və kino aktyoru, SSRİ xalq artisti (1949), 2 dəfə "Stalin" mükafatı laureatı (1943, 1948). == Həyatı == Mirzəağa Əliyev 1883-cü ildə kəndli ailəsində doğulmuşdur. İlk təhsilini mollaxanada almış, Bakıda rus-müsəlman məktəbini bitirmişdir. 1901-ci ildə Nəcəf bəy Vəzirovun "Müsibəti Fəxrəddin" pyesinin tamaşaya qoyulması zamanı Şahmar bəy rolunda ilk dəfə səhnəyə çıxmışdır. Azərbaycan teatr xadimlərindən Nəcəf bəy Vəzirov və Cahangir Zeynalov onun aktyor kimi yetişməsinə təsir göstərmişdir. 1906–1907-ci illərdə "Həmiyyət" teatr truppasının rəhbəri və aktyoru olmuşdur. Bu truppa, əsasən, fəhlə rayonlarında tamaşalar verirdi. 1907–1912-ci illərdə "Nicat" cəmiyyətinin teatr truppasında çıxış etmişdir. 1912-ci ildə mütərəqqi ictimai fəaliyyətinə görə Həştərxana sürgün edilmişdir. 1912–1916-cı illərdə Volqaboyu şəhərlərində, Tbilisidə, İrəvanda, İran və Türkiyənin bir sıra şəhərlərində tamaşalar vermişdi.
Pirbala (Mərənd)
Pirbala (fars. پيربالا‎) - İranın Şərqi Azərbaycan ostanının Mərənd şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 858 nəfər yaşayır (249 ailə).
Şıxbaba
Şıx Baba türbəsi — Cəbrayıl rayonunda Şıxlar kəndinin ərazisində, qocaman dağların qoynunda xalq arasında "Şıx baba piri" adıyla şöhrət tapmış ziyarətgah. Böyük əraziyə malik qəbiristanlıqla əhatə olunmuş Şıx baba piri, əsasən, daxildən və xaricdən dairəvi plana malik türbə binasından ibarətdir. Çatma tağlı qapı yerinin üzərində kitabə yoxdur. Şıx baba türbəsinin 1308-ci ilə aid kitabədə onun Qarabağda "Qədiriyyə" cəmiyyətinin şeyxi Şeyx Qiyasəddinli oğlu şeyx Əbdülsalmanın qəbrinə aid olduğu göstərilir. Qəbələ rayonunda Həmzəli kəndində "Şıx baba" ziyarətgahının adı ilə mənaca eynidir. Şıx baba türbəsi XIV əsrə aid edilir. Ziyarətgahın yerləşdiyi Şıxlar kəndidə "Şıx baba" türbəsinin adındandır.Abidənin dairəvi günbəzi uçmuş, içəridə bitən ardıc ağacı boy atıb türbədən qalxmış, abidənin önündə bitmiş digər ardıc ağacıyla baş-başa verərək, mərkəz hissədə dəfn olunmuş böyük alim, əzəmətli şeyxin məzarı üzərinə sayə salmaqdadır. Qoşa ardıc ağacları sanki yarımxaraba abidəni tamam məhv olmaq təhlükəsindən qorumağa çalışır və tədqiqatçıları, vaxtilə Avropanı Yaxın Şərq ölkələri ilə birləşdirən karvan ticarət üzərində bərqərar olmaqla qaynar həyat keçirmiş mədəni-ideoloji, sosial-siyasi-iqtisadi mərkəzlərdən birinə, xalqın pir, müqəddəs yer deyə qoruyub saxladığı tarixin izlərində elmin, mədəniyyətin sirlərini açmağa çağırır. == Arxitekturası == Şeyxin məzarı üzərinə günbəzdən uçub tökülmüş və digər müxtəlif xatirə abidələrindən daş parçaları yığılmışdır. Daş qalaqları arasında onun yazılı abidəsini araşdırmaq bir nəticə vermədi.